AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
113
113
Şumer mətnlərində Absu dənizi haqqında çox zəngin bilgilər mövcuddur. “Bilqamıs
və ölməzlər dağı” dastanından aydın
görünür ki, ölməz insanların yaşadıqları ölkə də
Absu dənizinin yaxınlığındadır.
Absu sözünün mənası “səma dənizi”, “göy dənizi” (ab-səma, göy; su- dəniz)
deməkdir. “Ab” şumer dilində “göy”, “səma” mənaları bildirmiş, hazırda türk
dilində mavi rəngin “abı” çalarının adında saxlanmışdır.
Alman alimi Erix Seren Xəzər dənizi haqqında çox maraqlı bir bilgi vermişdir.
Onun fikrincə, Xəzər dənizinin ilk adı “səma dənizi”, “göy dənizi” olmuşdur. Burada
onun fikrini olduğu kimi verirəm: “Vtoroe derevo, mestonaxojdeniem kotoroqo takje
bılo Kaspiyskoe more (pervonaçalno eto, nesomnenno, bılo «Nebesnoe more»),
nazıvalos Xaoma Qokord (ili Tao kerena)” (15,124). Rus folklorçusu A.N.Afanasyev
bu dənizi “hava okeanı” adlandırıb, onun “göy dəniz” olduğunu söyləmiş, burdakı
“göy” sözünü rəng anlamında başa düşmüşdür. Lakin o doğru olaraq həmin dənizin
ortasındakı ağacı Tanrı ilə eyniləşdirmiş, onun Şərqdə yerləşdiyini yazmışdır (16,214-
215). Bu dəniz də yenə Xəzər dənizinə, onun ortasındakı ağac isə Şumerin “Dirilik
ağacı”na və Dədə Qorqudun “Qaba ağacı”na uyğun gəlir. “Absu - səma, göy dənizi”
və “Xəzər- səma, göy dənizi” paralelləri onların hər ikisinin eyni dəniz olduğunu gös-
tərir və bu eynilik bir çox qaranlıq məsələləri aydınlaşdırmaq baxımından böyük
əhəmiyyət kəsb edir. Absu və Xəzər dənizinin eyniliyini təsdiqləyən əlavə faktlar da
mövcuddur. Birincisi, Xəzər dənizinin adları sırasında Absuqun /Absiqun / Abasqun
yazılışlarına rast gəlinir ki, bunların hamısı Absu sözünün ərəb və fars dillərinə
keçərkən təhrif olunmuş şəkilləridir. Xəzərin qədim adlarından birinin Absigün
olduğunu Mahmud Kaşğari “Divan”ında görürük: “Bu gün uzunluğu beş min fərsəx,
eni üç min fərsəx, cəmisi səkkiz min fərsəx olan türk ölkəsinin sərhədlərinin ucları
Abisgün (Xəzər) dənizində birləşərək Rum diyarından və Özçənddən Çinə qədər
uzanır” (17,152). Əslində bu adların hamısının kökündə “Absu” sözünün olduğu
aydın görünür. İkincisi, Absu adı sonralar türk coğrafiyasında Göysu hidronimi
şəklində geniş yayılmışdır. Göyçayın adı əvvəllər Göysu olmuşdur. “Göysu” adı hələ
çay sözünün yaranmadığı, onun da su sözü ilə ifadə edildiyi dövrdən qalmışdır.
“Göygöl”, “Göyçə gölü” adlarındakı “göy” morfemi rəng yox, məhz “səma”
anlamındadır. Digər türk coğrafiyalarında həm “ab”, həm də “göy” kökündən
yaranmış çoxlu hidronimlər, hətta “Göysu” hidronimləri var. Abşeron toponiminin
Absu hidronimindən yarandığı şübhəsizdir (18,212). “Ab” və “Absu” kökündən
yaranmış bütün toponimlərin tarixi Şumer dövrünə, hətta ondan da əvvəllərə gedib
çıxır. Şumer mətnlərinə görə, ölməz insanlar Absu dənizinin, türk epik mətnlərinə
görə isə Xəzər dənizinin yaxınlığında yaşayırlar. Şumer mətnlərində ölməz insanların
yaşadığı ölkənin yiyəsi Günəş Tanrısı Utudur. Türk mətnlərinə görə, Günəş kultu
türklər arasında geniş yayılmışdır. Bir türk tayfası günəş adlanır. Türk epik
qəhrəmanları özlərini Günəşin oğlanları hesab edirdilər. Şumer epik qəhrəmanları
dara düşəndə Günəşə üz tutur, ondan kömək istəyirdilər. Bilqamısa ölməzlər dağına
gedərkən Günəş Tanrısı Utu kömək etmişdir. Luqalbanda xəstələnib ölüm ayağında
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
114
114
olarkən Utuya dua etmiş, yalnız Utunun köməyi sayəsində sağalıb Uruka qayıtmışdır.
Türk epik qəhrəmanları da eynilə dara düşəndə Günəşi çağırır, ona üz tuturlar.
Anadolu sözünün mənası “Günəşi sevənlərin ölkəsi” deməkdir. Azərbaycana çox
zaman “Gündoğan”, “Günəşli diyar”, “Odlar yurdu”, “Odlar ölkəsi” deyirlər.
Dilimizdəki “od oğlu” ifadəsi də “Günəşin oğlu” deməkdir. Bu deyilənlər Absu və
Xəzər dənizinin eyniliyini təsdiqləmək üçün kifayətdir. Onda tərəddüd etmədən
Şumer mətnlərində Absu haqqında deyilən fikirlərin hamısının Xəzər dənizi haqqında
deyildiyi qəbul oluna bilər:
1.
Başlanğıcda dünya sudan ibarət olmuş və dünya okeanı adlanmışdır. Bu
okean
Xəzər dənizidir;
2.
Dünya yaranarkan ilk dəfə Yerlə Göy bir-birindən ayrılmış, Xəzər dənizi
Göydən Yerə endirilmişdir;
3.
Şumerin müdriklik Tanrısı Enkinin evi Xəzər dənizində olmuşdur;
4.
İlk insanlar Xəzər dənizinin sahilində doğulmuşdur;
5.
Qobustan yer üzündə insan əlilə yaradılmış ilk mədəniyyət ocağıdır.
Toponimlər: Hər bir etnos yurd saldığı yerlərə, birinci növbədə, adlar qoyur və
bu adlar istisnasız olaraq etnosun öz dilindən götürülür. Ona görə cəsarətlə demək olar
ki, dünyanın toponimlər xəritəsi onun etnik xəritəsidir. Mahmud Kaşğari türklərin
saldıqları bir sıra şəhərlərin qədimliyi və onların adları haqqında yazırdı: “Səmərqəndə
Səmizkənd, Şaşa Daşkənd deyildiyi kimi,
burada Özkənd, Tünkənd şəhərləri də vardır
ki, onların hamısının adı türkcə şəhər demək olan “kənd” sözü ilə düzəlmişdir. Bu
şəhərləri türklər salmış, adlarını da özləri qoymuşlar. Bu adlar qədimdən bu günə
qədər olduğu kimi işlənir (17,152). Bu toponimlərin qədimliyi eynilə türkün qədimliyi
deməkdir. Hər bir etnosun tarixinin öyrənilməsində toponimlər ən etibarlı
qaynaqlardır. Təəssüflər olsun ki, Azərbaycan toponimləri haqqında aparılmış
tədqiqatların böyük əksəriyyətində onların etimologiyası yad dillərə bağlanmış və
buna görə də yaranma tarixi və yaşı kobud şəkildə təhrif edilmişdir. Buna aid yüzlərlə
misal çəkmək olar. Ancaq buna ehtiyac duymuram. Mən Şumer mətnləri əsasında 50-
dən çox Azərbaycan toponiminin həm etimologiyasını açmışam, həm də bununla
onların tarixinin nə qədər qədim olduğunu sübut etmişəm. Həmin toponimlərin tarixi
xalqın tarixi deməkdir. Onlardan bir neçəsinin adlarını çəkmək istəyirəm: Abşeron,
Şağan, Şıxlar, Qazax, Quba, Qusar, Tovuz, Avan, Xızı və s.
Azərbaycan dastanları toponimlərlə çox zəngindir. “Dədə Qorqud” və
“Koroğlu” dastanlarında bir dənə də uydurma toponim yoxdur. Bu toponimlərin
hamısı bu gün də bizə tanışdır. “Dədə Qorqud”dakı toponimlər və onların coğrafi
arealı öyrənilmişdir. “Koroğlu” dastanındakı toponimləri mən araşdırıb, hətta
dastanın xəritəsini də hazırlamışam. Bu tədqiqatlar bir çox tarixi gerçəklikləri üzə
çıxarmağa imkan vermişdir. Məsələn, tarixçilər Xankəndi toponimini İbrahim xanla
bağlayırlar. Həm də tarixçilər belə yazırlar ki, guya İbrahim xan Xankəndində
özünün at ilxısını saxlayırmış. Xan heç vaxt at ilxısı saxladığı yerə öz adını verməz,
oranı Xankəndi adlandırmazdı. Halbuki XVI əsr qaynaqlarında Xankəndi adına rast
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com