AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
110
110
təsadüfi deyil ki, son vaxtlar qərb alimləri də tarixin tədqiqində linqvistik
materiallara daha çox üstünlük verirlər.
Azərbaycan folklorunda, xalqın yaddaşında bu gün bir sıra çox maraqlı bədii
formullar var ki, onların tarixi mütləq öyrənilməlidir. Məsələn, “Allahın evi”,
“Allahın bacısı oğlu”, “Ana haqqı-Tanrı haqqı” və s. belə deyimlərdir. Onları bir-bir
nəzərdən keçirək:
1. Allahın evi: Bu gün məscidlərə “Allahın evi” deyilir. İslam dini düşüncəsinə
görə, Allah maddi deyil və onun evindən söhbət gedə bilməz. Ev yaşayış üçündür.
“Filankəsin evi” deyəndə onun yaşadığı yer nəzərdə tutulur. İslama görə, Allahın evə
ehtiyacı yoxdur. Bəs bu deyim necə yaranmışdır? Şumer epik mətnləri və Şumer
tanrılar panteonu ilə yaxından tanış olmadan bu suala cavab vermək mümkün deyil.
Şumerdə hər bir şəhərin himayəçi tanrısı olmuşdur. Tanrı himayə etdiyi şəhərdə də
yaşamışdır. Yaşamaq üçün onun həmin şəhərdə öz evi olmalı idi və vardı. Anın
Urukdakı evi Eanna, Enlilin Nippurdakı evi Ekur, Enkinin Eridudakı evi Eabsu
adlanmışdır. Şumer mətnlərindən aydın görünür ki, qədim insanlar tanrılarla bir yerdə
yaşamış, onlara qulluq etmişlər. Həmin insanlar tanrıların evlərini də tanıyırdılar. Heç
bir şübhə yoxdur ki, dilimizdə işlənən “Allahın evi” ifadəsi məhz Şumer dövründən də
əvvəl mövcud olmuşdur və indi də yaşayır. Deməli, bu deyimin İslam dini ilə heç bir
ilişgisi yoxdur, onun ən azı 10 min il yaşı var.
2.
Allahın bacısı oğlu: yuxarıda deyildiyi kimi,İslam dini düşüncəsinə görə,
Allah maddi deyil. Allah təkdir, doğmur və doğulmur. Nə arvadı və uşaqları, nə də
qardaşı və bacısı yoxdur. İslam Allah haqqında bu mövzularda nəinki danışmağı,
hətta düşünməyi belə qəbahət sayır. Bəs onda “Allahın bacısı oğlu” nə deməkdir?
Yenə Şumer tanrılar panteonuna üz tutmalı oluruq. Şumer mətnlərindən
görünür ki, tanrılar göydən, yəni başqa planetdən - Nabur planetindən yerə gəlib ilk
dəfə Absu dənizinin sahilində Eridu şəhərini saldılar və orda yaşamağa başladılar.
Tanrılar burada evlənir, ailə qurur, ev tikib yaşayır, oğul-qız doğur və onları
böyüdürdülər. Məsələn, An Şumerin baş tanrısı, Enlil və Enki onun oğlanları, Antu
və Nammu arvadlıarı, Ninqursaq// Ninti//Ninmax və Baba qızlarıdır. Bu hələ
insanların yaranmadığı dövrdür. İnsanlar yarandıqdan sonra tanrılar insanlarla da
evlənmişlər. Bilqamısın anası tanrı Ninsun, atası insandır. Adapanın atası tanrı Enki,
anası yer qadınıdır. Şumer panteonunda bütün qohumluq əlaqələri və qohumluq
türminləri, o cümlədən dayı-bacıoğlu münasibəti mövcud olmuşdur. Həm də
“bacıoğlu” digər qohumlardan, hətta oğuldan da üstün tutulmuşdur, çünki bu
panteonda vərəsəlik bacı xəttilə ötürülmüş, hakimiyyət atadan oğula yox, dayıdan
bacıoğluna keçmişdir. Enki Anın
böyük oğlu olsa da, Anın səlahiyyətləri böyük oğlu
Enkiyə yox, kiçik oğlu Enlilə verilmişdir. Bunun yeganə səbəbi Enlilin eyni zaman-
da Anın bacısıoğlu olması idi. Bacıoğlu vərəsəliyini sonralar insanlar da qəbul
etmişlər. Şumer şəhərlərində əksər hallarda hakimiyyət dayıdan bacıoğluna
ötürülmüşdür. Bu da o deməkdir ki, Şumer tanrılar panteonunda və Şumer
şəhərlərində bacıoğlu təkcə qohumluq bildirən termin olmayıb, eyni zamanda haki-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com