Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə57/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   53   54   55   56   57   58   59   60   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
126 
126 
tariximizdir. Bir məsələni də etiraf edək ki, Azərbaycanımızın bu başından o başına 
ev-ev gəzsək, hamı Qaçaq Nəbi ilə bağlı «Qoy sənə deyinlər, ay Qaçaq Nəbi, Həcəri 
özündən ay Qoçaq Nəbi» kəlmələrini zümzümə edəcək. Bax bu məqamlardı xalqın 
yaşarlığı. Və xalq sevgisini qazanmaq da budur.  
Qaçaq Nəbi ilə bağlı dastanın yaranma məsələsinə gəldikdə bu tamamilə başqa 
məsələdir. Daha doğrusu, dastan ənənəsi ilə bağlıdır. Türk xaqlarında, eləcə də onun 
bir qövmü olan Azərbaycanımızda da bu ənənənin çoxçalarlı, özünənməxsus spesi-
fikası  var.  Xalqın  qəhrəmanlıq  tarixində  isə  bu  daha  çalarları,  spesifikası  ilə 
müşahidə  olunur.  Ona  «folklor  yaratmaq»  tendensiyasından  baxmaq  böyük 
yanlışlıqdır. Bir növ bu məsələyə bələd olmadan yanaşılan tendensiyadır. Dastanın, 
özü  də  qəhrəmanlıq  dastanlarının  yaranması  mürəkkəb  və  uzunmuddətli  prosesdi. 
Bunun rəvayətdən, əhvalatdan, nəğmə və şeir nümunələrindən dastanlaşmaya doğru 
təbii  gedişi  var.  Süni  əlavələr,  hansısa  epizodu,  əhvalatı  artırmaq,  bir  qədər  dəqiq 
desək, quraşdırmalar burada keçmir. Hər hadisəyə, olana da dastan yaranmır. Etiraf 
edək  ki,  yaxın  dövrün  hadisələri,  ictimai,  siyasi,  mədəni  həyatımızda  baş  verənlər, 
Qərbi Azərbaycan itkisi, Qarabağ savaşı çoxlu şeirlərin, nəsrin, dramaturgiyamızın, 
səhnə  əsərlərimizin,  nəğmə,  bayatılarımızın  mövzusu  oldu,  ancaq  həmin  ağrıların 
bütün  tərəfləri  ilə  əksini  verən  bədii  nümunələri  ortaya  qoya  bilmədi.  Məhz  yeni 
dövrün  qəhrəmanlıq  dastanı  yaranmadı.  Bəlkə  də,  yarada  bilmədik.  Ancaq  bu 
ağrılar,  savaşlar  həmin  qəhrəmanlıqları  özündə  yaşadacaq  dastan  nümunəsinin 
yaranmasını da inkar etmir. Çünki o müharibənin kifayət qədər fədakarlıq göstərən 
oğulları  olub.  Həmin  qəhrəmanlığın  ümumiləşdirilməsi  isə  təbii  axarlı  prosesdir. 
Necə  ki,  B.Behcətin  (1),  Ə.H.Tahirovun  (3),  Ə.Axundovun  (4),  eləcə  də  220 
səhifəlik  əlyazması  bizə  gəlib  çatmayan  Muradxan  Cahangirovun  zamanında  işləri 
olmuşdu.  Bu  da  xalqın,  bütünlükdə  məmləkətin  üzləşdiyi  mübarizə,  ölüm-dirim 
savaşı  idi.  Bir  növ  tapdalanmış  haqqın  bərpasına  yönəlmişdi.  Həmin  nəğmələr 
demək  olar,  yarandığı  vaxtdan,  qəhrəmanların  özlərinin  sağlığında  həm  də  yazıya 
alınmağa  başlamışdı.  Folklorşünas  alimimiz  İ.Abbaslı  da  bu  məqamı  B.Behcətin 
«Qaçaq Nəbinin tarixi» kitabına  yazdığı  «Qaçaq Nəbi»  dastanı  və Bəhlul Behcətin 
«Qaçaq  Nəbinin  tarixi»  adlı  giriş  sözündə  xüsusi  olaraq  vurğulayır:  «Qaçaq  Nəbi 
haqqında nəğmə və rəvayətlər XIX əsrin sonlarından etibarən toplanmağa başlamış, 
«Qafqaz» qəzeti, SMOMPK, XX əsrdə isə «Azərbaycanı öyrənmə yolu» məcmuəsi, 
«Ədəbiyyat qəzeti», «Azərbaycan kolxozçusu» və s. kimi mətbuat orqanlarında çap 
olunmuşdu»  (1,  4).  Bunlar  hamısı  xalqın  düşüncəsindən  qopan  və  böyük  sevgidən 
yoğrulmuş  nümunələrdir  ki,  mətbuatda  da  əksini  tapırdı.  Daha  doğrusu,  xalq 
məhəbbətinin  artan  istiqamətdə  yaşamı  idi.  Ancaq  təəssüflər,  min  təəssüflər  ki, 
həmin qəhrəmanlığa, onlar haqqında dolaşan əhvalat, hekayə, nəğmələrə yad əllər də 
uzanmada  idi.  Bunların  bir  qismi  heç  şübhəsiz,  düşünülmüş,  işləri  dolaşdırmaq 
məqsədi daşıyırdı. Qaçaq Nəbi  ilə, Həcər xanımla bağlı rəvayətlərdə də bunlar  yer 
almaqdadır.  Son  dövrlərdə  bu  daha  çox  görünməkdədir.  Özü  də  çox  təəssüf  ki,  bu 
qondarmaların,  dolaşıqlıqların  bir  hissəsi  folklorşünaslar  tərəfindən  edilir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
127 
127 
B.Behcətin «Qaçaq Nəbinin tarixi» adlı əsərinin nəşri bunlara bir cavabdır. Onu da 
qeyd  edək  ki,  bu  əsər  öz  mahiyyəti  və  işlənmə  tərzi  etibarilə  daha  çox  tarixiliyə 
hesablanıb.  Əsərin  təhlilinə  keçməzdən  əvvəl  Qaçaq  Nəbi  ilə  bağlı  hadisə  və 
əhvalatların,  şeir  nümunələrinin  toplanması  haqqında  «Ədəbiyyat  qəzeti»  25  mart 
1935-ci ildə (220 səhifəlik materialla bağlı məlumat burada verilir), 1 may 1935-ci 
ildə, 7 noyabr 1939-cu ildə məlumat verir. Fikrimizcə, Qaçaq Nəbi ilə bağlı dastanın 
çap  olunan  nəşrləri  arasında  ən  mükəmməli  (həcmin  azlığına  baxmayaraq) 
Ə.H.Tahirovun  (Qaçaq  Nəbi.  Bakı,  Azərbaycan  Yazıçılar  ittifaqı,  1938,  49  s.) 
nəşridir. Kitab kimi çap olunana qədər isə «Ədəbiyyat qəzetində (1938, № 1-16) çap 
olunmuşdu.  Ə.Axundov  «Qaçaq  Nəbi»  dastanını  toplayaraq  (Bakı,  EA  AZF  nəşri, 
1941, 246 s.) nəşr etdirir. Folklorşünas İ.Abbaslı bu nəşri çox doğru olaraq bir cümlə 
ilə qiymətləndirir. «Ə.Axundovun tərtibi ilə nəşr olunmuş «Qaçaq Nəbi» dastanı isə 
tamamilə  sovet  ideologiyasının  «işığında»  qələmə  alınmış,  bu  ictimai  -  siyasi 
ovqatın təbliğat mexanizminə çevrilmiş bir dastan - rəvayətlər toplusu kimi təqdim 
edilmişdir»  (1,  6-7).  Bu  sətirlər  hər  şeyi  deyir  və  dastan  haqqında  daha  ətraflı 
düşünməni  gərəkli  edir.  Onu  da  əlavə  edək  ki,  burada  müsbət  cəhət  Qaçaq  Nəbini 
şəxsən  görən  və  onunla  yoldaş  olan  səksənə  yaxın  adamın  xatirələrinin 
vurğulanmasıdır. Bir müsbət cəhət də kitabın sonunda materialların  yazıya alındığı 
qırx yeddi nəfərin adının, yaşının və yaşadığı yerin qeyd olunmasıdır. Burada bizim 
qəbul eləyə bilmədiyimiz və eləməyimizin də mümkün olmadığı həmin materialların 
təbii şəkildə verilməyib işlənmə xüsusiyyətinin görünüşüdür. Bax məsələ də burada 
qarışır.  Problemlərin  də  çözülməzliyi  buradan  yaranır.  Necə  ki,  indi  folklor-
şünaslıqda  bu  hal  hökm  sürməkdədir.  Məsələn,  Nəbinin  Həcərdən  övladı  olmasını 
kəşf kimi ədəbi arenaya təqdim edənlər. Belə qeyri-dəqiq, məsuliyyətsiz dövriyyəyə 
atılmış  fikirlər  sonrakı  çağlarda  olmazın  problemlərə,  fikir  ayrılıqlarına  yol  açır. 
Məsuliyyətsizlikdən yaradılmış dolaşıqlıq təsiri bağışlayır. Etiraf edək ki, belələrinin 
aqibəti elə də yaxşı olmur.  
Qaçaq Nəbi xalq qəhrəmanıdır. XIX əsrin sonu XX əsrin 30-cu illərinə qədər 
bu  mübarizənin  forması  qaçaqlıq  tipində  idi.  Cəmiyyətin  özbaşınalıqları,  çarizmin, 
eləcə  də  onun  yerli  çinovniklərinin  yeritdiyi  siyasət  son  olaraq  qaçaqlığa  gətirib 
çıxarırdı. Düzdü bu hərəkatın özünün çatışmamazlığı  yox deyildi.  Ancaq  mübarizə 
forması kimi xalqın, geniş kütlənin etirazının ifadəsi idi. Sonralar üçün daha böyük 
mübarizələrə gətirib çıxarmağı özündə ehtiva edirdi. Bəhlul Behcət xalq qəhrəmanı 
Nəbiyə  qədərki  mübarizəyə,  qaçaqların  fəaliyyətinə  də  diqqət  yetirir.  Bunların  bir 
hissəsi  arxiv  materiallarına  əsaslanır.  «Məsələn,  Zaqafqaziya  Dövlət  Arxivinin 
1856-cı ilin hadisələrinin aktları arasında bir sənəd var. Bu sənəd, həmin ildə Şirvan 
mahalı jandarma naçalnikinin yazdığı bir raportun surətidir. 640-cı nömrədə olan bu 
aktda naməlum bir qarət dəstəsinin Şəkiyə gedən poçtanı qarət etdiyi xəbər verilir» 
(1,  231).  Və  yaxud  da  «yenə  də  o  dövrdə  «Kor  Camal  bəy»  adında  birinin  qaçaq 
olduğu  məlumdur.  Camal  bəy  (xalq  ona  Kor  Camal  deyirdi)  Qarabağın  Zəngəzur 
mahalında  Xocik  kəndinin  əhli  olmuşdur.  Camal  bəyin  haqqında  biz  müxtəsər 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə