Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə67/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   63   64   65   66   67   68   69   70   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
147 
147 
və şərt tarixi gerçəkliyin epik gerçəkliyə uyğunlaşdırılmasıdır. Əgər tarixi gerçəklik 
konkret  zaman  və  məkan  daxilində  baş  vermiş  hadisələrdən  ibarətdirsə,  epik 
gerçəklikdə bu cür konkretlik axtarmaq çox çətindir və yaxud heç mümkün deyil.  
Eposşünas  B.N.Putilovun  sözləri  ilə  desək,  epik  dünya  real  hadisələri  və 
insanları,  ictimai  münasibətləri  və  məişət  mənzərələrini  əhatə  edən  cəmiyyət 
həyatından konkret tarixi epoxanı yox, xalqın öz keçmişi barədə ümumi təsəvvürlər 
kompleksini  modelləşdirir  (11,  8).  Epos  söyləyicisi  iki  zaman  tanıyır:  öz  zamanını 
və  epos  qəhrəmanlarının  zamanını.  Real  şəxsiyyət  və  real  yer  adlarının  çəkilməsi 
epos  qəhrəmanlarının  yaşadığı  zamanı  konkretləşdirə  bilmir.  İfaçı  sənətkar  epos 
qəhrəmanlarının  zamanını  özünün  yaşadığı  zamandan  tamamilə  fərqli  bir  zaman 
kimi  təqdim  edir.  Bu  zaman,  söz  yox  ki,  şərtiliklərlə  dolu  zamandır  və  epos 
qəhrəmanlarının  bir  neçə  əsri  əhatə  edən  hadisələrlə  əlaqələndirilməsi  belə 
şərtiliklərdəndir. 
“Dədə  Qorqud”  eposunda  əhvalatları  danışan  ozan  epos  qəhrəmanlarının 
zamanını  fərqləndirmək  üçün  “ol  zamanda”,  “Oğuz  zamanında”  və  s.  kimi  məlum 
ifadələr  işlədir:  “Ol  zamanda  bəglərin  alqışı  alqış,  qarğışı  qarğış  idi.  Duaları 
müstəcəb olurdu” (1, 54). Ozanın “ol zamanda” dediyi zamanın “bu gün”dən  fərqi 
bəylərin duası ilə Allah-taalanın Baybörə bəyə oğul, Baybecan bəyə qız verməsində, 
başqa  sözlə  desək,  epos  qəhrəmanlarının  qeyri-adiliyində,  ilahi  aləmlə  bağlı-
lığındadır. İlahi aləmlə bağlılığın ən mühüm əlamətini ozan yenilməz igidlikdə görür 
və bu cür igidlikdən “ol zaman”ın ən vacib olayı kimi danışır: “Oğuz zamanında bir 
yigit ki evlənsə, ox atardı. Oxu nə yerdə düşsə, anda gərdək dikərdi” (1, 57). Ozanın 
“Oğuz  zamanı”  adlandırdığı  zamanda  ən  adi  toy-düyün  detalları  belə  igidlik,  qəh-
rəmanlıq  mətləbini  ifadə  etməyə  yönəlib.  İstənilən  yerdə  yox,  məhz  oxun  düşdüyü 
yerdə  təzəbəyin  gərdəyinin  qurulması,  zamanın  fərqləndirici  əlamətləri  sırasında 
təqdim edilib. “Ol zaman”ın fərqləndirici əlamətləri sırasında ozan bəzən ilk baxışda 
igidliyə-qəhrəmanlığa  aid  olmayan  məsələlərə  də  toxunur:  “Ol  zamanda  oğul  ata 
sözün iki eləməzdi. İki eyləsə, ol oğlanı qəbul eləməzlərdi” (1, 68). Göründüyü kimi
ozan  burada  “ol  zaman”dakı  ata-oğul  münasibətlərindən  söhbət  açır.  Amma  mətnə 
diqqət yetirdikdə aydın olur ki, ata-oğul münasibətlərindən söhbət açmaq dolayısı ilə 
qəhrəmanlıqdan  söhbət  açmaq  məqsədi  daşıyır:  Qazan  xan  qılınc  çəkib  qan 
tökməkdə təcrübəsi olmayan oğlu Uruza qırx igidlə dağ başına çıxmağı və atasının 
düşmənlə necə döyüşməsinə baxıb öyrənməyi məsləhət görür. Məsləhətə qulaq asıb 
qırx yoldaşı ilə uca dağ başına çıxsa da, çox keçməmiş Uruz özünü saxlaya bilmir və 
döyüşə atılmalı olur.  Ata sözünü iki eləməyən  oğulun qəflətən  fikrindən daşınması 
qorxmazlığı daha qabarıq ifadə etmək üçündür. Xatırlatdığımız epizodla ozan demək 
istəyir  ki,  «ol  zamanda»  oğul  ata  sözündən  yalnız  ata-ana  (geniş  mənada  el-oba) 
qeyrətini  çəkmək  naminə  çıxa  bilərdi.  Ozan  «ol  zaman»ın  əsl  bahadırlıq  zamanı 
olduğunu təzadlar yolu ilə çatdırmağa xüsusi maraq göstərir. Uruzun ata məsləhətinə 
qulaq  asıb-asmamağı  əslində  özünəməxsus  təzad  nümunəsidir  və  belə  nümunələrə 
dastanın bir  çox başqa epizodlarında da rast gəlirik:  «Ol zamanda Oğuz  yigitlərinə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
148 
148 
nə  qəza  gəlsə,  uyxudan  gəlürdi.  Qanturalının  uyxusu  gəldi,  uyudu»  (1,  84).  «Yu-
xudan  başa  qəza  gəlmək»  deyəndə  ozan  heç  şübhəsiz,  Oğuz  igidlərinin  daş  kimi 
yatıb  düşmən  əlinə  keçməsinə  işarə  edir.  «Salur  Qazanın  dustaq  olub  oğlu  Uruz 
çıxardığı boy»da Qazan xan məhz yatıb yuxuya qalmaqla kafir əlinə keçir. Daş kimi 
yatıb ayılmaq bilməmək, əlbəttə, hərəkətsizliyin ifadəsidir.  Təsadüfi deyil ki, Oğuz 
igidləri  çox  yatmağı  «kiçik  ölüm»  adlandırırlar.  Hərəkətsizlik  –  «kiçik  ölüm» 
igidliklə təzad  yaradır. Amma bu təzadın alt qatında ozan, əslində, bahadırlığı  vəsf 
etmiş olur. Daş kimi yatıb saatlarla, hətta günlərlə yuxudan ayılmamaqda vəsf ondan 
ibarətdir  ki,  ozan  oğuz  igidinin  öz  ev-eşiyində  yatmasından  yox,  düşmənin  iki 
addımlığında  yatmasından söhbət açır. Düşmənin iki addımlığında baş qoyub şirin-
şirin yatmaq isə, qeyd etdiyimiz kimi, düşməndən zərrə qədər qorxmamaq deməkdir 
(7,  188).  Uruzun  ata  sözünə  axıracan  sadiq  qalmayıb  döyüşə  atılmaq  əhvalatında 
olduğu kimi, Qanturalının da düşmən sərhədi yaxınlığında yıxılıb yatması və Selcan 
xatunun çağırışından sonra güc-bəla ilə yuxudan ayılması bahadırlığın özünəməxsus 
lövhəsidir.  Bu  cür  lövhələr  Uruzların  və  Qanturalıların  qeyri-adi  bahadırlıq  za-
manında yaşadıqlarını göstərməkdə az rol oynamır.  
Qeyri-adi  epik  zaman  digər  eposlar  kimi  «Koroğlu»  üçün  də  səciyyəvidir. 
Koroğlu  və  onun  dəlilərinin  qeyri-adi  bir  zamanda  yaşadığını  daha  qabarıq 
göstərmək üçün aşıqlar  «Koroğlunun qocalığı»  qolundan məharətlə istifadə edirlər. 
Qocalıqdan danışmaq, cavanlıqda yaşanan günləri xatırlatmağın bir üsuluna çevrilir. 
Əslində, bu ənənə də «Dədə Qorqud»dan gəlir. Həmin eposda Qorqud Atanın  yaşlı 
bir  qoca  kimi  təqdim  edilməsi  Oğuz  igidlərinin  at  çapıb,  qılınc  oynatdığı  ulu 
keçmişə  –  kifayət  qədər  uzun  bir  zamana  şahid  şəxsin  gözü  ilə  baxmaq  imkanı 
yaradır:  «Dədəm  Qorqut  boy  boyladı,  soy  soyladı,  bu  oğuznaməyi  düzdü-qoşdu, 
böylə dedi: 
Anlar dəxi bu dünyaya gəldi, keçdi, 
Karvan kibi qondu, köçdü» (1, 44). 
Birinci boyun sonundan götürdüyümüz bu parça göstərir ki, Dədə Qorqud həm 
Bayındır  xan  və  Dirsə  xandan,  həm  də  özünün  ad  verdiyi  Buğacdan  məhz  keçmiş 
zamanın qəhrəmanları kimi danışır: 
İmdi qanı dedügim bəg ərənlər!? 
Dünya mənim deyənlər! 
Əcəl aldı, yer gizlədi, 
Fani dünya kimə qaldı? (1, 74) 
Boyların  sonunda  təkrar  olunan  bu  fikir  bir  tərəfdən  hər  şeyin  müvəqqəti 
olduğunu,  heç  kimin  dünyanı  tutub  qalmayacağını  göstərmək  üçündürsə,  digər 
tərəfdən  indi  –  hər  şeyin  adiləşdiyi  və  ucuzlaşdığı  bir  dövrdə  “bəy  ərən”lərin 
olmadığını  təəssüflə  bildirmək  üçündür.  Bizcə,  Koroğlunun  qocalığı  da  Dədə 
Qorqudun  qocalığına  bənzər  bir  funksiya  daşıyır.  Qəhrəmanlıqla  aşıqlığı  özündə 
birləşdirən Koroğlu qoca vaxtında sanki dönüb ozanlar ozanı Dədə Qorqud olur: 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə