Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə77/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   73   74   75   76   77   78   79   80   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
169 
169 
və  nüfuzunu  qazanmışdır.  Kars  bölgələrində  sonralar  Giziroğlu  Mustafa  bəy 
haqqında  çeşid-çeşid  rəvayətlər  yaranmışdır.  Bu  rəvayətlərin  ikisi  də  Giziroğlu  ilə 
Koroğlu  arasında  baş  vermişdir.  Bu  rəvayətləri  ozanlar  həm  də  dastanlaşdırıb  el 
arasında yaymışlar.  
Rəvayətin  birində  deyilir:  Koroğlu  Bolu  ətrafında  yaşasa  da,  bəzən  uzaq 
ölkələrə  də  səfərlər  edər,  Anadolunun  bütün  bölgələrini  gəzər,  haqsızlığa, 
ədalətsizliyə qarşı savaşlar da edər. Bir zaman gəlib Karsın Kısır dağlarında məskən 
salır,  ev  tikib  Nigar  xanımla  burada  yaşayır.  Bundan  xəbər  tutan  Gizir  “Biz 
Osmanlıya  sadiq  bir  təbəəyik.  Bu  yerlərə  qaçaq,  quldur  buraxmarıq”  deyib,  ətrafa 
nəzarətçi  qoyur.  Koroğlu  da  eşitdiklərinə  əhəmiyyət  verməyib  “Bolu  bəyi  cana 
doydurmuşam, indi adsız-sansız bir gizirdənmi çəkinəcəm?” - deyib xəbər göndərir. 
Gizir dünya görmüş, ağıllı bir adamdır, ancaq oğlu Mustafa söz götürməz, ipə-sapa 
gəlməz gəncdir. O, Koroğluya meydan oxuyur, bu ərəfədə ara sözləri, fitnə-fəsadlar 
işini görür. Koroğlu ilə Giziroğlu Mustafa bəy qarşılaşmalı olurlar. Aralarında uzun 
bir döyüş başlayır, gah Koroğlu, gah da Mustafa bəy yenər, Qıratla Alapaça da bir-
biri ilə qapışır. Koroğlu bir neçə yerindən yaralanır və təslim olur. Mustafa bəy onu 
qoltuğuna  alıb  bulaq  başına  aparır,  yaralarını  yuyub  təmizləyir,  bərabər  abdəst 
alırlar,  birlikdə  namaza  dururlar...  Sonra  Mustafa  bəy  bir  kağız  çıxarıb  Koroğluya 
uzadır:  “-  Bundan  belə  asayişi  pozmayacağam,  dövlətə  qarşı  baş  aparmayacam. 
Sultana sadiq qalacağam. Əgər əmr edilərsə, zalımlara, kafirlərə qarşı vəzifəm kimi 
vuruşacağam”  sözü  yazılmışdır.  Koroğlu  heç  düşünmədən  kağızın  üzərinə  öz 
möhürünü  vurur.  Bundan  sonra  bir-birilərinə  qardaş  kimi  sarmaşıb  ağlayırlar. 
Giziroğlu  Alapaçaya  minib  kəndinə  dönür.  Atalar  gözəl  deyib:  “İgid  basdığını 
kəsməz”.  Koroğlu  Giziroğlu  Mustafa  bəy  kimi  əsl  igidə  basılsa  da,  onu  bağrına 
basıb qardaş kimi qucaqlaşması qaynaqda deyildiyi kimi, belə kişilik və qəhrəmanlıq 
Anadolu türklərinə xas olan özəllikdir.  
Koroğlu “ömür gəldi, keçdi, nə qazandın?” - deyib düşünər. Bu zaman Nigar 
xanım  gözünü  pəncərəyə  dikib  gözləyir,  fikrə  qərq  olur,  “yoxsa  bir  uşağamı 
yenildi?”  -  deyib  sıxılır.  Gecə  vaxtı  Koroğlu  üzü-gözü  yaralı  gəlib  çıxır.  Nigar 
xanım  qovğanı  soruşduqda  Koroğlu  həmən  məşhur  “Giziroğlu  Mustafa  bəy” 
türküsünü söyləyir: 
Analar oğul doğanda, 
Giziroğlu Mustafa bəy. 
Bu dünyaya tək gəlibdir 
Giziroğlu Mustafa bəy. 
Bir atı var Alapaça, 
Aman vermir Qırat qaça, 
Nizəsinin ucu haça 
Gizir oğlu Mustafa bəy. 
 
Hay deyəndə haya basar, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
170 
170 
Hoy deyəndə hoya basar, 
Koroğlunu çaya asar 
Giziroğlu Mustafa bəy. 
Bu  gəraylı  bizim  “Koroğlu”  dastanındandır  və  göründüyü  kimi,  kamil  bədii 
əsər kimi qəhrəmanlığın tərənnümüdür. Ancaq türk variantında həmin şeir pozuqdur, 
həm də musiqi bəstələnərkən də təhrif edilmişdir. Hər misranın sonunda: 
 
   
 
      Bir bəyin oğlu, zor bəyin oğlu 
Ağam kim, paşam kim? 
Nigar kim, xanım kim? 
Bəh, bəh, bəh, hey, hey, hey... 
ilə müşayiət olunur. 
Mahnının musiqisi çox könül oxşayan, ürəyə yatandır, burada hay-küy yoxdur. 
Nəqəratın təkrarı adamı tərpədir, istəyirsən sən də “hey” deyib təkrar edəsən.  
İkinci  variantda  gizirin  muxtar  olduğu  Karsın  bu  kəndi  və  dağları,  soyuq 
bulaqları  təsvir  olunur.  Kəndin  evləri  torpaqdandır.  Bu  yerlərdə  ədalət,  əmin-
amanlıq,  xeyirxahlıq  hər  yerə  yayılmış,  kimsə  gəlib  bu  yerlərdə  kimsəni  incitməz. 
Gizir muxtar bu 25 evi və ətraflarını ədalətlə idarə edər. Kənddə Giziroğlunun qalası 
da  durur.  Xalq  arasında  onun  igidliyi  haqqında  çoxlu  rəvayətlər  söylənilir.  Gizirin 
dünyaya  gələn  oğlu  Mustafa  uşaqlıqdan  dağlarda  at  çapmağı,  ov  ovlamağı,  qılınc, 
şeşpər  və  başqa  silahları  dəliqanlı  kimi  işlətməyi  öyrənmiş,  atası  dünyadan 
köçdükdən sonra onu əvəz edib, kəndləri ədalətlə idarə edib böyük ad-san qazanır. 
Əvvəlki variantda olduğu kimi, Koroğlu Boludan gəlib burada bir qala tikdirir. Bir 
zaman  kəndindən  ayrı  düşən  Giziroğlu  Mustafa  bəy  kəndinə  dönəndə  Koroğlunun 
tikdirdiyi  qalanı  görür,  əsəbləşir,  Koroğlunun  yanına  gedib:  “Sən  kimsən  mənim 
yurdumda  səltənət  qurursan”  -  deyir.  Hər  ikisi  bir-birilərini  pis  adam  kimi 
tanıyırlarmış.  Koroğlu  ilə  Mustafa  bəy  döyüşməli  olurlar.  Dövrün  adətinə  görə, 
vuruş  zamanı  məğlub  olan  ölməlidir.  Uzun  döyüşlər  onları  yorur.  Koroğlu  yaşlı, 
Mustafa  bəy  gənc.  Arada  Mustafa  bəy  görür  ki,  onun  Alapaça  atı  Koroğlunun 
Qıratını  gürəşib  üstələyir.  Mustafa  bəy:  “Mənim  atım  Qıratı  yendi,  mən  niyə 
Koroğlunu yenməməliyəm?” - deyib Koroğlunu yerə vurur. Qəməsini çıxarıb başını 
kəsmək  istərkən  Koroğlu:  “Dayan,  mənə  bir  az  möhlət  ver,  igidlərimi  görüm, 
qarımla  halallaşım”.  Mustafa  bəy  Koroğlunu  buraxır.  Koroğlu  evə  dönür,  əhvalatı 
qarısına həmən şeirlə söyləyir. Mustafa bəyi tərifləyir. Bu zaman Mustafa bəy gəlib 
Koroğlunun oxuduğu mahnını eşidir. Və Koroğlunu qucaqlayıb öpür və deyir: “Sən 
məndən daha igidsən, Koroğlu”. Koroğlu: “Mən artıq buradan gedim, burada sənin 
kimi mərd və igid biri varkən qalmaq olmaz”- deyib kəndi tərk edib Boluya dönür. 
Burada da xalq bu iki türk qəhrəmanını görüşdürüb imtahana çəkir, hər ikisinin 
həqiqətən  mərd  və  igid  olduğunu  yüzillər  boyu  yaşatmış,  türkülərə,  dastanlara 
çevirmişlər. 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə