105
Əliyev (dünyasını dəyiĢmiĢdir, Allah rəhmət eləsin!), kinorejissor
Firəngiz Qurbanova,DĠN-in Polis Akademiyasının dosenti,tarix
elmləri namizədi, polis polkovniki Tahir Behbudov, DĠN-in Mət-
buat Xidmətinin əməkdaĢı , tarix elmləri namizədi Ġltifat Əliyarlı,
habelə Ramiz Abıtalıbov xalqımızın general oğlunun xatirəsinin
əbədiləĢdirilməsinə dair bir sıra təkliflər səsləndirdilər.General M.S.
Ağabəyzadənin adına Polis Akademiyasında təqaüd təsis edilməsi,
adının Bakıdakı küçələrdən birinə verilməsi və vaxtı ilə Azərbaycan
Xalq Cümhiriyyəti DĠN-dəki fəaliyyəti dövründə Bakıda yaĢadığı
binaya xatirə lövhəsinin vurulması, ev muzeyinin yaradılması və s.
həmin qəbil təkliflərdən idi.Tədbirdə iĢtirak edən Məhəmməd Sadıq
bəyin qohumu Cəmilə xanım Hüseynzadə,onun oğlu Ġsmayıl xatirə-
tədbirin təĢkilatĢılarına və iĢtirakçılarına minnətdarlıqlarını bildir-
miĢdilər. Tədbirin sonunda general-mayor M.S.Ağabəyzadənin haq-
qında ayrıca bədii film çəkilməsi və bununla əlaqədar müvafiq
təĢkilatlara müraciət edilməsi qərara alınmıĢdı...
XƏLİL BƏY XASMƏMMƏDOV
(XASMƏMMƏDLI)
(1873 – 1947 (1945)
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi. Azər-
baycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin baĢçılıq
etdiyi 3-cü hökumət kabineti zamanı (26 dekabr 1918-ci il – 14
mart 1919-cu il...) Azərbaycan Respublikasının daxili iĢlər naziri ol-
muĢdur.
Xəlil bəy Hacıbaba bəy oğlu Xasməmmədov (Xasməmmədli)
1873-cü il oktyabrın 25-də Gəncədə əsilzadə ailədə anadan olmuĢ-
du. Atası Hacıbababa bəy Gəncəbasarın nüfuzlu Ģəxslərindən sa-
yılırdı. Xəlil bəy ixtisasca peĢəkar hüquqĢünas idi.Vaxtı ilə 1906-cı
il fevralın 20-də Yelizavetpol qəzasından Rusiyanın III Dövlət Du-
masına deputat seçilmiĢ, Fətəli xan Xoyski və digər deputatlarla bir-
likdə xalqımızın mənafeyini orada müdafiə etmiĢdi. X.Xasməm-
mədov III Dumada hüquq komissiyasının üzvü idi. Xəlil bəy
106
sonralar Zaqafqaziya Seyminin də üz-
vü seçilmiĢdi. O, ”Müsavat” partiyası-
nın fəal üzvü və rəhbərlərindən biri ol-
muĢdu...
X. Xasməmmədov 1918-ci il
mayın 28-də Azərbaycan Xalq Cüm-
huriyyətinin təsis iclasında Milli ġu-
ranın üzvü kimi Azərbaycanın istiqla-
liyyəti ilə bağlı məruzə edərək, onun
müstəqil respublika elan edilməsinin
zəruriliyini əsaslandırmıĢdı... X.Xas-
məmmədov F.Xoyskinin sədr olduğu
birinci hökumət kabinetində (28 may -
17 iyun 1918-ci il) ədliyyə naziri ol-
muĢdu. F.Xoyskinin baĢçılığı ilə Gəncədə yaradılıb fəaliyyət göstər-
miĢ 2-ci hökumət kabineti zamanı (17 iyun – 12 dekabr 1918-ci il)
”Müsavat”ı təmsil edən X.Xasməmmədov portfelsiz (mülki) nazir
postunu tutmuĢdu. Bitərəf F.Xoyskinin rəhbərlik etdiyi ikinci höku-
mətin mövcudluğu dövründə, 1918-ci il oktyabrın 6-da aparılan
kabinədaxili dəyiĢikliklərdən sonra X.Xasməmmədov yollar nazi-
ri təyin edilmiĢdi.
1918-ci il sentayabrın 6-da Türkiyədə yeni hakimiyyətə
gəlmiĢ Sultan Əbdül Məcidin (1839-1861) (“məcid” ərəbcə “əzə-
mətli”, ”görkəmli” deməkdir) oğlu axırıncı (8-ci) Osmanlı padĢahı
Sultan Altıncı Vahiddin Mehmed (2 fevral 1861, Ġstanbul - 15 may
1926, Ġstanbul) Ġstanbula təĢrif buyurmuĢ Azərbaycan nümayəndə
heyətini qəbul etmiĢdi. Onları Türkiyənin hərbi naziri Ənvər paĢa
(1881-1922) qarĢılayıb sultana təqdim etmiĢdi. Bu görüĢ müstəqil
Azərbaycan Cümhuriyyətinin beynəlxalq aləmə vəsiqə qazanmasın-
da və onun tanınmasında müsbət rol oynamıĢ və sürətləndirici təsir
göstərmiĢdi. Həmin gün Sultan Altıncı Mehmed tərəfindən qəbul
edilən 3 nəfərdən ibarət nümayəndə heyətində M.Ə.Rəsulzadə,
A.Səfikürdski ilə bir sırada X.Xasməmmədov da vardı .
F.Xoyskinin yenidən sədr olduğu 3-cü hökumət kabinetində
(26 dekabr 1918-ci il - 14 mart 1919-cu il) müsavatçı X.Xasməm-
mədov o zaman ən çətin və həm də çox mühüm vəzifə sayılan daxili
107
iĢlər naziri vəzifəsində çalıĢmıĢdı. O, bu vəzifədə 26 dekabr 1918-ci
ildən 14 mart 1919-cu ilədək iĢləmiĢdi. Xəlil bəy nazir iĢlədiyi
dövrdə müstəqil Azərbaycan polisinin möhkəmləndirilməsində və
inkiĢafında böyük xidmətlər göstərmiĢdi. Ona bu iĢdə vitse-nazir,
general-mayor M.S. Ağabəyzadə xüsusilə yaxından köməklik et-
miĢdi...
X.Xasməmmədovun nazirliyi dövründə onun əmri ilə 14 fev-
ral 1919-cu ildə baĢ verən cinayətləri təhqiq etmək və xidməti vəzi-
fəsindən sui-istifadəyə qarĢı mübarizə aparmaq məqsədilə Daxili
ĠĢlər Nazirliyinin TəftiĢ Ġstintaq Komissiyası yaradılmıĢdı. Onun
təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral 1919-cu il
tarixli iclasında “Parlamenti Mühafizə Polisi Dəstəsinin təĢkili
haqqında” qanun layihəsinə baxmıĢdı. (Parlamenti Mühafizə Dəs-
təsi sonra alaya çevrilmiĢdi). Bunun zəruri olduğunu Parlamentin
üzvü, Sosialistlər fraksiyasından deputat Qasım bəy Camalbəyov
(1881-1938) sonralar yazırdı ki, Azərbaycan Məclisi-Məbusanının
(Azərbaycan Parlamentinin) açıldığı gün onun Nikolayev (indiki
Ġstiqlaliyyət) küçəsində yerləĢən binasını azərbaycanlılar yox, hər
iki tərəfdən ingilis əsgərləri zirehli maĢının müĢayiəti ilə qoruyur-
dular və diqqətli yoxlama keçirməklə bir nəfər belə kənar adamı ora
buraxmırdılar.Odur ki, Azərbaycan Parlamentinin 18 fevral 1919-cu
il tarixli həmin iclasında 4 maddədən ibarət qanun layihəsi qəbul
edilərək, 200 nəfərlik polis dəstəsi yaradılmıĢdı. Onun təsis edilmə-
sində Parlamentin üzvü, Azərbaycanın görkəmli ictimai-aiyasi xa-
dimi,ixtisasca həkim olan Qarabəy Qarabəyovun (27 sentyabr 1873-
1953, Səmərqənd, Özbəkistan, 80 yaĢ) səmərəli təklifləri xüsusilə
bəyənilmiĢdi.
M.Ə.Rəsulzadənin təklifi ilə yeni yaradılan polis qurumu
“Parlamenti Mühafizə Dəstəsi” adlandırılmıĢdı (Sənədlərdə Parla-
mentin Qoruyucu Bölüyü də yazılmıĢdır...). Yeni yaranan “Polis
Mühafizə Dəstəsi”nin rəisi vəzifəsinə podpolkovnik Nağı bəy Əli-
yev (Əlizadə) (1897-1920), onun köməkçisi (müavini) vəzifəsinə
isə rotmistr HaĢımbəyov təyin olunmuĢdu. Altı nəfərdən ibarət Ģtat
vahidi üzrə təsis olumuĢ Parlamenti Mühafizə Polisi əməkdaĢlarının
– zabit və digər komanda heyətinin vəzifə dərəcələri üzrə aylıq mə-
vacibi aĢagıdakı kimi idi:
Dostları ilə paylaş: |