78
Daxili ĠĢlər Nazirliyinin boĢ təqvim günlərində hökumətin qərarı ilə
daxili iĢlər naziri vəzifəsini daĢımıĢdır və bir tədqiqatçı kimi biz
hesab edirik ki, onu məhz daxili iĢləri naziri hesab etmək olar.
Çünki S. Ağabəyzadə ilə əlaqədar olan sənədlərdə, habelə höku-
mətin reyestr jurnalında da (dövlıt qərarlarının siyahsı yazılmıĢ
dəftər) onunla əlaqədar çıxardığı qərarda (23 yanvar 1920-ci il), o
cümlədən Ģəxsi iĢində Sadıq bəyə heç vaxt nazir müavini kimi
deyil, ancaq “cənab nazir!”, - deyə müraciət edilmiĢdir....
1918-ci il noyabrın 1-dən 1918-ci il dekabrın 26-dək, 1919-cu
il martın 14-dən 1919-cu il aprelin 16-dək və s. Azərbaycan Xalq
Cümhuriyyətinin daxili iĢlər naziri vəzifəsini daĢımıĢ vitse-nazir
M.S. Ağabəyzadə çox intizamlı, tabeliyində olanlara qarĢı da olduq-
ca tələbkar idi. Bunu onun yazdığı raportlardan da sezmək olardı...
Sadıq bəyin Gəncə quberniyasının polis zabitlərinin geyim forması
ilə təmin edilməsi, Göyçay və Cavad qəzalarında, Bakı quberniya-
sında təftiĢ (yoxlamalar) aparılması barədə əmrlərinin məzmunu da
bunu sübut edir.
21 dekabr 1918-ci il. ”Daxili işlər naziri əvəzi general-mayor
Ağabəyova.
Nazirlər Kabinetinin yeni tərkibinin toplanması ilə əlaqədar
Əlahəzrətlərinizdən xahiş edirəm ki, yeni daxili işlər naziri Xəlil bəy
Xasməmmədov gələnə qədər keçmiş daxili işlər naziri Bahbud xan
Cavanşirdən işləri təhvil götürəsiniz”.
Nazirlər ġurasının sədri Fətəli xan Xoyski.
1918-ci il noyabrın 17-dən 1919-cu il martın 30-dək olan dövr
Azərbaycan polisinin tarixində milli polis orqanlarımıza və əmək-
daĢlarına ikili rəhbərlik və idarəçilik mexanizminin tətbiqi ilə səciy-
yələnir. Bu, Bakıda ingilis general-qubernatorluğu (sonralar,1919-
cu ilin aprelində ləğv olunmuĢdu) polisinin mövcudlugu ilə əlaqədar
idi. Belə ki, Birinci Dünya müharibəsində (1914-1918-ci illər) qalib
gələn Antanta ölkələri – Ġngiltərə, Fransa və ABġ müttəfiq dövlət-
lər qismində Mudros saziĢinin (30 oktyabr 1918-ci il) 11-ci maddə-
sinə əsasən Bakıya V.Tomson baĢda olmaqla hərbi kontingent gön-
dərmiĢdilər. Bakıda polkovnik F.Kökkerelin baĢçılıq etdiyi müttəfiq
dövlətlərin Polis Komissarlığı yaradılmıĢdı. Həmin dövrdə müttəfiq
dövlətlərin Polis Komisarlığının stukturu aĢağıdakı kimi idi:
79
- General-qubernator, Bakı Ģəhərində müttəfiq dövlətlərin qo-
Ģunlarının komandanı, Bakı Ģəhərində müttəfiq qoĢunların Qərar-
gahı, Bakı Ģəhərində müttəfiq dövlətlərin Polis Komissarlığı, Polis
Komissarlığının Xüsusi Dəftərxanası, Bakı Polismetsterliyi və Bala-
xanı-Sabunçu Polismeysterliyi.
Müttəfiq dövlətlərin Bakıdakı Polis Komissarlığının mövcud-
luğu dövründə Azərbaycan Respublikası Daxili ĠĢlər Nazirliyinin
strukturu belə idi:
-Nazir, vitse-nazir (nazir), nazir müavini, Dəftərxana direkto-
ru, vitse-direktor, BaĢ ġöbə (BaĢ ġöbə 5 Ģöbədən ibarət idi: ĠnĢaat
ġöbəsi, Hüquq ġöbəsi, Xüsusi Dəftərxana, Polis Ġnspeksiyası (Mü-
fəttiĢliyi) və Redaktor ġöbəsi). Qəza və Ģəhər polismeysterlikləri və
polismeysterlər general-qubernatorluqlara, general-qubernatorluqlar
(Bakı, Gəncə, Qarabağ, Qazax, Zaqatala, Lənkəran, Naxçıvan, Ab-
Ģeron) və onların baĢçıları birbaĢa Daxili ĠĢlər Nazirliyinin BaĢ ġö-
bəsinə tabe idilər və vaxtaĢırı hesabat verirdilər. Müttəfiq dövlət-
lərin Bakıdakı Polis Komissarlığı ləğv edildikdən sonra (1919-cu il
martın 30-da) Bakıda polisin strukturu belə idi:
- Azərbaycan Respublikası DĠN-ə birbaĢa tabe olan Bakı rayo-
nunun MöhkəmləndirilmiĢ general-qubernatoru (15 fevral 1905-ci
ildə yaradılmıĢdı), inzibati-polis aparatına baĢçılıq edən Bakı Ģəhəri-
nin qubernatoru, DĠN-ə birbaĢa tabe olan Bakı ġəhər Qradonaçal-
nikliyi (Rusiya Hökumət ġurasının 28 oktyabr və 2 noyabr 1906-cı
il tarixli qərarları üzrə yaradılmıĢdı), ona tabe olan Bakı Polismeys-
terliyi (Rusiya Hökumət ġurasının 28 oktyabr və 2 noyabr 1906-cı il
tarixli qərarı ilə yaradılmıĢdı), Bakı Xəfiyyə Polisi ġöbəsi (1908-ci
il iyulun 6-da yaradılmıĢdı. Xəfiyyə polisi siyasi xəfiyyə xidmətin-
dən və cinayəkarlıqla mübarizə xidmətindən ibarət idi). 1912-ci ildə
Bakı Jandarm Ġdarəsi nəzdində yeni əsaslarla Bakı Xəfiyyə Polis
ġöbəsi. Çarın 9 dekabr 1867-ci il tarixli fərmanı ilə Bakı Quberniya
Jandarm Ġdarəsi (siyasi polis), 1879-cu ildə isə Yelizavetpol (Gən-
cə) Quberniya Jandarm Ġdarəsi yaradılmıĢdı). Rusiyada 1917-ci ildə
fevral inqilabından sonra ləğv edilmiĢdi). Bakı Polismeysterliyi 10
sahə polis pristavlığına və Liman sahə polis pristavlığına, Balaxanı-
Sabunçu Polismeysterliyi (Rusiya Hökumət ġurasının 28 oktyabr və
2 noyabr 1906-cı il tarixli qərarları ilə yaradılmıĢdı) isə 7 sahə polis
80
pristavlığına bölünürdü. Bakı Polismeysterliyinin yanında Ehtiyat
Polisi vardı (1905-ci ildə yaradılmıĢdı) .
2 yanvar 1919-cu il. ”Cənab daxili işlər naziri əvəzi general-
mayor Ağabəyova.
Əlahəzrətlərinizə təklif edirəm ki, Parlament Komissiyası ilə
birgə Sizə həvalə edilmiş iş üzrə Ağdam kəndinə gedəsiniz”.
Daxili ĠĢlər naziri
Xəlil bəy Xasməmmədov.
1919-cu il yanvarın 11-də Bakıda Sanitar Büro Mərkəzi yar-
adılmıĢdı. Onun rəhbəri ingilis həkimi idi. Həmin Büroya Azərbay-
can Respublikasının Daxili ĠĢlər Nazirliyinin, Səhiyyə Nazirliyinin,
Bakı ġəhər Ġdarəsinin, Neft Sənayeçiləri Ġttifaqının və Bakı Mərkəzi
Evinin nümayəndələri də daxil olmuĢdular...
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti döv-
ründə polis orqanlarında həmkarlar ittifaqları fəaliyyət göstərmirdi.
Çünki bu qurumlar bolĢeviklərin, eser-menĢeviklərin təsiri altında
idi...
...Cinayətkarlıqla mübarizənin metodları və formaları müxtəlif
idi. Mübarizə əsasən üç istiqamətdə: kriminal, siyasi və trnsmilli
(ölkədən kənar) cinayətkarlığa qarĢı aparılırdı. Bu mübarizədə
ingilis polisi ilə əməkdaĢlıq da mövcud idi...
1 fevral 1919-cu il. Əmr nömrə 37.
“Gəncə quberniyasından qayıdan general-mayor Ağabəyov öz
vəzifəsinin icrasına başlasın”.
Daxili iĢlər naziri
Xəlil bəy Xasməmmədov.
1919-cu il fevralın 6-da Azərbaycan Parlamentinin növbəti
iclası keçirilmiĢdi. Ġclas ölkənin o zamankiı cətin vəziyyətində ge-
niĢlənən möhtəkirliyə qarĢı mübarizənin gücləndirilməsi zəruriliyini
qeyd edərək, Daxili ĠĢlər Nazirliyinə ərzaq məhsullarının gündəlik
daĢındığı Biləcəri stansiyasından keçən vaqonlara xüsusi nəzarət
etməyi həvalə etmiĢdi.
1919-cu il martın 14-də X. Xasməmədov daxili iĢlər naziri və-
zifəsindən istefa verdiyi üçün Bakıdakı müttəfiq qoĢunların Polis
Komissarlığı bütün iĢləri milli polisimizin nümayəndəsinə təhvil
verməli idi. Bu Ģəxs o zaman vitse-ministr olan general-mayor