Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə38/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   34   35   36   37   38   39   40   41   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
83 
83 
üçün maraqlı olan cəhət sözlü şəkildə  yaşayan tarix deyil, daha çox bu sözlü tarixin 
bəlli bir ənənə daxilində formalaşması, kollektivin məhsulu olması, variantlaşması və 
s.dir.   Azərbaycan  üçün  yaxın  tarix XX  yüzilin  əvvəllərində  ermənilərin  törətdikləri 
zülm, fəsad, xəyanət və onlara kömək edən yerli satqınlar, öz xalqına, dilinə, dininə, 
mədəniyyətinə  xor  baxan  insanlardır.  Bu  mövzuların  toplanıb  yazıya  alınması, 
araşdırılması  sadəcə  folklor  və  tarix  elmi  üçün  deyil,  sosiologiya,  etnopsixologiya 
elmləri üçün də materialdır. Bizim üçün ən yaxın ümummilli tarix Qarabağ hadisələri, 
erməni  və  rus  birliklərinin  vəhşiliyi,  torpağın  işğalı,  qaçqınlar  problemi,  savaş 
xatirələri  və  bu  müstəvidə  yaranan  sözlü  tarixdir.  Əslində  Qarabağın  işğalı, 
vəhşiliklər,  insanların  zülmə  uğraması  və  s.  iştirakçıların,  şahidlərin  anlatdıqlarına 
görə yazılmalı, folklorlaşan yaxın tarix, rəsmi tarixə material verməlidir.   
Sözlü tarixin əsas materialı insandır. İnsanın həyatı, fəaliyyəti ilə bağlı hadisələr 
rəsmi  tarixin  sahəsini  daha  da  genişlətməklə  bərabər  tarixə  yön  verənlərin,  axarını 
dəyişənlərin sadəcə liderlər deyil, xalq içindən çıxmış sadə insanların, toplumun, bir 
sözlə,  xalqın  olduğunu  vurğulayır,  tarix  bilincinin  folklor  bilinci  ilə  birləşməsini, 
eyniləşməsini saxlayır. Yaxın tarix sözlü variantı ilə tarixin anlamını dəyişdirir, tarixi 
hadisələrdə  xalqın  fəal  iştirakını  təmin  edir,  xalqda  keçmişinə  sorumluluq  hissi  ilə 
birlikdə aidiyyət duyğusu da  yaradır. Yaxın tarix həm də  yerli, bölgəsəl tarixdir, hər 
kəndin,  tayfanın,  rayonun  tarixidir.  Bu  isə  o  bölgənin  insanlarında  söylənən  folklor 
materiallarına tarixi dəyər kimi baxmaq, ona sahib çıxmaq hissi aşılayır.  
Bir  çox  Avropa  ölkələrində,  Türkiyədə  sözlü  olan  yerli  tarixi  öyrənmək  üçün 
tarix  atölyeləri  yaradılmışdır.  Buraya  keçmiş  hadisələri  yaxşı  bilən,  öz  bölgəsinin 
sözlü  tarixi  ilə  maraqlananlar  dəvət  olunur,  şifahilik  üzərində  qurulan  və  sözlü 
yaşayan  folklorlaşmış  tarix  materialları  toplanır,  maddi  mədəniyyət  abidələri  ilə 
tamamlanır və ortaya yaxın tarixə və keçmişə aid məlumatlar çıxarılır. Belə dərnək, 
atölye və s. adı ilə birləşən, yerli tarixi öyrənən qrupların Azərbaycanın bütün bölgə-
lərində yaradılması ən vacib məsələdir.    
Sözlü  tarix  nəsillər  arasındakı  bağı  möhkəmlədir,  şifahi  yolla  ötürülən  tarix 
bilinci  vasitəsi ilə gənclərdə doğma  torpaqlarına məhəbbət hissi aşılayır, şahidlərin 
anlatdıqları  ilə  materialın  doğruluğunu  isbatlamış  olur.  Yaxın  tarixin  qurulmasında 
həm də xatirələrin böyük rolu vardır. Ancaq Azərbaycanda istər yaxın tarixlə, istərsə 
də  baş  vermiş  olaylarla  bağlı  xatirə  yazmaq  adəti  zəif  olduğundan  sözlü  tarixi 
tamamlayacaq,  dəqiqləşdirəcək  tək  şeyin  folklorlaşan  tarix  olduğu  görülür.  Buna 
baxmayaraq,  yaşı  80-in  və  ya  100-ün  üzərində  olan  insanlardan  yaxın  tarixə  aid 
folklorlaşmış  materialların  toplanması  üçün  xüsusi  anket  sorularının  hazırlanması, 
bunun  üçün  ekspedisiyaların  təşkil  edilməsi  lazımdır.  Toplanan  materiallar  siyasi, 
sosial, folklor tarixi baxımından təsnif edilməli, yaxın tarix şahidlərin gözü ilə tarix 
çalışmalarına yardım etməlidir. 
Folklor janrlarında qorunan xalq tarixi 
Tarixi  hadisələr  böyük  və  ya  kiçik  olmasından  asılı  olmayaraq,  insan  cəmiy-
yətində hər zaman müəyyən izlər buraxmışdır. Yazıya keçirilməsinə baxmayaraq, bu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
84 
84 
hadisələrdən çoxu xalqın  yaddaşında uzun  müddət  yaşamaqla sözlü ədəbiyyatın bu 
və  ya  digər  janrının  yaranmasına  səbəb  olmuşdur.  Klassik  ədəbiyyat  və  əsasən  də 
folklorun daxil olduğu hər hansı bir ədəbi mətndən tarixi sənəd, tarixi məlumat kimi 
necə istifadə edildiyini ilk dəfə Fuad Köprülü başlatmışdır. F. Köprülü tarixi sadəcə 
xronoloji və bioqrafik məlumata çevirən münasibətin yetərli olmadığını bildirməklə 
ədəbiyyat  əsərlərinin  tarixi  qaynaq  ola  biləcəyini  yazmışdır.
3
  Burada  arxaik 
dastanlardan,  klassik  qəhrəmanlıq  dastanlarından  tarix  yazmaqda  faydalanan  və 
dastanlardan  istifadənin  texnologiyasını  yaradan  Z.V.  Toganı  da  xatırlamaq  la-
zımdır.  Onun  Oğuznamələrdən  Oğuzların  tarixini  çıxarması  sözlü  tarixin  rəsmi 
tarixə  dönüşümünün  örnəyidir.
4
  Keçmiş  Sovetlər  İttifaqında  da  dastan-tarix 
münasibəti  haqqında  uzun  müddət  mübahisə  açılmış,  rus  bilim  adamı  Rıbakovla 
Propp  bu  mübahisədə  fəal  iştirak  etmişlərdir.  Şifahi  mədəniyyəti  güclü  olan 
xalqlarda,  o  cümlədən  də  türklərdə  folklor  janrlarının  tarixi  olaylarla  səsləşməsi, 
tarixi  yaşatması  daha  bariz  olmuşdur.  Dövlət  qurmaq,  torpaqlarını  qorumaq  üçün 
türklərin apardıqları savaşlar, doğudan batıya və ya əksinə doğru köçlər, yeni torpaq-
ların  mənimsənilməsi  dastanlarda  öz  əksini  tapmışdır.  “Ərgənəkon”,  “Şu”,  “Köç” 
dastanları  bu  tarixi  hadisələrin  dastanlaşmış  formasıdır.  İnsanın  dünyaya  gəlişi  və 
dünyadan  gedişi  laylalarda,  ağılarda,  sosial,  siyasi  və  etnik  çatışmalar  əfsanələrdə, 
özümüzə  və  başqalarına  gülməyimiz  lətifələrdə  yaşadılmışdır.  İç  dünyamız, 
sevgimiz,  sevincimiz  mahnılarda  qorunmuşdur.  Bir  sözlə,  tariximiz  folklorumuzun 
içində  yaşamışdır.  Sözlü  ədəbiyyatımızın  həm  də  sözlü  tariximiz  olduğunu 
Abrahams  doğru  olaraq  belə  xarakterizə  edir:  "Burada  ədəbiyyat  qavramını  bütün 
tərəfləri və anlaşılması ilə birlikdə oxumaqda fayda vardır. İlk yazılı ədəbi məhsullar 
tarixçilikdə  olduğu  kimi  uzun  zaman  sözlü  ənənənin  yaşadılmasıyla  yaradılmışdır. 
Dastanlar,  nağıllar,  xalq  hekayələri,  mənkabələr,  qəzavatnamələr,  məsnəvilər  buna 
misal ola bilər. Keçmişdə nələrin yaşandığına dair tarixçilərə bilgi verən eyni əfsanə 
kültürəl  təhlillərlə  tarixi  və  mədəni  inkişafın  necə  bir-birini  tamamladığını  nəql 
edərək söyləndiyi olayları bizə saxlar."
5
  
Mifdən tutmuş atalar sözünə, layladan tutmuş məhəbbət dastanlarına, ağılardan 
tutmuş  əfsanələrə  qədər  sözlü  tarix  varlığını  folklor  janrlarında  qoruya  bilmişdir. 
Folklor elə mürəkkəb hadisədir ki, onda tarixlə sosiologiya, psixologiya ilə din, ədə-
biyyatla ritual iç-içədir. Tarix yazılsa da, yazılmasa da, folklorun ruhunda hər zaman 
yaşamışdır və yaşamağa da davam edir.  P. Thompsona görə, yazıdan əvvəlki dövrdə 
zaman, səma, sənət, peşələr, qanun və danışıqlar, ticari əməliyyatlar, qısacası, bütün 
ictimai  təcrübənin  ağılda  tutulması  lazım  idi.
6
  Bütün  bunlar  kollektiv  yaddaşda 
yaşadığından  yazılaraq  sonrakı  nəsillərə  çatdırılması  ən  vacib  məsələdir.  Hətta 
                                                             
3
 Köprülü F., “Anadolu Selçuklu tarihinin yerli kaynakları”, Belleten,Temmuz, 1943, c.7, Sayı 27, 1943, 
s.379-486 
4
 Bax: Togan Z. V., Oğuz destanı. Reşideddin oğuznamesi, tercüme ve tahlil, İstanbul, 1972; Togan Z. V., 
Umumi Türk Tarihine Giriş, İstanbul, 1981; Togan Z.V., Tarihte usul, İstanbul, 1985 
5
 Abrahams R.D., “Story and history. A folklorist wiev”, Oral history review, IX, USA. 1981, p.3 
6
 Thompson P., Geçmişin sesi (Çev. Şehnaz Layıkel), İstanbul, 1999, s.20 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə