Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə50/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   46   47   48   49   50   51   52   53   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
111 
111 
miyyətin gələcək  varisi hesab edilmişdir. Bu gün Azərbaycanda özünü çox  yüksək 
tutan, başqalarına  yuxarıdan aşağı baxan adamlar haqqında deyilən “elə bil Allahın 
bacısı oğludur” ifadəsi məhz Şumer dövrünün dildə kristallaşmış yaşantısıdır. Onun 
tarixi  Şumerdən  əvvələ  də  gedə  bilər.  Onda  deyə  bilərik  ki,  bu  deyimin  tarixi 
Şumerdən daha qədimdir və ən azı 10 min il yaşı var.  
“Ana  haqqı-Tanrı  haqqı”.  Bu  formul  “Dədə  Qorqud  kitabı”nda  üç  yerdə 
işlənmişdir. Bu deyimi ilk dəfə “Salur Qazanın evinin  yağmalandığı boy”da Uruzun 
dilindən eşidirik. Salur Qazanın evini yağmalamış Şöklü Məlik onun belini sındırmaq 
üçün  namusunu  ləkələmək  istəyir,  ancaq  qadınlar  arasında  kimin  Boyu  Uzun  Burla 
Xatun olduğunu tapa bilmir. O zaman əmr verir ki, oğlu Uruzun ətindən kabab bişirib 
qadınlara yedirsinlər. Kim yeməsə o, Burla xatundur. Onda Uruz anasına deyir: 
 -Ağzın qurusun, ana! Dilin çürüsün, ana! Ana haqqı, tanrı haqqı deyilməsəydi, 
qalxıbanı  yerimdən  duraydım.  Yaxanla  boğazından  tutaydım.  Qaba  öncəm  altına 
salaydım...Onlar bir  yediyində sən iki  yegil! Səni kafirlər bilməsinlər, duymasınlar. 
Ta kim, sasi dinli kafirin döşəyinə varmayasan. Sığrağın (sürməyəsən). Atam Qazan 
namusını  sımayasan!  Saqın!  -  dedi  (12,39).  Oğul  özünü  atasının  namusu  yolunda 
qurban verməyə razı olur, anasını “Ana haqqı, tanrı haqqı” olduğuna görə öldürmür. 
Yağı düşmənin döşəyinə girməkdən anasını öldürməyi üstün tutur. 
İkinci dəfə bu formulu “Uşun Qoca oğlu Səgrək boyu”nda Səgrək işlətmişdir. 
Qardaşı Əgrəyin dustaq olduğunu biləndə anasına deyir: 
 Ana haqqı, tanrı haqqı olmasaydı, 
 Qara polad üz qılıcım tutaydım, 
 Qafillicə görklü başın kəsəydim. 
 Alca qanın yer üzünə tökəydim, 
 Ana, zalım ana! - dedi. (12,36). 
Yenə  “ana  haqqı,  tanrı  haqqı”  Səgrəyin  əl-qolunu  bağlayır,  onun  Əgrək  adlı 
qardaşının olduğunu gizlədərək yalan danışmış anasını yalnız buna görə bağışlayır.  
Üçüncü dəfə “Salur Qazanın dustaq olub oğlu  Uruz çıxardığı boy”da  yenə də 
Qazanın oğlu ilə anası arasında gedən söhbətdə onun bu formulu işlətdiyini görürük. 
Salur Qazan dustaq olanda onun oğlu doğulur və anası uşağı inandırır ki, o, Bayındır 
xanın  oğludur.  Bir  gün  kimsə  ona  deyir  ki,  sən  Bayındır  xanın  yox,  xan  Qazanın 
oğlusan. Oğlan bu sözdən alınır və anasının yanına gəlib ondan kimin oğlu olduğunu 
soruşur.  Anası  da  düzünü  deyir  ki,  Bayındır  xan  sənin  babandır,  atan  isə  xan 
Qazandır. Tuman qalasında dustaqdır. Onda oğlan anasına deyir: 
-Mərə  ana!  Mən  xan  (Bayındır)  oğlu  deyilmişəm,  xan  Qazan  oğlu  imişəm. 
Mərə, qavat qızı! Munu mənə neçün deməzdin? Ana haqqı, tanrı haqqı deyilmişsə, 
qara  polad  üz  qılıcım  dartaydım,  qafillicə  görklü  başın  kəsəydim.  Alca  qanın  yer 
üzünə tökəydim - dedi (12, 148).  
“Ana haqqı, tanrı haqqı” formulunun bir törəməsini də məhəbbət dastanlarında 
görürük. Öz sevgilisinin arxasınca uzaq səfərə yola düşməzdən öncə qəhrəmanlar öz 
analarından  halallıq  alırlar.  Bu  halallıq  “ana,  halal  eylə,  hümmət  eylə”  formulu  ilə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
112 
112 
ifadə  edilmişdir.  “Ana  haqqı,  tanrı  haqqı”  formulu  çox  dərin  kökləri  olan,  tarixi 
gerçəkliyə  söykənən,  eposda  yerində  işlənən  ən  maraqlı  deyimlərdəndir. 
Qorqudşünaslar  və  eposdan  yazan  digər  müəlliflər  “Ana  haqqı,  Tanrı  haqqı” 
deyiminə  çox  diqqət  yetirmişlər,  ancaq  onun  poetik  kodu  hələ  də  açılmamışdır. 
Alimlərin  əksəriyyəti  “Ana  haqqı  Tanrı  haqqına  bərabər  tutulur”  deməklə 
kifayətlənmişlər. Halbuki “Ana haqqının niyə Tanrı haqqına bərabər tutulduğunun” 
daxili  poetik  tutumunu,  hansı  etnomifoloji,  etnososial,  etnosiyasi  düşüncədən 
yarandığını açmağa ehtiyac var.  
 Yenə  İslam  düşüncəsinə  görə,  heç  bir  halda  insan  Tanrı  ilə  eyniləşdirilə 
bilməz.  Bu  deyimin  də  tarixi  İslamdan  daha  qədim  dövrlərə  gedib  çıxır.  Onun 
insanların tanrını ana kimi tanıdıqları (məsələn, Bilqamısın anası Tanrı idi), tanrının 
əcdad olduğuna inandıqları əski çağlardan yaddaşlarda yaşadığına heç bir şübhə ola 
bilməz. Şumer mətnlərindən birində açıqca deyilir ki, “ananın sözünə Tanrının sözü 
kimi  qulaq  as”  (13,73,211).  Bu  ifadə  “Ana  haqqı-Tanrı  haqqı”  deyiminin  sinonimi 
olub,  onun  mənasını  olduğu  kimi  əks  etdirir.  “Şuruppakın  öyüdləri”  adlı  Şumer 
mətnində  də  ata-ananın  Tanrı  Utuya  bərabər  tutulduğu  aydın  ifadə  edilmişdir. 
Şuruppak oğlu Ziusudraya deyir: 
Ana Günəş Tanrısı Utu kimidir, o, uşaq doğur. 
Ata Tanrı kimidir, işıq saçır. 
Ata Tanrı kimidir, dəyişməz onun sözü. (14,309) 
Aydındır ki, İslam dövründə insanlar heç vaxt bu cür düşünməzdilər. Bunun özü 
iki məsələni aydınlaşdırmağa kömək edir: 
1.
 
KDQ-nin  yaranma  tarixi  islamdan  çox  qədim  olub,  Şumer  dövrünün 
düşüncə  və duyğularıyla olduqca zəngindir. Eposun mətnində adda-budda  mirzələr 
tərəfindən  “Məhəmməd”,  “rükət”,  “namaz”  kimi  söz  və  ifadələr  artırılsa  da,  onun 
əti,  qanı,  ruhu  əski  türk  düşüncə,  inam  və  duyğularıyla  yoğrulmuşdur.  Sonradan 
artırılmış ifadələri və cümlələri mətndən götürdükdə onun məzmununa heç bir xələl 
gəlmir. Ancaq əski türk düşüncə və inamlarını mətndən ayırmaq mümkünsüzdür.  
2.
 
Təkcə “ana haqqı, tanrı haqqı” formulunda “tanrı-əcdad” kodunun qorunub 
saxlandığı göz önündədir. Tanrı əcdaddır. Özü də anadır. Ona əl qaldırmaq olmaz. 
Bizim eposda da ana Tanrı statusundadır. Bu statusu ona heç kim verməyib. Tanrı-
ların insanların anası olduğu dövrlərdən bu status irsən analara keçib. Deməli, KDQ-
də  “tanrı-əcdad”  anlayışı  nəinki  unudulmamış,  əksinə,  onun  ruhuna  hopmuş  “ana 
haqqı,  tanrı  haqqı”  formulunda  kristallaşmış,  minillər  boyu  yaddaşlarda  yaşamış, 
sonradan da kitaba düşərək ölməzləşmişdir.  
Absu-Xəzər  dənizi:  Şumer  mətnlərində  Absu  dənizinin  adına  tez-tez  rast 
gəlinir.  Onun  haqqındakı  mətnlərə  görə,  dünya  başlanğıcda  yalnız  sudan  ibarət 
olmuşdur.  Bu  su  dünya  okeanı  adlandırılır  və  Absu  ilə  eyniləşdirilir.  Dünyanın 
yaranması  haqqındakı  mətnlərdə  yerlə  göy  bir-birindən  ayrılarkan  Absu  dənizinin 
Göydən  yerə  endirildiyi  göstərilir.  Şumerin  müdriklik  Tanrısı  Enkinin  evi  Absu 
dənizində olmuşdur. İlk insanlar bu dənizin kənarında doğulmuşdur. Ümumiyyətlə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə