Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə97/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   89   90   91   92   93   94   95   96   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
214 
214 
5. Şah Abbasın arvadı/Toplayanı F.Bayat/. Bakı: Yazıçı, 1996, 244 s. 
6. Azərbaycan folkloru antologiyası: 16 cilddə, V c., Qarabağ folkloru/Topla-
yanlar İ.Abbaslı, T.Fərzəliyev, H.Nazim (Quliyev)/. Bakı: Səda, 2000, 414 s.  
7.  Azərbaycan  nağılları:  5  cilddə,  I  c.,  /Tərtib  edənlər:  Ə.Cəfərli,  S.Əhliman 
qızı/. Bakı: Şərq-Qərb, 2004, 367 s.  
8.  Azərbaycan  nağılları:  5  cilddə,  IV  c.,/Tərtib  edənlər:  Ə.Cəfərli,  S.Əhliman 
qızı/. Bakı: Şərq-Qərb, 2004, 335 s. 
9. Azərbaycan nağılları: 5 cilddə, I c.,/Toplayanı H.Zeynallı/. Bakı: Şərq- Qərb, 
2005, 360 s. 
10. Azərbaycan nağılları: 5 cilddə, II c.,/Tərtib edəni Ə.Axundov/. Bakı: Şərq-
Qərb, 2005, 296 s. 
11.Azərbaycan Türk nağılları. /Hazırlayan: Xəlilova A.Ə./ Bakı: Nurlan, 2009, 
157 s. 
12. Рошияну Н. Традиционныe формулы сказки. Москва: Наука, 1974, 215 
с. 
13. Разумова И.А. Формулы сказки и их языковая реализация. 1.58 
14. Разумова И.А. Стилистическая обрядность русской волшебной сказки. 
Петрозаводск: Карелия, 1991 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
215 
215 
Xaləddin Xəlilli, t.e.n 
AMEA Folklor İnstitutu, aparıcı elmi işçi 
 
AZƏRBAYCAN TARİX ELMİ VƏ FOLKLOR 
 
Özət 
Bütün  xalqların  yazıya  qədər  yaradıcılıq,  dünyanı  dərk  etmə  üsulu  folklor 
janrlarında  ifadə  olunmuş,  sonrakı  dövrlərdə  də  zaman-zaman  onun  üzərinə 
kollektiv  yaradıcılığın  yeni dərk üsulları əlavə edilmişdir. Hələ qədim zamanlardan 
mifoloji  ədəbiyyat,  foklor  tarix  elminin  əsas  mənbələrindən  biri  olmuş,  bu  sahədə 
zəngin  təcrübə  qazanılmışdır.  Bu  cəhətdən  Vətən  tarixşünaslığı  yetərli  təcrübəyə 
malik olmuşdur. M. Kalankatuklu, Ə.Əl-Bakuni, Əbubəkr Tehrani, A.A.Bakıxanov, 
Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə  və  b.  əsərləri  qiymətli  örnəkdir.  Sovet 
imperiyası  dönəmində  folklor  materialından  mənbə  kimi  istifadəyə  qadağa 
qoyulmasa  da,  Azərbaycan  tarixşünaslığı  təsadüfi  toxunmalar  istisna  olmaqla, 
folklordan mənbə kimi istifadə etmək üsul və ənənəsini unutdu. Müstəqillik illərində 
folklordan  mənbə  kimi  istifadəyə  müəyyən  cəhdlər  olsa  da,  təəssüf  ki,  ondan 
istifadənin üsul və metodu yaradılmamışdır.  
Açar sözlər: folklor, tarix, üsul, metod, mənbə  
 
