Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə81/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   77   78   79   80   81   82   83   84   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
177 
177 
Nağıllarda  olduğu  kimi  regional  lətifələrdə  də  tarixi  şəxsiyyət  kimi  ən  çox 
səciyyələndirilən  obraz  Şah  Abbas  olmuşdur.  Bunun  da  janrın  tələblərindən  doğan 
təbii  səbəbləri  vardır.  Çünki,  hər  şeydən  əvvəl,  “...  lətifə  kiminsə  başına  gələn  bir 
əhvalat  kimi,  hətta  çox  zaman  el  içində  şöhrət  qazanmış  tarixi  və  yaxud  mifik 
şəxsiyyətlərin  adı  ilə  bağlı  real  hadisələr  kimi  danışılır.  Belə  tarixi  və  yaxud  mifik 
şəxsiyyətlər,  başqa  şəkildə  desək,  belə  “lətifə  qəhrəmanları”  çox  zaman  hər  xalqın 
özünə  məxsus  olur”(9,  3).  Şah  Abbas,  Nadir  şah,  Qaçaq  Nəbi,  Abbasqulu  bəy 
Şadlinski  kimi  tarixi  şəxsiyyətlər,  Mirzə  Cəlil,  Hüseyn  Cavid  kimi  ədəbi  simalar 
haqqında yaranmış lətifələrə məhz bu baxımdan yanaşmaq lazımdır . 
Şah  Abbas  yanına  şikayətə  gələnlərin  dediklərindən  belə  bir  qənaətə  gəlir  ki, 
vəziri Allahverdi xana tapşırıb ölkədəki dəlilərin siyahısını tutdursun. Vəzir siyahını 
Şaha təqdim etdikdə o, görür ki, başda öz adı yazılıb. Şah soruşanda ki, “vəzir demək 
mən  dəliyəm”  —  sualını  cavablandıran  vəzir  Allahverdi  xan  bildirir  ki,  indi  ki,  sən 
nisyə pul verənləri dəli sayırsan, deməli bu işdə özün birincisən. Ona görə ki, sən qara 
qula  on  min  tümən  nisyə  pul  verdin  ki,  gedib  Misirdən  mal  gətirsin.  Qara  qulun 
burada evi, mülkü, ailəsi yoxdur ki, qayıdıb gəlsin. O pulları apardı və bir daha geri 
qayıtmayacaq.  Şah  bildirir  ki,  o  qayıdacaq.  Vəzir  bildirir  ki,  o  qayıtsa  sənin  adını 
pozub,  yerinə  onun  adını  yazacam  (5,  361).  Daha  çox  lətifəli  rəvayət  mahiyyəti 
daşıyan bu örnəkdəki motiv “Şah Abbasın vergi fərmanı” lətifəsində də davam etdiril-
mişdir.  Burada  artıq  söhbət  Şah  Abbasın  “idarəçilik”  qabiliyyətindən  gedir.  Şah 
kəndxudanı  yanına  çağırıb  onu  kəndlərdən  vergi  yığmağa  göndərir.  Birinci  dəfə 
camaat dillənmir, vergini verir. İkinci yığımda camaat ağlayır. Şah Abbas kəndxudanı 
üçüncü dəfə vergi toplamağa göndərir. Bu dəfə isə kənd əhli oynamağa başlayır. Bu 
əhvalatdan xəbər tutan Şah Abbas bunun səbəbini belə açıqlayır: “Daha gedib vergi 
yığma, onlar olanlarını veriblər. Canları qurtardığından oynayıblar”(2, 79). 
Tapmacalı lətifə səciyyəli bir lətifəli rəvayət Şah Abbasın qarşılaşdığı bir qoca ilə 
mükaliməsi üzərində qurulmuşdur. Şah Abbasla qoca arasında belə bir dialoq baş verir. 
Şah Abbas: — Qoca neyləyibsən?  
Qoca: — İkini üç eləmişəm (Əlimə çəlik almışam). 
Şah Abbas: — Daha nə?  
Qoca: — Uzağı yaxın eləmişəm (İndi uzağı yox, yaxını görürəm). 
Şah Abbas: — Dəyirmanın necədir?  
Qoca: — İşləkdən salmışam (Daha dişlərim yoxdur). 
Şah Abbas: —Niyə vaxtında qazanmadın?  
Qoca: — Qazandım, ellər apardı (Qızlarım oldu, hərə birini apardı) (5, 346 – 
348). 
Göründüyü  kimi,  bu  lətifədə  qocanın  şaha  verdiyi  cavablar  sətiraltı  mə-  na 
daşısa da, əsas açıqlama mötərizə daxilində yozulmuş fikirlərlə aşkarlanmışdır.  
Özgə bir lətifədə isə Şah Abbas Kəlniyyətə aşağıdakı şeirlə müraciət edib onu 
bazara göndərir: Get mənə can al gəti, can olmasa yarımcan al gəti, yarımcan olmasa 
zəhər al gəti. Bu tapşırığın mənası isə ət, yumurta və qatığı bildirir (5, 350). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
178 
178 
Tarixi  şəxsiyyətlərlə  bağlı  olan  lətifəli  rəvayətlərdə  obrazlaşdırılan  perso-
najlardan  biri  də  Nadir  şah  Əfşardır.  Məmləkəti  gəzməyə  çıxan  şah  əhalinin 
vəziyyəti ilə  maraqlanmaq istəyir. Nadir şah bir biçinçi  ilə  rastlaşır. Lakin o, şahla 
ötəri  salamlaşır,  ona  təzim  etmir.  Bu  vəziyyəti  görən  şah  kəndlini  yanına  çağırıb 
ondan  soruşur  ki,  şah  böyükdür,  yoxsa  Allah!  Hansından  daha  çox  qorxursan?  Bu 
sualın cavabında çarəsiz qalan kəndli olduqca məntiqi bir cavab verir ki, bu cavab da 
lətifənin  əsas  mahiyyətini  ifadə  edir.  Kəndli  əlindəki  orağı  şaha  göstərib  deyir:  — 
Şah  sağ  olsun,  hərə  öz  işini  görür.  Allah  göydə  öz  bildiyini  eləyir,  sən  də  yerdə. 
Əldən gedən isə mənim arpa zəmimdir, sünbül quruyub tökülür (6, 213). 
Azərbaycanın  klassik  şair  və  yazıçıları  tarixi  şəxsiyyətlərlə  bağlı  lətifələri 
toplayıb işləmişlər. T.Fərzəliyev bu qəbildən olan örnəkləri, o cümlədən S.Ə. Şirvani-
nin qarabağlı Talıb xan və şirvanlı Mustafa xanın başına gələn macəralarla bağlı qələ-
mə  aldığı  lətifələri  bir  araya  gətirib  onların  elmi  təhlilini  vermişdir  (7,  76-77).  Daha 
çox, rəvayət olub “Hərənin öz arşını var” məsəli üzərində qurulan özgə bir lətifəli rəva-
yətdə  Qaçaq  Nəbinin  mübarizələri  səciyyələndirilmişdir.  Nəbi  erməni  tacirlərindən 
parça alıb Aynalı tüfəngi ilə ölçüb kənd camaatına paylayanda bir kasıb kişi Nəbidən 
cəmi bir Aynalı parça istəyir. Bu işə Nəbi təəccüblənir. Kasıb kişi isə bildirir ki, hərə-
nin öz arşını var. Sənin arşının Aynalı tüfəngidir. Mənim arşınım isə “Xustup dağından 
Qapıcığa” kimidir. Nəbi bu sözdən sonra ona bir top parça bağışlayır (6, 227-228). 
Hacı  Feyzioğlu  İlyasın,  Abdulcabbarın  adları  ilə  bağlı  lətifələrdə  də  Şəki  xanı 
obrazlaşdırılmışdır. “Molla Cumanın baş qırxdırması”, “Molla Cuma ilə dəllək Salam” 
örnəkləri  daha  çox  aşıq  rəvayəti  mahiyyəti  kəsb  etsələr  də  aşıq-şairin  başına  gələn 
gülməli macəralar satirik planda təqdim olunmuşdur (3, 292-293). Lətifələrdə bir tarixi 
şəxsiyyət  olaraq  Cəlil  Məmmədquluzadə,  Hüseyn  Cavid  kimi  sənətkarlar  da  obraz-
laşdırılmışlar. “Tez-tez gəl, belə şirin-şirin söhbətlərdən eyləyək”, “Ağ üstə qara oldu”, 
“İndi arxayınlıqla xörəyinizi yeyə bilərsiniz”, “Faytonçunun yanında özüm oturaram”, 
“Çətini  qocalana  qədərdi”,  “O  dünyada  başıma  nə  gələcəyini  deyənmərəm”,  “Gec 
yazmısan”,  “Uşaqlara  kitabı  uşaqlar  yazır”  lətifələrinin  əsas  personajı  Mirzə  Cəlil, 
“Beş qiyməti sənə tanrı verib” gülməcəsinin isə qəhrəmanı H.Caviddir (1, 268-270). 
Tarixi  hadisə  və  şəxsiyyətlərlə  bağlı  lətifələr  içərisində  Abbasqulu  bəy 
Şadlinski  də  yad  edilmişdir.  1918-ci  ildə  Vedibasarın  daşnaklar  tərəfindən  işğala 
məruz qaldığı bir dövrdə Yetim Əkbər adlı bir döyüşçü erməni nizami ordusundan 
bir “top” ələ keçirib Abbasqulu bəyin  yanına gətirib deyir ki, təyyarə vuran bir top 
gətirib, topun ağzı göyə baxır. 
Abbasqulu bəy “topa” baxıb gülür, “Oyunun olsun, ay Əkbər, bu ki, qazandı” 
— deyir (4, 256-257). 
Tarixi  şəxsiyyətlərlə  bağlı  formalaşmış  lətifələr  mövzu  və  ideya  baxımından 
müxtəlif  problemləri  çevrələyib,  ictimai  həyatda  baş  vermiş  çatışmazlıqları  gülüş 
hədəfinə çevirmişdir. Uyğun araşdırmalardan bəlli olur ki, ötən yüzilliyin 70-ci illərin-
dən etibarən sovet dönəmində  formalaşmış  lətifələrin  mövzusunda ciddi  dəyişikliklər 
başlamışdır.  Belə  ki,  hələ  20-40-  cı  illərdə  real  tarixi  şəxsiyyətlər  (Trotski,  Lenin, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə