Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə76/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   72   73   74   75   76   77   78   79   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
167 
167 
Qara Namazov, f.e.d., prof. 
Bakı Dövlət Universiteti  
 
KOROĞLU VƏ GİZİROĞLU MUSTAFA BƏY 
 
Özət 
Koroğlu  və  “Koroğlu”  dastanı  haqqında  geniş  və  ətraflı  araşdırmalar 
aparılmışdır. Burada Koroğlu və Giziroğlu Mustafa bəy haqqında söhbət açılır. Xalq 
yaradıcılığında  onlar  haqqında  tarixi  rəvayətlər  çoxdur.  Dastanda  təsvir  olunan 
Koroğlu  və  Giziroğlu  Mustafa  bəyin  tarixi  şəxsiyyətlər  olduqları  barədə  fikirlər 
mövcuddur. Bu fikirlər tarixi faktlara da söykənir.   
Açar sözlər: dastan, araşdırma, tarix, fakt 
 
Resume 
About  Koroglu  and  the  epos  “Koroglu”  epos  wide  and  comprehensive 
investigations  have  been  carried.  In  the  article  it  is  talked  about  Koroglu  and 
Giziroghlu  Mustafa  bey.  There  are  many  historical  legends  about  them  in  the  folk 
art.  There  are  thoughts  about  Koroglu  and  Giziroglu  Mustafa  bey  who  were 
described in the epos as historical personality. These thoughts lean against historical 
facts. 
Key words: epos, investigation, history, fact. 
 
Резюме 
Об  эпосе  «Короглы»  и  Короглы  были  проведены  обширные  иссле-
дования.  Здесь  идет  речь  об  Короглы  и  Кизироглы  Мустафа  бей.  В  устных 
произведениях сохранились исторические рассказы о них. Эти мнения связаны 
с историческими фактами.  
Ключевые слова: эпос, исследование, история, факт. 
 
*  *  * 
Bəllidir  ki,  Koroğlu  və  “Koroğlu”  dastanı  haqqında  geniş  və  ətraflı 
araşdırmalar  aparılmış,  dastan  dəfələrlə  çap  olunmuş,  türk  dünyasının  bütün 
xalqlarının  hər  birində  xalqın  öz  ruhuna  uyğun  “Koroğlu”su  yaranmışdır. 
Qaynaqlardan  bəlli  olur  ki,  Koroğlu  bir  şəxsiyyət  kimi  III  Sultan  Muradın 
zamanında  1574-1585-ci  illərdə  yaşayıb,  daha  çox  Bolu  ətrafında  fəaliyyət  göstər-
mişdir. Koroğlunun doğulduğu Bolu elinin Aşağı Sayık kəndində evi indi də durur. 
Bələdiyyə arxivindən Koroğlunun kəndi və evi haqqında sənəd əldə etmiş, hətta evin 
divarına lövhə də vurmuşlar. Kəndin yuxarı başında Hümmət dədənin türbəsi vardır. 
Kənd Dörddivan elinin 3 km.-liyindədir.  
Koroğlunu  bəzən  Cəlalilər  hərəkatı  ilə  də  bağlayırlar.  Bu  da  təbiidir.  Çünki 
imperiyanın  daxilində  müxtəlif  etnosların  baş  qaldırması  istər-istəməz  ölkədən  və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
168 
168 
ayrı-ayrı  yerli  idarəçilikdən  narazı  qalan  kəndlilər,  onların  içərisində  yetişən  igid, 
cəsarətli oğullar meydana çıxıb xalq hərəkatına rəvac verirlər. Rəvayətlərə görə, Alı 
kişinin  gözlərini  Bolu  bəy  (bizim  “Koroğlu”da  Hasan  paşa)  çıxartdırmış,  oğlu 
Rövşən  də  dağlara  çəkilib,  özünə  dəstə  düzəldib  atasının  intiqamını  almışdır. 
Əlbəttə,  Koroğlu  da  hər  hansı  planlı  şəkildə,  proqramla  və  ya  ideya  məqsədi  ilə 
mübarizə  aparmamışdır.  Koroğlu  sadəcə  atasının  intiqamını  aldıqdan  sonra  yerli 
paşaların,  bəylərin  ədalətsizliyini  görüb  dözə  bilməmiş,  intiqam  almışdır.  Koroğlu 
Cəlalilər hərəkatında iştirak etsə də, bu hərəkatın nə məqsəd və məramından xəbəri 
olmuş,  nə  də  uzun  illər  davam  edən  bu  hərəkatın  iştirakçısı  olmuşdur.  Xalq  onun 
qeyri-adi,  bənzərsiz  igidliyini  görüb  tərənnüm  etmiş,  dönə-dönə  tərifləyib  zaman-
zaman  türk  dünyasına  yaymışlar.  Zəngin  mündəricəli  bu  şeirlər  əsasında  sonralar 
yaranan  dastanların  məzmununda  yaşanmış,  yayılmışdır.  Qeyd  edək  ki,  Cəlalilər 
hərəkatı  Koroğludan  çox-çox  əvvəl  Orta  Asiyada  törəmiş  dini  bir  təriqət  kimi 
Osmanlı  dövlətinin  içərisində  yuva  qurmuş,  dövlət  əleyhinə  yönəldilmişdir. 
Koroğlunun Cəlalilərlə adı çəkilsə də, bu hərəkatın bilavasitə iştirakçısı olmamışdır.  
Əlbəttə,  hər  hansı  bir  tarixi  hadisə  və  qəhrəmanlıq  zaman  keçdikcə  əfsanələşir, 
dastanlaşır və həqiqətdən xeyli uzaqlaşır. XVI yüzil hadisələrində adı hallanan Koroğlu 
bir neçə  yüzil sonra əfsanəvi qəhrəmana, şairə, qalalar tikən memara, 7777 dəlisi olan 
əzəmi yenilməz bir xalq qəhrəmanı, sərkərdəyə çevrilmişdir. 
Giziroğlu  Mustafa  bəyə  gəldikdə  isə  bizim  “Koroğlu”  dastanımızın  ancaq 
“Durna  teli”  səfərində  o,  bir  epizod  kimi  iştirak  edir.  Koroğlu  dəlilərinin  (Eyvaz, 
Dəmirçioğlu,  Bəlli  Əhməd)  Hasan  paşa  tərəfindən  dara  çəkildiyi  məqamda 
Giziroğlu Mustafa bəy olayın necə qurtaracağını gözləyir və düşünür ki, əgər Koroğ-
lu  özünü  yetirməsə,  gərək  mən  dəliləri  xilas  edim,  Koroğlu  ilə  ədavətim  qalsın 
sonraya. Koroğlu, əlbəttə, dəstəsilə gəlib dəliləri xilas edir. Giziroğlu ancaq şeşpər 
atır. Koroğlu şeşpərdən Giziroğlunu tanıyır. Və yolda Giziroğlu fürsət tapıb qəfildən 
Koroğlunu vurub Qıratdan çaya salır. Beləcə, ayrılırlar. Koroğlu Çənlibeldə məclis 
qurur. Nigarın “- Koroğlu, heç sənin bir igid qarşısında yenildiyin olubmu?”sualına 
Koroğlu  “Giziroğlu  Mustafa  bəy”  türküsünü  oxuyur.  Bu  məqamda  pusquda  duran 
Giziroğlu  çııxıb  Koroğlunu  qucaqlayır  və  əbədi  dost  olurlar.  Vəssalam.  Bundan 
başqa  Giziroğlu  Mustafa  bəy  haqqında  heç  bir  məlumata  rast  gəlmirik.    Türk 
qaynaqlarında  Giziroğlu  Mustafa  bəyin  kimliyi  haqqında  müəyyən  məlumata  rast 
gəlirik.  Bu  da  bizim  “Koroğlu”muzdakı  həmən  olayın  başqa,  bir  qədər  fərqli  iki 
variantıdır. Ancaq burada daha maraqlısı odur ki, Giziroğlunun doğulduğu, yaşadığı 
yurd və soyu bəllidir. Giziroğlu Mustafa bəy Kars bölgəsinin Kısır kəndində Gizirin 
ailəsində  doğulub.  Gizir  III  Sultan  Muradın  zamanında  həmin  kəndin  muxtarı 
vəzifəsini daşımışdır. Atası dünyasını dəyişdikdən sonra Mustafa Kısır və ona yaxın 
olan ətraf kəndləri və dağları idarə etmişdir. Uşaqlıqdan Kars dağlarında boya-başa 
çatan  gənc  Mustafa  Alapaça  atı  ilə  ovçuluq  etmiş,  günlərini  dağlarda  keçirmiş, 
cəngavər,  yenilməz  ir  qəhrəman  kimi  yetişmişdir.  Doğulduğu  bölgənin  kəndlərini 
incitməyə kimsəyə imkan verməmiş, onların əmin-amanlığını qorumuş, elin hörmət 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə