111
Xosrov bəy Sultanov (1879-1947) təyin edilmiĢ,general-qubernator
vəzifəsinin faktiki icrasına 12 gün sonra,fevralın 12 dən baĢlamıĢ-
dı... Onun köməkçiləri (müavinləri) Hüseyn bəy Mahmudbəyov və
Qriqori Kələntərov, məsləhətçiləri Xosrov bəy Folatov (səhvdir, əs-
lində Poladovdur), Ġbrahim bəy, Levon Vartapetyan və Akop Bala-
sanyan idilər. General Tomsonun baĢçılıq etdiyi Bakıdakı müttəfiq
dövlətlərin komandanlığı Qarabağ General-Qubernatorluğunu rəs-
mən yalnız 1919-cu il aprelin 3-də tanımıĢdı... Elə həmin dövrdən
də baĢlayaraq, Azərbaycan hökuməti Bakıda Ġngiltərə general-
qubernatorluğunun ləğv edilməsi uğrunda fəaliyyətini artırmıĢdı...
Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli icla-
sında müzakirələr zamanı Qarabağın general-qubernatoru vəzifəsinə
namizəd də təklif olunmuĢdu. Daxili iĢlər naziri X. Xəsməmmədov
tərəfindən irəli sürülmüĢ namizəd Bakının polismeysteri və qrado-
naçalnki vəzifəsində çalıĢmıĢ Quda Əliyeviç Qudiyev (bəzi mən-
bədə Puda,Qud yazılır.Lakin əslində Qudadır) Daxili ĠĢlər Nazirliyi
Q.Qudiyevi təcrübəli, müxtəlif hərbi xidmətin pillələrini bir-bir
keçmiĢ məmur kimi müsbət xarakerizə edərək, namizədliyini müda-
fiə edirdi. Lakin Q.Qudiyevin yeganə və həmdə əsas çatıĢmayan cə-
həti Azərbaycan dilini bilməməsiydi. Üstəlik, o, Qarabağ bölgəsinə
də çox yaxından bələd deyildi. Çünki, Q. Qudiyev Dağıstanın Ter
Vilayətinin Nazran dairəsində anadan olmuĢdu, milliyyətcə isə
inquĢ idi (bu faktı ilk dəfə dövriyyəyə BDU-nun professoru Ġsma-
yıl Musyev daxill etmiĢdir).
28 fevral 1919-cu il.Azərbaycan hökumətinin qərarı ilə ermə-
ni-daĢnakların hücumlarını mütəĢəkkil surətdə dəf etmək və bölgədə
qayda-qanunu yaxĢılaĢdırmaq məqsədilə paytaxtı Naxçıvan olan
Cənub-Qərbi Azərbaycan General-Qubernatorluğu yaradılmıĢ, Bəh-
ram xan Naxçıvanski general-qubernator vəzifəsinə təyin edilmiĢdi.
B. Naxçıvanski bu vəzifədə 1919-cu il martın 16-dək xidmət etmiĢ-
di. Sonuncu tarixdən onu həmin vaxtadək Zaqatalanın qubernatoru
vəzifəsində çalıĢan, general-mayor Əliyar bəy HaĢımbəyov əvəz
etmiĢdi...
Mənbələr və sənədlər göstərir ki,Azərbaycan Xalq Cümhuriy-
yətinin 3-cü hökumət kabineti zamanı daxili iĢlər naziri iĢləmiĢ
X. Xasməmmədov çox fəaliyyətli, yorulmaz və barıĢmaz Ģəxsiyyət
112
olmuĢdur. Xəlil bəy qanunun aliliyini ilk növbədə rəhbər tutur və
bunu tabeliyində olanlardanda tələb edirdi.Onun ölkədə ictimai
təhlükəsizliyin təmin edilməsində və cinayətkarlıqla mübarizə sahə-
sində tutduğu sərt mövqe və tələbləri hamı bilir və qəbul edirdi.
Azərbaycan Parlamentinin 1919-cu il 4 fevral tarixli geniĢ iclasında
çıxıĢ edən daxili iĢlər naziri X. Xasməmmədov demiĢdi:
- ”...Qanunlarımız dəqiq, həm möhkəm və həm də yerinə
yetirilən olmalıdır. Onlar dəqiq olmayan yerlərdə qanunsuz fəaliy-
yət üçün imkan yaranır. Bu, əhalinin taxıl yığımındakı iĢtirakına da
aiddir”.Xəlil bəy Parlamentdəki həmin çıxıĢında Quba,Göyçay,
Gəncə və daha bəzi baĢqa yerlərdə taxıl ehtiyatının saxlanılması ilə
yanaĢı, mövcud olan oğurluq faktları və onlarla mübarizə yolla-
rından da bəhs etmiĢdi. Nazir Qazax qəzasında polisin istintaq or-
qanlarının dövlət əmlakının mənimsənilmə faktlarını üzə çıxardığını
bildirmiĢ, həmçinin Ağstafa stansiyası vasitəsilə qonĢu Gürcüstan
və Ermənistana daĢınıb 1 pudunun 20 manata satıldığı (“pud” fars
sözü, ölçü vahididir; bir pud 16 kq-dır) neft alverindən bəhs edib
bununla mübarizə üçün bütün tədbirlərin artıq görüldüyünü nəzərə
çatdırmıĢdı...
Təyinat. Daxili iĢlər naziri X. Xasməmmədovun təqdimatı,
Azərbaycan Nazirlər ġurasının 5 fevral 1919-cu il tarixli qərarı ilə
bu vaxtadək Azərbaycan hökumətinin ĠĢlər Ġdarəsinin müdiri vəzi-
fəsində iĢləyən RəĢid bəy Axund Əbdüssalam oğlu Axundzadə irə-
li çəkilərək 1919-ci il yanvar ayının 1-dən sayılmaqla Bakı Ģəhəri-
nin qubenatoru təyin edilmiĢdi. R. Axundzadə bu vəzifədə 1919-cu
il avqustun 25-dək iĢləmiĢdi. RəĢid bəy Axundzadəyədək həmin və-
zifəni Azərbaycan Parlamentinin üzvü Müseyib bəy Əxıcanov
icra edirdi...
10 fevral 1919-cu il. Bakının yeni qubernatoru təyin olunmuĢ
R. Axundzadənin yanında Bakı və Balaxanı Sabunçu Polismeyster-
liyi əməkdaĢlarının müĢavirəsi keçirilmiĢdi. MüĢavirədə polis iĢçi-
lərinin paltarla təmin edilməsi, nizam-intizamın daha da möhkəm-
ləndirilməsi və s. barədə məsələlər müzakirə olunmuĢdu.
10 fevral 1919-cu il. Azərbaycan hökuməti tərəfindən “Bakını
cinayətkarlardan və heç bir məĢğuliyyəti olmayan ünsürlərdən tə-
113
mizləmək haqqında” Daxili ĠĢlər Nazirliyinə sərəncam verilmiĢdi.
Sərəncam dövrü mətbuatda dərc olunmuĢdu.
Parlamentin 1919-cu il 6 fevral tarixli növbəti iclasında res-
publikanın o zamankı çətin durumunda ziyan vuran möhtəkirliklə
mübarizə məsələsi də müzakirə edilmiĢdi. Parlament hələ 1918-ci
ilin dekabrında bahalığa bais olan möhtəkirliklə bərabər rüĢvətxor-
ları da məsuliyyətə cəlb etməyi nəzərdə tutan qanun layihəsinin təs-
diq edildiyini bir daha qeyd edərək, möhtəkirliklə mübarizənin güc-
ləndirilməsini, ərzaq məhsullarının gündəlik daĢındığı Biləcəri stan-
siyasından keçən vaqonlara xüsusi nəzarət etməyi X. Xasməmmə-
dovun rəhbəri olduğu DĠN-ə həvalə emiĢdi.
Azərbaycan hökumətinin 1919-cu il 10 fevral tarixli qərarı ilə
Daxili ĠĢlər Nazirliyinə Bakıdan cinayətkarları və heç bir məĢğuliy-
yəti olmayan ünsürləri və Ģəxsləri təmizləmək əmri verilmiĢdi. Bu-
nunla bərabər, qeyd etmək lazımdır ki, polis müntəzəm olaraq iĢsiz
və tüfeyli həyat keçirən Ģəxsləri toplayır və onlarla proflaktiki söh-
bətlər də aparırdı...
Milli-müstəqil dövlətimiz əleyhinə fəalyyət göstərən qüv-
vələrə qarĢı barıĢmaz mübarizəni Xəlil bəy ən önəmli vəzifə kimi
diqqətdə saxlayır və əməli tədbirlər görürdü...O, bununla əlaqədar
qəzalara da göndərilmiĢ bütün DĠN sistemi üzrə xüsusi əmr də im-
zalamıĢdı. 1919-cu il fevralın 23-25-də Gəncə qubernatoru Ġbrahim
ağa Vəkilovun daxili iĢlər naziri X. Xasməmmədova göndərdiyi
raportlarda bildirilirdi ki, Nuxa qəzasında (o zaman Nuxa qəzası
Gəncə quberniyasının tərkibində idi) Azərbaycan hökumətinə qarĢı
qarıĢıqlıq törətməyə çalıĢan, xüsusu məqsədlər güdən türk çavuĢu
Ġsmayılın dəstəsi darmadağın edilmiĢ, dəstənin 39 nəfər üzvü
tutulmuĢ və silahları müsadirə olunmuĢdur.Tutulan 39 nəfərdən 21-i
hərbçi fərari, 18-isə Nuxanın Bideiz kəndinin yoldan çıxarılmıĢ
sakinləri idi. Raportda daha sonra bildirilirdi ki, Paziqzid kəndində
də ictimai asayiĢi pozanlar da tutulmuĢlar. Buradakı günahkarlar
yerli gənclərin hərbi xidmətə getməmələri üçün təbliğat aparan
Ģəxslər idi. Onların iĢi Gəncə Dairə Prokurorluğuna verilmiĢdir.
Təəssüki, Ġsmayıl adlı həmin türk çavuĢu 9 nəfər tərəfdarı ilə qaçıb
Dağıstan dağlarında gizlənə bilmiĢdi...
Dostları ilə paylaş: |