AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
91
91
fövqəl qüvvələrlə mübarizəsi fonunda yaranan ovsunlar əski dünyagörüşü kimi
Ə.Cəfərzadənin bu romanında da ayrıca diqqət mərkəzində saxlanılmışdır. Təbiətə,
iqlim-havanın idarə olunmasına ovsun sözlə təsirin magik gücü və bu gücün əla-
qələndirdiyi əski xalq inancları romanda geniş təfsilatı ilə verilmişdir.
Ənciri yemədin getdin,
Dərdivü demədin getdin.
Külək boğanaq salanda, onu qovardılar.
Ayran verməz öyünə,
Qonağ qoymaz öyünə
İnanırdı ki, Xeyransa arvadın öyrətdiyi bu “ovsunu” oxuyan kimi xəzri
kəsəcək, sərin gilavar gələcək,daha gözlərinə qum dolmayacaq, mocalanda yağtikan
üstə gün qabağında sərdiyi kəhrəba kimi əncirləri qum vurub xarab etməyəcəkdi”.
Əzizə Cəfərzadənin “Bakı – 1501” romanında xalq adət və ənənələri də ayrıca
dolğunluqla əks olunmuşdur. Məsələn:
“Ləngəbiz dağ silsiləsinin lap qutaracağında bir qəbilə var idi. Vaxti ilə qoca
əfəndi qəbilənin “Odlu”adını dəyişib “Məhəmmədli”qoymuşdur. Rəsmi amil
kitablarında indi qəbilə beləcə də qeyd olunmuşdur. Amma amillərin dilində kənd
“Govurlar” olub qalmışdır (1, 34). Adətlərin çoxunu da qarılar qoruyub saxlayır,
onlara təzə don geydirə-geydirə əsl kökünü mühafizə edirdilər. Görürdün ki, təzə
gəlin gələn günün ertəsi,günəş çıxan kimi,qarılardan biri gəlini yerindən qaldırıb,
onu günəşi salamlamağa aparırdı. Bu yerlərdə qocanın vaxtında doğulan usaqlara
molla “Quran”dan ad çıxarıb verirdilər”.
Burada “qəbilə şənbə,çərşənbə kimi gün adlarını yadda saxlamaq istəmirdi.
Həftənin günlərini öz qədim adətlərincə xas günü, duz günü, tək günü, süd
günü,ayna günü adlandırırdılar. Məsələn, süd günü süd yığırdılar. Aylarında adını
qoyunçuluqla bağlamışdılar: Güzdük, döl, döl ardı, qarbasan, boza, körpə bara,
əmlik və s”. (1,36).
Romanda xalq inancları, əski dünyagörünüşün izinə bağlı and, alqışlar da
ayrıca yer tutur. “O gün haqqı”, “Bu ocaq haqqı”, “Şamçıraq haqqı”, “İşıq haqqı”,
“Mirzali hakim: Qurani Məcidə and içirəm İsmayıl İbn Şeyx Heydər İbn Şeyx
Cüneyd mənim torpaqlarımda yoxdur, onun ayaqları mənim torpaqlarıma dəymir”
və s. deyərdi.
Folklorumuzda “qanadlı sözlər”, “qızıl sözlər” kimi dəyərləndirilən xalq
deyımləri, atalar sözləri və məsəllərin yığcam, lakonik ifadələnmədə olana geniş
fikir və mənanı ümumiləşdirməsi xüsusiyyətini əsas göstərən Əzizə Cəfərzadə qeyd
olunan bu romanı da eyni xalq hikməti ilə zənginləşdirmişdir. “Naxırçı qızı
naxırçılığın arzular”. “Öküz paşanın,çubuq meşənin”, “Barını nəm yıxar, ananı
qəm”, “Tək övladlı ana, tək çörəkli tabağa bənzər”, “Şir balası doğulan kimi şirdi”,
“Xas igid dayısına, xanım qız xalasına çəkər”, “Vətən çağıranda, igid bəllənər”,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
92
92
“Aslanın erkəyi, dişisi olmaz”, “Ər qarağan kolunun dibində otursa, arvad da gərək
gedib onun yanındakı yovşan kolunun dibində əyləşə”(1,41).
Bunlardan başqa, Ərəb istilasına münasibət bildirən nə qədər məsəl və atalar
sözləri var. “Dəvə qızdı, ərəb azdı”, “Ərəb nədi - corab nədi?”, “Ac ərəb, gic ərəb”.
Ə.Cəfərzadənin “Bakı – 1501” romanında şifahi xalq ədəbiyyatı o qədər
zəngindir ki, hətta aşıq ədəbiyyatinin müxtəlif janrlarından istifadə olunmuşdur.
Əsərdə Xətai öz sarayında təşkil etdiyi şeir məclislərinə yazıb yaradan sənətkarla
yanaşı aşıqları da cəlb etmişdir. Aşıq sənətini saraylara qaldırmışdır. Göyçəli aşıq
Miskin Abdalin surətini qeyd etmək olar. Xətai şairliyinə və aşıqlıq məharətinə görə
Sarıyaqub kəndinin nəsillik olaraq Miskin Abdala bagışlamışdır.Aşıq Salman kimi
el sənətkarından da romanda xüsusi olaraq danışılır. Ondan nümunələr verilir:
“Ay ağalar, ay qazılar,
Yar yaman allatdi məni.
Əl atdım yar ətəyinə,
O kənara atdı məni.(1,183)
Top atdım eşqin gölünə,
İlişdi sonam telinə,
Düşdüm bir nadan əlinə,
Uçub alıb-satdı məni (1,183)
Dərdini de bilənlərə,
Dərd başına gələnlərə,
Hər üzünə gülənlərə,
Ehtibar eyləmək olmaz.(1,190)
Bu gün ələ almaz oldum mən sazım.
Ərşə dirək -dirək cıxar avazım,
Dörd şey vardır bir qarındaşa lazım.
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.”
Aşıq Miskin Abdal öz sənətinin gözəlliyinə vurğun idi. Əsl aşıq kimi
qoşmadan təcnisə, təcnisdən gəraylıya, gəraylıdan divaniyə keçir;
“Dostu-mehribanım yetiş imdada,
Səndən qeyri yox imdadım,ağlaram.
Ah çəkib, dağlara salaram səda
Qohum gəlməz, gülər yadım, ağlaram(1, 248).
Salma nəzərindən, salma İlahim,
Dal gündə köməyim, poştü pənahım,
Ərşə bülənd olub fəryadü ahim,
Abdaldı, Miskindi adım, ağlaram.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
93
93
Başqa bir aşıq isə qoşma və gəraylıları Qurbanidən oxuyur;
Könül qalxdı Bərdə sarı yeridi,
Orda bir şəhər var, adı Gəncə hey!
Gözəlləri, məhbubları, xubları
Xub batıblar mala, mülkə, Gəncə hey (1,253).
Qurbani der: bahar olur, gəlir yaz,
Göllərdə üzüşür ördək ilə qaz.
Sərim təvvaladı,üzüm payandaz,
Yoxdu bundan qeyrəz bir matah mənim” (1,258).
Bundan başqa, romanda aşıqlar əsgəri təşviq edən mahnılar da oxuyur, Şah
İsmayıl Xətai aşıqlara, şairlərə, əli iş tutan sənətkarlara, xəttatlara, daş üstündə naxış
açan ustalara qiymət verir, onları tez-tez saraya yığırdı. Bütün bunlar romanda geniş
planda əks olunmuşdur.
Qeyd edək ki, aparılan araşdırma, təhlillərdən də bir daha məlum olur ki, xalq
ədəbiyyatının toplanması, tədqiqi işində yaxından iştirak edən yazıçı Əzizə
Cəfərzadə bu xalq örnəklərini öz ədəbi-bədii yaradıcılığının ilkin və ən qiymətli
qaynağı kimi də götürmüşdür. Müxtəlif folklor nümunələri-nağıl, əfsanə, rəvayət,
bayatı, nəğmə, ovsunlar və s. ədibin digər əsərlərində olduğu kimi, onun “Bakı –
1501” romanında ideya-bədii quruluşu, məzmunu, poetikasının əsasında dayanmaqla
əsəri zənginləşdirmiş, onun qiymətini daha da artırmışdır.
Qaynaqlar
1.
Cəfərzadə Əzizə: Bakı-1501. Bakı, Yazıçı,1981.
2.
Məhərrəmova Cəmilə. Xətai haqqında roman. “Azərbaycan müəllimi”, 16
iyun.1982.
3.
Salahova Aida. Xətai dövrünün təsviri. “Ədəbiyyat və incəsənət”, 16 iyul,
1982.
4.
Əliyeva İfrat. El anası – Əzizə Cəfərzadə, “Elm” nəşriyyatı, Bakı, 2001,
64s.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |