Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə84/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   80   81   82   83   84   85   86   87   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
183 
183 
görə  müqəddəsləşdirilən  şah  obrazının  dastanda  belə  təsvir  olunması  da  müəyyən 
gerçəkliyin ifadəsidir, dastanın tarixlə səsləşən tutarlı dəlillərindən biridir.  
Ədalətsiz  şahın  Gülgəz  Pərini  saraya  aparması,  Abbasa  vermək  istəməməsi 
faktlarının  da  həqiqi  olduğu  şübhəsizdir.  Çünki  tarixdə  belə  bir  fakt  təsdiq 
edilmişdir. Şahın onsuz da onlara etdiyi bütün zülmlərə dözən xalq şah qoşunlarının 
gözəl  qızların,  say-seçmə  oğlanların  şah  sarayına  aparılmasına,  hərəmxanada 
saxlanmasına,  yaxud  ayrı-ayrı  adamlara  peşkəş  verilməsinə  dözmür,  öz  dərdini 
folklor  nümunələrində  təsvir  edirdi.  Bu  tarixi  həqiqət  o  zamanlar  Azərbaycana 
gəlmiş  Avropa  səyyah  və  tarixçilərinin  əsərlərində  də  saxlanmaqdadır.  Məsələn, 
holland  səyyahı  Yan  Streys  «Üç  səyahət»  adlı  əsərində  Şah  Abbasın  hakimiyyəti 
illərində Şamaxıda şahidi olduğu bir hadisədən bəhs edir. O, əvvəlcə bildirir ki, Şah 
Abbasın  tabeliyində  olan  yerli  feodallar  öz  himayələrində  olan  kəndlərdən  gözəl 
qızları  seçib  zorla  şah  hərəmxanasına  göndərməyə  borclu  idilər.  Sonra  səyyah 
göstərir ki, Şamaxı əyalətində şah üçün 500 gözəl qız və oğlan yığıldı. Bunun üçün 
şahın əmri ilə elan edildi ki, hər kəs 2 yaşından 17 yaşına qədər uşaqları ilə müəyyən 
olunmuş  yerə toplanmalıdır. Burada  «Şaha layiq»  və  «günahsız uşaqlar»ı seçəndən 
sonra  hamısını  Şamaxıya  toplayırlar.  Seçilənlər  axırıncı  toplanışdan  sonra 
valideynlərin  nalə  və  fəğanları  altında  İsfahana  yola  salınırlar.  Müəllif  göstərir  ki, 
kimin  pulu  varsa,  övladını  satın  alıb,  xilas  edir,  yoxsulların  uşaqları  isə  zorla 
aparılırdı (8, 296). Səyyahın gördüklərinə istinadən öz fikrini bildirən P. Əfəndiyev 
də  Şah  Abbasın  zalım,  qəddar  olduğunu  və  dastanda  təsvir  edilənlərin  həqiqətə 
uyğunluğunu  təsdiq  edir.  Bu  faktlar  da  göstərir  ki,  folklora  daxil  olmuş  hər  bir 
motivin arxasında tam olmasa da, qismən müəyyən tarixi həqiqətlər gizlənmişdir (3, 
290-291).  Çünki  bu  folklor  nümunələri  müəyyən  zaman  və  məkan  çərçivəsində 
tarixi  inkişaf  mərhələlərindən  keçərək  yeni  çalarlar  qazanmış,  əsrdən-əsrə  daha  da 
dolğunlaşmışdır.  Şifahi  yolla  ağızdan-ağıza  keçərək  yayılan  folklor  nümunələrində 
tarixilik  də  qismən  erroziyaya  uğramış,  buna  baxmayaraq  yenə  də  öz  tarixi 
əhəmiyyətini  itirməmişdir.  Bu  baxımdan  Qrekov  eposu,  dastanı  «xalqın  özü 
tərəfindən danışılan tarix» adlandırmışdır (11, 5). Həqiqətdə də bu belədir.  «Abbas 
və  Gülgəz»  aid  olduğu  dövrün  ictimai  hadisələrini  əks  etdirməklə  yanaşı,  həm  də 
burada xalqın ruhu, onun əhvali-ruhiyyəsi, müəyyən fikirləri, yoxsul kütlələrin arzu 
və  istəkləri də  ifadə  edilir. Şah Abbas obrazının varlığı  isə dastanın reallığını daha 
da artırır.  
Öz  doğma  oğullarına  belə  divan  tutmuş,  bəzilərini  öldürmüş,  bəzilərinin  isə 
gözünə mil çəkdirmiş Şah Abbasın xalqa zülm etməsi təbii idi. Hətta tarixdə belə bir 
fakt  da  təsdiq  olunmuşdur  ki,  Şah  Abbasın  «çigyeyən»lər  adlanan  cəza  dəstələri 
olmuşdur.  Bu  dəstələrə  Şah  Abbas  elə  təlim  verdirmişdi  ki,  cəzalandırılması  əmr 
olunan adamı aralığa alır, ətini dişləri ilə qopara-qopara öldürürmüşlər (13, 89). Bu  
xüsusiyyət  də  «Abbas  və  Gülgəz»  dastanında  göstərilmişdir.  Çünki  «Şah  Abbasın 
yazdığı  fərman»la  hazır  olub,  «elə,  ölkəyə  talan  salan»  zalım  vəzir,  Becan  və  Sarı 
Xoca  Gülgəz  Pərini  İsfahana  apararkən  onların  ardınca  gedən  Abbası  daşqalaq 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
184 
184 
edirlər. Bu variantların birində hətta Gülgəz özü də daşqalaqda iştirak edir (18, 257). 
Təhmasibin  fikrincə,  bu  daşqalaq  şahın  yuxarıda  haqqında  bəhs  edilən  ağır  cəza 
tədbiri  idi.  Deməli,  hakimiyyətdə  olduğu  dövrdə  islahatları,  qələbələri,  dövləti 
möhkəmləndirməsi ilə yadda qalan Şah Abbas eyni zamanda adamlara belə ağır cəza 
verəcək qədər də zalım və qəddar olmuşdur. Bu tarixi hadisələri əks etdirən dastan, 
sözsüz ki, Şah Abbasın sağlığında yaradıla bilməzdi. Çünki hətta Şamaxıda kiçik bir 
müqavimətə  görə  hirslənərək  südəmər  uşaqları  xırmana  düzüb  üstlərində  vəl 
sürdürən (1, 435) Şah Abbasın dövründə nə qədər cəsarətli aşıq olsa belə, bu dastanı 
yarada  bilməzdi.  Ona  görə  də  aşığın  bu  dastanı  Şah  Abbas  tamamilə  hakimiyyət 
başından  gedəndən  sonra  yaratması  fikri  ağlabatandır.  Göründüyü  kimi,  tarixiliklə 
uyarlıq təşkil edən bu ictimai hadisələrdə o dövrün həyatı, insanların gərgin yaşayış 
tərzi,  günahlı-günahsız  bütün  insanların  həyatının  hətta  öz  oğlanlarına  belə  rəhm 
etməyəcək  dərəcədə  qəddar  və  amansız  olan  şahdan  asılılığı  xalq  dilində,  bədii 
boyalarla çox aydın şəkildə ifadə olunmuşdur. Eyni zamanda dastanda bir həqiqət də 
vardır  ki,  o  da  şahın  tarixdə  doğrudan  da  zalım  olduğunu  göstərir.  Bir  fakta  nəzər 
salmaq  kifayətdir:  Dastanın  sonunda  aciz  qalan  Şah  Abbas  Gülgəzi  Abbasa  verir. 
Amma necə verir?  Abbasın başına min bir müsibətlər gətirdikdən sonra; onu zəhər 
quyusuna  saldırmaqla,  daş-qalaq  etdirməklə  və  s.  cəza  tədbirləri  ilə  qorxuda  bil-
məyən şah onun haqq aşığı olmasına görə təslim olur. Nəticədə Abbas sağ qalır və 
Gülgəzə qovuşur. Deməli, Abbasın əvəzinə sıradan bir insan olsaydı, o, çoxdan öl-
dürülmüş,  sevgilisi  isə  şah  hərəmxanasına  aparılmışdı.  Lakin  dastanın  nikbin  son-
luqla bitməsi və ənənəvi folklor nümunələrinin hamısında minilliklərdən süzülüb gə-
lən ənənə – xeyirin şər üzərində qələbə çalması üçün dastançı Abbası mütləq fövqə-
ladə, qeyri-adi xüsusiyyətlərlə xarakterizə etməli idi. Bu haqda Ş. Cəmşidov yazırdı: 
«…16-17 əsrlərdə belə bir Azərbaycan aşığının olması və onun tarixi şəxsiyyət olan 
Şah  Abbasın  müasiri  kimi,  həm  də  başına  gələn  hadisələrə  bənzər  hadisənin 
mümkün  olmasına  şübhə  ola  bilməz.  Deməli,  buradakı  hadisələrdə  nəsə  tarixi  iz, 
əlamət vardır». Ona görə də «folklora daxil olmuş hər bir motivin arxasında müəy-
yən tarixi həqiqətlər gizlənmişdir» fikri ilə razılaşmamaq mümkün deyil (14, 19).  
 
Qaynaqlar: 
1.
 
Ahmed Rasim. Osmanlı tarihi. C.1. İstanbul, 2008. 138 s.  
2.
 
Azərbaycan dastanları. 5 cilddə. II c. B., «Lider nəşriyyat», 2005, 448 s.  
3.
 
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə. C.1. B., Elm, 2004, 760 s.  
4.
 
Azərbaycan tarixi. 7 cilddə. C.3. XIII-XVIII əsrlər. B., Elm, 2007, 592 s.+ 
56 s. illüstrasiya. 
5.
 
Azərbaycan tarixi. B., Çıraq, 2009, 872s.  
6.
 
Bakıxanov  A.A.  Gülüstani-İrəm  (tərcümə  edəni  M.  Əskərli).  B.,  Minarə, 
2000, 224 s. 
7.
 
Cəmşidov    Ş.  Azərbaycan  yazılı  dastan  abidələrinin  tədqiqi.  B.,  Nurlan, 
2002. 187 s. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə