AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
119
119
və istəklərini özünə məxsus üslubda, bədii təsvir vasitələri ilə əks etdirməsini xüsusi
qeyd etmişdir. Mirzə İbrahimov yazmışdır: “aşıq poeziyasında xalq həyatının, xalq
ruhunun başqa cəhətlərinin də – əmək, ictimai mübarizə və qəhrəmanlıq səhnələrinin
də əks olunduğunu görməmək və ya bunların əhəmiyyətini azaltmaq olmaz. Əlbəttə,
bu mövzuları da aşıq şeiri öz səpkisində, öz bədii ifadə üsullarına müvafiq işləmiş,
çox zaman bədii mübaliğələrdən, rəmzlərdən, məkan və zaman şərtiliklərindən
istifadə etmişdir” (10, 453).
Aşıq yaradıcılığının real həyatı əks etdirməsi həm də özünü onda göstərir ki,
ozanlar – aşıqlar orta yüzilliklərdən üzü
bəri folklor nümunələrindən, gündəlik
həyatda, xalq arasında işlənən bədii təsvir vasitələrindən, obrazlardan, söz ehtiya-
tından bol-bol istifadə etmişlər. Onların əsərlərinin əksəriyyətinin mövzusu və süjet
xətti də bilavasitə
xalq
həyatından alınmışdır. Bütün bunların nəticəsidir ki, aşıq
yaradıcılığı xalqın bədii təfəkkürünün mühüm bir sahəsi kimi min bir tellə
zəmanəyə, həyata bağlı olmuşdur. Lakin eyni zamanda aşıq yaradıcılığında realist
ədəbiyyatın digər sahələrində olduğu kimi, real hadisə və təsvirlər xəyali, romantik
ünsürlərlə çulğalaşmış şəkildə təqdim edilmişdir. Çünki aşıq yaradıcılığında insanın
lirik məhəbbət duyğuları, eşqin, vüsalın sevinci, hicranın, ayrılığın iztirabları geniş
şəkildə tərənnüm olunmuşdur.
Müxtəlif dövrlərdə yaşamış aşıqların yaradıcılığını araşdırarkən, xüsusən də
aşıq poeziyasında romantizm və realizm elementlərini müqayisəli təhlil edərkən
realist ünsürlərin daha üstün olduğu görünür. Mirzə İbrahimovun fikrincə, bunun
əsas səbəbi: “aşıq poeziyasının ən çox zəhmətkeş təbəqələrin, xalq kütlələrinin
həyati və zövqi tələbləri ilə bağlı olmasıdır” (10, 459). Maraqlıdır ki, aşıq sənəti
haqqında ilk ciddi tədqiqatlardan birinin müəllifi olan Məhəmməd Fuad
Köprülüzadə də 1913-cü ildə yazdığı “Aşıq tərzinin mənşəyi və təkamülü” adlı
məqaləsində bu cəhəti önə çəkmiş və xüsusi qeyd etmişdir ki, saray və zadəgan
mühitində qəliz, xalq üçün anlaşılmaz ifadələrlə dolu qəzəl və qəsidələr dinlənildiyi
halda, sadə insanların yaşadığı məhəllələrdə aşıqların qoşduğu dastanlar və
qoşmaları oxunurdu (10, 459).
Mirzə İbrahimovun fikrincə, aşıq poeziyası xalq həyatı ilə çox sıx bağlı
olmasına görə, orta çağlardan başlayaraq yazılı ədəbiyyata – Azərbaycan şairlərinin
yaradıcılığına məhz demokratik, realist meylləri gücləndirmək ruhunda güclü təsir
göstərmişdir. Aşıq şeiri “xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçid,
möhkəm bir körpü olmuşdur. O, bir tərəfdən xalq yaradıcılığına bağlanmış, o biri
tərəfdən yazılı ədəbiyyata ... Onun kökləri, rişələri folklordan, xalq yaradıcılığından
su içir ... Onun yazılı ədəbiyyata təsiri sayəsində isə həmin ədəbiyyatda xalq ruhu,
xalq
dili və ifadələri, realist meyllər daha da güclənirdi” (10, 459-460).
Aşıq yaradıcılığında insanların gündəlik həyatı, yaşam tərzi, üzləşdiyi
problemlər sadə xalq dili və ifadələri ilə bədii şəkildə əks olunmuş, lirik qəhrəmanın
psixoloji durumu da real cizgilərlə təsvir edilmişdir. Aşıq poeziyasının, aşıq
sənətinin mövzu dairəsi çox genişdir. O, lirik məhəbbət motivlərini, ədəbi-əxlaq
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
120
120
məsələlərini, siyasi-ictimai mövzuları işləməklə bərabər, insanın təbiətə
münasibətini, məişətinin ayrı-ayrı real səhnələrini əks etmişdir.
Doğma vətənin gözəlliklərinin tərənnümü, yazın
gəlməsinin doğurduğu sevinc,
təbiətin oyanması, ilin digər fəsillərinin xarakterik cəhətlərinin bədii əksi aşıq
poeziyasında mühüm yer tutur. XVI əsrin görkəmli aşıqlarından olan Qurbaninin
“Bənövşə” adlı qoşması bu baxımdan diqqətə layiqdir. Qoşma belə başlayır:
Başına döndüyüm ay qəşəng pəri,
Adətdir, dərərlər yaz bənövşəni.
Ağ nazik əlinlə bir dəstə bağla,
Tər buxaq altında düz bənövşəni. (12, 59)
Bu nümunədə aşıq xalqımızın adətləri ilə dərindən bağlı olduğunu biruzə
vermiş, əməkçi insanların səbirsizliklə gözlədikləri yazın, baharın gəlməsinin
müjdəçisi olan və bununla hər kəsə sevinc gətirən bənövşəni vəsf etmişdir.
XVII əsrdə yaşayıb yaratmış ustad aşıqlardan sayılan Abbas Tufarqanlının
“Duman, gəl get” adlı şeiri də xalq həyatı ilə, insanların gündəlik qayğıları ilə sıx
bağlıdır:
Duman,
gəl get bu dağlardan,
Dağlar taza bar eyləsin ,
Nə gözlərim səni görsün,
Nə könlüm qubar eyləsin. (5, 68)
Gəraylının bu birinci bəndində payızın gəlməsi, duman, çiskin mövsümünün
başlanması ilə əlaqədar insanların yaylağı tərk etməsi, dağların yalqız qalması aşığı
kədərləndirmiş – “könlü qubar eyləmişdir”. Ümumiyyətlə, aşıq yaradıcılığında dağ
mövzusu geniş işlənmişdir. Yalnız ona görə yox ki, torpaqlarının böyük hissəsi aran
olan azərbaycanlı üçün dağ yayda səfalı yaylaqdır, sinəsi göz oxşayan yaşıl çəmənlikdir,
çağlayan bulaqları, çeşmələri min bir dərdin dərmanıdır. Dağlar həm də xarici və daxili
zülmkarlara qarşı mübarizə aparan xalq intiqamçıları üçün təbii sığınacaqdır, alınmaz
qaladır. Aşıq poeziyasında dağ mövzusu insanın psixoloji aləmi, hissiyyatı ilə bağlı
surətdə, həm də ictimai cəhətdən mənalandırılaraq tərənnüm edilmişdir. XIX əsrin
məşhur aşıqlarından olan Dilqəmin “Dağlar” şeiri bu baxımdan xarakterikdir:
Ziynətli nərgizdən, tər bənövşədən,
Al, yaşıl geyinib şad olan dağlar.
Gülab kimi axır zülalı sular,
Dəhanlar ləzzəti, dad olan dağlar.
Əsrlər boyunca baş verən qanlı müharibələr, ağır həyat şəraiti, mürəkkəb
ictimai-siyasi və mədəni proseslər bütün bədii təfəkkürün, xalq yaradıcılığının
müxtəlif sahələrinin, o cümlədən aşıq ədəbiyyatının keyfiyyətcə dəyişməsinə səbəb
olmuşdur. Keçən müddət ərzində aşıq sənəti Azərbaycan xalq dilinin və yazılı
ədəbiyyatımızın inkişafı, büllurlaşması zəminində inkişaf etmiş, dolğunlaşmışdır. XVI
əsrdən etibarən daha aydın hiss edilən bu keyfiyyət dəyişikliyini M.İbrahimov belə
səciyyələndirmişdir: “aşıq şeirinin ... məzmunundakı yenilik həyatda, zəmanədə,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com