Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə54/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   50   51   52   53   54   55   56   57   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
119 
119 
və istəklərini özünə məxsus üslubda, bədii təsvir vasitələri ilə əks etdirməsini xüsusi 
qeyd  etmişdir.    Mirzə  İbrahimov  yazmışdır:  “aşıq  poeziyasında  xalq həyatının,  xalq 
ruhunun başqa cəhətlərinin də – əmək, ictimai mübarizə və qəhrəmanlıq səhnələrinin 
də əks olunduğunu görməmək və ya bunların əhəmiyyətini azaltmaq olmaz. Əlbəttə, 
bu  mövzuları  da  aşıq  şeiri  öz  səpkisində,  öz  bədii  ifadə  üsullarına  müvafiq  işləmiş, 
çox  zaman  bədii  mübaliğələrdən,  rəmzlərdən,  məkan  və  zaman  şərtiliklərindən 
istifadə etmişdir” (10, 453).
 
Aşıq  yaradıcılığının  real  həyatı  əks  etdirməsi  həm  də  özünü  onda  göstərir  ki, 
ozanlar – aşıqlar  orta   yüzilliklərdən  üzü  bəri  folklor  nümunələrindən, gündəlik 
həyatda,  xalq  arasında  işlənən  bədii  təsvir  vasitələrindən,  obrazlardan,  söz  ehtiya-
tından bol-bol istifadə etmişlər. Onların əsərlərinin əksəriyyətinin mövzusu və süjet 
xətti  də  bilavasitə  xalq  həyatından  alınmışdır.  Bütün  bunların  nəticəsidir  ki,  aşıq 
yaradıcılığı  xalqın  bədii  təfəkkürünün  mühüm  bir  sahəsi  kimi  min  bir  tellə 
zəmanəyə,  həyata  bağlı  olmuşdur.  Lakin  eyni  zamanda  aşıq  yaradıcılığında  realist 
ədəbiyyatın digər sahələrində olduğu kimi, real hadisə və təsvirlər xəyali, romantik 
ünsürlərlə çulğalaşmış şəkildə təqdim edilmişdir. Çünki aşıq yaradıcılığında insanın 
lirik məhəbbət duyğuları, eşqin,  vüsalın sevinci, hicranın, ayrılığın iztirabları geniş 
şəkildə tərənnüm olunmuşdur.  
Müxtəlif  dövrlərdə  yaşamış  aşıqların  yaradıcılığını  araşdırarkən,  xüsusən  də 
aşıq  poeziyasında  romantizm  və  realizm  elementlərini  müqayisəli  təhlil  edərkən 
realist  ünsürlərin  daha  üstün  olduğu  görünür.  Mirzə  İbrahimovun  fikrincə,  bunun 
əsas  səbəbi:  “aşıq  poeziyasının  ən  çox  zəhmətkeş  təbəqələrin,  xalq  kütlələrinin 
həyati  və  zövqi  tələbləri  ilə  bağlı  olmasıdır”  (10,  459).  Maraqlıdır  ki,  aşıq  sənəti 
haqqında  ilk  ciddi  tədqiqatlardan  birinin  müəllifi  olan  Məhəmməd  Fuad 
Köprülüzadə  də  1913-cü  ildə  yazdığı  “Aşıq  tərzinin  mənşəyi  və  təkamülü”  adlı 
məqaləsində  bu  cəhəti  önə  çəkmiş  və  xüsusi  qeyd  etmişdir  ki,  saray  və  zadəgan 
mühitində qəliz, xalq üçün anlaşılmaz ifadələrlə dolu qəzəl və qəsidələr dinlənildiyi 
halda,  sadə  insanların  yaşadığı  məhəllələrdə  aşıqların  qoşduğu  dastanlar  və 
qoşmaları oxunurdu (10, 459). 
Mirzə  İbrahimovun  fikrincə,  aşıq  poeziyası  xalq  həyatı  ilə  çox  sıx  bağlı 
olmasına görə, orta çağlardan başlayaraq yazılı ədəbiyyata – Azərbaycan şairlərinin 
yaradıcılığına  məhz  demokratik,  realist  meylləri  gücləndirmək  ruhunda  güclü  təsir 
göstərmişdir.  Aşıq  şeiri  “xalq  yaradıcılığı  ilə  yazılı  ədəbiyyat  arasında  bir  keçid, 
möhkəm  bir  körpü  olmuşdur.  O,  bir  tərəfdən  xalq  yaradıcılığına  bağlanmış,  o  biri 
tərəfdən yazılı ədəbiyyata ... Onun kökləri, rişələri folklordan, xalq yaradıcılığından 
su içir ... Onun  yazılı ədəbiyyata təsiri sayəsində isə həmin ədəbiyyatda xalq  ruhu, 
xalq dili və ifadələri, realist meyllər daha da güclənirdi” (10, 459-460). 
Aşıq  yaradıcılığında  insanların  gündəlik  həyatı,  yaşam  tərzi,  üzləşdiyi 
problemlər sadə xalq dili və ifadələri ilə bədii şəkildə əks olunmuş, lirik qəhrəmanın 
psixoloji  durumu  da  real  cizgilərlə  təsvir  edilmişdir.  Aşıq  poeziyasının,  aşıq 
sənətinin  mövzu  dairəsi  çox  genişdir.  O,  lirik  məhəbbət  motivlərini,  ədəbi-əxlaq 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
120 
120 
məsələlərini,  siyasi-ictimai  mövzuları  işləməklə  bərabər,  insanın  təbiətə 
münasibətini, məişətinin ayrı-ayrı real səhnələrini əks etmişdir. 
Doğma vətənin gözəlliklərinin tərənnümü, yazın gəlməsinin doğurduğu sevinc
təbiətin  oyanması,  ilin  digər  fəsillərinin  xarakterik  cəhətlərinin  bədii  əksi  aşıq 
poeziyasında  mühüm  yer  tutur.  XVI  əsrin  görkəmli  aşıqlarından  olan  Qurbaninin 
“Bənövşə” adlı qoşması bu baxımdan diqqətə layiqdir. Qoşma belə başlayır: 
                        Başına döndüyüm ay qəşəng pəri, 
                        Adətdir, dərərlər yaz bənövşəni. 
                        Ağ nazik əlinlə bir dəstə bağla, 
                        Tər buxaq altında düz bənövşəni. (12, 59) 
Bu  nümunədə  aşıq  xalqımızın  adətləri  ilə  dərindən  bağlı  olduğunu  biruzə 
vermiş,  əməkçi  insanların  səbirsizliklə  gözlədikləri  yazın,  baharın  gəlməsinin 
müjdəçisi olan və bununla hər kəsə sevinc gətirən bənövşəni vəsf etmişdir. 
XVII  əsrdə  yaşayıb  yaratmış  ustad  aşıqlardan  sayılan  Abbas  Tufarqanlının 
“Duman,  gəl  get”  adlı  şeiri  də  xalq  həyatı  ilə,  insanların  gündəlik  qayğıları  ilə  sıx 
bağlıdır:  
Duman, gəl get bu dağlardan
Dağlar taza bar eyləsin , 
Nə gözlərim səni görsün, 
Nə könlüm qubar eyləsin. (5, 68) 
Gəraylının  bu  birinci  bəndində  payızın  gəlməsi,  duman,  çiskin  mövsümünün 
başlanması  ilə  əlaqədar  insanların  yaylağı  tərk  etməsi,  dağların  yalqız  qalması  aşığı 
kədərləndirmiş  –  “könlü  qubar  eyləmişdir”.  Ümumiyyətlə,  aşıq  yaradıcılığında  dağ 
mövzusu  geniş  işlənmişdir.  Yalnız  ona  görə  yox  ki,  torpaqlarının  böyük  hissəsi  aran 
olan azərbaycanlı üçün dağ yayda səfalı yaylaqdır, sinəsi göz oxşayan yaşıl çəmənlikdir, 
çağlayan bulaqları, çeşmələri min bir dərdin dərmanıdır. Dağlar həm də xarici və daxili 
zülmkarlara  qarşı  mübarizə  aparan  xalq  intiqamçıları  üçün  təbii  sığınacaqdır,  alınmaz 
qaladır.  Aşıq  poeziyasında  dağ  mövzusu  insanın  psixoloji  aləmi,  hissiyyatı  ilə  bağlı 
surətdə,  həm  də  ictimai  cəhətdən  mənalandırılaraq  tərənnüm  edilmişdir.  XIX  əsrin 
məşhur aşıqlarından olan Dilqəmin “Dağlar” şeiri bu baxımdan xarakterikdir: 
Ziynətli nərgizdən, tər bənövşədən, 
Al, yaşıl geyinib şad olan dağlar. 
Gülab kimi axır zülalı sular, 
Dəhanlar ləzzəti, dad olan dağlar. 
Əsrlər  boyunca  baş  verən  qanlı  müharibələr,  ağır  həyat  şəraiti,  mürəkkəb 
ictimai-siyasi  və  mədəni  proseslər  bütün  bədii  təfəkkürün,  xalq  yaradıcılığının 
müxtəlif  sahələrinin,  o  cümlədən  aşıq  ədəbiyyatının  keyfiyyətcə  dəyişməsinə  səbəb 
olmuşdur.  Keçən  müddət  ərzində  aşıq  sənəti  Azərbaycan  xalq  dilinin  və  yazılı 
ədəbiyyatımızın inkişafı, büllurlaşması zəminində inkişaf etmiş, dolğunlaşmışdır. XVI 
əsrdən  etibarən  daha  aydın  hiss  edilən  bu  keyfiyyət  dəyişikliyini  M.İbrahimov  belə 
səciyyələndirmişdir:  “aşıq  şeirinin  ...  məzmunundakı  yenilik  həyatda,  zəmanədə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə