75
muĢdu... Zəminə xanım hazırda Bakıda yaĢayır... RəĢid ağanın
ikinci qızı Bəturə bəyim (1936-1996) 1936-cı il noyabrın 10-da Ba-
kı Ģəhərində anadan olmuĢdu. Azərbaycan Tibb Ġnstitutunda (indiki
Azərbaycan Tibb Universiteti) təhsil almıĢdı. Bakıdakı 20 nömrəli
poliklinikada çalıĢmıĢdı. Bəturə xanım 1996-cı il fevralın 12-də 60
yaĢında vəfat etmiĢdir... Bəturə xanım Qasım Əliyevlə (1928-1997)
ailə qurmuĢdu. Üç oğlu qalmıĢdır...
Behbud xanın sonbüĢik qardaĢı Surxay ağa 1904-cü ildə Ca-
vanĢir qəzasının Qaraqoyunlu kəndində dünyaya göz açmıĢdı...
Sonra qardaĢının - Behbud xanın yanına köçmüĢdü. 1921-ci ildə
onunla Ġstanbula getmiĢdi. Behbud xanın qətlindən sonra oda qarda-
Ģı CəmĢüd ağa ilə birlikdə Ġstanbulda qalmıĢ və orada yaĢayıb iĢlə-
miĢdi. Ġxtisasca mühəndis-elektrik idi. Surxay ağanın övladları haq-
qında bilgilər yoxdur...
Behbud xan CavanĢirin həyat yoldaĢı Tamara xanım onun
ölümündən sonra Moskvaya getmiĢ və ömrünün axırınadək orada
tənha yaĢamıĢdı (Tamara xanım söyləmiĢdi ki, Türkiyədə Behbud
xanın xatirəsi əziz tutulurdu və onun ölümündən təəssüflənirdilər.
Onlardan biri Nuru paĢa idi. Tamara xanım söyləyirdi ki, 1918-ci il
sentyabrın 15-də Bakı azad olunduqdan bir neçə gün sonra Nuru
paĢa onların evinə qonaq gəlmiĢdi...). Xan nəslindən olduğu üçün
repressiya illərində Sibirə sürgün edilmiĢ Behbud xanın bacısı oğlu
Əkbər CavanĢir 1948-ci ildə sürgündən qayıdarkən yolüstü Mo-
skvada Tamara xanımın qonağı olarkən ondan nə əcəb ailə qurmadı-
ğını soruĢmuĢdu. Tamara xanım ona belə cavab vermiĢdi: ”Behbud
xan kimi bir kiĢi tapmaq mümkünsüzdür”.
76
MƏHƏMMƏD SADIQ BƏY AĞABƏYZADƏ (AĞABƏYOV)
(1865-1944)
Azərbaycanın görkəmli hərbçisi
və dövlət xadimi. 1918-1920-ci illər-
də Azərbaycan Xalq Cümhuriyyəti
dövründə Daxili ĠĢlər Nazirliyinin
rəhbərlərindən, milli-müstəqil polisi-
mizin yaradıcılarından biri olmuĢdur.
General-mayor. Nazir hüquqlu vitse-
ministr (nazir)... ġərqĢünas alim, pro-
fessor...
Məhəmməd Sadıq bəy Hacı Ġs-
mayıl bəy oğlu Ağabəyzadə (Ağabə-
yov) 1865-ci il martın 15-də Bakı qu-
berniyasının Göyçay qəzasının mər-
kəzi Göyçay Ģəhərində dindar ailədə
anadan olmuĢdu. O, Salyandakı məĢ-
hur Ağabəyovlar nəslindən idi... Ġlk təhsilini Bakı real məktəbini
qurtarmaqla (1882) alıb sonra Peterburqdakı Konstantinovsk
piyada hərbi və artilleriya məktəbini də əla qiymətlərlə bitirmiĢdi.
Odur ki, 1886-cı ildə Sankt-Peterburqdakı (“Sankt-Peterburq” “Mü-
qəddəs Pyotr Ģəhəri” deməkdir. 1703-cü ildə qüdrətli Rusiya çarı
Birinci Pyotr (1682-1725) tərəfindən salınmıĢdır) Mixaylovski artil-
leriya məktəbinin 3-cü kursuna daxil olmuĢdu. Oranı da əla qiymət-
lərlə bitirmiĢdi. Qafqazda qulluq edərkən Tiflisdə BaĢ Qərargahın,
1886-1899-cu illərdə həm də Peterburqda Xarici ĠĢlər Nazirliyinin
ġərq dilləri kursunu qiyabi yolla baĢa vurmuĢdu.
1886-cı ildən kiçik rütbəli hərbçi zabit kimi xidmətdə sayılan
M.S. Ağabəyzadə əvvəlcə Qafqaz artilleriya hərbi hissəsində, 1899-
cu ildən 1913-cü ilədək Türküstan (Orta Asiya) və Zakaspi hərbi
dairələrində qulluq etmiĢdi... 1913-cü ildə general-mayor rütbəsində
təqaüdə çıxaraq Göyçay Ģəhərində yaĢayırdı... Bu zaman onun 48
yaĢı vardı.
77
1914-cü ilin iyulunda Birinci Dünya müharibəsi baĢlandı və
bununla əlaqədar bütün hərbçi Ģəxslər səfərbərliyə alınırdı. Onların
içərisində Məhəmməd Sadıq bəy də vardı... Qeyd etmək lazımdır
ki, çar Rusiyası ordusunda qulluq edərkən göstərdiyi əla xidmətlərə
görə M.S. Ağabəyzadə artıq yuxarıda deyildiyi kimi general-mayor
ali hərbi rütbəsinə, bir sıra orden və medallara, o cümlədən Rusiya
imperiyasının yüksək təltiflərindən biri olan 2-ci dərəcəli “Müqəd-
dəs Anna” ordeninə layiq görülmüĢdü. 1917-ci il oktyabrın 27-də
Rusiyada silahlı çeviriliĢin baĢ verməsi nəticəsində axırıncı çar Ġkin-
ci Nikolay Romanovun (1894-1917) hakimiyyəti yıxıldı. Onun əvə-
zinə hakimiyyətə gələn sovet hökuməti Rusiyanın Birinci Dünya
müharibəsindən çıxdığını elan etdikdən sonra həmin müharibədə
iĢtirak etmiĢ, ordudan tərxis olunmuĢ general Məhəmməd Sadıq bəy
Ağabəyzadə yenidən döğulduğu Göyçaya qayıtmıĢdı.
1918-ci ilin may ayında Azərbaycanın tarixində çox mühüm
və yeni mərhələ olan bir hadisə baĢ verdi. Bu tarixi hadisə həmin il
Mayın 28-də ilk milli - müstəqil dövlətimiz – Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması idi. Bundan hədsiz sevinən general Mə-
həmməd Sadıq bəy Ağabəyzadə diqqətdən kənarda qalmamıĢdı.
M.S. Ağabəyzadə bir peĢəkar hərbçi general kimi ona olunan təklifi
ürəkdən qəbul edərək, müstəqil dövlətimizə xidmət etməyə razılıq
vermiĢdi... Tarixi mənbələr və sənədlər göstərir ki, bu vətənpərvər
Ģəxs 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi
Nazirliyində hərbi nazirin müavini, hərbi nazir əvəzi, daxili iĢlər
nazirinə bərabər statusda isə nazir əvəzi vəzifələrində çalıĢmıĢ və
Azərbaycanda, xüsusilə, Gəncə və Bakı quberniyalarının polis or-
qanlarında islahatlar apararaq, milli polis məktəbinin, habelə hərbi
iĢin təĢkilində müstəsna xidmətlər göstərmiĢdir...
Belə ki, S. Ağabəyzadə 1918-ci ilin oktyabrınadək əvvəlcə
Azərbaycan Respublikasının hərbi naziri əvəzi vəzifəsində çalıĢmıĢ,
sonuncu tarixdən isə zəruriyyət olduğundan Daxili ĠĢlər Nazirliyinə
iĢləməyə dəvət olunmuĢdu... General-mayor Məhəmməd Sadıq bəy
Ağabəyzadə Azərbaycan hökumətinin qərarı ilə 1918-ci il oktyabrın
23-dən Daxili ĠĢlər Nazirliyinin vitse-naziri vəzifəsinə təyin edilmiĢ
və bu vəzifədə təqaüdə çıxanadək, yəni 1920-ci il yanvarın 23-dək
intensiv fəaliyyət göstərmiĢdi... O, Azərbaycan Cümhuriyyətinin