AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
117
117
Könül Əliyeva
AMEA Folklor İnstitutu, kiçik elmi işçisi
konulqabilqizi@mail.ru
AŞIQ YARADICILIĞINDA TARİXİ HADİSƏLƏRİN BƏDİİ ƏKSİ
Özət
Məqalədə aşıq poeziyasının xalq həyatını əks etdirməsi, dastanların
mövzusunun bilavasitə real həyat hadisələrindən götürülməsi haqqında fikirlər
araşdırılmışdır. Müəllif aşıq yaradıcılığında xalqımızın gündəlik yaşam
mücadiləsinin, zülmə və haqsızlığa qarşı etirazının, ədalətli cəmiyyət yaradılması
arzusunun folklor, xalq danışıq dili nümunələrindən geniş istifadə edilməklə yüksək
səviyyədə, özünəməxsus bədii üslubda əks olunduğunu konkret nümunələrlə
əsaslandırmışdır.
Açar sözlər: Aşıq, ozan, şeir, dastan, xalq, həyat, dil, bədii təsvir, ədəbiyyat,
realizm, ədalət, cəmiyyət, zülm, haqsızlıq, qəhrəmanlıq, ictimai vəzifə
Rезюме
В статье анализируется отражение жизни народа в ашугской поэзии,
заимствование в дастанах сюжетов из реальной жизни. Автор на основе
конкретных примеров раскрывает факт отражения в ашугском творчестве на
своеобразно художественном уровне повседневной жизни нашего народа, его
борьбы против угнетения, несправедливости, мечты об установлении
справедливого общества.
Ключевые слова: ашуг, озан, стихотворение, народ, жизнь, литературное
описание, литература, реализм, справедливость, общество, жестокость,
несправедливость, героизм, общественный долг
Summary
In the article the reflection of people life in ashug rhyme, about loan in epos
plots from a real life are analyzed. The author on the basis of concrete examples
shows the facts of reflection in ashug creativity in originally art level of a daily life
of our people, it’s struggle against oppression, injustice, dreams of an establishment
of a fair society.
Key worlds: ashug, ozan, poem, epos, people, life, language, realism, justice,
society, tyranny, injustice, heroism, social task.
* * *
Ozan – aşıq yaradıcılığı çox qədim çağlardan Azərbaycan xalqının mənəvi
mədəniyyətində mühüm yer tutmuş, gündəlik yaşam tərzinin ayrılmaz bir hissəsinə
çevrilmişdir. Aşıq musiqisi və poeziyası uzun əsrlər boyu xalqımızın mədəni
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
118
118
həyatında önəmli rol oynamış, xoş ovqatı, nikbinliyi, həyatsevərliyi özünəməxsus
tərzdə təlqin etməklə, həm də çox mühüm əxlaqi və xeyli dərəcədə ictimai vəzifəni
yerinə yetirmişdir.
Aşıq şeiri və musiqisi haqqında, aşıq yaradıcılığının xalqımızın mədəni
həyatında oynadığı mühüm rol haqqında, ayrı-ayrı aşıqların həyat və yaradıcılığı
haqqında görkəmli mütəfəkkirlərimiz qiymətli fikir və mülahizələr söyləmiş, yeri
gəldikcə bu ulu sənətin nailiyyətlərindən bəhrələnmişlər. Həsən bəy Zərdabi 1905-ci
ildə dərc etdirdiyi “Bizim nəğmələrimiz” adlı məqaləsində aşıq sənətinin xalqa güclü
təsirini, aşıq nəğmələrinə toy məclislərində böyük yer verilməsini xüsusi qeyd
etmişdir (8, 240). Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman
Nərimanov da aşıq yaradıcılığının xalq həyatı ilə, zəmanədə baş verənlərlə çox sıx
şəkildə bağlı olmasını, aşıq dilinin sadəliyini yüksək qiymətləndirmişlər. XX əsrin 20-
30-cu illərində aşıqların şeir və dastanlarının toplanıb çap edilməsi, araşdırılması
istiqamətində ilk addımlar atılmışdır. Bu sahədə Salman Mümtazın önəmli xidmətləri
olmuşdur. Sonrakı dövrdə bu mövzunun öyrənilməsində Həmid Araslının 1960-cı ildə
nəşr etdirdiyi “Aşıq yaradıcılığı” monoqrafiyası (7) xüsusi yer tutur. Bu əsərdə aşıq
sənətinin uzun əsrlik tarixi inkişafı ilk dəfə əsaslı şəkildə araşdırılmışdır. Azad
Nəbiyev
də Azərbaycan folkloru, xalq ədəbiyyatı haqqında tədqiqatlarında aşıq sənəti,
görkəmli aşıqlar, aşıq məktəbləri haqqında qiymətli məlumat vermişdir. Onun əsər və
dərsliklərində aşıq yaradıcılığının bütün dövrlərdə real həyatı, gerçəklikləri bədii
şəkildə ifadə etməsi xüsusi qeyd edilmişdir. Müəllifin fikrincə, “aşıq yaradıcılığı ...
daim dövrün və zamanın ən ümdə problemlərini əks etdirmişdir” (4, 39).
Bunlarla bərabər qeyd etmək lazımdır ki, aşıq poeziyasının, dastanların sistemli
və ardıcıl tədqiq edilməsi sahəsində Mirzə İbrahimovun fəaliyyəti daha böyük
əhəmiyyətə malikdir. Xüsusən də onun “Aşıq poeziyasında realizm” adlı əsəri (10,
450-529) bu baxımdan səciyyəvidir. Bu əsərdə aşıq şeirlərinin xalq həyatı ilə üzvi
şəkildə bağlı olması konkret nümunələrlə araşdırılmışdır. Yüzilliklərin
dərinliklərindən zəmanəmizə kimi böyük inkişaf yolu keçmiş aşıq yaradıcılığı həm
də zülmə, haqsızlığa, sosial ədalətsizliyə qarşı xalqın etirazını, yaxşı gün-güzaran,
firavan həyat, ədalətli cəmiyyət arzusunu özündə bədii şəkildə əks etdirmişdir. Ona
görə də, xalqımız el aşıqlarına dərin hörmətlə yanaşmış, onların ən müdriklərini,
kamil sənət zirvəsinə yüksələnlərini “Haqq aşığı” deyə ucaltmış, həmişə onlara
hörmət və ehtiram bildirmişdir.
Görkəmli xalq yazıçısı Mirzə İbrahimov aşıq yaradıcılığında bu məsələyə
xüsusi diqqət yetirmiş, “Kitabi Dədə Qorqud” dastanında ozana – aşığa cəmiyyətdə,
xalq məclislərində böyük ehtiram göstərilməsini bu baxımdan ibrətamiz örnək
saymış, nümunə göstərmişdir. Doğrudan da, dastanın boylarında ozan Oğuz elində
sayılan, məclislərdə, el şənliklərində ağırlanan, hamının hesablaşdığı şəxsiyyətdir,
nüfuz sahibidir (9, 162).
Mirzə İbrahimov “Aşıq poeziyasında realizm” adlı əsərində şifahi xalq
yaradıcılığının bu çox mühüm sahəsinin xalqın real həyatını, məişət qayğılarını, arzu
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com