Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə71/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   67   68   69   70   71   72   73   74   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
156 
156 
İki yüz illik ayrılığın bütün çalarları ilə əks etdirən folklorun tipik bir nümunəsi 
də aşağıdakı bayatı ilə verilmişdir: 
   Ağ dəvə düzdə qaldı. 
   Yükü Təbrizdə qaldı. 
   Oğlanı dərd apardı. 
   Dərmanı qızda qaldı. 
Bayatıda adı keçən dəvənin ağ olması özü ayrılığın nişanəsidir. Məlum olduğu 
kimi,  ağ  rəng  ayrılıq  əlaməti  olaraq  məhəbbət  aləmində  qəbul  edilmişdir.  Ağ 
dəvənin  düzdə,  yükünün  Təbrizdə  qalması  yolların  bağlanması  ilə  əlaqədar  olaraq 
deyilmişdir. Vətənin parçalanması isə iki sevgilini aralı salmış, onların dərdə, əzaba 
düçar olmasına gətirib çıxarmışdır. 
Daha bir bayatıya da nəzər salaq. 
 
Qarabağda talan var, 
 
Zülfün üzə salan var, 
 
Gedirsən tez də qayıt, 
 
Gözü yolda qalan var. 
Qarabağda  çoxlu  talanlar  olubdur.  Amma  bu  bayatının  1918-ci  il  talanları  ilə 
bağlı  olaraq  yarandığı  qənaətindəyik.  1918-ci  ildə  olan  talanda  əhalinin  bir  qismi, 
xüsusən qız, qadın, uşaq və qocalar Qarabağdan çıxarılmış, onların bir qismi Cənubi 
Azərbaycana,  bir  qismi  isə  ətraf  bölgələrə  getmişdir.  Mənfur  qonşularımız  hayların 
(erməni)  o  zaman  törətdikləri  müharibələr  nəticəsində  yurdundan,  yuvasından  ayrı 
düşən insanlar, sevgililər olmazın əziyyətlərə qatlaşmalı olmuşdular. Xüsusən də ayrı 
düşən  sevgililərin  dərdi,  kədəri  bu  tipli  söz  düzümlərinin  yaranmasına  səbəb 
olmuşdur. Diqqət etsək bayatının ikinci misrası “zülfün üzə salan var” bir-bir ayrılığın 
işarəsi  kimi  anılır.  Çünki,  zülfün  üzə  salınması  pərişanlığın  əlamətidi.  Sevən  qızlar 
pərişanlığı  zülfün  məhz  üzə  dağılması  ilə  həmahənglik  təşkil  edir. Göründüyü  kimi, 
bayatını  yaradan  aşıq  həm  məhəbbət  acısını  içərisində  yaşadır,  həm  də  vətənin 
qorunub saxlanmasında iştirak edir. Məşuqəsini də qürbətdən tez qayıtmağa səsləyir. 
Deməli, burada həm də vətənin qorunması üçün bir çağırış da vardır.  
Beləliklə, qeyd etməyi lazım bilirik ki, türkün tarixi onun şifahi ədəbiyyatında 
özünə daimi yer qazanmışdır. Xalqın məişəti, təsərrüfat fəaliyyəti, bayramları kimi, 
həyatında  baş  verən  hər  bir  dəyişiklik  mənfi  və  ya  müsbət  mənada  folklorda  əks 
olunmuşdur. 
 
Qaynaqlar 
1. Vətən dərdi. N.Məmmədov, Bakı, Nurlar, 2005, 240 s. 
2. Bayatılar /tərtib edən və ön sözün müəllifi Vaqif Vəliyev. Bakı,Yazıçı, 1985, 199 s. 
3.  Azərbaycan  Folkloru  Antologiyası,  XIX  kitab.  Zəngəzur  folkloru/  toplayan, 
tərtib edənlər M. Kazımoğlu Ə. Əsgər, II cild, Bakı, Nurlar, 2009, 419 s. 
4. Ordubad bölgəsində toplanmış bayatılar . Şəxsi arxivimizdən. 
5.  Azərbaycan  Folkloru  Antologiyasi,  V  kitab.  Qarabağ  folkloru.  Bakı,  Nurlan, 
2009. 416 s. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
157 
157 
Nuridə Muxtarzadə,  
AMEA Folklor İnstitutu, elmi işçi 
nurideibay@gmail.com  
 
 ATALAR KULTU: OCAQLAR, PİRLƏR VƏ TÜRBƏLƏR 
 
Özət 
Məqalə qədim dövrdən günümüzə qədər xalqın inanc yeri olan ocaqlar, pirlər, 
ziyarət  yerləri  haqqında  ümumi  məlumatı  əhatə  edir.  Bu  yerlərin  müqəddəs-
ləşməsində insanların rolunun böyük olduğu vurğulanır. 
Açar şözlər: pir, kult, ziyarət, inam  
  
Резюме 
В  статье  дается  общий    обзор  сведений  о  поверьях,  начиная  с  древних 
времен до наших дней, поклонению пирам - святым местам. Особо отмечается 
роль людей в обожествлении этих святых мест. 
         Ключевые cлова: пир, культ, паломничество, поверье 
 
Summary 
The  article  deals  about  the  common  information  about  the  prayer  places  of 
people  such  as  holy  places,  sacred  places,  pilgrimages.  It  is  especially  mentioned 
that the role of people in idolizing these sacred places is very much. 
Key words: holy places, cult, pilgrimage, prayer. 
 
*  *  * 
Kökü  etibarı  ilə  atalar  kultuna  qədər  gedib  çıxan  müqəddəs  yerlər  bütün 
zamanlarda  insanların  mənəvi  rahatlıq  tapdıqları,  ruhi  aləmləri  ilə  baş-başa 
qaldıqları  ziyarət  yerləri  olmuşdur.  Türklər  fərqli  dinlər  qəbul  etsələr  də  nə 
manixeizm, nə buddizm, nə xristianlıq, nə də İslam onların iç dünyasında var olan, 
milli  kimliklərinin  bir  parçası  halına  gələn  müqəddəs  yerlərə  ziyarətləri,  qurban 
vermələri,  dilək  diləmələrin  qarşısını  ala  bilmişdir.  Bu  gün  250  milyonluq  türk 
dünyasının hər yerində atalar kultu ilə bağlı, ancaq funksiyasını, mənasını dəyişmiş 
ziyarət  yerləri  vardır.  Müsəlman  türklər  bu  əski  müqəddəs  yerlərlə  bərabər,  din 
böyükləri,  övliya,  şəhid  məzarlarını  da  müqəddəsləşdirmiş,  əski  ilə  yenini  iç-içə 
yaşatmışlar. 
Azərbaycanda  əsasən  ocaq  və  ya  pir  adı  ilə  bilinən  yerlər  müqəddəs  olaraq 
xarakterizə edilir. Müqəddəslik əslində qədimdən bəri insanların hər hansı canlı  və 
cansız  bir  şeyi  ilahiləşdirməsidir  ki,  tapınılacaq  və  uğruna  can  veriləcək  varlıqlar 
mənasına gəlir. Bu tərifi insanlara, bir qisim əşyaya,  ya da bəzi heyvanlara sirli  və 
fövqəladə  xüsusiyyətlərin  aid  edilməsilə  daha  da  inkişaf  etdirmək  olar. 
Müqəddəsliyin  anlamına  cəmiyyətin  inanc  sistemi  istiqamət  verir.  Cəmiyyət 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə