AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
115
115
gəlinir. Deməli, İbrahim xandan çox əvvəl bu ad mövcud olmuşdur. Xankəndində
Qara xan yaşamışdır. “Koroğlu” dastanındakı “Düratın itməsi” yaxud “Koroğlunun
Ballıca səfəri” qolundakı Ballıca da Xankəndinin yaxınlığında bir kənddir, öz adını
bu gün də saxlamışdır. Dastandakı hadisələrin təhlili onların məhz bu Ballıcada baş
verdiyini göstərmişdir. Dastanda Koroğlunun ilxısının gizlədildiyi yerin təsviri
tamamilə Daşaltıya uyğun gəlir. Məhəbbət dastanlarımızda Misir, Hələb adlarına
rast gəlinməsi bu günə qədər tədqiqatlardan kənarda qalmışdır. Bu adların
dastanlarımıza düşməyində heç bir təsadüf yoxdur. Qədim qaynaqlarla tanışlıq
göstərir ki, indiki Misir, Nubiya, Efiopiya və s. ərazilərində ilk dövlətləri türk tayfası
olan quşçular qurmuşlar. Məhəbbət dastanlarımızın qəhrəmanları da öz qohum-
əqrəbalarının qızlarına aşiq olurdular. Coğrafi uzaqlıq milli-mənəvi bağları bir gün
də olsun qıra bilməmişdir. Bu tarixi bağları isə daha çox xalqın mənəvi yaddaşının
bəhrəsi olan dastanlarımız qoruyub saxlamışdır.
“Oğuz Kağan” dastanı: Tarixilik baxımından türk dastanları arasında “Oğuz
Kağan” xüsusilə böyük əhəmiyyət kəsb edir. Təəssüflər olsun ki, bu dastan
Azərbaycanda nə tarixilik, nə də filoloji aspektdən sona qədər öyrənilməmişdir.
Dastanı tarixi kontekstdə araşdıran A.N.Bernştam yazırdı ki, “Oğuz Kağan” əsəri
tarixi qaynaq kimi hələ tədqiq edilməmişdir (19, 33). Mən “Oğuz Kağan” dastanını
Şumer qaynaqları ilə müqayisəli şəkildə həm filoloji, həm də tarixi aspektlərdən
araşdırmışam. Bu araşdırmalar nəticəsində Oğuz Kağanın Rəşidəddin və Əbülqazi
Bahadır xanın öz əsərlərində aparıb Nuha çıxardıqları şəcərəsi bir az da qədimlərə
gedərək Şumerin müdriklik Tanrısı Enkiyə bağlanmışdır. Bununla da Oğuz Kağanın
tarixinin tufandan da əvvəlki dövrə gedib çıxdığı öz təsdiqini tapmışdır. Bu tarix isə
təkcə Oğuz Kağanın deyil, Oğuz etnosunun tarixi kimi qəbul edilməlidir. Bu məqalə
Rusiya Türkologiya Komitəsinin 2010-cu ildə keçirdiyi Beynəlxalq Konfransın
materiallarında və Ukrayna MEA A.Krımski adına Şərqşünaslıq İnstitutunun Elmi
əsərlərində nəşr olunmuşdur (20, 74-80).
Azərbaycan folkloru bu cür tarixi məlumatlarla kifayət qədər zəngindir.
Onlardan tarixi qaynaq kimi istifadə etməkdən çəkinmək lazım deyil. Azərbaycan
folklorundan tarixi tədqiqatlarda ağılla, bacarıqla, yerli-yerində istifadə etməklə
elmə daha böyük fayda vermək olar. Bunun üçün birinci növbədə, folklor
örnəklərini dərindən duymaq tələb olunur.
Qaynaqlar
1.
Коган Л.Н. Духовное производство и культура// Культура, творчество,
человек (состовители Баллер Э.А., Злобин Н.С.). Москва. 1970. с.49-72.
2.
Çəmənzəminli Y.V. Biz kimik (Transfoneliterasiya, tərtib, ön söz və qeydlərin
müəllifi: Şəlalə Hümmətli). Bakı. 2004. 136 s.
3.
Hacıyev Tofiq. “Dədə Qorqud kitabı”: olan və olmayan boylar // DQD
(Tərtib edəni və redaktoru AMEA-nın müxbir üzvü Tofiq Hacıyev). Bakı. 2004. s.
94-108.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
116
116
4.
Mahmudov Yaqub. “Dədə Qorqud kitabı” - xalqın yaratdığı və yaşatdığı
tarix // DQD. Bakı. 2004. s. 18- 35.
5.
Necati Demir. Ortak türk keçmişinden ortak türk gelecegine destanlar
//OTKOTGUFKM. VI kitab. Bakı.2010. s.355- 365.
6.
Мелетинский Е.М.. Происхождение героического эпоса. Москва. 1963.
464 с.
7.
Пропп В.Я. Поэтика фольклора. Москва,1998. 352 с.
8.
Пропп В.Я. Фольклор и действительность. Москва. 1976.326 с.
9.
Путилов Б.Н. Типология фольклорного историзма // ТНЭ. «Наука».
Москва. 1975. с.164-180.
10.
Sadıq İslam. Koroğlu kim olub. Bakı. Azərnəşr. 1998. 206 s.
11.
Sadıq İslam. Şumerdə izim var. Bakı. Azərnəşr. 2008. 396 s.
12.
“Kitabi-Dədə Qorqud” (Tərtib edəni f.e.d., professor, əməkdar elm xadimi
Samət Əlizadə, nəşrə hazırlayanı və redaktoru AMEA-nın müxbir üzvü, f.e.d.,
professor, əməkdar elm xadimi Tofiq Hacıyev), “Öndər”, Bakı, 2004. 376 s.
13.
Muazzez İlmiye Çığ. Ortadoğu Uyğarlıq mirası-1. Kaynak yayınları. 6-cı
nəşr, İstanbul, 2009, 312 s.
14.
В давние дни, в стародавние дни (перевод Афанасьевой В.К.) //
АШП. СПб. 1997. с.301-310.
15.
Эрих Церен. Лунный бог. Москва. «Наука». 1976, 281 с.
16.
Афанасьев А.Н. Древо жизни. Избранные статьи (подготовка текста
и комментарий Б.П.Кирдана). Москва. 1982. 464 с.
17.
Kaşğari Mahmud. Divanü Lüğat-it-türk (tərcümə edən
və nəşrə hazırlayan Ramiz Əsgər). IIIc. Bakı. 2006.400 s.
18.
Islam Sadig. Unrevealed sekrets of toponyms // Azerbaijan/ azerbaijanis.
Baki. 2008. № 5-8. p.205-214.
19.
Бернштам А.Н. Историческая правда в легенде об Огуз-кагане // СЭ.
1935. №6. с. 33-43.
20.
Садыг Ислам. «Огуз Каган»- древняя история тюркских народов //
Кiyev. «Схiдний свiт». A.Krımski adına Şərqşünaslıq İnstitutunun elmi Əsərləri.
2010. № 3. s. 74-80
İxtisarlar
·
DQD- Dədə Qorqud Dünyası,
·
OTKOTGUFKM- Ortaq Türk Keçmişindən Ortaq Türk Gələcəyinə
Uluslararası Folklor Konfransının Materialları,
·
АШП- Антология Шумерской поэзии,
·
СЭ- Советская Этнография,
·
ТНЭ- Типология народного эпоса
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |