Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə52/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   48   49   50   51   52   53   54   55   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
115 
115 
gəlinir.  Deməli,  İbrahim  xandan  çox  əvvəl  bu  ad  mövcud  olmuşdur.  Xankəndində 
Qara xan  yaşamışdır. “Koroğlu” dastanındakı “Düratın itməsi”  yaxud “Koroğlunun 
Ballıca səfəri” qolundakı Ballıca da Xankəndinin yaxınlığında bir kənddir, öz adını 
bu gün də saxlamışdır. Dastandakı hadisələrin təhlili onların məhz bu Ballıcada baş 
verdiyini  göstərmişdir.  Dastanda  Koroğlunun  ilxısının  gizlədildiyi  yerin  təsviri 
tamamilə  Daşaltıya  uyğun  gəlir.  Məhəbbət  dastanlarımızda  Misir,  Hələb  adlarına 
rast  gəlinməsi  bu  günə  qədər  tədqiqatlardan  kənarda  qalmışdır.  Bu  adların 
dastanlarımıza  düşməyində  heç  bir  təsadüf  yoxdur.  Qədim  qaynaqlarla  tanışlıq 
göstərir ki, indiki Misir, Nubiya, Efiopiya və s. ərazilərində ilk dövlətləri türk tayfası 
olan  quşçular  qurmuşlar.  Məhəbbət  dastanlarımızın  qəhrəmanları  da  öz  qohum-
əqrəbalarının qızlarına aşiq olurdular. Coğrafi uzaqlıq milli-mənəvi bağları bir gün 
də olsun qıra bilməmişdir. Bu tarixi bağları isə daha çox xalqın mənəvi  yaddaşının 
bəhrəsi olan dastanlarımız qoruyub saxlamışdır. 
“Oğuz Kağan” dastanı: Tarixilik baxımından türk dastanları arasında “Oğuz 
Kağan”  xüsusilə  böyük  əhəmiyyət  kəsb  edir.  Təəssüflər  olsun  ki,  bu  dastan 
Azərbaycanda  nə  tarixilik,  nə  də  filoloji  aspektdən  sona  qədər  öyrənilməmişdir. 
Dastanı  tarixi  kontekstdə  araşdıran  A.N.Bernştam  yazırdı  ki,  “Oğuz  Kağan”  əsəri 
tarixi qaynaq kimi hələ tədqiq edilməmişdir (19, 33). Mən “Oğuz Kağan” dastanını 
Şumer  qaynaqları  ilə  müqayisəli  şəkildə  həm  filoloji,  həm  də  tarixi  aspektlərdən 
araşdırmışam.  Bu  araşdırmalar  nəticəsində  Oğuz  Kağanın  Rəşidəddin  və  Əbülqazi 
Bahadır  xanın  öz  əsərlərində  aparıb  Nuha  çıxardıqları  şəcərəsi  bir  az  da  qədimlərə 
gedərək Şumerin müdriklik Tanrısı Enkiyə bağlanmışdır. Bununla da Oğuz Kağanın 
tarixinin tufandan da əvvəlki dövrə gedib çıxdığı öz təsdiqini tapmışdır. Bu tarix isə 
təkcə Oğuz Kağanın deyil, Oğuz etnosunun tarixi kimi qəbul edilməlidir. Bu məqalə 
Rusiya  Türkologiya  Komitəsinin  2010-cu  ildə  keçirdiyi  Beynəlxalq  Konfransın 
materiallarında  və  Ukrayna  MEA  A.Krımski  adına  Şərqşünaslıq  İnstitutunun  Elmi 
əsərlərində nəşr olunmuşdur (20, 74-80).  
Azərbaycan  folkloru  bu  cür  tarixi  məlumatlarla  kifayət  qədər  zəngindir. 
Onlardan  tarixi  qaynaq  kimi  istifadə  etməkdən  çəkinmək  lazım  deyil.  Azərbaycan 
folklorundan  tarixi  tədqiqatlarda  ağılla,  bacarıqla,  yerli-yerində  istifadə  etməklə 
elmə  daha  böyük  fayda  vermək  olar.  Bunun  üçün  birinci  növbədə,  folklor 
örnəklərini dərindən duymaq tələb olunur. 
 
Qaynaqlar 
1.
 
Коган Л.Н. Духовное производство и культура// Культура, творчество, 
человек (состовители Баллер Э.А., Злобин Н.С.). Москва. 1970. с.49-72. 
2.
 
Çəmənzəminli Y.V. Biz kimik (Transfoneliterasiya, tərtib, ön söz və qeydlərin 
müəllifi: Şəlalə Hümmətli). Bakı. 2004. 136 s. 
3.
 
Hacıyev  Tofiq.  “Dədə  Qorqud  kitabı”:  olan  və  olmayan  boylar  //  DQD 
(Tərtib edəni  və redaktoru  AMEA-nın  müxbir  üzvü  Tofiq Hacıyev). Bakı. 2004. s. 
94-108. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
116 
116 
4.
 
Mahmudov  Yaqub.  “Dədə  Qorqud  kitabı”  -  xalqın  yaratdığı  və  yaşatdığı 
tarix // DQD. Bakı. 2004. s. 18- 35. 
5.
 
Necati  Demir.  Ortak  türk  keçmişinden  ortak  türk  gelecegine  destanlar 
//OTKOTGUFKM. VI kitab. Bakı.2010. s.355- 365. 
6.
 
Мелетинский Е.М.. Происхождение героического эпоса. Москва. 1963. 
464 с. 
7.
 
Пропп В.Я. Поэтика фольклора. Москва,1998. 352 с. 
8.
 
Пропп В.Я. Фольклор и действительность. Москва. 1976.326 с. 
9.
 
Путилов  Б.Н.  Типология  фольклорного  историзма  //  ТНЭ.  «Наука». 
Москва. 1975. с.164-180. 
10.
 
Sadıq İslam. Koroğlu kim olub. Bakı. Azərnəşr. 1998. 206 s. 
11.
 
Sadıq İslam. Şumerdə izim var. Bakı. Azərnəşr. 2008. 396 s. 
12.
 
“Kitabi-Dədə Qorqud” (Tərtib edəni f.e.d., professor, əməkdar elm xadimi 
Samət  Əlizadə,  nəşrə  hazırlayanı  və  redaktoru  AMEA-nın  müxbir  üzvü,  f.e.d., 
professor, əməkdar elm xadimi Tofiq Hacıyev), “Öndər”, Bakı, 2004. 376 s. 
13.
 
Muazzez İlmiye Çığ. Ortadoğu Uyğarlıq mirası-1. Kaynak  yayınları. 6-cı 
nəşr, İstanbul, 2009, 312 s. 
14.
 
В  давние  дни,  в  стародавние  дни  (перевод  Афанасьевой  В.К.)  // 
АШП. СПб. 1997. с.301-310. 
15.
 
Эрих Церен. Лунный бог. Москва. «Наука». 1976, 281 с. 
16.
 
Афанасьев  А.Н.  Древо  жизни. Избранные  статьи  (подготовка  текста 
и комментарий Б.П.Кирдана). Москва. 1982. 464 с. 
17.
 
Kaşğari Mahmud. Divanü Lüğat-it-türk (tərcümə edən 
və nəşrə hazırlayan Ramiz Əsgər). IIIc. Bakı. 2006.400 s. 
18.
 
 Islam Sadig. Unrevealed sekrets of toponyms // Azerbaijan/ azerbaijanis. 
Baki. 2008. № 5-8. p.205-214.  
19.
 
Бернштам А.Н. Историческая правда в легенде об Огуз-кагане // СЭ. 
1935. №6. с. 33-43. 
20.
 
 Садыг  Ислам.  «Огуз  Каган»-  древняя  история  тюркских  народов  // 
Кiyev.  «Схiдний  свiт».  A.Krımski  adına  Şərqşünaslıq  İnstitutunun  elmi  Əsərləri. 
2010. № 3. s. 74-80 
 
İxtisarlar 
·
 
DQD- Dədə Qorqud Dünyası, 
·
 
OTKOTGUFKM-  Ortaq  Türk  Keçmişindən  Ortaq  Türk  Gələcəyinə 
Uluslararası Folklor Konfransının Materialları, 
·
 
АШП- Антология Шумерской поэзии, 
·
 
СЭ- Советская Этнография, 
·
 
ТНЭ- Типология народного эпоса 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə