Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə65/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   61   62   63   64   65   66   67   68   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
142 
142 
tikasından  çıxış  edən  mərhum  folklorşünas  B.Abdulla  ayrı-ayrı  araşdırmalardan 
ümumiləşdirmələr  aparmaqla  qara  rəngin  müxtəlif  anlamlarını  ortaq  bir  fikirdə 
birləşdirmişdir. “... M.Kaşqari adlara qoşulan “Qara”nın xaqanlıqda xanların titulunu 
bildirmək  anlamında  olmasını  söyləmişdir...  A.N.Kononov  isə  M.Kaşqarinin  bu 
dediyini  “titul”  yox,  “başçı”,  “böyük”  olaraq  açıqlamışdır.  Sözü  gedən  “qara”dan 
L.Z.Budaqov  da  danışmış  və  adlarda  özünü  göstərən  “qara”nı  qorxunc,  dəhşətli, 
vahiməli, zəhmli, olduqca qorxulu, çox dəhşətli, - deyə izah etmişdir... Ə.Cəfəroğ-
lunun fikrinə görə “Kitab”dakı adlarda “qara”epitet funksiyası daşımaqla cəsarət və 
güclülük damğasıdır”. (1, 67) 
Qeyd  edək  ki,  “qara”  sözünə  ilk  dəfə  türk  “Yaradılış”  dastanının  qəhrəmanı 
Tanrı  Qara  xanın  adında  rast  gəlinir.  Bu  və  digər  faktlar  bütün  hallarda  “Qara” 
sözünün türk dilində çox qədim tarixi olduğunu göstərir.  
Qarabağla  bağlı  bayatıların  poetik  özülündə  də  ərazinin  etimoloji  kökü  eyni 
əsasda öz izini qoymaqdadır:  
Əzizim Qarabağda  
 
Aşıq qarabağlıdır, 
Gül əkdim qara bağda,    
Belim haqdan bağlıdır. 
Özüm dərə bilmədim,    
Yolçu, qayıt qonaq ol, 
Dərdi yad, Qarabağda. (4, 31)   Bu el qara bağlıdır. (4, 330) 
Qarabağ toponiminin yaranması ilə bağlı ikinci mühüm etimioloji fakt ərazinin 
adının  Zaman  oğlu  Qara  adlı  şəxslə  əlaqələndirilməsidir.  Bu  tarixi  rəvayətdə  qeyd 
edilir  ki,  Zaman  oğlu  Qara  uzun  səfərlərdə  əziyyət  çəkən  tayfanın  yolçuluğunu 
nəzərə  alaraq  Şuşa  ətrafında  böyük  bir  bağ  salır.  Tezliklə  bu  bağın  meyvələri, 
nemətləri  indiki  Qarabağ  ərazilərində  məşhurlaşır.  Əl-əl  süfrələri  bəzəyən  bu 
nemətlər  “Qaranın  bağının”  məhsulu  kimi  xalq  arasında  deyimə  çevrilir  və  “Qara 
bağ”  şəklində  sabitləşir.  Maraqlıdır  ki,  məlum  bayatı  mətnləri  də  bağın  salınması 
motivindən kənar keçmir:  
Qarabağ balasıyam 
 
Don tiksən ağı bizdən 
Qara bağ salasıyam.  
 
Belinin bağı bizdən, 
Ay yurdumun Kərəmi.   
Qoymayın yad ellini, 
Mən Əsli olasıyam. (4, 30) 
Almağa bağı bizdən (5, 155) 
Qarabağ bayatılarında qürbət mötivinin geniş işlədilməsi digər cəhətlərlə yanaşı, 
ikinci  bir  tərəfdən  Qarabağ  xanı  İbrahimxəlil  xanın  qızı  Ağabəyim  Ağanın  vətən 
həsrətinə  bağlıdır.  Tarixi  məlumatlara  əsasən  Tehrana  –  Fətəli  şahın  sarayına  gəlin 
köçən Ağabəyim Ağa vətəni – Qarabağın xiffətini çəkir. Öz doğma torpağının ətrini 
almaq üçün Qarabağdan torpaq gətirdib Tehranda böyük bir bağ saldırır. Lakin “Xarı 
bülbül”süz  bağ  Ağabəyimin  vətən  həsrətini  ovundura  bilmir.  Qarabağ  motivli 
bayatılarımızın əksər qismində də bu tarixi hadisə ilə bağlı mövzular xüsusi yer tutur: 
Əzizinəm, Qarabağ,  
 
Mən aşiq sarı bülbül, 
Gəzdim, gəldim Qarabağ.  
Oxuma, zarı bülbül. 
Tehran cənnətə dönsə,   
Qürbətdə bir bağ saldım 
Könlüm isdər Qarabağ. (6, 10)  Bitmədi xarı bülbül. (4, 30) 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
143 
143 
Zamanla bayatıların yeni variantları formalaşmaqla Ağabəyim Ağanın Qarabağ 
– Şuşa həsrətinin müxtəlif rəvayətlərini tamamlamışdır: 
Mən aşiqəm, Qarabağ, 
Şəki, Şirvan, Qarabağ. 
Tehran cənnətə döndü, 
Yaddan çıxdı Qarabağ. (5, 25) 
Qeyd olunan nümunə  ilə bağlı güman edilir ki, Fətəli xanı “ağrılar”ı  ilə daha 
çox yükləməmək üçün şairə Ağabəyim Ağa bayatını fərqli şəkildə oxumuşdur.  
Vətənin  mübarizəsi,  qorunması  ilə  bağlı  ictimai  motivli  xalq  bayatılarının 
böyük  bir  qismində  yurd,  torpaq  əsasən  “qala”  şəklində  obrazlaşdırılır.  Qeyd  edək 
ki,  xalqın  vaxtilə  yaratdığı  bu  daş  abidələr  həm  də  onun  taleyi,  məişətinin  bəlli 
zaman  kəsiyindəki  tarixinə  bağlıdır.  Qala  müstəqil  mənada  tarixən  düşməndən 
qorunma,  istehkam  mənbəyi  olaraq  obrazlaşmada  “el”,  “yurd”,  “vətən”  poetik 
məzmununda  ifadə  olunmuşdur.  Bütün  digər  folklor  ərazilərindən  fərqli  olaraq 
Qarabağ bayatılarında “qala” obrazı daha çox işləklik qazanmışdır: 
Qardaşım vay, qalam vay
Ərşə çıxıb nalam vay. 
Kəsilib baş kərpicim, 
Alınıbdır qalam, vay. (4, 110) 
Qarabağ  xanlığının  mübarizə  tarixində  qalalar  xüsusi  istehkam  kimi  seçilmiş 
və  zamanla  müharibə,  münaqişələrin  canlı  şahidinə  çevrilmişdir.  Pənah  xanın 
Kəbirli mahalında 1745-ci ildə binasını qoyduğu Bayat qalası sonralar daha güvənli 
qalalarla  əvəzlənmiş  və  tarixə  qovuşmuşdur.  Mirzə  Camal  Cavanşir  Qarabağinin 
məşhur “Qarabağ tarixi” əsərində bu ellərin Şahbulağı adı ilə məşhur olan Tərnəküt 
qalası  daha  sonra  isə  1754-cü  ildə  Şuşa  qalasına  köçürülməsi  bildirilir.  (8,  27) 
Məlum bayatılarda da düşmənə qarşı duran bu qalaların səngər rolu xüsusi yer tutur: 
Eləmi nalam qardaş,  
 
Mən aşiqəm qaladı, 
Fəryadım – nalam qardaş.  
Şəhərdi, həm qaladı. 
Top atıldı, bürc sındı,   
İgidin yar-yarağı, 
Alındı qalam qardaş.(4, 113)  Dar günüdə qaladı. (4, 319) 
Qarabağın  zaman-zaman  yerli,  eləcə  də  xarici  qəsbkarlar  tərəfindən  işğala 
məruz qalmasında xalqın iradə və birlik nümayiş etdirməsi və buna çağırış motivləri 
də xalq bayatılarında ayrıca yer tutmaqdadır.  
Bülbül qonar güllərə,    
Aşiq, qar daşa düşər, 
Qurban şirin dillərə,  
 
Yağar qar daşa düşər. 
Hamı əl-ələ versə,  
 
Qardaşın müşkül işi, 
Yağı neylər ellərə. (4, 126) 
Yenə qardaşa düşər. (7, 127) 
Qarabağ  möhürlü  bayatılarımız  təkcə  mübarizə,  döyüş,  talanın  tarixi 
həqiqətlərini deyil, vaxtilə barışıq, saziş altında düşmənlə yenidən “dostluq” şərtləri 
ilə  yaşamağa  məhkum  xalqın  uzaqgörənlik,  ehtiyatlılıq  çağırışlarını  da  bir  miras 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə