AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
111
111
miyyətin gələcək varisi hesab edilmişdir. Bu gün Azərbaycanda özünü çox yüksək
tutan, başqalarına yuxarıdan aşağı baxan adamlar haqqında deyilən “elə bil Allahın
bacısı oğludur” ifadəsi məhz Şumer dövrünün dildə kristallaşmış yaşantısıdır. Onun
tarixi Şumerdən əvvələ də gedə bilər. Onda deyə bilərik ki, bu deyimin tarixi
Şumerdən daha qədimdir və ən azı 10 min il yaşı var.
“Ana haqqı-Tanrı haqqı”. Bu formul “Dədə Qorqud kitabı”nda üç yerdə
işlənmişdir. Bu deyimi ilk dəfə “Salur Qazanın evinin yağmalandığı boy”da Uruzun
dilindən eşidirik. Salur Qazanın evini yağmalamış Şöklü Məlik onun belini sındırmaq
üçün namusunu ləkələmək istəyir, ancaq qadınlar arasında kimin Boyu Uzun Burla
Xatun olduğunu tapa bilmir. O zaman əmr verir ki, oğlu Uruzun ətindən
kabab bişirib
qadınlara yedirsinlər. Kim yeməsə o, Burla xatundur. Onda Uruz anasına deyir:
-Ağzın qurusun, ana! Dilin çürüsün, ana! Ana haqqı, tanrı haqqı deyilməsəydi,
qalxıbanı yerimdən duraydım. Yaxanla boğazından tutaydım. Qaba öncəm altına
salaydım...Onlar bir yediyində sən iki yegil! Səni kafirlər bilməsinlər, duymasınlar.
Ta kim, sasi dinli kafirin döşəyinə varmayasan. Sığrağın (sürməyəsən). Atam Qazan
namusını sımayasan! Saqın! - dedi (12,39). Oğul özünü atasının namusu yolunda
qurban verməyə razı olur, anasını “Ana haqqı, tanrı haqqı” olduğuna görə öldürmür.
Yağı düşmənin döşəyinə girməkdən anasını öldürməyi üstün tutur.
İkinci dəfə bu formulu “Uşun Qoca oğlu Səgrək boyu”nda Səgrək işlətmişdir.
Qardaşı Əgrəyin dustaq olduğunu biləndə anasına deyir:
Ana haqqı, tanrı haqqı olmasaydı,
Qara polad üz qılıcım tutaydım,
Qafillicə görklü başın kəsəydim.
Alca qanın yer üzünə tökəydim,
Ana, zalım ana! - dedi. (12,36).
Yenə “ana haqqı, tanrı haqqı” Səgrəyin əl-qolunu bağlayır, onun Əgrək adlı
qardaşının olduğunu gizlədərək yalan danışmış anasını yalnız buna görə bağışlayır.
Üçüncü dəfə “Salur Qazanın dustaq olub oğlu Uruz çıxardığı boy”da yenə də
Qazanın oğlu ilə anası arasında gedən söhbətdə onun bu formulu işlətdiyini görürük.
Salur Qazan dustaq olanda onun oğlu doğulur və anası uşağı inandırır ki, o, Bayındır
xanın oğludur. Bir gün kimsə ona deyir ki, sən Bayındır xanın yox, xan Qazanın
oğlusan. Oğlan bu sözdən alınır və anasının yanına gəlib
ondan kimin oğlu olduğunu
soruşur. Anası da düzünü deyir ki, Bayındır xan sənin babandır, atan isə xan
Qazandır. Tuman qalasında dustaqdır. Onda oğlan anasına deyir:
-Mərə ana! Mən xan (Bayındır) oğlu deyilmişəm, xan Qazan oğlu imişəm.
Mərə, qavat qızı! Munu mənə neçün deməzdin? Ana haqqı, tanrı haqqı deyilmişsə,
qara polad üz qılıcım dartaydım, qafillicə görklü başın kəsəydim. Alca qanın yer
üzünə tökəydim - dedi (12, 148).
“Ana haqqı, tanrı haqqı” formulunun bir törəməsini də məhəbbət dastanlarında
görürük. Öz sevgilisinin arxasınca uzaq səfərə yola düşməzdən öncə qəhrəmanlar öz
analarından halallıq alırlar. Bu halallıq “ana, halal eylə, hümmət eylə” formulu ilə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com