Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə48/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   44   45   46   47   48   49   50   51   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
107 
107 
İslam Sadıq,  
AMEA Folklor İnstitutu, elmi işçi 
islam-sadiqli@rambler.ru 
 
AZƏRBAYCAN FOLKLORUNDA TARİXİMİZİN AYDIN İZLƏRİ 
 
Özət 
Hər bir şifahi xalq yaradıcılığı əsəri yarandığı tarixi dövrün izlərini özündə əks 
etdirir və qoruyub saxlayır. Hər bir atalar sözü, hər bir hikmətli deyim konkret tarixi 
dövrdə  yaranmışdır.  Müəllif  bu  məqalədə  ilk  dəfə  olaraq  “Allahın  evi”,  “Allahın 
bacısı  oğlu”,  “Ana  haqqı-Tanrı  haqqı”  formullarının  yarandığı  tarixi  açmışdır. 
Şumer  mətnlərindəki Absu  ilə Xəzər dənizinin  eyniliyini sübut etmişdir. Dünyanın 
toponimlər  xəritəsi  eyni  zamanda  dünyanın  etnik  xəritəsidir.  Ona  görə  də  etnik 
tarixin öyrənilməsində toponimlərə istinad edilməsi zəruridir. Müəllif  məqalədə bu 
məsələyə geniş yer ayırmışdır. 
Açar sözlər: Deyimlər, Absu, Xəzər, toponim, tarix, qaynaq  
 
Резюме 
Каждое  произведение  устного  народного  творчества  отражает  в  себе 
следы  того  исторического  периода,  в  котором  они  появились.  Каждая 
пословица, каждый афоризм был создан в конкретном историческом времени. 
Автор  в  данной  статье  впервые  раскрыл  историю  создания  выражений  «Дом 
бога»  (Allahın  evi),  «Племянник  бога»  (Allahın  bacısı  oğlu),  «Права  матери-
права  бога»  (Ana  haqqı-Tanrı  haqqı),  доказал  идентичность  моря  Абсу  в 
шумерских  текстах  с  Каспийским  морем.  Карта  топонимов  мира  является 
этнической картой мира. Поэтому в изучении этнической истории необходимо 
основываться на топонимы. Автор в данной статье уделяет большое внимание 
этому вопросу.  
Ключевые  слова:  крылатые  слова,  Абсу,  Каспий,  топоним,  история, 
источник 
 
Summary 
Each  folklore  work  reflects  and  preserves  the  historical  signs  in  itself.  Each 
proverb, saying has created in concrete historical date. In this article the author for 
the first time has cleared up the origin history of expressions such as “God’s home”, 
“God’s nephew”, “Mother right-God right” and has proved the identity of Absu and 
Khazar denizi (Caspian sea) in Sumerian texts. The toponym map of the world is the 
the ethnic map of the world. That is why it is necessary to base on toponyms in the 
investigation  of  ethnic  history.  The  author  has  paid  separately  attention  to  this 
problem. 
Key words: saying, Absu, Khazar, toponym, history, source.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
108 
108 
Hər bir şifahi xalq yaradıcılığı əsəri yarandığı tarixi dövrün izlərini özündə əks 
etdirir və qoruyub saxlayır. Hər bir atalar sözü, hər bir hikmətli deyim konkret tarixi 
dövrdə  yaranmışdır.  Müəllif  bu  məqalədə  ilk  dəfə  olaraq  “Allahın  evi”,  “Allahın 
bacısı  oğlu”,  “Ana  haqqı-Tanrı  haqqı”  formullarının  yarandığı  tarixi  açmışdır, 
Şumer  mətnlərindəki Absu  ilə Xəzər dənizinin  eyniliyini sübut etmişdir. Dünyanın 
toponimlər  xəritəsi  eyni  zamanda  dünyanın  etnik  xəritəsidir.  Ona  görə  də  etnik 
tarixin öyrənilməsində toponimlərə istinad edilməsi zəruridir. Müəllif  məqalədə bu 
məsələyə geniş yer ayırmışdır. 
Açar sözlər: Deyimlər, Absu, Xəzər, toponim, tarix, qaynaq  
 
*  *  * 
Hər  bir  folklor  əsərinin  altında  onu  yaradan  xalqın  imzası  var.  Bu  imza 
görünməsə də, həmin əsərlərdə xalqın duyğu və düşüncələri, arzu və idealları, yaşam 
və təfəkkür tərzi aydın nəzərə çarpır. Ona görə İ.N.Koqan doğru olaraq  yazırdı ki, 
maddi  mədəniyyət  predmetlərinə  nisbətən  mənəvi  mədəniyyət  predmetləri  onları 
yaradanların  şəxsiyyəti  haqqında  daha  çox  məlumat  almağa  imkan  verir  (1,58). 
Böyük  Azərbaycan  yazıçısı  Yusif  Vəzir  Çəmənzəminli  yazırdı  ki,  “tarixi  tədqiq 
etmək üçün filoloji təhlilə, xalq ədəbiyyatına, el adət və etiqadlarına müraciət etmək 
birinci məsələlərdən olmalıdır” (2,34). 
Folklor  əsərləri  arasında  tarixilik  baxımından  dastanlar  xüsusilə  böyük 
əhəmiyyətə malikdir. Hər bir dastan xalqın özü tərəfindən yazılmış tarixidir. Burada 
söhbət  sözün  həqiqi  mənasında  yazılmaqdan  yox,  yaddaşlara  yazılmaqdan  gedir. 
İstənilən  müəllifli  əsərdə  müəllif  öz  subyektiv  fikirlərilə  tarixə  müdaxilə  edir,  onu 
şəxsi  düşüncə  süzgəcindən  keçirir.  Dastanlar  isə  qərəzsiz  yazıldığına  görə,  daha 
dürüst  və  etibarlı  tarixi  qaynaqlardır.  AMEA-nın  müxbir  üzvü  Tofiq  Hacıyev  də 
“...qəhrəmanlıq  dastanı  tarixin  şifahi  dərsliyidir.  Həqiqətən,  ad  (Kitabi-Dədə  Qor-
qud-İ.S.)  bugünkü  mənasında  kitabdır,  həm  də  məhz  dərslik  kitabıdır  və  “Dədə 
Qorqud  kitabı”  Oğuz  tarixinin  yazılı  dərsliyidir  (3,104)  deyəndə  bunu  nəzərdə 
tutmuşdur. Bu yazılı dərslik sözsüz ki, yazıya alınana qədər min illər boyu şifahi şə-
kildə mövcud olmuş, yaddaşlarda yaşamış, ağızdan ağıza ötürülə-ötürülə cilalanaraq, 
mükəmməlləşərək  bizə  bəlli  olan  poetik  gözəlliyi  qazanmışdır.  AMEA-nın  müxbir 
üzvü  Yaqub  Mahmudov  da  doğru  olaraq  demişdir  ki,  “Kitabi-Dədə  Qorqud”  türk-
lüyün, o cümlədən Azərbaycan tarixinin öyrənilməmiş dünyasıdır (4,35). Doğrudan 
da,  tariximizin  öyrənilməsində  hələ  də  dastanlarımıza  tarixi  qaynaq  kimi  təsadüfi 
hallarda  müraciət  olunur.  Halbuki  Necati  Dəmirin  sözlərilə  desək,  “dastanlar 
millətlərin  ensiklopediyasıdır.  Tarixi  ünsürlərin  yanında  millətlərin  keçmişdəki 
gələnək, görənək  və  yaşayış tərzləri ilə ilgili olaraq bəlkə də heç bir qaynaqda rast 
gəlinməyən bilgilər dastanlarda  yer almaqdadır  (5,355). Dastanlardan tarixi qaynaq 
kimi  istifadə  etmək  üçün  birinci  növbədə,  onlardakı  gerçəklikləri  duymağı  və 
görməyi  bacarmaq  lazımdır.  Bu  tarixi  gerçəklikləri  duymağı  və  görməyi 
bacarmayanda onlardan istifadə etmək xeyli çətinləşir.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə