Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə74/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   70   71   72   73   74   75   76   77   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
163 
163 
koy ara yaşmas-dəvəyə minməklə qoyunlar arasında gizlənmək olmaz” (1,s.60). Bu 
atalar sözündə dəvə və qoyunun müqayisə üçün seçilməsi qətiyyən təsadüfi olmayıb, 
birbaşa  türk  xalqının  təsərrüfat  fəaliyyəti  ilə  bağlıdır.  Atalar  sözündə  dəvənin 
böyüklüyü ilə qoyunun kiçikliyi qarşılaşdırılmış, fikrin “dəvəni minməklə” şəklində 
ifadə  edilməsi  nəticəsində  gizlənməklə  bağlı  ziddiyyət  bir  qədər  də 
gücləndirilmişdir.  Dəvənin  özünü  qoyunlar  arasında  gizlətmək  mümkün  deyilsə, 
üstəlik  onu  minən  adamın  gizlədilməyindən  heç  söhbət  gedə  bilməz.  Qoyunçulqla 
məşğul  olan  türklər  dəvədən  və  atdan  da  istifadə  etmişlər.  Onlar  dəvəni  minərək 
qoyun  otarmış,  onu  qoyunlar  arasında  gizlətməyin  mümkün  olmadığını  öz 
təcrübələrində,  gündəlik  həyatlarında  dönə-dönə  gürmüş,  atalar  sözündə  bu 
təcrübənin  nəticəsini  ümumiləşdirmişlər.  Türklərin  həyat  tərzindən  çıxış  edərək 
demək  olar  ki,  bu  atlar  sözündə  dəvə  və  qoyunun  obyekt  kimi  seçilməsi  qanuna-
uyğun  haldır.  Azərbaycanda  çox  geniş  yayılmış  və  tez-  tez  işlənən  bir  atalar  sözü 
var: “İki qoçun başı bir qazanda qaynamaz”. Bu atalar sözü “Divan”da olduğu kimi 
işlənmişdir:  “iki  koçunqar  başı  bir  aşaçta  pişmas-  iki  qoçun  başı  bir  qazanda 
qaynamaz”  (1,s.330).  Qoyun  saxlayan  adamlar  bir  sürüdə  iki  vurağan  qoçun  yola 
getmədiyini  görüb  bu  atalar  sözünü  yaratmışlar.  Hazırda  atalar  sözü  daha  geniş 
mənada işlənir. Bunu “Divan”da verilmiş izahdan da görmək olur: “Bu söz bir yerə 
yığışan, ancaq birinin olması gərəkən iki başbuğ və ya iki bəy haqqında söylənir”. 
3.  Maldarlıq:  Maldarlıq  da  türklərin  təsərrüfat  fəaliyyətində  mühüm  yer 
tutmuşdur.  Bunu  “Divan”dakı  bir  çox  atalar  söxü  də  aydın  göstərir.  Məsələn: 
“Süsəgən  udhka  tənqri  münqüz  berməz  –  vurağan  öküzə  tanrı  buynuz  verməz” 
(1,s.316). Bu atlar sözü də uzun bir təcrübənin nəticəsi olaraq yaranmışdır. Yəqin ki, 
vurağan  öküzün  buynuzu  olsaydı,çox  ziyanlıqlar  törədərdi.  Hazırda  bu  söz  bir  işi 
çox  istəyən,  lakin  onu  bacarmayan  adam  üçün  deyilir.  Əgər  həmin  adam  o  işi 
bacarsaydı, xalqa daha çox ziyan vurardı. 
 “Divan”da öküzlə bağlı ikinci atalar sözü də var: “karı öküz balduka korkmas- 
qoca  öküz  baltadan  qorxmaz”  (1,s.365).  Bu  atalar  sözünün  yaranmasının  bir  neçə 
səbəbi ola bilər. Sözsüz ki, onların hamısı balta ilə bağlıdır, çünki atalar sözlərində 
obyektlər  təsadüfən  seçilmir.  Ola  bilsin  ki,  həmin  öküz  həmişə  odun  arabasına 
qoşulmuş,  balta  səsinə  öyrəşmişdir.  Onu  baltayla  qorxutmaq  olmaz.  “Divan”da 
verilən şərh də buna uyğun gəlir: “Bu söz alışdığı şeylə qorxudulmaq istənən adam 
üçün  söylənilir,  çünki  o  şəxs  qoca  öküz  baltaya  alışdığı  ki,  qotxudulan  nəsnəyə 
alışmışdır”.  “Kişi  sözləşü,  yılkı  yıdhlaşu-  insan  söyləşərək,  heyvan  qoxlaşaraq” 
(2,s.114)  atalar  sözündə  də  predmet  kimi  heyvandan  istifadə  edilmişdir.  Atalar 
sözünün  mənası  budur  ki,  insanlar  bir-birləri  ilə  söhbətləşərək,  danışaraq  tanış 
olurlar.  Heyvanların  isə  olmadığına  görə,  onlar  bir-birini  iyləməklə,  qoxlamaqla 
tanıyırlar. Təcrübədə şahidi olmuşuq ki, bir-birini ilk dəfə görən heyvanlar doğrudan 
da iyləşirlər. Onlar əslində bu yolla bir-birilərinin xasiyyətlərini öyrənirlər. Deməli, 
bu  atalar  sözü  də  heyvanların  davranışı  ilə  bağlı  uzun  illərin  təcrübəsi  əsasında 
yaranmışdır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
164 
164 
4.  Dəvəçilik:  Dəvə  də  türk  xalqının  təsərrüfatında  mühüm  əhəmiyyəti  olan 
heyvanlardan  biridir.  Ondan  həm  yük  və  nəqliyyat  vasitəsi  kimi  istifadə  edilmiş, 
həm  də  əti  və  südü  yeyilmişdir.  Bundan  başqa,  dəvənin  dərisindən  və  yunundan 
müxtəlif geyimlər, məişət əşyaları və s. hazırlanmışdır. 
 M.Kaşğarinin “Divan”ında dəvə ilə bağlı yazıya alınmış atalar sözlərindən biri 
qoyunçuluqdan  danışılarkən  nümunə  verilmişdir.  “Divan”da  dəvənin  obyekt  kimi 
seçildiyi  ikinci  atalar  sözü  belədir:  “təwi  yük  kötürsə,  kaməç  yəmə  kötürür-  dəvə 
yük  götürsə,  çümçəni  də  bərabər  götürər”  (3.s.111).  Bu  atalar  sözündə  birinci 
növbədə,  dəvənin  türk  xalqının  təsərrüfatında  tutduğu  yer  öz  əksini  tapmışdır. 
İkincisi, dəvə ilə bağlı bir təcrübə ümumiləşdirilmişdir. 
Əkinçilik:  Türklərin  təsərrüfat  fəaliyyətində  heyvandarlıqla  əkinçilik  paralel 
inkişaf etdirilmişdir. Əkinçilik oturaq həyatla bağlı ən qədim təsərrüfat sahələrindən 
biridir.  Aparılmış  arxeoloji  qazıntılar  nəticəsində  tapılmış  maddi  mədəniyyət 
nümunələri Azərbaycanda əkinçiliyin çox qədim tarixi olduğunu göstərir. Akademik 
Teymur  Bünyadov  yazır  ki,  “Azərbaycanda  ən  qədim  və  aparıcı  təsərrüfat  sahəsi 
taxılçılıq  olmuşdur”(4.s.9).  M.Kaşğarinin  “Divan”ında  da  əkinçiliyə  aid  bir  neçə 
atalar  sözü  qeydə  alınmışdır.  Onlardan  biri  şərti  şumda  kəsməklə  bağlı  olub, 
aşağıdakı  şəkildədir:  “Sabanda  sandırış  bolsa,  örtkündə  irtəş  bolmas-  cüt  zamanı 
hay-küy  olsa,  vəl  zamanı  dava-dalaş  olmaz”  (2,s.400).  Bu  atalar  sözü  hazırda 
Azərbaycanda  mənasını  olduğu  kimi  saxlamışdır  və  “şərti  şumda  kəsək,  xırmanda 
yavalaşmayaq”  şəklində  işlənir.  Həm  M.Kaşğari  “Divan”ına  düşməyi,  həm  də 
Azərbaycanın  bütün  bölgələrində  işlənməyi  bu  atalar  sözünün  tarixinin  çox  qədim 
olduğunu  göstərir.  Bilmək  lazımdır  ki,  atalar  sözlərinin  yaranması  və  yaşamaq 
hüququ qazanması üçün min illərlə vaxt tələb olunur, çünki onlarda ümumiləşdirilən 
fikir,  hökm  uzun  müddətli  təcrübələrlə  sınaqdan  keçərək  təsdiqini  tapmalıdır. 
Yuxarıdakı atalar sözündə ifadə olunan fikrin hökmləşməsi üçün bəlkə də neçə-neçə 
nəsillərin  ömrünə  bərabər  olan  zaman  sınaqlarına,  şəxsi  müşahidələrə  ehtiyac 
olmuşdur. Bəlkə də şərti şumda düzgün kəsməyən əkinçilər arasında xırmanda  yüz 
illər, min illər boyu dava-dalaş baş vermiş, nəhayət onun nəticəsi kimi bu atalar sözü 
yaranmışdır.  Dəyirman dən üyütmək üçündür, harda dəyirman varsa, orda taxılçılıq 
olmuşdur. M.Kaşğari “Divan”ında dəyirman haqqında iki atalar sözü var. Onun biri 
dəyirmanın harda tikilməsi haqqındadır. Sözsüz ki, burada söhbət su dəyirmanından 
gedir.  Su  dəyirmanları  isə  adətən  çayların  kənarında  tikilir  və  çay  suyu  ilə  işləyir. 
Ona görə dəyirman tikilməsi üçün yerin düzgün seçilməsi mühüm şərtdir. M.Kaşğari 
“Divan”ındakı  bir  atalar  sözündə  deyilir:  “təngsizdə  təgirmən  turğursa,  yarağsızda 
yar  berir-  biri  yaraşmayan  yerdə  dəyirman  tiksə,  gözlənilmədən  yarıq  peyda  olar” 
(2,s.309). 
 Dəyirman  haqqındakı  ikinci  atalar  sözündə dəyirmanda doğulmuş  siçanın  göy 
gurultusundan  qorxmadığı  öz  ifadəsini  tapmışdır:  “təgirməndə  toğmış  sıçğan  kök 
kökrəgində  korkmas-  dəyirmanda  doğulmuş  siçan  göy  gurultusundan  qorxmaz” 
(2,s.257). “Divan”da bu atalar sözü belə izah edilir: ”Bu söz təhlükəli işlərdə bişmiş 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə