Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə70/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   66   67   68   69   70   71   72   73   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
153 
153 
 
Qaynaqlar 
1.  Kitabi-Dədə  Qorqud.  -  Kitabi-Dədə  Qorqud  Ensiklopediyası,  I  cild,  Yeni 
nəşrlər evi, Bakı, 2000 
2. Koroğlu. Tərtib edəni Təhmasib M.H. Gənclik, Bakı, 1982 
3.  Təhmasib  M.H.  Azərbaycan  xalq  dastanları.  Orta  əsrlər,  “Elm”  nəşriyyatı, 
Bakı, 1972 
4. Koroğlu. X. Oğuz qəhrəmanlıq eposu, “Yurd” nəşriyyatı, Bakı, 1999 
5.  Cəfərov  N.  Azərbaycan...  Azərbaycanın  türkləşməsi...  və  Azərbaycan 
xalqının  təşəkkülü.  -  Seçilmiş  əsərləri,  5  cilddə,  IV  cild.  “Elm”  nəşriyyatı,  Bakı, 
2007, s.36-62 
6.  Kazımoğlu  M.  “Dədə  Qorqud  kitabı”nda  dəli  obrazı.  –  Gülüşün  arxaik 
kökləri, “Elm” nəşriyyatı, Bakı, 2005, s.119-140 
7. Kazımoğlu M. Xalq gülüşünün poetikası, “Elm” nəşriyyatı, Bakı, 2006 
8. Bəydili C. Dəli, dəlilər. - Kitabi-Dədə Qorqud ensiklopediyası, 2 cilddə,  II 
cild. Yeni nəşrlər evi, Bakı, 2000, s. 84 
9.  Hacılı  A.  Mifopoetik  təfəkkür  fəlsəfəsi.  Mütərcim  nəşriyyatı,  Bakı,  2002, 
s.87 
10. Лотман Ю.М. Семиосфера, Санкт-Петербург, Искусcтво–СПБ, 2001 
11.  Путилов  Б.Н.  Героический  эпос  и  действительность,  Наука, 
Ленинград, 1988 
12.  Путилов  Б.Н.  Типология  фольклорного  историзма.  –  Типология  на-
родного эпоса, Наука, Москва, стр.164-181 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
154 
154 
Nizami Muradoğlu, 
AMEA Folklor İnstitutu, elmi işçi 
nizamimurad@gmail.com  
 
BAYATILAR VƏ TARİXİMİZ  
 
Özət 
Azərbaycan xalqının həyatı, məişəti və tarixi ilə bağlı hadisələr folklorda özünə 
geniş  yer  tapa  bilmişdir.  Bu  baxımdan  bayatılar  da  təxmini  hadisələrin  tarixi 
haqqında əsaslı məlumat mənbəyi hesab edilə bilər. Məqalədə tarixi şərait ilə bağlı 
olaraq yaradılan bayatılardan söhbət açılır.  
Açar sözlər: bayatı, Araz, Nuh, Qarabağ, Təbriz. 
 
Summary 
The  events  about  life,  living  and  history  of  Azerbaijan  nation  have  taken  the 
important place in folklore. That is why bayaties (quatrains) can be also considered 
the  main  information  source  of  the  history  of  approximate  events.  In  the  article  it 
said about the bayaties (quatrains) formed according to the historical condition. 
Key words: bayati (quatrain), Araz, Nuh, Garabag, Tabriz   
 
*  *  * 
Adətən  belə  deyirlər:  “Türklər  tarix  yaratdı,  ancaq  yazmadı”.  Təbii  ki,  bu 
ifadənin işlədilməsində müəyyən həqiqət vardır, çünki tarixin qədim tarixinin yazılı 
mənbələri  olduqca  azdır,  yaxud  da  kimlərinsə  tərəfindən  bilərəkdən  məhv  edilmiş-
dir. Ancaq bununla belə türk xalq təfəkküründə onun tarixi ilə bağlı çox izlər vardır 
ki, bunlara şifahi xalq ədəbiyyatı nümunələrində tez – tez rast gəlmək olar. Əslində 
xalq ədəbiyyatının nağıl, lətifə, dastan janrlarında nəql edilən hər bir hadisə konkret 
bir  zamanla  əlaqədardır  və  həmin  dövrün  ictimai  –  siyasi  mahiyyətini  özündə  əks 
etdirir.  Məqsədimiz  xalq  ədəbiyyatı  nümunələrindən  bayatılarda  əks  olunan  tarixə 
işıq  tutmaq,  xalqımızın  tarixi  ilə  bağlı  bəzi  məqamlara  aydınlıq  gətirməkdən 
ibarətdir.  Bir  məsələni  qeyd  etmək  lazımdır  ki,  yaranan  nümunələr  həm  də, 
nümunənin  yarandığı  ərazi  ilə  bilavasitə  bağlı  olub,  həmin  yerin  etimologiyasının 
öyrənilməsində  də  mühüm  rol  oynayır.  Tutaq  ki,  Naxçıvan  MR  –  nın  ərazisində 
toplanan bayatılar, xalq ədəbiyyatının digər növləri məhz bu regionun həyatı, tarixi, 
məişəti ilə daha çox bağlıdır. Məsələn, belə bir bayatı var: 
  Nuh adına məkan var, 
  Ayağından çəkən var. 
  Düşmən istər dağıda, 
  Haqqdan onu tikən var. (1,31) 
Göründüyü  kimi,  Naxçıvan  Nuh  Peyğəmbərin  adı  ilə  bağlı  olması  fikrini 
babalarımız,  nənələrimiz  öz  deyimlərində  sabitləşdirmişlər.  Bayatının  hər  misrasını 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
155 
155 
təhlil  etsək,  bu  yurdun  düşmənlərə  göz  dağı  olduğunu  görərik.  Yadelli  düşmənlər 
həmişə bu gözəl yurdu dağıtmağa çalışmışlarsa da, amma istəklərinə nail ola bilməmiş, 
bu yurd, bu torpaq ilahi qüdrətin nəticəsində daima çiçəklənmiş, inkişaf etmişdir. 
Yaxud daha bir bayatıya nəzər salaq: 
  Burda yatan Nuhudu, 
  Nişanəsi çoxudu. 
  Kitab yazan kişilər, 
  Bəlkə gəldi oxudu. (1,31) 
Güman  etmək  olar  ki,  bu  bayatı  da  Naxçıvan  ərazisində,  Gəmiqayada  tapılan 
yazılı daşlar ilə bağlı olaraq deyilmişdir. Həmin ərazidə Nuhdabanı, bir qədər oradan 
aralıda Nuhgədiyi kəndləri vaxtı ilə yerləşmişdi. Yazılı daşlar isə çox böyük əhəmiy-
yət  kəsb  edən  tarix  nümunələridir  ki,  xalqımızın  genetik  yaddaşının  formalaşma-
sında  mühüm  rol  oynayır.  Həm  də  bu  daşlar  yer  daşlarına  oxşamır,  ətrafdakı  adi 
daşlardan  fərqlənir.  Bu  daşlar  tünd  qara  rəngli,  çox  ağır  olan  meteorik  parçalarına 
bənzəyir.  Bu  ərazidə  Nuh  Peyğəmbərlə  əlaqədar  yaranan  əfsanələr,  çoxlu  yer 
adlarının  olması,  ərazidə  insanların  on  min  illər  bundan  öncə  məskunlaşmasından 
xəbər  verməklə  yanaşı,  bu  barədə  yaranmış  xalq  ədəbiyyatı  nümunələrinin  də  nə 
qədər dərin mənaya malik olması haqqında qənaət yaradır.  
Folklorun  tarix  ilə  əlaqəsinin  tarix  nümunələrinə  Araz  haqqında  deyilmiş 
bayatılara  da  rast  gəlirik.  Məlum  olduğu  kimi, Rus  imperiyasının  apardığı  işğalçılıq 
siyasətinin  nəticəsində  1813  –  ci  ildə  Azərbaycan  ölkəsi  iki  yerə  parçalanaraq  bir 
hissəsi  Rusiyanın,  digər  hissəsi  İranın  tabeliyinə  verildi.  Bu  parçalanma  nəticəsində 
Azərbaycan  dövləti  müstəqilliyini  itirdi,  Araz  boyunca  çəkilən  sərhəd  dirəkləri  bir 
xalqın ikiyə bölünməsinə səbəb oldu. Elə bu zamandan başlayaraq Araz hicran çayına 
çevrildi.  Çoxlu  bayatılarda  Araza  qarğış  edənlər  də  oldu,  günahsız  yerə  incidilən 
insanlar öz nifrətini, kinini, qəzəbini Arazın sularında qərq etməyə başladılar:    
Şərmisən, xeyirmisən? 
Qılıncın səyirmisən. 
Qolun qurusun, Araz, 
Vətəni ayırmısan. (2,117) 
Və ya: 
Araz, Araz budumu? 
Araz dolu sudumu? 
Quruyasan, ay Araz, 
Olasan su udumu. (3,75) 
Yaxud bu hicranın səbəbkarı kimi rusların işğalçılıq siyasətini pisləyən, xalqın 
mənəvi iztirablarının nəticəsi olan bayatılar da vardır. 
Urus, öləsən urus,  
Gözə gələsən, urus 
Səni də bölən ola,. 
Onda biləsən, urus. (4) 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə