Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə83/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   79   80   81   82   83   84   85   86   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
181 
181 
ozan-aşıq məktəbi davamçıları vasitəsilə nəsildən-nəslə  yadigar qalmışdır. Artıq bu 
bir fakt kimi öz təsdiqini tapmışdır ki, tarixdə heç bir hadisə folklor nümunələrində 
ümumiləşmədən  folklorlaşa  bilmir.  Ona  görə  də  yaranan  bu  folklor  nümunələri, 
demək  olar  ki,  real  tarixi  hadisələr  əsasında  yaradılmış  yarımtarixi  nümunələrdir. 
Əsl  elmi  tədqiqat  bu  ikiliyi  (Şah  Abbasın  həm  müsbət,  həm  də  mənfi  cəhətləri) 
nəzərdən keçirib, tarixi həqiqəti üzə çıxarmaq və obrazın tarixi mövqeyini və onun 
bədii ədəbiyyatdakı yerini düzgün müəyyənləşdirməkdən ibarətdir. Elə buna görə də 
ilk növbədə Şah Abbas dövründə baş verən siyasi proseslərə nəzər salmaq, sonra isə 
bunları folklordakı faktlarla müqayisə etmək lazımdır. Çünki «Güclü şəxsiyyət, hətta 
parlaq  fərdiliyi  ilə  fərqlənsə  belə,  zəruri  tarixi  proseslərin  və  hadisələrin 
daşıyıcısıdır»  (12,  24)  meyarını  əsas  götürsək,  ilk  növbədə  Şah  Abbası  tarixi 
şəxsiyyət kimi səciyyələndirmək daha məqsədəuyğun olardı.  
Müəyyən islahatlar keçirərək dövləti möhkəmləndirən, əmirlər arasında davam 
edən  çəkişmələri  aradan  qaldıraraq  (5,  400)  32  il  hakimiyyətdə  olan  Şah  Abbas 
[1587–1629] haqqında bir çox folklor nümunəsi yaradılmışdır. Xüsusilə də «Abbas 
və  Gülgəz»  dastanında  bu  obrazın  tarixilyi,  tarixlə  bağlılığı  az-çox  özünü  büruzə 
verir, burada tarixə bənzər həqiqətin izləri görünməkdədir. Amma bu, tarix deyildir. 
Çünki  dastanda  tarixi  hadisələr  az  ümumiləşmiş,  artırılmış  –  əksildilmiş  şəkildə 
mübaliğəli bədii inikasını tapmışdır. Azərbaycan xalqının tarixi kökləri, xalqın milli-
məişət  və tarixi inkişafı  ilə bağlı olub, onun özünəməxsus dünyagörüşünü, şüur  və 
psixologiyasını  əks  etdirməsinə  baxmayaraq,  heç  kəs  bu  dastanı  tam  real  tarixi 
hadisələrin  konkret  təsviri  hesab  edə  bilməz.  Ona  görə  ki,  folklorda  tarix  olduğu 
kimi əks olunmur, bu, mümkün də deyil. Deməli, Şah Abbasdan  bəhs edərkən ona 
folklorda qiymət verilməsi, yaxud folklorun tam olaraq tarixdən qaynaqlanması fikri 
düzgün  deyildir;  əsrlərin  yaddaşından  süzülüb-gələn  bu  şifahi  xalq  nümunələri  
dəyişikliyə  uğrayır,  az-çox  mübaliğədən  istifadə  olunur.  Məsələn,  «Abbas  və 
Gülgəz»  dastanını  yaradan  Abbas  Tufarqanlı  16  –  17  əsrlərdə  yaşamışdır.  Bu  onu 
göstərir  ki,  Şah  Abbas  Aşıq  Abbas  Tufarqanlının  müasiri  olmuşdur.  Elə  bu  da 
dastanın tarixilyini sübut edən faktlardan biridir.  
Dastanda  Aşıq  Abbasın  Şah  Abbasa  qarşı  mübarizəsi  fərdi,  şəxsi  səadət 
uğrunda  aparılan  mübarizə  çərçivəsindən  çıxaraq  ümumilikdə  azad  sevgi 
qarşısındakı  maneələrə  qarşı  mübarizə  kimi  verilmişdir  (2,  107–164).  Süjet  boyu 
aşıq şeirinin, demək olar ki, bütün şəkillərindən istifadə olunan bu dastanda, əsasən, 
iki  sevən  gəncin  macəra  dolu  məhəbbətindən,  sevgi  sınaqlarından,  ayrılıq 
iztirablarından,  ən  nəhayət,  vüsal  səadətindən  poetik  söz  açılır.  Dastanın  qısa 
məzmununa görə, Təbriz xanı Batmanqılınc Məhəmmədin bacısı Gülgəz Pəri əslən 
Tufarqan mahalından olan Abbasa buta verilir. Bundan sonra saz götürüb aşıq olan 
Abbas  Gülgəzin  arxasınca  gedir.  Təbrizdə  bir  çox  sınaqlardan  məharətlə  çıxır. 
Batmanqılınc  onun  haqq  aşığı  olduğuna  inanır,  bacısı  Gülgəz  Pərini  Abbasa 
verməyə razı olur. Lakin bu vaxt Gülgəz Pərinin çox gözəl olması sorağını alan Şah 
Abbas  Dəli  Becanla  Sarı  Xocanı  və  Allahverdi  xanı  Pərinin  dalınca  göndərir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
182 
182 
İsfahana – Şah Abbasın sarayına zorla aparılan Gülgəz Pərinin dalınca gedən Abbas 
yolda  müxtəlif  maneələrlə  qarşılaşır.  Əslində,  ilk  baxışda  şəxsi  səadət,    xüsusi 
məqsəd uğrunda gedən bu çarpışma fərdi deyil, ümümi, hətta ictimai idi. Dastanda 
bizim həm də tarixi şəxsiyyət kimi araşdırdığımız  şahla  – Şah Abbasla bağlı verilən 
məqamlar  çox  maraqlıdır.  Burada  Şah  Abbasın  xalqa  münasibəti,  saray  zülmü, 
hakimiyyəti dövründə tətbiq etdiyi cəza üsulları haqqında mühüm təsvirlər verilir.  
Gülgəzin  güclə  Şah  Abbasın  hərəmxanasına  aparılmasına  etiraz  edən  Abbası 
tanıyırlar, birinci dəfə qovur, ikinci dəfə vurub başını yarırlar, üçüncü dəfə isə Abbas 
daş-qalaq edilir. Sağ qalan Abbas onu saldıqları quyudan da salamat çıxır, İsfahana 
onlardan  da  tez  çatır,  Şah  Abbasa  ağzına  gələni  deyir,  yenidən  salındığı  zəhər 
quyusu behişt bağına dönür, hətta orada onun üçün zərrin taxt da qurulur, sonra da 
mollanın  verdiyi  almada  zəhər  olduğunu  başa  düşür,  gözləri  bağlanmış  halda 
məclisə  gətiriləndə  Gülgəzi  tanıyır  və  s.  Şah  Abbasın  «qəzəbi  artır,  ağzı 
köpüklənir»,  cəllad  çağırır.  Lakin  dastanın  sonunda  Şah  Abbas  özü  vəzir-vəkili 
çağırtdırıb «Abbas haqq aşığıdı, onun sevgilisini əlindən alsaq bəlaya düşərik. Bütün 
sınaqlardan çıxdı. Onu öldürməyib, Pərini ona  verirəm» – deyir (2,  159). Beləliklə 
də,  Abbas  sevgilisinə  qovuşur.  Çünki  Şah  Abbas  da  başa  düşür  ki,  Abbas  haqq 
aşığıdır. Abbas bütün sınaqlardan uğurla çıxması ilə özünün haqq aşığı –  yenilməz 
və  məğlubedilməz  olduğunu  Şah  Abbasa  sübuta  yetirir.  Əsas  ideyasını  xalq 
kütlələrinin  Şah  Abbas  istibdadına,  zülmünə  qarşı  mübarizə  və  nifrəti  təşkil  edən 
«Abbas  və  Gülgəz»  dastanında  tabe  etdiyi  ölkələrlə  qəddarcasına  rəftar  edən, 
insanlara qarşı ağır fiziki cəzalar işlədən və kütləvi qırğınlar törədən Şah Abbasın (9, 
66–67; 16, 263) daha başqa bir zalım xüsusiyyətinə – gözəl qızları şah sarayına – öz 
hərəmxanasına  aparması  kimi  mənfur  siyasətinə  də  geniş  yer  verilmişdir. 
Tarixçilərin  yazdığına  görə  əhali,  Şah  Abbas  qoşununun  hərəkət  etməsi  xəbərini 
eşidəndə, öz gənc qız və oğlanlarının namusunu qorumaq üçün, onları uzun müddət 
saman,  yonca  arasında,  təndirdə  gizlədir,  yaxud  da  ki,  mağaralara,  ucqar  bölgələrə 
köçürür,  bununla  da  onları  azğın  dövlət  məmurlarının  gözündən  uzaq  saxlamağa 
çalışırdılar.  Deməli,  «Abbas  və  Gülgəz»  dastanında  bir  həqiqət  var.  Struktur-
semantik sisteminə görə rəmzi-məcazi dastanla gerçək məhəbbəti əks etdirən dastan 
arasında dayanan (3, 613) «Abbas və Gülgəz»in əldə olan yeddi variantının üçündə 
Şah  Abbas  müsbət  planda  işlənmişdir.  M.H.  Təhmasibin  yazdığına  görə,  bunlar 
əsasən, iki  variant ətrafında birləşir. Bir  varianta görə Şah Abbas ədalət göstərərək 
adamları  tərəfindən  tutulmuş  Aşıq  Abbası  və  hərəmxanaya  gətirilmiş  Pərini  azad 
edir.  Başqa  bir  varianta  görə  isə,  hərəmxanada  toplanmış  qızların  ata  və  qardaşları 
üsyan  qaldırır,  karvana  hücum  edərək  əsirləri  azad  edir,  ölümə  məhkum  olunmuş 
Aşıq  Abbası xilas edirlər (17, 177). Orta əsrlərdə isə geniş xalq kütləsinin padşaha 
«Allahın yerdə köləsi kimi baxdığını və M. Kazımoğlunun yazdığı kimi, hökmdar – 
Allah  bağlılığına  inamın  yüzilliklər  boyu  yaşadığını  nəzərə  alsaq  (78,  91),  onda 
«Abbas  və Gülgəz» dastanının üç  variantında  müsbət planda  verilmiş Şah  Abbasın 
obrazının  mahiyyətini dərk etmək heç də çətin deyildir. Deməli, mifoloji baxışlara 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə