Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə68/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   64   65   66   67   68   69   70   71   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
149 
149 
Axır əcəl gəldi, yetdi hay-haray! 
Çəkdiyim qovğalar bitdi hay-haray! 
Tüfəng çıxdı, mərdlik getdi hay-haray! 
Mənmi qocalmışam, ya zəmanəmi? 
 
Koroğluyam, Qırat üstə gəzərdim, 
Müxənnətlər başın vurub əzərdim, 
Nərələr çəkərdim, səflər pozardım, 
Mənmi qocalmışam, ya zəmanəmi? (2, 314) 
Koroğlu  tüfəngin  meydana  çıxdığı  və  bic  əyyamının  gəldiyi  bir  vaxtda  bu 
gündən  dünənə  baxmaqla,  dünənin  həsrətini  çəkməklə  mərdlərin  qılınc  çalıb,  at 
oynatdığı zamanların ucalığını diqqətə çatdırmış olur. 
Epos  qəhrəmanlarını  konkret  tarixi  şəxsiyyətlərlə  məhdudlaşdırmaq  mümkün 
olmadığı  kimi,  eposdakı  “ol  zamanı”  da  konkret  bir  zamana  sığışdırmaq  mümkün 
deyil.  Epos  qəhrəmanları  ideal  qəhrəmanlar  olduğu  kimi,  eposdakı  “ol  zaman”  da 
ideal zamandır. Epos ifaçısı söylədiyi əhvalatları məhz ideal qəhrəmanlarla və ideal 
zamanla  bağlı  əhvalatlar  şəklində  təqdim  edir.  İstər  tarixlə  az-çox  əlaqəsi  olsun, 
istərsə olmasın, bütün qəhrəmanlar və əhvalatlar qəhrəmanlıq eposunda epik dünya 
modelinin  ifadəsinə  xidmət  edir.  Epik  dünya  modeli  üç  əsas  amillə  müəyyənləşir: 
doğma  yurd,  düşmən  və  öz  yurdu  uğrunda  vuruşan  qəhrəman.  «Dədə  Qorqud» 
eposunda  doğma  yurd  Oğuz  elidir,  düşmən  kafirlərdir,  öz  yurdu  uğrunda  vuruşan 
qəhrəmanlar  isə  heç  bir  tarixi  şəxsiyyətlə  məhdudlaşdırılması  mümkün  olmayan 
Qazan  xanlar,  Beyrəklər,  Qanturalılardır.  Kafirlərin  sırasında  Qıpçaq  Məliyin  də 
adının çəkilməsinə əsaslanan tədqiqatçılar «Dədə Qorqud» eposunda Oğuz-Peçeneq 
müharibələrinin tarixi izlərinin olması qənaətinə gəlirlər (3, 154; 5, 54). Amma istər 
Oğuz-Peçeneq müharibələri, istərsə də Oğuz-gürcü toqquşmaları ilə səsləşmə «Dədə 
Qorqud»da qəhrəmanlıq eposları üçün səciyyəvi olan epik dünya modelini dəyişdirə 
bilmir. Yəni epik dünya  modeli tarixə  yox,  tarix epik dünya modelinə  tabe olur  və 
bu modelin içində mümkün ifadəsini tapır. 
Epik  dünyanın  «Dədə  Qorqud»  eposunda  gördüyümüz  modeli  oxşar  şəkildə 
«Koroğlu»  eposunda  da  özünü  göstərir.  Oğuz  elinin  funksiyasını  «Koroğlu»da 
Çənlibel,  kafirlərin  funksiyasını  «Koroğlu»da  namərdlər-müxənnətlər,  Qazan 
xanların,  Beyrək  və  Qanturalıların  funksiyasını  isə  Koroğlu  və  dəliləri  daşıyırlar. 
«Dədə  Qorqud»la  müqayisədə  «Koroğlu»  daha  sonrakı  dövrlərdə  yarandığına  görə 
tarixiliyi bu dastanda («Koroğlu»da) axtarmaq qismən asan olmalıdır. Doğrudan da, 
tədqiqatçılar «Koroğlu»da tarixi hadisələrlə səsləşən çoxlu epizod və obrazlar müəy-
yənləşdirirlər.”Koroğlu”nun görkəmli tərtibçisi və tədqiqatçısı M.H.Təhmasib nəinki 
Koroğlunu,  eləcə  də  Eyvaz,  Dəmirçioğlu,  Dəli  Həsən,  Kosa  Səfər,  Bəlli  Əhməd, 
Tanrıtanımaz  və b. dəliləri, həmçinin Həsən xan, Hasan paşa, Ələmqulu xan, Bolu 
bəy  və  b.  müxənnət  obrazlarını  tarixi  hadisə  və  tarixi  şəxsiyyətlərlə  əlaqələndirir. 
M.H.Təhmasib  hətta  bəzi  obrazların  konkret  prototiplərini  də  müəyyənləşdirməyə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
150 
150 
çalışır.  ”Dastanı  el  sənətkarı  yaradır”  qənaətinə  əsaslanan  M.H.Təhmasib 
Koroğlunun özünü Koroğlu adlı el sənətkarı ilə əlaqələndirir: “Bizcə, “Koroğlu”nun 
bünövrəsi  XVI  əsrin  sonu,  XVII  əsrin  əvvəllərindəki  əzəmətli  kəndli  hərəkatı 
illərində qoyulmuşdur. Özü də ilk yarandığı zaman, heç şübhəsiz ki, indikindən çox 
kiçik  bir  dastan  imiş.  Əlimizdə  sənədlə  təsbit  ediləcək  əsas  olmasa  da,  biz  bu 
fikirdəyik  ki,  həmin  ilk  «müəllif»  –  şair  –  aşıq  –  dastançının  adı  Rövşən,  mənsub 
olduğu  qəbilə  ilə  bağlı  ləqəbi,  ayaması  isə  Koroğlu  imiş.  Bizim  ümumi  dastan 
yaradıcılığı  ənənəmizə  sadiq  qalaraq  o  da  yüzlərcə  başqaları  kimi  özünü  öz 
dastanına  qəhrəman  etmişdir.  Çox  ehtimal  ki,  1610-1630-cu  illər  hərəkatı  iştirak-
çılarından,  bəlkə  də,  hətta  başçılarından  biri  imiş…  Bizcə,  qəhrəmanlığı,  igidliyi, 
şairlik  və  aşıqlığı  öz  simasında  birləşdirmiş  bu  nadir  istedad  həm  də  biliyindən 
istifadə  edərək  öz  epik  surətini  yaratmış,  real  tarixi  hadisələrə  əfsanəvi  boyalar, 
əsatiri  naxışlar  vurmuş,  öz  adına  dastan  bağlamışdır»  (3,  151).  Dastandakı  Eyvaz 
surətini  isə  M.H.Təhmasib  1610-1630-cu  illər  hərəkatı  ilə  yox,  1571-1573-cü  illər 
Təbriz  üsyanı  ilə  əlaqələndirir.  Məlumdur  ki,  həmin  üsyan  sənətkarların  və  şəhər 
yoxsullarının  üsyanı  kimi  başlayıb.  Üsyanın  iki  başçısından  biri  Pəhləvan  Yarı, 
digəri  isə  Eyvaz  olub.  M.H.Təhmasibin  qənaətinə  görə,  eposdakı  Eyvazın  tarixi 
prototipi  Eyvaz  adlı  həmin  üsyançıdır.  Təbriz  üsyanının  baş  verməsində  ət 
qəhətliyinin  bir  səbəbə  çevrilməsini,  üsyanda  qəssabların  mühüm  rol  oynamasını 
əldə  əsas  tutan  M.H.Təhmasib  qəssab  oğlu  Eyvazın  qeyd  olunan  “prototipi” 
üzərində daha israrla dayanmalı olur (3, 131). M.H.Təhmasibin qeyd etdiyi və qeyd 
etmədiyi bir çox tarixi hadisələrin «Koroğlu» dastanında müəyyən iz buraxdığını, əl-
bəttə, inkar etmək olmaz. Amma hər hansı tarixi şəxsiyyəti «Koroğlu»dakı (eləcə də 
digər  dastanlarımızdakı)  hər  hansı  obrazın  prototipi  saymaq  çətindir.  Çətinlik 
ondadır  ki,  yazılı  ədəbiyyatla  bağlı  işlənən  «prototip»  termini  şifahi  ədəbiyyat 
müstəvisində o qədər də yerinə düşmür və özünü tam doğrultmur. Yazıçı (söhbət əsl 
yazıçıdan  gedir)  qələmindən  çıxan  hər  hansı  bir  əsərdə  qəhrəmanlar  az-çox 
fərdiləşdirmə  süzgəcindən  keçirilir  və  eyni  prototipə  əsaslanan  ayrı-ayrı  obrazlar 
belə  bir-birindən  xeyli  dərəcədə  fərqlənir.  Məsələn,  Ə.Haqverdiyevin  Qacarını 
S.Vurğunun  Qacarı  ilə,  S.Vurğunun  Vaqifini  Y.V.Çəmənzəminlinin  Vaqifi  ilə 
eyniləşdirmək  mümkün  olmur.  Eyni  tarixi  şəxsiyyət  əsasında  yaranan  ayrı-ayrı 
obrazlar eyni ad (Qacar, Vaqif) daşısalar da, məhz müxtəlif obrazlar kimi qəbul edi-
lir.  Yazılı  ədəbiyyat,  xüsusən  realist  yazılı  ədəbiyyat  üçün  səciyyəvi  olan 
fərdiləşdirməni şifahi ədəbiyyata tətbiq etmək yanlış nəticələrə gətirib çıxarır. Ayrı-
ayrı  tarixi  şəxsiyyətlərlə  səsləşməsini  əldə  əsas  tutub  Dəli  Həsən,  Eyvaz, 
Dəmirçioğlu,  Kosa  Səfər,  Bəlli  Əhməd,  Tanrıtanımaz  kimi  Koroğlu  dəlilərini  bir-
birindən  fərqli  obrazlar  saymaq  yanlış  nəticələrdən  biri  olardı.  Koroğlu  dəlilərinin 
qarşılaşdığı,  iştirakçısı  olduğu  əhvalatlar,  əlbəttə,  bir-birinin  təkrarı  deyil. 
Koroğlunun  Dəli  Həsənlə  ilk  tanışlığı  Eyvazla  ilk  tanışlığından,  Dəmirçioğlunun 
Çənlibelə  gəlməsi  başqa  dəlilərin  Çənlibelə  gəlməsindən  müəyyən  qədər  fərqlənir. 
Koroğlu  Dəli  Həsənlə  başının  dəstəsi  olan,  el  içində  özünə  görə  ad-san  qazanan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə