Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə82/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   78   79   80   81   82   83   84   85   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
179 
179 
Çeçerin,  Stalin  və  b.)  haqqında  lətifələr  meydana  çıxmış,  60-cı  illərdən  başlayaraq 
cizgi filmlərindən irəli gələn gülməcələr onları üstələmişdir (10, 2). Bir sıra səbəblərə 
görə sovet auditoriyasında real siyasi xadimlərə (Xruşov, Brejnev, Andropov) nisbətən 
digər lətifə qəhrəmanları haqqında düşüncələr o qədər də əsaslı yer tutmamışdır. 70-ci 
illərin  ikinci  və  80-  ci  illərin  birinci  yarısında  şəxsi  gündəliklərdə  və  emiqrantlar 
tərəfindən toplanılmış lətifələrdə siyasi xadimlər daha geniş yer almışlar (10, 2). 
Çoxsaylı  tarixi şəxsiyyətlərlə bağlı regional  lətifə örnəkləri təsdiq edir ki, hər 
bir ictimai-siyasi quruluşun və onun hakim ideologiyasının fəaliyyətdə olduğu tarixi 
kəsimdə  onlarla  şəxsiyyətin  adı  ilə  bağlı  gülməcə  örnəkləri  yaranmış  və  onların 
böyük  əksəriyyəti  xalq  yaddaşında  qorunmuş,  dildə-ağızda  dolaşmış  və  geniş 
pərvəriş tapmışdır. 
  
Qaynaqlar 
1.  AFA,  I  kitab,  Naxçıvan  folkloru  /  tərtib  edənlər  T.Fərzəliyev,  M.  Qasımlı, 
elmi redaktoru və ön sözün müəllifi İ. Abbasov. Bakı: Sabah, 1994, 375 s. 
2. AFA, III kitab, Göyçə folkloru / toplayanı, tərtib edəni və ön sözün müəllifi 
H.İsmayılov. Bakı: Səda, 2000, 768 s.; təkrar nəşr, Bakı: Nurlan, 2009, 768 s. 
3.  AFA,  IV  kitab,  Şəki  folkloru,  I  cild  /  tərtib  edənlər:  H.  Əbdülhəlimov,  R. 
Qafarlı, O. Əliyev, V. Aslan. Bakı: Səda, 2000, 498 s. 
4.  AFA,  X  kitab,  İrəvan  çuxuru  folkloru  /  toplayıb  tərtib  edənlər,  ön  sözün, 
qeyd və izahların müəllifləri H. İsmayılov, Ə. Ələkbərli. Bakı: Səda, 2004, 471 s. 
5.  AFA,  XII  kitab,  Zəngəzur  folkoru  /  toplayanı  V.Nəbioğlu,  M.Kazımoğlu, 
Ə.Əsgər,  tərtib  edənlər  Ə.Əsgər,  M.Kazımoğlu,  ön  sözün  müəllifi  Ə.Əsgər).  Bakı: 
Səda, 2005, 464 s. 
6. AFA, XIX kitab, Zəngəzur folkloru, II cild / toplayanı və ön sözün müəllifi 
R.Təhməzoğlu,  tərtib  edənlər:  H.İsmayılov,  R.Təhməzoğlu,  Ə.Ələkbərli.  Bakı: 
Nurlan, 2009, 415 s. 
7.  Fərzəliyev  T.  Lətifələrdən  yazılı  ədəbiyyatda  istifadə  //  AŞXƏT,  IV  kitab. 
Bakı: Elm, 1973, s. 58–91. 
8.  Fərzəliyev  T.  Lətifələr  //  Azərbaycan  ədəbiyyatı  tarixi,  altı  cilddə,  I  cild. 
Bakı: Elm, 2004, 241–249. 
9. Təhmasib M.H. Müqəddimə // Molla Nəsrəddin lətifələri. Bakı: Azərb. EA 
nəşr-tı, 1965, s. 3–16. 
 10.  Архипова  А.С.  Анекдот  и  его  прототип:  генезис  текста  и 
формирование жанр: Автореферат канд. дис., М.: 2003, 15 стр. 
 11.  Литературный  энциклопедический  словарь.  М.:  Советская  энцик- 
лопедия, 1987, 751 стр. 
 12.  Тимофеев  Л.И.,  Венгров  Н.  Краткий  словарь  литературоведических 
терминов. М.: Учпедгиз, 1963, 192 стр. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
180 
180 
Şəfəq Əliyeva 
AMEA Folklor İnstitutunun aspirantı 
 
DASTANA ÇEVRİLMİŞ TARİX,  YAXUD «ƏDALƏTLİ» ŞAH ABBAS 
 
Özət 
Məqalədə  «Abbas  və  Gülgəz»  dastanında  Şah  Abbas  obrazı  təhlil  edilir  və 
tarixi  faktlarla  müqayisə  edilir.  Burada  əsas  tədqiqat  obyekti  gerçəkdə  baş  vermiş 
tarixi hadisələrin dastana çevrilməsi – dastanlaşmasıdır. 
Açar sözlər: Şah Abbas, “Abbas və Gülgəz” dastanı, dastan və tarixilik 
 
Резюме 
В статье анализируется образ Шаха Аббаса в эпосе "Аббас и Гюльгез" и 
сравниваются исторические факты. Эти факты связаны с шахом Аббасом. Они 
помогают  нам  анализировать  его  фольклорный  образ  и  историческую 
личность. 
Ключевые слова: Шах Аббас, ерос “Аббас и Гюлгез”, ерос и историчность  
 
Summary 
In the article  the character of Shah  Abbas in the epos “Abbas and Gulgez” is 
analyzed  and  compared  with  the  historical  facts.  The  main  investigation  object  is 
turning the historical events which were in the real life into the epos.  
Key worlds: Shah Abbas, epos “Abbas and Gulgez”, epos and historicity. 
 
*  *  * 
Xalq  təfəkkürünün  məhsulu  olan  folklor  nümunələri  qismən  də  olsa  xalqın 
yaşadığı  ictimai-tarixi  şərait,  onun  həyat  tərzi  haqqında  təsəvvür  yaradır,  bu  və  ya 
digər  dərəcədə  tarixlə  bağlı  olur.  Tarixi  keçmişi  öyrənmək,  tarixi  şəxsiyyətləri 
tanıyıb  aşkar  etmək  və  dilimizin  qədimliyini,  onun  tarixi  lüğət  fondunu  aydınlaş-
dırmaq  baxımından  zəngin  mənbə  hesab  edilən,    əhvalat,  hekayə,  rəvayət,  macəra, 
tərifnamə,  tərcümeyi-hal,  hətta  tarix  anlamları  daşıyan  (3,  597)  dastanlarımızın 
bəzilərində Şah Abbas obrazının təsvir edilməsi onun el arasında tanınmış şəxsiyyət 
olduğunu  və  hakimiyyəti dövründə böyük nüfuz qazandığını göstərir. Çünki  tarixi 
şəxsiyyət olan Şah Abbas Azərbaycan folklorunda həm tarixiliyi, həm də müsbət və 
mənfi cəhətləri ilə  yaddaqalan obrazdır. Bu baxımdan folklorla tarix əlaqəli şəkildə 
öyrənilməlidir. Burada əsas  tədqiqat obyekti gerçəkdə baş  vermiş tarixi hadisələrin 
dastana çevrilməsi – dastanlaşmasıdır. Çünki dastan xalqın kollektiv  yaradıcılığının 
məhsuludur.  Lakin  onun  son  müəllifi  xalq  olsa  da,  ilk  müəllifi  yaradıcı  şəxslər 
olmuşdur.  Hafizəli,  fitri  istedadlı,  sinədəftər  istedadlar  görüb  eşitdikləri  hadisələri 
bir mövzu, bir obraz ətrafında toplamış, sazla-sözlə çalıb çağıraraq ölməz dastanlar 
qoşmuşlar.  Dildən-dilə,  dövrdən-dövrə  keçdikcə  dəyişən,  kamilləşən  bu  dastanlar 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə