Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə55/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   51   52   53   54   55   56   57   58   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
121 
121 
dövrdə  baş  verən  hadisələri  əks  etməkdən  ibarət  olmuşdur.  Yəni  aşıq  yaradıcılığı 
yalnız lirik aşiqanə mövzuları deyil, getdikcə daha geniş şəkildə siyasi hadisələri də 
əks etdirməyə başlamışdı. Şahların və feodalların xalq kütlələrinə etdiyi zülm, xarici 
işğalçıların  talançılığı  və  pozucu  işləri,  hakim  təbəqələrin  ədalətsizliyi  bir  çox  aşıq 
şeirlərinin mövzusu olmuşdur” (10, 472).  
XVI  əsrin  əvvəllərində  yaşamış  aşıq  Qurbani  feodal  ara  müharibələrinə  son 
qoymaq, qüdrətli Azərbaycan dövləti  yaratmaq uğrunda mübarizə aparan hökmdar-
şair Şah  İsmayıl Xətaini böyük məhəbbətlə tərənnüm etmiş, onu özünün “mürşüdü 
kamili”  saymışdır.  Eyni  zamanda  yaratdığı  dastanda  Azərbaycan  tarixinin  bu 
dövrünün real mənzərəsini əks etdirmişdir: 
Zina əhli bihəyalar şərm-həyanı satdılar, 
Adam oğlu yoldan çıxıb, bir-birin aldatdılar. 
Qazılar da rüşvət alıb, şəriəti satdılar.  
Bu divan ki, divan deyil, ədalət divan gözəl. (6, 91)   
Dastanda  Gəncə  bəylərbəyi  Ziyad  xanın  “xanlar  xanı”  adlandırılması  (6,  56) 
onun  daşıdığı  vəzifəni  daha  dəqiq  əks  etdirmək  baxımından  qiymətlidir.  Dastanda 
Səfəvi dövlətinin idarəçilik qayda-qanunları da bədii üslubda, lakin tam real şəkildə 
təsvir  olunubdur.  Gəncədə  Qara  vəzirin  müstəqil  qərarlar  verməsi,  ondan    “xanlar 
xanı” Ziyad xana deyil, “Şıx oğlu Şaha” – Şah İsmayıla şikayət naməsi yazılması (6, 
79-80) vəzirin birbaşa şah dərgahına tabe olduğunu göstərir. 
Aşıq  şeirinin  son  dərəcə  sadə, danışıq dilinə  yaxın ifadələrlə real həyatı əks 
etdirməsinə aşıq Hüseyn Bozalqanlının “Ya dəyməyə, ya dəyə” rədifli təcnisi gözəl 
nümunədir.  Aşıq  bu  şeirində  varlılarla  yoxsulların  həyat  tərzi,  yaşayış  yerlərindəki 
fərqi real şəkildə əks etdirmişdir: 
Nə lazımdır naqabilə söz deyəm, 
Xatirinə ya dəyməyə, ya dəyə.  
Sizin olsun eyvan, otaq, alaçıq, 
Bizə bəsdir ya kölgəlik, ya dəyə.(2, 57).  
Burada  varlıların  eyvanlı  otaqlarda,  dəbdəbəli  alaçıqlarda  yaşaması,  sadə 
insanların  isə  adi  bir  ağac  kölgəsində,  dəyədə  ömür  sürməsi  qeyd  olunmuşdur.  XIX 
əsrin  ikinci  yarısında,  Aşıq  Ələsgərin  yaşadığı  dövrdə  Şimali  Azərbaycanda  kapitalist 
münasibətlərinin  yaranmağa  başlaması,  bazarın,  alış-verişin,  sərvət  toplamaq 
hərisliyinin  güclənməsi  cəmiyyət  həyatının  bütün  sahələrinə  təsir  edir,  əsrlər  boyunca 
qərarlaşmış əxlaq normalarını, adətlərini, yaşayış tərzini vurub dağıdırdı. Bütün bunları 
görən şair deyirdi: 
Qərinələr keçdi, dövran dəyişdi
Pozuldu qurğular, mizan qalmadı. 
Zəmanə bəd gəldi, insan bic oldu,  
Seyiddə, mollada iman qalmadı.  
Bütün bunlar Aşıq Ələsgərin yaradıcılığında aşıq poeziyasının yeni keyfiyyətlər 
kəsb etdiyini göstərirdi. Onun şeirlərində ictimai məzmun xeyli güclənmiş, gündəlik 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
122 
122 
həyatdakı dəyişikliklər daha dərin və dolğun ifadə olunmağa başlamışdı. Cəmiyyətin 
həyatında  baş  verən  ən  mühüm  hadisələrə  aşıq  öz  münasibətini  bildirmiş,  xalqı 
arxasınca  aparmışdır  (4,  201).  M.İbrahimov  Aşıq  Ələsgərin  ədəbi  yaradıcılığında 
diqqəti çəkən bu dəyişiklikləri yüksək qiymətləndimişdir: “Bu, həyatın əməli ehtiyac-
larına daha həssas cavab verən, daha fəal yaradıcılıqdır. Orta əsrlər aşıq poeziyasında 
tez-tez  rast  gəldiyimiz  şərtiliklər,  simvolik  ifadə  və  bənzətmələr  burada  xeyli 
azalmışdır”  (10, 497).  M.İbrahimov  aşıq  yaradıcılığını  tədqiq  edərkən Cənubi  Azər-
baycanda yaşayıb  yaratmış ustad aşıqlardan da bəhs etmişdir. O, məmnunluqla qeyd 
etmişdir  ki,  siyasi,  iqtisadi,  ictimai  həyat  tərzinin  ayrılığı  Cənubi  və  Şimali 
Azərbaycan  əhalisinin  iqtisadi  və  mədəni  inkişaf  səviyyəsinin  müxtəlifliyinə  səbəb 
olmuşsa  da,  bir  xalq  olaraq  onu  bir-birindən  ayıra  bilməmiş,  mənəvi  birliyini,  dil 
vahidliyini  poza  bilməmişdir.  Hətta  doğma  dilin  uzun  müddət  mətbuat  sahəsində, 
dövlət  idarələrində,  təlim  və  təhsil  məktəblərində  tətbiq  olunmaması  da  bir  nəticə 
verməmişdir.  Xalq  həyatında,  məişətdə,  ailədə,  şifahi,  hətta  yazılı  ədəbiyyatda  öz 
dilini  insafsız,  qeyri-insani  təqiblərdən qoruyub  saxlamağı  bacarmışdır.  Bu,  xüsusən 
folklorda və aşıq poeziyasında yaranmış çox gözəl nümunələrdə öz ifadəsini tapmışdır 
(10,  524).  Görkəmli  ədib  cənublu  aşıqlardan  Aşıq  Hüseyn  Cavanın  yaradıcılığını 
xüsusilə yüksək qiymətləndirərək yazmışdır ki, “Aşıq Hüseyn Cavan da fəal çalışır və 
çox gözəl əsərlərin müəllifidir, onun yaradıcılığında aşıq poeziyasının bir sıra ən gözəl 
ənənələri bu gün də yaşayıb inkişaf edir” (10, 523). Daha sonra isə aşığın “Üstədir” 
rədifli qoşmasını nümunə kimi göstərmişdir. 
 
Qoynunda çatılmış dəmir körpülər, 
Araz bilirsənmi nəyin üstədir? 
Bu ağır sütunlar, ağır dirəklər, 
Bir sinədə, bir ürəyin üstədir. (3, 62)
 
Azərbaycanın şimalı ilə cənubu arasında ayrılığın bütün ağırlığını, nisgilini öz 
şəxsi həyatında  yaşamış böyük mütəfəkkir məhz bu nümunəni seçib təhlil etməklə, 
özünün  də  qeyd  etdiyi  kimi,  xalqımızın  həsrətini,  şirin  arzularını,  azadlıq  və  birlik 
idealını,  dərin  duyğularını  ifadə  etmək  istəmişdir.  Bütün  bunlar  aydın  göstərir  ki, 
aşıq  poeziyasında,  dastanlarda  xalqımızın  tarixi  keçmişi,  gündəlik  həyatında 
üzləşdiyi  problemlər,  məişətində  baş  verən  dəyişikliklər  bədii  şəkildə  əks 
olunmuşdur  və  bütün  bunların  araşdırılması  Azərbaycan  tarixinin  bir  sıra 
problemlərini aydınlaşdırmağa yardım edə bilər. 
 
Qaynaqlar 
1. Aşıq Ələsgər (əsərləri, dastan-rəvayətlər, xatirələr...). Toplayıb tərtib edəni, 
ön söz və qeydlərin müəllifi: İslam Ələsgər. Bakı: Şərq-Qərb, 1999, 578 səh.  
2. Aşıq Hüseyn Bozalqanlı. Bakı: “Nurlan” , 2003, 235 səh. 
3. Aşıq Hüseyn Cavan. Azadlıq mahnıları. Bakı: Azərnəşr, 1950, 108 səh. 
4. Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. II hissə, Bakı: “Elm”, 2006, 648 
səh.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə