Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə73/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   69   70   71   72   73   74   75   76   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
160 
160 
kutsanmış  yerlər  kimi  xarakterizə  edilir.  Bu  vəziyyət  bəzi  əşyalara,  ya  da  bəzi 
heyvanlara sirli və fövqəladə xüsusiyyətlərin aid edilməsilə daha da inkişaf edir. Bu 
yerlərin kutsanmasına cəmiyyətin inanc sistemi istiqamət verir. Cəmiyyət zehnində 
bəzi  anlayışları  şəkilləndirir,  bu  anlayışlar  da  fövqəladə  hadisələr  içində  sərgilənir. 
Tanrı  qatında  mənəvi  baxımdan  ucalmış  ruh  halı  bu  fövqəladə  hadisələrlə  ifadə 
edilir  ki,  bunlar  həqiqətdə  Tanrı  qüdrətinin  göstəricisindən  başqa  bir  şey  deyildir. 
Tanrı qarşısında insanın acizliyi bunun əksinə müqəddəs hesab edilən ərənin  və  ya 
övliyanın təbiətə, insana, kainata hökm etməsi məntiqini ortaya çıxarır. 
  
Qaynaqlar 
1.
 
Öztürk,  İ.,  Sabır  Kahramanı  Eyyub  Peygamber  (a.s.).  6.  Baskı.  Elif 
Matbaası, Şanlıurfa, 2007, 
2.
 
Oymak,  İ.,  Malatya  ve  Çevresinde  Ziyaret  ve  Ziyaret  Yerleri,  Malatya, 
2002, 
3.
 
Bilmen,  Ö.N.,  Büyük  İslam  İlmihali.  Diyanet  Vakfı  Yayınları,  Ankara, 
1996, s.302, 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
161 
161 
Pərinaz Sadıqlı, 
AMEA Arxeologiya və Etnoqrafiya 
İnstitutunun doktorantı 
pərinaz-sadiqli@rambler.ru 
 
MAHMUD KAŞĞARİNİN “DİVANÜ LÜĞAT-İT-TÜRK” ƏSƏRİNDƏKİ 
ATALAR SÖZLƏRİ TARİXİ QAYNAQ KİMİ 
 
Özət  
  
Hər  bir  atalar  sözü  müəyyən  tarixi  dövrdə  yaranmış  və  həmin  tarixi  dövrün 
izlərini qoruyub saxlamışdır. 
Məqalədə  Mahmud  Kaşgari  “Divan”ındakı  atalar  sözü  və  məsəllərdən  tarixi 
qaynaq  kimi  istifadə  edilmiş,  onların  əsasında  türklərin  çox  qədimdən  ovçuluq, 
qoyunçuluq, maldarlıq və əkinçiliklə məşğul olduqları haqqında fikirlər söylənmişdir. 
Açar sözlər: M.Kaşgari, “Divan”, atalar sözü, tarix, qaynaq 
 
Резюме 
Каждая  пословица  была  создана  в  конкретном  историческом  периоде  и 
отражает  следы  того  же  исторического  периода.  В  данной  статье  пословицы  и 
поговорки  собранные  в  «Диване»  Махмуда  Кашгари  использованы  в  качестве 
исторического  источника,  на  их  основе  высказаны  мысли  о  том,  что  тюркский 
народ занимался с очень давних времен охотой, овцеводством, скотоводством и 
земледелием. 
Ключевые слова: М.Кашгари, «Диван», пословицы, история, источник  
 
Summary 
Each proverb was created in definite time and kept the same time traces. In this 
article  proverbs  and  sayings  in  “Divan”  by  M.Kashgari  were  used  as  historical 
source, on the basis of them it was told that from ancient times  Turks were engaged 
in hunting, sheep-breeding, cattle-breeding, husbandry. 
Key words: M.Kashgari, “Divan”, proverb, history, source. 
 
*  *  * 
Hər  bir  atalar  sözü  müəyyən  tarixi  dövrdə  və  konkret  etno-mədəni  mühitdə 
yaranmişdir.  Ona  görə  də  hər  bir  atalar  sözündə  onun  yarandığı  tarixi  dövrün  və 
mühitin,  eyni  zamanda  onları  yaradan  xalqın  etnopoetik  təfəkkürünün,  həyat 
tərzinin,  təsərrüfat  fəaliyyətinin,  milli  xarakterinin  aydın  izləri  öz  ifadəsini 
tapmışdır.  Bu  baxımdan  atalar  sözləri  etibarlı  tarixi  qaynaq  sayıla  bilər.  Mahmud 
Kaşğarinin  “Divanü  lüğat-it-türk”  əsərindəki  atalar  sözləri  tarixi  qaynaq  kimi  heç 
vaxt  tədqiqat  obyekti  olmamışdır.  Halbuki  “Divan”da  türk  həyat  və  fəaliyyətinin 
bütün sahələrinə aid atalar sözlərinə rast gəlinir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
162 
162 
Türklərin  təsərrüfat  fəaliyyəti  çoxsahəli  olmuşdur.  Ovçuluq,  heyvandarlıq  və 
əkinçilik  onların  məşğul  olduqları  əsas  təsərrüfat  sahələridir.  Ov  heyvanlarının 
ətindən ərzaq, dərisindən geyim məqsədilə istifadə etmişlər. Ev heyvanlarının ətini, 
südünü,  yağını  yemış,  dərisindən  geyim  hazırlamışlar.  Deməli,  türk  xalqının 
həyatında  süd,  ət,  yun  və  dəri  mühüm  yer  tutmuşdur.  Bunların  da  hamısı  heyvan 
mənşəli məhsullardır. Bu məhsullar iki yolla əldə edilmişdir: 1) ovçuluq yolu ilə; 2) 
heyvan  saxlamaq  yolu  ilə.  Bunların  hər  ikisi  türklərin  təsərrüfat  fəaliyyətinin 
əsasında  durur.  Türklər  min  illər  boyu  hər  iki  təsərrüfat  sahəsi  ilə  məşğul  olmuş, 
onların  hər  birinə  aid  zəngin  təcrübə  toplamışlar.  Türklərin  təsərrüfat  fəaliyyətləri 
zamanı  qazandıqları  təcrübələrin  ümumiləşdirilmiş  nəticəsini  əks  etdirən  çoxlu 
atalar  sözü  və  məsəllər  var.  Onların  bir  qismi  M.  Kaşğari  “Divan”ında  yazıya 
alınmışdır.  “Divan”dakı  bu  qəbildən  olan  atalar  sözü  və  məsəlləri  təsərrüfat 
fəaliyyətinin növlərinə əsasən aşağıdakı kimi qruplaşdırmaq mümkündür:  
1. Ovçuluq: Tarixi qaynaqlardan və arxeoloji qazıntılar zamanı tapılmış maddi 
mədəniyyət  nümunələrindən  aydın  görünür  ki,  türklərin  əmək  və  təsərrüfat 
fəaliyyətində  ovçuluq  mühüm  yer  tutmuşdur.  Ovçuluq  fəaliyyətində  qazanılmış 
təcrübələrlə sınaqdan çıxaraq yaradılmış atalar sözü və məsəllərə ”Divan”da da rast 
gəlinir.  Məsələn:  “bir  tilkü  tərisin  ikilə  saymas-  bir  tülkünün  dərisi  iki  dəfə 
soyulmaz”(1,s.230).  Bu  atalar  sözünün  ovçuluq  təcrübəsi  nəticəsində  yarandığı 
şübhəsizdir.  Onu  dönə-dönə  təcrübədən  keçirmişlər  ki,bir  tülkünü  yalnız  bir  dəfə 
soymaq olar, çünki onun bircə dərisi  var. “Divan”da həmin atalar sözünə belə izah 
verilmişdir: “Bu söz bir adamdan  yaxşılıq görərək ikinci dəfə  yenə  yaxşılıq istəyən 
şəxsə  deyilir”.  Lakin  hazırda  onun  mənası  daha  genişdir  və  ona  görə  də  müxtəlif 
məqamlarda  işlənir.  Bir  tülkünün  iki  dərisi  olmadığı  kimi  elə  işlər  də  var  ki,  onun 
mümkünlüyü real deyildir. 
“Divan”  da  rast  gəlinən  “kuş  tuzakka  mənq  üçün  ılınur-  quş  tələyə  yem 
üzündən  düşər”(2,s.312)  atalar  sözü  də  ovçuluqla  bağlı  deyilmişdir.  Türklər  quş 
ovlamaq  üçün  tələ  qurur,  ora  da  yem  qoyurlarmış.  Quşlar  yemə  gəlir  və  tələyə 
düşürmüş.  Bu  təcrübənin  nəticəsi  yuxarıdakı  atalar  sözü  şəklində  ümimiləşdiril-
mişdir. Hazırda onu ruzi axtararkən fənalığa düşən adam barədə deyirlər. “Divan”da 
işlənmiş “sıçratduğun korkmış kuş kırk  yıl adhrı yığac üzə konmas- tələdən qorxan 
quş qırx il haça ağac üstünə qonmaz”(3,s.318). atalar sözü də ovçuluq təcrübəsinin 
ümumiləşmiş  nəticəsidir.  İnsanlar  uzun  müddətli  təcrübələr  nəticəsində  tələdən 
qorxmuş  quşun  haça  ağaca  qonmadığını  müşahidə  etmiş  və  bu  atalar  sözünü 
söyləmişlər. 
2.  Qoyunçuluq:  Türklər  qədim  dövrlərdən  başlayaraq  qoyunçuluqla  məşğul 
olmuşlar. Ona görə də türk xalq yaradıcılığında qoyun və qoyunçuluqla bağlı saysız-
hesabsız nümunələr var. Onların arasında atalar sözü və məsəllər, sayaçı sözləri və s. 
xüsusi  yer  tutur.  Türklər  atalar  sözlərində  obyekt  kimi  yalnız  öz  təsərrüfatlarında 
saxladıqları  heyvanları  seçmişlər,  çünki  onların  bütün  həyat  təcrübələri  həmin 
heyvanlarla  baglı  olmuşdur.  “Divan”dakı  bir  atalar  sözündə  deyilir:  “təvəy  münüp 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə