Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə49/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   45   46   47   48   49   50   51   52   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
109 
109 
Rus  və  qərb  alimlərinin  tarixi  araşdırmalarda  folklor  əsərlərindən  bir  qaynaq 
kimi  cəsarətlə  istifadə  etdikləri  bir  vaxtda  Azərbaycanda  bu  işə  qısqanclıqla 
yanaşılmasını  başa  düşmək  olmur.  E.M.Meletinskinin  “xalq  nağıllarından  fərqli 
olaraq  qəhrəmanlıq  eposunda  tarixi,  dövlətçilik  miqyaslarına  daha  çox  meyl  və 
həvəs  göstərilir.  Onun  tarixi  xalqın  və  qədim  dövlətçiliyin  formalaşması  ilə  sıx 
bağlıdır”  (6,423),  V.Y.Proppun  “hər  bir  sənət  əsərini  gerçəklik  yaradır”  (7,70), 
“hətta  ən  fantastik  folklor  obrazlarının  belə  tarixi  gerçəklikdə  öz  kökləri  var” 
(8,115),  B.N.Putilovun  “epos  yaradıcılığı  gerçəkliyə  əsaslanır”  (9,177)  fikirlərində 
böyük həqiqət var.  
Azərbaycan  tarixşünaslığında  bir  çox  hallarda  epik  tarix  real  tarixə  qarşı 
qoyulur,  saxtalaşdırılmış  yazılı  tarix  kitabları  gerçəkçi  epik  tarixdən  daha  üstün 
tutulur,  yüksək qiymətləndirilir. Onlardakı saxta tarixi məlumatlara istinad etməklə 
tarix  yenidən  saxtalaşdırılır.  Burada  yalnız  Arakel  Təbrizlinin  “Tarix”  kitabının 
adını çəkmək istəyirəm. Tarixi gerçəkliklərin kobud şəkildə təhrif edildiyi bu kitabı 
Azərbaycan  alimlərinin  “birinci  dərəcəli  qaynaq”,  “nadir  mənbə”  adlandırmaları 
yalnız təəssüf doğurur. “Koroğlu”nun XVII əsrlə və Cəlalilər üsyanı ilə bağlanması 
məhz A.Təbrizlinin “Tarix” kitabına istinaddan irəli gələn bir yanlışlıqdır ki, hələ də 
onu düzəltmək mümkün olmur. Tədqiqatlar göstərir ki, Koroğlunun Cəlalilər üsyanı 
ilə heç bir bağlılığı  yoxdur. Dastanın öz mətnində verilmiş elə tutarlı faktlar var ki, 
onlar Koroğlunun XIII-XIV əsrlərdə  yaşadığını göstərir.  Tüfəng, Bolu bəyin 1335-
1336-cı  illərdə  Anadolu  bəylərindən  olması,  dastanda  ümumiyyətlə  üsyan 
elementlərinin  olmaması,  XIII-XIV  və  XVI-XVII  əsrlərin  siyasi  coğrafiyasının 
müqayisəsi  belə  nəzərə  alınmalı  faktlardır  (10,10-38).  Ona  görə  də  epik  tarixi  real 
tarixə  qarşı  qoyub  onların  arasında  kəskin  sərhəd  çəkmək  yox,  real  tarixin  epik 
düşüncənin  süzgəcindən  keçmiş  daha  saf,  daha  aydın  izlərini  görmək,  yaxud 
duymaq lazımdır. Bununla elmə daha böyük fayda vermək olar.  
Xalqın epik yaddaşı onun maddi (tarixi) yaddaşından ayrılmazdır. Əslində epik 
yaddaş  zəngin  tarixi  xatirələrlə  dolu  olan  maddi  yaddaşın  güzgüsüdür.  Bu  gün 
xüsusilə unutqanlaşmış türk xalqı üçün korşalmış maddi yaddaşın itilənməsi çox vacib 
məsələlərdən biridir. Bu işdə epik yaddaşı heç nə ilə əvəz etmək mümkün deyil. Onun 
görəcəyi işi də heç nə ilə görmək olmaz. Maddi yaddaşı daim ovxarlı saxlamaq üçün 
epik  yaddaş  ən  yaxşı  bülövdür.  Ona  görə  cəsarətlə  demək  olar  ki,  bu  gün  türk 
qəhrəmanlıq  dastanlarının,  digər  folklor  örnəklərinin  daha  geniş  miqyasda,  yeni 
təfəkkür və düşüncə ilə tarixi aspektlərdən öyrənilməsi, onların Şumer epik mətnləri 
ilə müqayisəli şəkildə araşdırılması tariximizin bir çox qaranlıq səhifələrinin işıqlan-
dırılması baxımından müstəsna əhəmiyyət kəsb edir. Burada Azərbaycan folklorundan 
götürülmüş bir neçə nümunəyə diqqət yetirməyi lazım bilirəm. 
Deyimlər:  Dil  və  xalq  bir-birilə  elə  bağlıdır  ki,  onlardan  hər  hansı  birini 
digərindən ayrılıqda təsəvvür etmək belə mümkün deyil. Ona görə də dilin tarixini 
öyrənmək elə xalqın tarixini öyrənmək deməkdir. Dilin tarixi xalqın tarixidir. Heç də 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
110 
110 
təsadüfi  deyil  ki,  son  vaxtlar  qərb  alimləri  də  tarixin  tədqiqində  linqvistik 
materiallara daha çox üstünlük verirlər.  
Azərbaycan  folklorunda,  xalqın  yaddaşında  bu  gün  bir  sıra  çox  maraqlı  bədii 
formullar  var  ki,  onların  tarixi  mütləq  öyrənilməlidir.  Məsələn,  “Allahın  evi”, 
“Allahın bacısı oğlu”, “Ana haqqı-Tanrı haqqı” və s. belə deyimlərdir. Onları bir-bir 
nəzərdən keçirək: 
 1. Allahın evi: Bu gün məscidlərə “Allahın evi” deyilir. İslam dini düşüncəsinə 
görə,  Allah  maddi  deyil  və  onun  evindən  söhbət  gedə  bilməz.  Ev  yaşayış  üçündür. 
“Filankəsin evi” deyəndə onun yaşadığı yer nəzərdə tutulur. İslama görə, Allahın evə 
ehtiyacı  yoxdur.  Bəs  bu  deyim  necə  yaranmışdır?  Şumer  epik  mətnləri  və  Şumer 
tanrılar panteonu ilə yaxından tanış olmadan bu suala cavab vermək mümkün deyil. 
Şumerdə  hər  bir  şəhərin  himayəçi  tanrısı  olmuşdur.  Tanrı  himayə  etdiyi  şəhərdə  də 
yaşamışdır.  Yaşamaq  üçün  onun  həmin  şəhərdə  öz  evi  olmalı  idi  və  vardı.  Anın 
Urukdakı  evi  Eanna,  Enlilin  Nippurdakı  evi  Ekur,  Enkinin  Eridudakı  evi  Eabsu 
adlanmışdır. Şumer mətnlərindən aydın görünür ki, qədim insanlar tanrılarla bir yerdə 
yaşamış, onlara qulluq etmişlər. Həmin insanlar tanrıların evlərini də tanıyırdılar. Heç 
bir şübhə yoxdur ki, dilimizdə işlənən “Allahın evi” ifadəsi məhz Şumer dövründən də 
əvvəl mövcud olmuşdur və indi də yaşayır. Deməli, bu deyimin İslam dini ilə heç bir 
ilişgisi yoxdur, onun ən azı 10 min il yaşı var. 
2.  Allahın  bacısı  oğlu:  yuxarıda  deyildiyi  kimi,İslam  dini  düşüncəsinə  görə, 
Allah maddi deyil. Allah təkdir, doğmur və doğulmur. Nə arvadı və uşaqları, nə də 
qardaşı  və  bacısı  yoxdur.  İslam  Allah  haqqında  bu  mövzularda  nəinki  danışmağı, 
hətta düşünməyi belə qəbahət sayır. Bəs onda “Allahın bacısı oğlu” nə deməkdir?  
Yenə  Şumer  tanrılar  panteonuna  üz  tutmalı  oluruq.  Şumer  mətnlərindən 
görünür ki, tanrılar göydən, yəni başqa planetdən - Nabur planetindən yerə gəlib ilk 
dəfə  Absu  dənizinin  sahilində  Eridu  şəhərini  saldılar  və  orda  yaşamağa  başladılar. 
Tanrılar  burada  evlənir,  ailə  qurur,  ev  tikib  yaşayır,  oğul-qız  doğur  və  onları 
böyüdürdülər. Məsələn, An Şumerin baş tanrısı, Enlil və Enki onun oğlanları, Antu 
və  Nammu  arvadlıarı,  Ninqursaq//  Ninti//Ninmax  və  Baba  qızlarıdır.  Bu  hələ 
insanların  yaranmadığı  dövrdür.  İnsanlar  yarandıqdan  sonra  tanrılar  insanlarla  da 
evlənmişlər. Bilqamısın anası tanrı Ninsun, atası insandır. Adapanın atası tanrı Enki, 
anası  yer  qadınıdır.  Şumer  panteonunda  bütün  qohumluq  əlaqələri  və  qohumluq 
türminləri,  o  cümlədən  dayı-bacıoğlu  münasibəti  mövcud  olmuşdur.  Həm  də 
“bacıoğlu”  digər  qohumlardan,  hətta  oğuldan  da  üstün  tutulmuşdur,  çünki  bu 
panteonda  vərəsəlik  bacı  xəttilə  ötürülmüş,  hakimiyyət  atadan  oğula  yox,  dayıdan 
bacıoğluna keçmişdir. Enki Anın böyük oğlu olsa da, Anın səlahiyyətləri böyük oğlu 
Enkiyə yox, kiçik oğlu Enlilə verilmişdir. Bunun yeganə səbəbi Enlilin eyni zaman-
da  Anın  bacısıoğlu  olması  idi.  Bacıoğlu  vərəsəliyini  sonralar  insanlar  da  qəbul 
etmişlər.  Şumer  şəhərlərində  əksər  hallarda  hakimiyyət  dayıdan  bacıoğluna 
ötürülmüşdür.  Bu  da  o  deməkdir  ki,  Şumer  tanrılar  panteonunda  və  Şumer 
şəhərlərində bacıoğlu təkcə qohumluq bildirən termin olmayıb, eyni zamanda haki-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə