Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə75/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   71   72   73   74   75   76   77   78   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
165 
165 
adamı  kiçik  bir  şeylə  qorxutmaq  istəyəndə  söylənir”.  Doğrudan  da,  dəyirmanda 
doğulub  pərləri  fırladan  suyun  şırıltısına,  çax-çaxın  çaqqıltısına,  daşların  uğultusuna 
öyrəşmiş siçan göy gurultusundan qorxmaz. Dəyirman haqqındakı hər iki atalar sözü 
uzun təcrübə və müşahidələrin nəticəsində yaranmışdır. 
 Əkinçilik  ilin  necə  gəlməyindən,  fəsillərin  xarakterindən  çox  asılıdır.  Daha 
doğrusu, əkinçi bir növ təbiətdən asılıdır. Ona görə də əkinçiliklə bağlı bir sıra atalar 
sözlərində  fəsillərin  xarakteri  əsas  götürülmüşdür.  “Divan”dakı  bir  atalar  sözündə 
deyilir:” yazın katığlansa, kışın səwnür- yayda çalışan qışda sevinər” (2,s.159). Hər 
işi  öz  vaxtında  görmək,  bu  günün  işini  sabaha  qoymamaq  düşüncəsi  bu  atalar 
sözündə  öz  ifadəsini  tapmışdır.  Xüsusilə  əkinçilikdə  hər  işin  öz  vaxtı  var.  Şumu, 
səpini,  becərməni  və  s.oz  vaxtında  aparmayanda  məhsul  olmur.  Əkinçi  isə  qışın 
bütün azuqəsini yayda yıgır. Ona görə atalar sözündə deyilir ki, “yayda çalışan qışda 
sevinər”. Bu o deməkdir ki,  yayda hər işini öz vaxtında görüb,  yaxşı məhsul  yığan 
əkinçi qışda dərd-qəm çəkməz. 
Fəsillər haqqında digər atalar sözündə yazın və payızın bir-biri ilə bağlılığına işarə 
edilmişdir.  Onun  mətni  belədir:  “küz  kəligi  yayın  bəlgülüg-payızın  gəlişi  yazdan 
bəllidir” (2,s.160). “Divan”da həmin atalar sözünə bu cür açıqlama verilmişdir: “Bu söz 
sonu əvvəlcədən bəlli olan iş barədə deyilir”. Bu,atalar sözünün işlənmə diapazonunun 
genişliyi, qeyri-məhdudluğu aspektindən doğru izahdır. Lakin konkret fəsillərin bir-biri 
ilə  bağlılığı,  əlaqəsi  baxımından  burada  iki  məsələni  də  qeyd  etmək  lazımdır:  1).  El 
arasında  belə  bir  inam  var  ki,  Novruz  bayramından  sonrakı  hər  gün  bir  fəslin  necə 
olacağını bildirir. Əgər Novruz bayarmı martın 21-də girirsə, martın 22-si  yayın, 23-ü 
payızın və 24-ü qışın necə keçəcəyini göstərir. “Payızın gəlişi yazdan bəlli olar” atalar 
sözündə məhz buna işarə edilmişdir; 2). Xalq arasında belə bir inam da var ki, qış sərt 
keçəndə  yay  yaxşı,  yay  pis keçəndə qış  yumşaq  olur. Yazla payız  da bu cür qarşılaş-
dırılır  və  payızın  gəlişi  əslində  yazda  bilinir.  “Divan”dakı  atalar  sözlərində  türk  milli 
xarakterinin  təcəssümü  geniş  yer  tutur  və  böyük  maraq  doğurur.  Həm  də  bu  mətnlər 
etnoqrafik  və  tarixi  aspektlərdən  tədqiq  edilməmişdir.  Onlardan  ikisini  nəzərdən 
keçirək: 
“Divan”dakı  bir  atalar  sözündə  deyilir:  “böri  koşnısın  yeməs-  qurd  öz 
qonşusunu  yeməz”  (2,s.209).  Bu  atalar  sözündə  obyekt  kimi  qurdun  seçilməsi 
qətiyyən təsadüfi deyil. Qurdun bir çox xarakterik xüsusiyyətləri türk milli xarakteri 
ilə üst-üstə düşür. Ona görə də atalar sözündə türk xalqının qonşuluq münasibətləri 
ustalıqla qurdun üzərinə köçürülmüşdür. 
Türklərin həyatında müharibələrlə müşayiət olunan dövrlər az deyil. Bu heç də 
türklərin  müharibəyə  meylli  olduğlarını  göstərmir.  Türklər  dinc  yaşamağı,  barış 
içində  yaşamağı  daha  üstün  tutmuşlar.  Müharibələrin  baş  verməsinə  əksər  hallarda 
düşmən tərəfi səbəb olmuşdur.  Türk epik təfəkkürünün  yaratdığı əsərlərdə də bunu 
aydın görürük. Məsələn, “Koroğlu” dastanının bir çox qollarında belə ifadələrə rast 
gəlirik:  “Gəl  sənə  söyləyim,  ay  Dəli  Həsən,  And  içmişəm,  bu  gün  döyüş  olmasın” 
(5,s.36);  “Koroğlu  baxdı  ki,  iş  davasız  keçməyəcək”  (5,s.37);  “Ərəb  Reyhan!  Mən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
166 
166 
Koroğluyam.  Mən  xotkarlardan,  vəzirlərdən,  gizirlərdən  qorxmuram.  Onda  ki, 
olasan  sən.  Ancaq  mənim  sənin  bu  adamlarına  yazığım  gəlir.  Onları  nahaq  yerə 
qırdırıb  qanlarına  bais  olma”  (5,s.134);  “Tanrıtanımaz!  Bax  deyirəm.  Məbada, 
məbada  Rumda  dava-zad  eləyəsiz”  (5,s.226).  Bu  misallardan  aydın  görünür  ki, 
Koroğlu  həmişə  davadan  qaçmış,  işi  mümkün  qədər  davasız  yoluna  qoymağa 
çalışmışdır. Dava isə əksər hallarda Koroğlunun  yox, qarşı tərəfin təkidi  və günahı 
üzündən  baş  vermişdir.  “Divan”da  rast  gəlinən  bir  atalar  sözündə  türklərin  bu 
xarakterik  cəhəti  öz  ifadəsini  tapmışdır:  “kanığ  kan  birlə  yumas-  qanı  qanla 
yumazlar” (2,s.157). XI əsrdə yazıya alınmış bu atalar sözünün tarixinin daha qədim 
olduğu  şübhəsizdir.  Onun  mənası  “Koroğlu”  dastanından  gətirilmiş  misallarla  tam 
üst-üstə düşür.  
Göründüyü  kimi,  M.Kaşğarinin  “Divan”ında  yazıya  alınmış  atalar  sözü  və 
məsəllərin  bir  qismi  daşıdığı  etnoqrafik  informasiyanın  zənginliyi  baxımından 
diqqəti  xüsusilə  cəlb  edir  və  onların  türk  xalqının  tarixinin,  xüsusilə  təsərrüfat 
fəaliyətinin öyrənilməsində böyük elmi əhəmiyyəti var. Bu atalar sözü və məsəllərdə 
türk xalqının təsərrüfat fəaliyyəti,  onun çoxsahəliliyi, hər bir  sahənin özünəməxsus 
xüsusiyyətləri  uzun  müddətli  və  zəngin  təcrübələr  nəticəsində  sınaqlardan 
keçirilərək ümumiləşdirilmişdir. Ona görə də demək olar ki, M.Kaşğari “Divan”ında 
yazıya  alınmış  atalar  sözü  və  məsəllər  türk  xalqının  mənəvi  və  maddi  mədəniyyət 
tarixini dərindən öyrənmək işində əvəzsiz nümunələrdir.  
 
Qaynaqlar 
1.
 
Kaşğari  Mahmud.  Divanü  Lüğat-it-türk  (tərcümə  edən  və  nəşrə  hazırlayan 
Ramiz Əsgər). IV cilddə. III c. Bakı. 2006. 400 s.  
2.
 
Kaşğari  Mahmud.  Divanü  Lüğat-it-türk  (tərcümə  edən  və  nəşrə  hazırlayan 
Ramiz Əsgər). IV cilddə. I c. Bakı. 2006. 400 s.  
3.
 
Kaşğari  Mahmud.  Divanü  Lüğat-it-türk  (tərcümə  edən  və  nəşrə  hazırlayan 
Ramiz Əsgər). IV cilddə. II c. Bakı. 2006. 400 s.  
4.
 
Bünyadov  Teymur.  Ön  söz  //  Azərbaycan  etnoqrafiyası.3  cilddə.  İİ  c. 
Bakı.2007.s.5-12 
5.
 
Azərbaycan  dastanları.  V  cilddə.  IV  c.  “Koroğlu”  dastanı  (Tərtib  edəni 
M.H.Təhmasib). Bakı. 1969. 508 s.  
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə