Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə72/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   68   69   70   71   72   73   74   75   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
158 
158 
fərdlərin zehinində bəzi anlayışlar şəkilləndirir  ki, bu anlayışlar da fövqəladə hadi-
sələr içində sərgilənir. Tanrı qatında mənəvi cəhətdən ucaldılmış ruhi hal fövqəladə 
hadisələrlə  müşahidə  edilir  ki,  bunlar  gerçəkdə  Tanrı  qüdrətinin  göstəricisindən 
başqa  bir  şey  deyildir.  Tanrı  qarşısında  insanın  acizliyi  kutsiyyətin  təbiətə,  insana, 
kainata hökm etməsi məntiqini ortaya çıxarır.
8
 Müqəddəslik statusu verilən bu canlı 
və ya cansız varlıqlar əslində tapınma obyektləri deyildirlər. Onlar artıq nə insan, nə 
daş,  nə  də  bir  ağacdır.  Yalnız  müqəddəs  olanı  açığa  çıxardan  obyektlərdir.
9
  Bu 
obyektlər  müəyyən  bir  keçmişi  olan  və  hələ  də  varlığını  davam  etdirən  ocaq  və 
ziyarət  yerlərinin  təməlini  meydana  gətirir.  Ocaq,  pir,  türbə,  kümbət,  təkkə  və  s. 
əslində  ata-baba  məzarı  olub  müxtəlif  adlarla  xatırlanan  və  əksəriyyətlə  özlərinə 
seyid,  vəli,  övliya,  ermiş,  zahit,  alim,  sofu,  ata,  şəhid  və  s.  kimi  müxtəlif  ad  və 
sifətlər  verilərək  mənəvi  güc  və  üstünlüklərinə  inanılan  insanların  yatdıqları  qəbul 
edilən bu yerlərə müəyyən ehtiyac, dilək, istək və muradlarla ziyarətlər edilir. Edilən 
ziyarətlər  və  bunların  ətrafında  yaranan  bəzi  inanc  və  tətbiqlər  vardır  ki,  bunları 
öyrənmək xalq inanclarını, psixologiyasını, müqəddəslik anlayışını, sözlü kültürünü 
bilmək deməkdir. 
Əhd  edərək  qurban  vermək,  ocaq  və  ziyarət  yerləri  ilə  əlaqədar  qarşımıza  ən 
çox çıxan anlayışlardandır. "Uşaq sahibi olma, evlənmə, çətin bir vəziyyətdən xilas 
olma və s. məqsədlərə bağlı istəklərin yerinə yetirilməsi üçün uca varlıqlara, ermiş-
lərə,  məbədlərə,  türbələrə,  ziyarətlərə  əhd  edilən  oruc,  qurban,  yemək,  əşya" 
mənasını verən əhd, ziyarət yerlərinin başlıca funksiyalarından biridir. Əhd anlayışı 
ilə  birlikdə  "nəzir"  sözündən  də  istifadə  edilir.  Nəzirin  Azərbaycan  türkcəsi  birinə 
bir  şeylər  boyun  olmaqdır.  Onun  ərəbcəsi  əhddir.  Nəzir  "Uca  Allaha  hörmət  üçün 
qadağan olmayan bir işin edilməsini üzərinə götürüb yüklənmək"dir. Nəzir fərzlərə 
girən  bir  ibadət  və  əmr  olmadığı  halda  adamın  dilək  və  duasının  qəbul  olması 
halında  ibadətlərdən  birini  –  oruc  tutmaq,  əlavə  namaz  qılmaq  və  s.  etmək  üçün 
Allaha  söz  vermək  mənasını  verir.
10
  Nəzir  hər  hansı  bir  övliyaya  bir  şey  həsr 
etməklə  bir  diləyin,  istəyin  reallaşması  məqsədiylə  qurban  kəsib  yoxsullara 
dağıtmaq  və  ya  müqəddəsliyinə  inanılan  bir  gücə  hər  hansı  bir  niyyətlə  qurban 
demək mənasını da verir. 
Xalq  arasında  müqəddəs  yerlər  kimi  qəbul  edilən  bu  ziyarətgahlar  savab  iş 
görmək,yaxşılıq  etmək  və  ya  ziyarət  edilən  şəxsə  hörmət  göstərmək  məqsədi  ilə 
gedilən yer mənasını verir. Burada istəklərin və diləklərin qəbul olması üçün dualar 
edilir.  İslami  mənada  ən  böyük  ziyarət  yeri  Kəbə  sayılırkən,  xalqın  həyatında 
əhəmiyyətli yer tutan din böyüklərinin məzar və türbələri də ziyarət yeri baxımından 
böyük  əhəmiyyət  kəsb  edir.  Bu  məzarlar  xalq  içərisində  gümbəz,  pir,  təkkə,  türbə 
kimi  adlarla  xatırlanır.  Əhəmiyyətli  görülən  bu  yerlər  yalnız  məzar  və  ya  türbə  ilə 
                                                             
8
 Öztürk, İ., Sabır Kahramanı Eyyub Peygamber (a.s.). 6. Baskı. Elif Matbaası, Şanlıurfa, 2007 
9
 Oymak, İ., Malatya ve Çevresinde Ziyaret ve Ziyaret YerleriMalatya, 2002 
10
 Bilmen, Ö.N., Büyük İslam İlmihali. Diyanet Vakfı Yayınları, Ankara, 1996, s.302
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
159 
159 
məhdud olmayıb bir təpə, ağac, quyu, məscid və  ya bir çay da ola bilər. İnsanların 
düşdükləri  çətin  vəziyyətdən  xilas  olmaq,  istək  və  diləklərini  reallaşdırmaq 
məqsədiylə getdikləri bu yer və məqamlara ziyarətgah və ya əhd yeri də deyirlər. O 
baxımdan ziyarət yeri daha geniş məfhum olub sadəcə insanlarla əlaqəli deyil, həm 
də  əskidən  bəri  atalar  kultu,  oba  kultu  aspektindən  daş  parçası,  qaya,  tənha  ağaç, 
dağ, mağara, şəfalı sular və s. ola bilər. Ümumi mənada ziyarət  yeri anlayışı, ocaq, 
pir,  türbə  və  s.  də  bildirir.  Əslində  bütün  ziyarətlərin  təməl  fəlsəfəsi  insanların  ya 
olmayan  bir  şeyi  istəmək,  ya  da  var  olanı  qorumaq  məqsədi  güdür.  O  baxımdan 
İslami  dəyərlər  sahəsinə  alınmış  daha  öncədən  qalma  yerlər  də  eyni  sintaqmatik 
səviyyədə funksionallaşır. 
Müqəddəslik  statusu  ilə  yüklənmiş  bu  varlıqlar,  canlı  və  ya  cansız  olsun 
tapınma obyektləri deyillər. Onlar artıq nə  insan, nə daş, nə də bir ağacdır. Bunlar 
yalnız  müqəddəs  varlıq  statusu  qazanmış  obyektlərdir.  Bu  obyektlər  müəyyən  bir 
keçmişi olan və hələ də varlığını davam etdirən ziyarət yerlərinin təməlini meydana 
gətirir.  Məzar,  türbə,  kümbət,  təkkə,  pir  kimi  müxtəlif  adlarla  adlandırılan  və 
əksəriyyətlə vəli, övliya, ərmiş, ərən, zahid, alim, sofu, baba, şəhid  və s. insanların 
yatdıqları  yer və  ya məqam kimi tanınan və ziyarət edilməsi mənəvi ehtiyac halına 
gələn  bu  yerlər  kökü  baxımından  atalar  kultu  ilə  bağlıdır.  Mənəvi  güc  və 
üstünlüklərinə  inanılan  bu  insanların  yatdıqları  qəbul  edilən  yerlərə  müəyyən 
ehtiyac,  dilək,  istək  və  muradlarla  İslamiyyətdən  əvvəl  ziyarət  edildiyi  kimi 
müsəlman olduqdan sonra da eyni məqsədlə ziyarət edilmişdir. Edilən ziyarətlər və 
bunların  ətrafında  yaranan  bəzi  inanc  və  dini  rituallar  vardır  ki,  bunların  da  kökü 
şamanlıq dönəminə gedib çıxır. 
Fövqəltəbii gücü olduğuna və insanlara kömək etdiyinə inanılan birinin məzarı 
zamanla  sakrallaşdırıldığı,  seçildiyi  üçün  bu  məzarlara  el  arasında  türbə  deyirlər. 
Əslində bu məzarların üstündə ucaldılan qübbəvari abidə türbələrin başqa müsəlman 
məzarlarından  fərqlənməsinə  və  istər-istəməz  ilk  baxışdan  bu  məzarın  (daha 
doğrusu,  məzarda  yatanın)  müqəddəsliyinə  insanları  inandırmışdır.  Türbələr  də 
insanların  dilək  diləmək  üçün,  ya  da  hər  hansı  bir  xəstəliyə  şəfa  tapmaq  üçün 
getdikləri yerlərdəndir. Azərbaycanda məşhur bir adamın (bu kəramət sahibi övliya, 
din, iman, namus, vətən yolunda şəhid olan birinin məzarı ola bilər) üstündə tikilən 
abidəyə  də  türbə  deyilir.  Hətta  türbə  dedikdə  daha  çox  bu  sonuncu  başa  düşülür. 
Türbədə  yatanların  bir  zamanlar  kəramət  göstərmiş  övliya  olduğu  onun  daha  çox 
ziyarət  olunmasına  səbəb  olur.  Ocağa,  pirə  hansı  məqsədlə  gedilirsə,  türbələrə  də 
eyni məqsədlə gedilir.  Ancaq bir şair, bir hökmdar və  ya hökmdar xanımı üçün də 
türbə tikdirilir ki, bu halda o yerlərə dilək diləmək, şəfa istəmək üçün gedilməz. Ona 
görə  də  biz  xalq  arasında  ziyarət  edilən,  müqəddəslik  statusu  ilə  seçilən  türbələri 
nəzərdə tutmuşuq. 
Bu müqəddəs yerlər İslamiyyətdən əvvəlki atalar kultu, şamanlıq inancı, qədim 
dinlər  və  dini  sistemlərin  İslam  mədəniyyəti  içində  yeni  bir  status  qazanması  və 
varlığını  sürdürməsidir.  Müqəddəslik  tapınılacaq  və  uğruna  can  veriləcək  qədər 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə