Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə51/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   47   48   49   50   51   52   53   54   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
113 
113 
Şumer mətnlərində Absu dənizi haqqında çox zəngin bilgilər mövcuddur. “Bilqamıs 
və ölməzlər dağı” dastanından aydın görünür ki, ölməz insanların yaşadıqları ölkə də 
Absu dənizinin yaxınlığındadır.  
Absu  sözünün  mənası  “səma  dənizi”,  “göy  dənizi”  (ab-səma,  göy;  su-  dəniz) 
deməkdir.  “Ab”  şumer  dilində  “göy”,  “səma”  mənaları  bildirmiş,  hazırda  türk 
dilində mavi rəngin “abı” çalarının adında saxlanmışdır. 
Alman alimi Erix Seren Xəzər dənizi haqqında çox maraqlı bir bilgi vermişdir. 
Onun fikrincə, Xəzər dənizinin ilk adı “səma dənizi”, “göy dənizi” olmuşdur. Burada 
onun fikrini olduğu kimi verirəm: “Vtoroe derevo, mestonaxojdeniem kotoroqo takje 
bılo  Kaspiyskoe  more  (pervonaçalno  eto,  nesomnenno,  bılo  «Nebesnoe  more»), 
nazıvalos Xaoma Qokord (ili Tao kerena)” (15,124). Rus folklorçusu A.N.Afanasyev 
bu  dənizi  “hava  okeanı”  adlandırıb,  onun  “göy  dəniz”  olduğunu  söyləmiş,  burdakı 
“göy” sözünü rəng anlamında başa düşmüşdür. Lakin o doğru olaraq həmin dənizin 
ortasındakı ağacı Tanrı ilə eyniləşdirmiş, onun Şərqdə yerləşdiyini yazmışdır (16,214-
215).  Bu  dəniz  də  yenə  Xəzər  dənizinə,  onun  ortasındakı  ağac  isə  Şumerin “Dirilik 
ağacı”na və Dədə Qorqudun “Qaba ağacı”na uyğun gəlir.  “Absu - səma, göy dənizi” 
və “Xəzər- səma, göy dənizi” paralelləri onların hər ikisinin eyni dəniz olduğunu gös-
tərir  və  bu  eynilik  bir  çox  qaranlıq  məsələləri  aydınlaşdırmaq  baxımından  böyük 
əhəmiyyət kəsb edir. Absu və Xəzər dənizinin eyniliyini təsdiqləyən əlavə faktlar da 
mövcuddur. Birincisi, Xəzər dənizinin adları sırasında Absuqun /Absiqun / Abasqun 
yazılışlarına  rast  gəlinir  ki,  bunların  hamısı  Absu  sözünün  ərəb  və  fars  dillərinə 
keçərkən  təhrif  olunmuş  şəkilləridir.  Xəzərin  qədim  adlarından  birinin  Absigün 
olduğunu Mahmud Kaşğari “Divan”ında görürük: “Bu gün uzunluğu beş min fərsəx, 
eni  üç  min  fərsəx,  cəmisi  səkkiz  min  fərsəx  olan  türk  ölkəsinin  sərhədlərinin  ucları 
Abisgün  (Xəzər)  dənizində  birləşərək  Rum  diyarından  və  Özçənddən  Çinə  qədər 
uzanır”  (17,152).  Əslində  bu  adların  hamısının  kökündə  “Absu”  sözünün  olduğu 
aydın  görünür.  İkincisi,  Absu  adı  sonralar  türk  coğrafiyasında  Göysu  hidronimi 
şəklində geniş yayılmışdır. Göyçayın adı əvvəllər Göysu olmuşdur. “Göysu” adı hələ 
çay  sözünün  yaranmadığı,  onun  da  su  sözü  ilə  ifadə  edildiyi  dövrdən  qalmışdır. 
“Göygöl”,  “Göyçə  gölü”  adlarındakı  “göy”  morfemi  rəng  yox,  məhz  “səma” 
anlamındadır.  Digər  türk  coğrafiyalarında  həm  “ab”,  həm  də  “göy”  kökündən 
yaranmış  çoxlu  hidronimlər,  hətta  “Göysu”  hidronimləri  var.  Abşeron  toponiminin 
Absu  hidronimindən  yarandığı  şübhəsizdir  (18,212).  “Ab”  və  “Absu”  kökündən 
yaranmış  bütün  toponimlərin  tarixi  Şumer  dövrünə,  hətta  ondan  da  əvvəllərə  gedib 
çıxır.  Şumer  mətnlərinə  görə,  ölməz  insanlar  Absu  dənizinin,  türk  epik  mətnlərinə 
görə isə Xəzər dənizinin yaxınlığında yaşayırlar. Şumer mətnlərində ölməz insanların 
yaşadığı  ölkənin  yiyəsi  Günəş  Tanrısı  Utudur.  Türk  mətnlərinə  görə,  Günəş  kultu 
türklər  arasında  geniş  yayılmışdır.  Bir  türk  tayfası  günəş  adlanır.  Türk  epik 
qəhrəmanları  özlərini  Günəşin  oğlanları  hesab  edirdilər.  Şumer  epik  qəhrəmanları 
dara düşəndə Günəşə üz tutur, ondan kömək istəyirdilər. Bilqamısa ölməzlər dağına 
gedərkən  Günəş  Tanrısı Utu  kömək  etmişdir.  Luqalbanda  xəstələnib  ölüm  ayağında 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
114 
114 
olarkən Utuya dua etmiş, yalnız Utunun köməyi sayəsində sağalıb Uruka qayıtmışdır. 
Türk  epik  qəhrəmanları  da  eynilə  dara  düşəndə  Günəşi  çağırır,  ona  üz  tuturlar. 
Anadolu  sözünün  mənası  “Günəşi  sevənlərin  ölkəsi”  deməkdir.  Azərbaycana  çox 
zaman  “Gündoğan”,  “Günəşli  diyar”,  “Odlar  yurdu”,  “Odlar  ölkəsi”  deyirlər. 
Dilimizdəki  “od  oğlu”  ifadəsi  də  “Günəşin  oğlu”  deməkdir.  Bu  deyilənlər  Absu  və 
Xəzər  dənizinin  eyniliyini  təsdiqləmək  üçün  kifayətdir.  Onda  tərəddüd  etmədən 
Şumer mətnlərində Absu haqqında deyilən fikirlərin hamısının Xəzər dənizi haqqında 
deyildiyi qəbul oluna bilər: 
1.
 
Başlanğıcda  dünya  sudan  ibarət  olmuş  və  dünya  okeanı  adlanmışdır.  Bu 
okean Xəzər dənizidir
2.
 
Dünya  yaranarkan  ilk  dəfə  Yerlə  Göy  bir-birindən  ayrılmış,  Xəzər  dənizi 
Göydən Yerə endirilmişdir; 
3.
 
Şumerin müdriklik Tanrısı Enkinin evi Xəzər dənizində olmuşdur; 
4.
 
İlk insanlar Xəzər dənizinin sahilində doğulmuşdur; 
5.
 
Qobustan yer üzündə insan əlilə yaradılmış ilk mədəniyyət ocağıdır.  
Toponimlər: Hər bir etnos yurd saldığı yerlərə, birinci növbədə, adlar qoyur və 
bu adlar istisnasız olaraq etnosun öz dilindən götürülür. Ona görə cəsarətlə demək olar 
ki,  dünyanın  toponimlər  xəritəsi  onun  etnik  xəritəsidir.  Mahmud  Kaşğari  türklərin 
saldıqları bir sıra şəhərlərin qədimliyi və onların adları haqqında yazırdı: “Səmərqəndə 
Səmizkənd, Şaşa Daşkənd deyildiyi kimi, burada Özkənd, Tünkənd şəhərləri də vardır 
ki,  onların  hamısının  adı  türkcə  şəhər  demək  olan  “kənd”  sözü  ilə  düzəlmişdir.  Bu 
şəhərləri  türklər  salmış,  adlarını  da  özləri  qoymuşlar.  Bu  adlar  qədimdən  bu  günə 
qədər olduğu kimi işlənir (17,152). Bu toponimlərin qədimliyi eynilə türkün qədimliyi 
deməkdir.  Hər  bir  etnosun  tarixinin  öyrənilməsində  toponimlər  ən  etibarlı 
qaynaqlardır.  Təəssüflər  olsun  ki,  Azərbaycan  toponimləri  haqqında  aparılmış 
tədqiqatların  böyük  əksəriyyətində  onların  etimologiyası  yad  dillərə  bağlanmış  və 
buna görə də yaranma tarixi və yaşı kobud şəkildə təhrif edilmişdir. Buna aid yüzlərlə 
misal çəkmək olar. Ancaq buna ehtiyac duymuram. Mən Şumer mətnləri əsasında 50-
dən  çox  Azərbaycan  toponiminin  həm  etimologiyasını  açmışam,  həm  də  bununla 
onların tarixinin nə qədər qədim olduğunu sübut etmişəm. Həmin toponimlərin tarixi 
xalqın  tarixi  deməkdir.  Onlardan  bir  neçəsinin  adlarını  çəkmək  istəyirəm:  Abşeron, 
Şağan, Şıxlar, Qazax, Quba, Qusar, Tovuz, Avan, Xızı və s. 
Azərbaycan  dastanları  toponimlərlə  çox  zəngindir.  “Dədə  Qorqud”  və 
“Koroğlu”  dastanlarında  bir  dənə  də  uydurma  toponim  yoxdur.  Bu  toponimlərin 
hamısı  bu  gün  də  bizə  tanışdır.  “Dədə  Qorqud”dakı  toponimlər  və  onların  coğrafi 
arealı  öyrənilmişdir.  “Koroğlu”  dastanındakı  toponimləri  mən  araşdırıb,  hətta 
dastanın  xəritəsini  də  hazırlamışam.  Bu  tədqiqatlar  bir  çox  tarixi  gerçəklikləri  üzə 
çıxarmağa imkan vermişdir. Məsələn, tarixçilər Xankəndi toponimini İbrahim xanla 
bağlayırlar.  Həm  də  tarixçilər  belə  yazırlar  ki,  guya  İbrahim  xan  Xankəndində 
özünün at ilxısını saxlayırmış. Xan heç vaxt at ilxısı saxladığı yerə öz adını verməz, 
oranı Xankəndi adlandırmazdı. Halbuki XVI əsr qaynaqlarında Xankəndi adına rast 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə