81
M. Ağabəyzadə olmuĢdur. Hərçənd, Azərbaycan hökuməti elə hə-
min vaxt onu diplomatik iĢə keçirmək ərəfəsində idi...
21 mart 1919-cu il. General V.Tomson və ingilis baĢ polis
komissarı F.P. Kökkerelin təklifi ilə daĢnakların 1918-ci ildə xalqı-
mıza qarĢı törətdiyi soyqrımlarını və etnik təmizləmə üzrə hələ
1918-ci il iyulun 15-də yaradılmıĢ Fövqəladə Ġstintaq Komissiya-
sının iĢi Azərbaycan Cümhuriyyəti DĠN-in 4-cü ġöbəsinə həvalə
edilmiĢdi. Həmin Ģöbənin rəisi Sonazır Taprov idi.
21-30 mart 1919-cu il. Qarabağda Azərbaycan hökumətinə
qarĢı çıxan erməni daĢnakların dəstələri (onlara Ġrəvandan gizli gəl-
miĢ Dro (Drostamat) Kanayan və Dəli Qazar) baĢçılıq edirdilər)
Əsgəran (Əsgəran sonralar DQMV-nin ayrıca inzibati ərazi vahidi
kimi gəaliyyət göstərmiĢ, 1930-cu ildə müstəqil rayona çevrilmiĢ,
1978-ci ilədək Stepanakert rayonu adlandırılmıĢdı...) yaxınlığında
general-mayor Həbib bəy Səlimovun (1881-1920) komandanlıq
etdiyi Milli Silahlı Qüvvələrimiz tərəfindən darmadağın edilmiĢdi.
Həmin qüvvələrin tərkibində düĢmənə qarĢı Daxili ĠĢlər Nazirliyi-
nin srutukru olan Xosrov bəy Sultanovun (1879-1947) rəhbərlik
etdiyi Qarabağ General-Qubernatorluğunun Ģəxsi heyəti və DĠN-in
digər bölükləri də vuruĢmuĢdular...
30 mart 1919-cu il. Bakıda müttəfiq dövlətlərin Müvəqqəti
Polis Komissarlığı öz fəaliyyətini dayandırmıĢ, onun rəisi, polis baĢ
komissarı, polkovnik F.P. Kökkerel səlahiyyətlərini tərk edərək,
yenidən Ģefi olduğu Xüsusi Müstəmləkə Polisinə baĢçılıq etmək
üçün Ġrana yola düĢmüĢdü...
30 mart 1919-cu il. General–mayor M. Ağazadə tərəfindən
“Vəzifəli Ģəxslərin cinayətlərinin təhqiqatı və təhqiqatların səviyyə-
sinin yaxĢılaĢdırılması haqqında” təmimnamə (əmr) verilmiĢdi.
1919-cu il aprelin 5-də Azərbaycan hökuməti Daxili ĠĢlər Na-
zirliyinə, Ģəxsən vitse-ministr M.S.Ağabəyzadəyə sərəncam vermiĢ-
di ki, Bakı Ģəhərində təhlükəsizliyi və sakitliyi bərpa etsin. Bu, Ģə-
hərə Azərbaycan Ordusunun 1 batalyon piyada, 400 nəfər süvari və
1 batareya hissəsinin gətirilməsi ilə əlaqədar idi. Hərbi hissə qüvvə-
lərinin Ģəhərə gətirilməsi polisin vəzifəsini çətinləĢdirmiĢdi. Çünki
hərbi nazir, tam artilleriya generalı S. Mehmandarov Azərbaycan
Nazirlər ġurasının sədri N.Yusifbəyliyə yazdığı raportda bildir-
82
miĢdi: ”... Mən Bakı hərbi qarnizonunda bolĢevizm əhval-ruhiyyəsi-
nin geniĢlənən təsirindən qorxuram”.
Qeyd etmək lazımdır ki, Azərbaycanda müttəfiq qoĢunların
komandanı, general V.Tomson hələ 1918-ci il dekabrın 18-də ġima-
li Qafqaz xalqlarına müraciətində bəyan etmiĢdi: ”... bolĢevizmi
məhv etmək bizim ümumi iĢimizdir. Müttəfiqlər bolĢevizmin düĢ-
mənidirlər”.
Azərbaycan Respublikasının Daxili ĠĢlr Nazirliyi öz fəaliyyəti
ilə müstəqil dövlətimizin demokratik mahiyyəytini təmsil edirdi.
Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin daxili iĢlər naziri vəzi-
fəsini ifa edən general-mayor M. Ağabəyzadənin 28 aprel 1919-cu
il tarixli əmrində vətəndaĢlara müraciətlə deyilirdi: ”... Arzu edən
hər kəs, o cümlədən siyasətlə məĢğul olanlar Azərbaycanın hüdud-
larından heç bir əlavə vizaya ehtiyac olmadan kənara gedə bilərlər.
Bu cür imtiyaz o zamankı siyasi partiyalara və ictimai təĢkilatlara
da Ģamil olunur...”.
28 aprel 1919-cu il.
”Cənab daxili işlər naziri əvəzi general-mayor Ağabəyova.
Əlahəzrətlərinizdən xahiş edirəm ki,Bakı quberniyasının qəzalarını
təftiş edəsiniz. Təftişi Göyçay qəzasından başlamaq məqsədəuyğun-
dur. Təftiş zamanı səhlənkarlıqda təqsirli bilinən vəzifəli şəxsləri
işdən azd etmək üçün Sizə geniş səlahiyyətlər verirəm”.
Daxili iĢlər naziri
Nəsib bəy Yusifbəyli.
8 may 1919-cu il.
Daxili iĢlər naziri əvəzi, general-mayor S. Ağabəyzadə Göyçay
və Cavad (Salyan) qəzalarının, Bakı quberniyasının yoxlanması üzrə
əmrin yetirilməsi barədə sərəncam vermiĢdir.
14 may 1919-cu il.
Daxili iĢlər nazirinə raport.
“Əlahəzrətlərinizin nəzərinə çatdırıram ki, 8 may xidməti
ezamiyyətindən qayıdıb xidməti vəzifəmə başladım”.
Daxili iĢlər naziri əvəzi
general-mayor Ağabəyov.
83
20 may 1919-cu il.
”Cənab daxili işlər naziri əvəzi general-mayor Ağabəyova. 28
aprel tarixli 2977 saylı sərəncamıma əlavə olaraq əvvəl verdiyim
səlahiyyətlər saxlanılmaqla Əlahəzrətlərinizdən Bakı quberniyası-
nın təftiş edilməsini xahiş edirəm. Sizin istəyinizlə Dəftərxanamın
şöbə rəhbərlərindən birini və xüsusi tapşırıqlar üçün bir məmuru
özünüzlə götürməyinizi təklf edirəm. Xərclər üçün Sizə 100 minlik
kreditdən 8 min rubl veriləcək”.
Daxili iĢlər naziri
Nəsib bəy Yusifbəyli.
1 iyul 1919-cu il.
Gəncə general-qubernatoruna (Xudadat bəy Rəfibəyli).
“Sizin nəzərinizə çatdırırıq ki, Daxili İşlər Nazirliyinin hər bir
zabiti xüsusi formada və çində olmalıdır ”.
Daxili iĢlər naziri əvəzi
general-mayor Ağabəyov.
30 sentyabr 1919-cu il.
Daxili iĢlər naziri əvəzi general-mayor S. Ağabəyzadə “ Zabit
heyətinin paltarla təmin edilməsi haqqında” Gəncə qubernatoru
X. Rəfibəyliyə və “Hərbi iĢ, hərbi forma, paqonlar barədə” Azər-
baycan Resüpublikasının hərbi naziri, tam artilleriya generalı
S. Mehmandarova məktub göndərmiĢdir.
1 oktyabr 1919-cu il.
Cənab daxili iĢlər naziri əvəzi Ağabəyova.
“Əlahəzrətlərinizə təklif edirəm ki, Amerika xidmətinin gene-
ralı cənab Harbortu müşayiət etmək üçün Batuma yola düşəsiniz”.
Daxili iĢlər naziri
N. Yusifbəyli.
23 oktyabr 1919-cu il.
Cənab daxili iĢlər nazirinə.
“Sizin təkliflərə əsasən Amerika xidmətinin generalı cənab
Harbortu qarşılamış, müşayiət etmiş və vəzifəmin icrasına başlamı-
şam“.
Daxili iĢlər naziri əvəzi
general-mayor Ağabəyov.