Резюме 
Методы творчества, познание мира всех народов нашло свое отражение в 
фольклоре. Со временем постепенно к фольклору прибавлялись новые методы 
познания.  С  древнейших  времен  мифологическая  литература,  фольклор 
служили одним из основных источников исторической науки. В этой области 
накоплено  богатое  наследство.  В  отечественной  историографии  по  данной 
проблеме  также  имеется  богатейший  опыт.  Яркими  примерами  этого  твор-
чества  можно  отметить  сочинения  М.Каланкатуклу,  А.аль  Бакуви,  Абубакр 
Техчани, А.А.Бакиханов, А.Гусейнзаде, Ахмед Агаоглы, М.А.Расулзаде и др. 
Хотя  в  советском  обществе  не  было  официального  запрета  на  изучение 
фольклора в качестве источника, в Азербайджанской историографии за редким 
исключением  исследователи  к  этому  источнику  относились  пренебрежи-
тельно.  Несмотря  на  то,  что  в  годы  независимости  были  предприняты 
определенные шаги в области изучения этого источника, до сих пор методы и 
способы его изучения не разработаны. 
Ключевые слова:  фольклор, история, способ, метод, источник 
 
Summary 
Methods  of  creativity,  cognition  of  the  world  of  all  peoples  of  the  world  are 
reflected in folklore. With the lapse of time gradually new methods of learning were 
added to folklore. Since ancient times, the mythological literature, folklore served as 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
216 
216 
one of the main sources of history science. Rich legacy has been accumulated in this 
area. In native historiography also has been stored a great experience on the subject. 
As  the  obvious  examples  of  this  creation  can  be  noted  works  by  M.Kalankatuklu, 
A.al  Bakuvi,  Abubakr  Tehchani,  A.A.Bakikhanov,  A.Husseinzadeh,  Ahmad 
Agaoglu, M.A.Rasulzadeh and others. 
Though  in  Soviet  society  was  no  official  ban  on  the  study  of  folklore  as  a 
source, in the Azerbaijani historiography with the rare exceptions researchers treated 
this source neglectful. Despite the fact that in the years of independence were taken 
steps in the study of this source, still techniques and methods for the study have not 
been developed yet. 
 
*  *  * 
Zaman xəttində kainatda iqlim dəyişmələri, havaların istiləşməsi və soyuması, 
yeraltı  qabarmalar  və  çəkilmələr  prosesində  yerin  relyefi,  bitki  və  heyvanat  aləmi 
ardıcıl  olaraq  dəyişir,  yeni  forma  və  məzmun  qazanır.  Baş  verən  bu  dəyişikliyə 
uyğunlaşa  bilməyən  bitki  və  heyvanlar  aləmi,  struktur  bütövlüyünü,  sistemini 
saxlaya  bilməyən  maddələr,  canlılar  varlığın  bu  dəyişmələri  prosesində  yeni 
keyfiyyət qazanır və ya bütövlükdə dəyişir, bir haldan başqa hala keçir. Bu prosesdə 
insan əcdadı bəzi heyvanlar kimi, məsələn, quşların  yuva qurması, qartalın sümüyü 
havaya  qaldırıb  müəyyən  yüksəklikdən  daşın  üzərinə  atmaqla  onu  sımdırıb  iliyini 
yeməsi,  canavarın  özündən  qüvvətli  rəqiblərini  aldatmaq  üçün  bədənini  rəqibin 
yaxşı  görə  bilmədiyi  əşyalara  bənzətməsi  kimi  fikri  əməliyyatlardan  daha  yüksək 
səviyyədə  təfəkkür  əməliyyatları  icra  etmək  səviyyəsinə  çatmaqla  heyvanlar 
aləmindən  ayrıldı.  Reflektiv  biliklərlə  bərabər,  ilkin  təfəkkür  qabiliyyəti  göstərib 
fikir  istehsal  etməyə  başlayan  insan  nəsli  elmdə  (Homo  hobbis)  bacarıqlı  insan 
adlandırılır. Bu nəsil insanlar təbiətin hazır məhsulları ilə qidalanmaqla bərabər ilkin 
olaraq  fikri  əməliyyatlarla  təbiətə  təsir  göstərməyə  başlayır,  əmək  aləti,  silahlar, 
yaşayış  üçün  mənzil  (koma)  və  s.  düzəldir.  İstehsal  və  təcrübə  prosesində  insan 
əcdadının təfəkkürü fasiləsiz inkişaf edir, yeni daha yüksək səviyyəsinə çatır. Elmdə 
təfəkkürünün  inkişaf  səviyyəsinə  görə  üst  paleolit  adamı  (e.  ə.  35-12-ci  minillər) 
ağıllı-dərrakəli adam – Home sapiens adlanır.  Arxeoloji tədqiqatlar göstərir ki, üst 
paleolitdə  insanların  həyatında  sosial,  mənəvi  və  dərrakəli  münasibətlər  üstünlük 
təşkil edirdi. Bunun nəticəsi olaraq, insanlar mağaralardan yeni ərazilərə - özlərinin 
düzəltdiyi  qazmalara,  yerüstü  daxmalara  köçürdülər.  Başqa  sözlə,  indi  insanlar 
əvvəlki  dövrlərdən  fərqli  olaraq  təbii  sığınacaqlarla  kifayətlənməyib,  yeni-yeni 
əraziləri öz tələbatlarına uyğunlaşdırmağa çalışırdılar. Hələ qədim və orta paleolitdə 
insanlar  təbiət  hadisələrinə,  əşyalara,  özlərinin  istehsal  etdikləri  müxtəlif  daş  və 
sümük  alətlərə  adlar  vermişdilər.  Bu  adlar  işarələrlə  ifadə  olunurdu.  Təbii  ki,  bu 
ünsiyyət vasitəsi insan əcdadının harada yaşamasından asılı olmayaraq, eyni və bir-
birinə çox  yaxın idi.  Təkamül  nəticəsində üst  paleolit  insanı artıq təfəkkürə, ağla, 
inkişaf  etmiş  müxtəlif  tonlu,  temberli  səs  orqanına  malik  idi.  Yeni  ərazilərdə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
217 
217 
məskunlaşmaq  onun  qarşısında  duran  ən  mühüm  vəzifə  idi.  Bu  məqsədə  çatmaq 
üçün  o,  sosial  təcrübənin  nəticələrindən  sürətli  və  çevik  istifadə  etməyi  bacarmalı 
idi.  Çünki,  predmet  və  hadisələri,  ictimai  münasibətləri  ifadə  edən  işarəvi  sözləri, 
səsli sözlərlə əvəz etmək, səsli dilin yaranması zərurətə çevrilmişdi. 
Dil  tarixçiləri  ilk  insanların  təfəkkür  və  nitqinin  inkişafını  iki  mərhələyə 
bölürlər:  birinci  mərhələ  arxantrop  və  paleoantrop  mərhələsi,  ikinci  mərhələ  - 
homesapiens  mərhələsidir.  Homo  sapiens  üst  paleolit  adamıdır.  Alimlər  birinci 
mərhələdə insanın  yalnız hissi-əyani  təfəkkürə  malik olduğunu, nitqin üzvlənmədi-
yini  qeyd  edirlər.  Abstrakt  təfəkkür,  üzvlənən  nitq  inkişafının  ikinci  mərhələsinə 
aiddir. Başqa sözlə, üzvlənən nitqin təşəkkülü üst paleolit ərzində baş vermişdir (1, 
32-144;  2,  15-16;  3,  6-12).  Beləliklə,  məhdud  coğrafi  ərazidə  (Şimali  Afrika,  Ön 
Asiya  və  Cənubi-Şərqi  Avropa  nəzərdə  tutulur  –  X.  X.)  təşəkkül  tapan  dil  ibtidai 
insan  qrupunun  ilkin  adlandırma  və  fərdi  nitq  xüsusiyyətləri  ilə  fərqlənsə  də, 
tədricən  ümumiləşmə  prosesi  keçirmiş  və  vahid  bəşəri  dil  kimi  formalaşmışdır. 
Paleolitin bütün mərhələlərində insan əcdadının fasiləsiz və intensiv inkişaf etdirən, 
Yaxın  Şərqdə  həlledici  təsir  gücünə  malik  mədəniyyət  ocaqlarından  olan  (Cənub-
Şimal)  Azərbaycan  ulu  dilin  və  ilkin  mənəvi  dəyərlərin,  ikinci  təbiətin 
yaradıcılarından biri olaraq tarix səhnəsinə çıxdılar (1; 2, 16; 3; 4; 5).  
Bu  prosesi  obyektiv  qiymətləndirən  alman  mütəfəkkiri  K.  Yaspers  yazır: 
“Tarixin  başlanğıcında  tarixöncəsi  dövrdə  toplanmış  bioloji  irs  kimi  ötürülən  yox, 
artırıla  və  ya  israf  oluna  bilən  tarixi  substansiya  olan  hansısa  insan  varlığı  kapitalı 
üzə  çıxır.  Bu,  nəsə  hər  cür  təfəkkürə  qədər  həqiqətən  olan,  edilə  və  ya  bilə-bilə 
yaradıla bilməyəndir. 
Bu  substansiyanın  əhəmiyyəti  tarixdə  baş  verən  mənəvi  proses  vasitəsi  ilə 
açılır”. Odur ki, “İnsan təbii varlıq kimi yox, mənəvi varlıq kimi tarixdir” (21, 344-
350). Tarixöncəsi mərhələdə varlığın bütün formalarını, onun dəyişmə və inkişafını 
insan əcdadı özünəməxsus formalarda təsəvvür edir, onu nağıl, əfsanə, rəvayət və s. 
bilgi formalarına salır, nəsildən-nəsilə ötürür. Qədim paleolitdən  yazıya qədər olan 
dövr  varlığın  bütün  formalarının  qiymətləndirilməsi  mifik  təfəkkür  dövrü  adlanır. 
Ən  uzun  bir  tarixi  dövr  ərzində  insan  əcdadının  dünyanın  –  varlığın  bütün 
formalarını  zaman-zaman,  təkmilləşdirə-təkmilləşdirə  qiymətləndirməsi  onun 
təfəkkürünü  yeni daha  yüksək mərhələyə çatdırır. Yazıya keçid mərhələsində mifik 
təfəkkürlə bərabər onun bazasında dini və elmi təfəkkür formaları da meydana çıxır. 
Mifik  təfəkkür  formaları  dini  təfəkkürün  əsas  bazası  olaraq  qalır.  Ən  obyektiv 
təfəkkür  olan  elmi  təfəkkür  nə  qədər  hakim  mövqe  tutub  cəmiyyəti  əhatə  etməyə 
çalışsa  da,  mifik  təfəkkür  hakim  ideologiya  kimi  fasiləsiz  cəmiyyətdə,  çoxluğun 
təfəkküründə aparıcı mövqedə olur, çoxluğun özünün yaratdığı folklor ədəbiyyatı və 
avantürist  siyasətçilərin  uydurduğu  mövhumi  ideyalarla  onun  şüurunun  və  həyat 
tərzinin  yaradıcı  mənbəyi  olaraq  qalır.  Odur  ki,  folklor  ədəbiyyatı  həmişə  tarix 
elminin  əsas  mənbəyi  olaraq  qalır.  Belə  ki,  folklor  milli  təfəkkür  tarixinin  laylar 
düzümünü də əks etdirməklə inkişafını kompleks özündə əks etdirir. Ümumiyyətlə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
218 
218 
tarix elmi hər-hansı dövrdən bəhs edir-etsin, həmin dövrün folklorunda əks olunan 
mənəvi dəyərləri və təfəkkür formalarını obyektiv qiymətləndirmədən həmin dövrün 
mənəvi durumunu obyektiv dəyərləndirə bilməz. Tarix elminin bu vəzifəsi haqqında 
dünya  tarixşünaslığı,  o  cümlədən  ictimai  elmlərdə  yetərincə  elmi-nəzəri  fikir 
söylənmiş,  XIX-XX  əsr  Avropa  tarixşünaslığı  məhz  bu  nəzəri  müddəa  əsasında 
işləmiş və işləməkdədir. 
Misal  üçün,  S.  Kramerin  “Tarix  Şumerdən  başlanır”  əsərində  arxeoloji  dövrün 
etnomənəvi  dəyərlərinin  açılmasında  Şumer  miflərindən  yüksək  səviyyədə  istifadə 
olunması  nümunəsi  verilmişdir.  Miflərdə  gizlənmiş  tarixi  həqiqətlərin  açılmasının, 
oxunmasının  aydın  metodu  yaradılmışdı  (14).  İngilis  tarixçisi  N.  Devisin  keçmiş 
postsovet  xalqları  üçün  yazdığı  “Avropa  tarixi”  (M.,  2004)  əsərində  folklordan 
istifadənin elmi üsulları çox aydıncasına özünü göstərir. Müəllif hansı coğrafi ərazidən, 
şəhərdən,  etnosdan  bəhs  edirsə,  ilk  növbədə  həmin  məkan,  toponim,  etnos  haqqında 
nağıl,  əfsanə  və  rəvayəti  oxucuya  təqdim  edir.  Ardınca  folklorun  təqdim  etdiyi 
məlumatın  mənbələrdə  zaman-zaman  necə  əks  olunması  diqqətə  çəkilir,  nəticə  olaraq 
əldə olunan bütün materiallar məntiq əsasında mifdə əks olunan tarix, hadisə haqqında 
elmi bilgi verilir (13). 
Azərbaycan folklorşünaslığında folklor materiallarından tarixi mənbə kimi isti-
fadə  etməyə  təşəbbüs  göstərilməsi  və  folklorda  tarixi  bilgilərin  ehtiva  olunması, 
onun dərk olunmasının müəyyən edilməsinin üslub və metodunun  yaradılması haq-
qında müəyyən işlər görülmüşdür (12; 22; 23). Acı da olsa etiraf etməliyik ki, müa-
sir Azərbaycan tarixçiləri vaxtı ilə Sov. İKP qərarlarından pafosla danışdıqları gün-
lərimizdə  elmdə  Avropa  standartlarına  keçilməsinin  vacibliyindən  bəhs  etsələr  də, 
tarixşünaslığımızda belə bir əlamət, keyfiyyət hələ ki görünmür. Tək-tək hallarda et-
noqrafik əsərlərdə emprik məlumatla folklor materialının bütün çalarları ilə üst-üstə 
düşməsi hallarında folklor materiallarına da iqtibas verilməsi halları istisna olmaqla 
müasir  Azərbaycan  tarixşünaslığında  folklor  materialından  mənbə  kimi  istifadə 
olunması  yox səviyyəsindədir.  Təəssüf ki, bu  sahədə uzunmüddətli xüsusi  tədqiqat 
aparmadığımızdan və qədim dövr, orta asrlər tariximizin yazıldığı fars və ərəb dillə-
rini bilmədiyimdən folklor materialından tariximizin yazılması zamanı istifadə döv-
rü haqqında qəti fikir söyləmək imkanına malik deyiləm. Lakin əldə edə bildiyimiz 
məlumatlardan çıxış edərək, M. Kalankatuqlunun “Albaniya tarixi”, N. Tusinin “Əx-
laqi-Nasir”, F. Rəşidəddinin “Oğuznamə”, Ə. Əl-Bakuvinin “Abidələrin xülasəsi və 
qüdrətli hökmdarın  möcüzələri”, Əbubəkr  Tehraninin “Kitabi-Diyarbəkriyyə”  əsər-
lərində folklor materiallarından tarixi mənbə kimi yüksək səviyyədə istifadə edilmə-
si özünü aydın göstərir.  A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində folklor mate-
rialından  istifadə  metodu  dövrünə  görə  Avropa  tarixşünaslığından  geri  qalmadığı 
göstərməkdədir.  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə  yaradıcılığında  folklor 
materialından tarixi mənbə kimi istifadə olunmasının metod və nəzəri səviyyəsi Av-
ropa  tarixşünaslığından  nəinki  geri  qalmamış,  özünəməxsusluğu  ilə  fərqlənmək-
dədir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
219 
219 
Folklor  materialından  mənbə  kimi  tarix  elminin  bütün  sahələrində  istifadə 
olunsa  da,  mədəniyyətin  mənəvi  laylarının,  xüsusən  təfəkkür  tarixinin  öyrənilməsi 
üçün  etnologiya  elminin  əsas  mənbəyi  olduğundan  folklor  etnologiya  elminin  əsas 
tədqiqat  predmetidir.  1967-ci  ildən  Tarix  İnstitutunda  “Tarixi  etnoqrafiya”  şöbəsi 
fəaliyyət göstərsə də, folklor etnologiyanın mənbəyi kimi, folklor materialı əsasında 
Azərbaycan xalqının təfəkkür tarixinə dair bir dənə də olsun məqalə yazılmamışdır.  
Azərbaycanda tarix elmini canlandırmaq, xüsusilə mənəviyyat tariximizin obyek-
tiv  inkişaf  mənzərəsini  yaratmaq  üçün  folklor  materiallarından  mənbə  kimi  istifadə 
etmək,  onun  elmi-nəzəri  metodlarını  yaratmaq  Azərbaycan  ictimai  elmlərinin,  birinci 
növbədə etnologiyanın, hərbi və mülki tarixin ən vacib vəzifələrindəndir.  
 
Qaynaqlar 
1.
 
Cəfərov Ə. Azərbaycanın ilk sakinləri. B., 2004. 
2.
 
Kazımov Q. Azərbaycan tarixi. B., 2003. 
3.
 
Xəlilli X. Qarabağ etnomənəvi inkişaf tarixi. B., 2006. 
4.
 
Гусейнов М. М. Древний палеолит Азербайджана. Б., 1985. 
5.
 
Мелларг Дж. Древнейшие цивилизации Ближного Востока. М., 1982. 
6.
 
Xəlilli X. Sovet tarixşünaslığı – milli ölüm elmi. B., 2010. 
7.
 
Azərbaycan tarixi. I cild, B., 1998. 
8.
 
Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə. B., 2002. 
9.
 
Azərbaycan ədəbiyyatı tarixi. I cild, B., 2004. 
10.
 
 Bayramov Ə. S., Əlizadə Ə. Ə. Psixologiya. B., 2002. 
11.
 
Abbaslı İ. Folklorşünaslıq axtarışları. I cild, B., 2009. 
12.
 
 Abbaslı İ. Folklorşünaslıq axtarışları. II cild, B., 2010. 
13.
 
 Девис Н. История Европы. М., 2007. 
14.
 
 Крамер С. Н. История начинается в Шумере. М., 1991. 
15.
 
 Azərbaycan mifoloji mətnləri. B., 1988. 
16.
 
 Кесседи Ф. Х. От мифа к логосу. М., 1972. 
17.
 
 Гачев Г. Жизнь художественного сознания. М., 1972.  
18.
 
 Гачев  Г.  Д.  Содержательность  художественных  форм.  Эпос,  лирика, 
театр. М., 1968. 
19.
 
 Göyüşov R. B., Marminov A. İ. SSRİ Arxeologiyası. B., 1990. 
20.
 
 Folklor terminləri. M., 2010.  
21.
 
Yaspers K. Tarixin mənası və təyinatı. B., 2008. 
22.
 
Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., 1983. 
23.
 
Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. B., 1989.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
220 
220 
 
Folklor və tariximiz. 
AMEA Folklor İnstitutu və 
AMEA Tarix İnstitutunun birgə 
19-20 noyabr 2012-ci ildə keçirilən 
simpoziumunun materialları. 
Bakı, “Elm və təhsil”, 2012. 
 
 
 
Nəşriyyat direktoru: 
Prof. Nadir Məmmədli 
 
Nəşriyyat redaktoru: 
 
 
Kompüterdə yığdı: 
 
 
Korrektor: 
 
 
Kompüter tərtiçısı və 
texniki redaktoru: 
Ramin Abdullayev 
 
 
 
Kağız formatı: 60/84 1/32 
Mətbəə kağızı: №1 
Həcmi: 220 səh. 
Tirajı: 300 
 
 
Kitab Azərbaycan MEA Folklor İnstitutunun 
Kompüter Mərkəzində yığılmış, “Elm və təhsil” NPM-də  
ofset üsulu ilə çap olunmuşdur. 
 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com

Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə