Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə80/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   76   77   78   79   80   81   82   83   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
175 
175 
rəvayət,  nəğmələr  üçün  yox,  həm  də  qaraqalpaq  ədəbiyyatı  klassiklərinin  əsərləri 
üçün  də  səciyyəvvidir.  Qaraqalpaq  qızı,  qadını  nəinki  batırın  sevgilisi,  sevimli 
gəlini, arvadı kimi, həm də tayfa, yaxud qəbilənin ağıIIIı və ədalətli başçısı, ordunun 
cəsur  sərkərdəsi  kimi  göstərilir.  Bütün  bunların  hamısı  folklorun,  folklor 
materiallarının,  konkret  demiş  olsaq,  “Qırx  qız”  eposunun  tarixi  mənbə  kimi 
götürülərək  qaraqalpaq  xalqının,  yaxud  onunla  bağlı  digər  xalqların  etno-mədəni 
əlaqələrini  müəyyənləşdirməyə  kömək  edir.  Prof.  L.Tolstova  bununla  bağlı  yazır: 
“Tarixi folklor – xalqların etnogenezinin aydınlaşdırılması üçün ən mühüm mənbə-
lərdən biridir... O, arxeloji, antropoloji, linqvistik, xüsusən onomastik və etnoqrafik 
mənbələrlə bərabər istifadə oluna bilər” (2, s.6).  
“Qırx qız” eposunda qaraqalpaqların  yadellilərə  qarşı Sarkop şəhərinin  müdafiə-
sinə qalxması yerli-yataqlı təsvir olunur. Burada, bir tərəfdən, XVIII əsrin 20-ci illərində 
kalmıklara qarşı, digər tərəfdən, Nadir şahın Xarəzmə 1740-1741-ci illərdə olan yürüş-
ləri də əksini tapmışdır. Poemada kalmık və Nadir şah ordusunun baş qəhrəman Güla-
yimin yoxluğu dövründə hücumları, Xarəzmli batır Arslanın qaraqalpaqlara köməyi də 
geniş  planda  verilir.  Bu  da  “Qırx  qız”  eposunda  əksini  tapmış  xeyli  hadisələrin  tarixi 
gerçəkliklə üst-üstə düşdüyünü əks etdirir. Yuxarıda gətirdiyimiz konkret tarixi faktlar 
doğrudan  da  bu  poemanın  tarixi  köklərinin  uzaq  keçmişə  dirəndiyini  əyaniləşdirir. 
Lakin  bir  şeyi  nəzərə  almaq  lazımdır  ki,  uzun  zaman  kəsiyində  poemanı  XVIII  əsrdə 
yaşayan  qaraqalpaq  dastançısı  Jiyen  Jıraudan  əxz  edənlər  xalq  arasında  şifahi  şəkildə 
yaymış,  XX  əsrin  üçüncü  onilliyindən  sonra  dastan  məşhur  jırau  Qurbanbəy  Tajıbə-
yovun  repertuarından  qələmə  alınmışdır.  Jiyen  və  Qurbanbəy  əcdadlarının  şifahi 
poeziyasını  mükəmməl  bilirdilər.  Ona  görə  də  onlar  tarixin  keçmiş  müxtəlif 
mərhələlərini  xalqın  gözü  qarşısında  canlandırmağa  çalışmışlar.  Söylədiklərimiz  bir 
daha təsdiqləyir ki, folklor tarixə xidmət etmişdirsə, tarix də folklora yoldaşlıq etmişdir. 
Onları bir-birinə bağlayan digər məqamları da araşdırmağa ehtiyac duyulmaqdadır.  
 
 
Qaynaqlar 
1.
 
История Каракалпакской АССР. С древнейших времен до наших дней. 
- Ташкент, Фан, 1986, 384 s. 
2.
 
История  литератур  народов  Средней  Азии  и  Казахстана.  М.,  Изд-во 
МГУ, 1960, s.191-211.  
3.
 
Жданко  Т.А.  Каракалпакская  эпическая  поэма  «Кырк  кыз»  как 
историко-этнографический  источник.  «Краткие  сообщения»  Института 
этнографии АН СССР. Выпуск 30. М., 1958, s.109-115. 
4.
 
Камалов С.К. Каракалпаки в XVIII-XIX веках .–Ташкент, Фан, 1968, 325s. 
5.
 
Максетов К.М. Каракалпакский эпос. Ташкент, Фан, 1976,179 s. 
6.
 
Нурмухаммедов М.К., Жданко Т.А., Камалов С.К. Каракалпаки (Краткий 
очерк истории с древнейщих времен до наших дней). Ташкент, Фан, 1971, 121 s. 
7.
 
Толстова  Л.С.  Использование  фольклора  при  изучении  этногенеза  и 
этно-культурных  связей  народов.  –  В  кн.:  Фольклор  и  историческая  этногра-
фия. М., 1983, s.6-20. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
176 
176 
 Sönməz Abbaslı,  
AMEA Folklor İnstitutu, elmi işçi 
abbasli-sonmez@rambler.ru
 
 
TARİXİ ŞƏXSİYYƏTLƏRLƏ BAĞLI REGİONAL LƏTİFƏLƏR 
 
Özət 
Məqalədə  tarixi  şəxsiyyətlərlə  bağlı  formalaşmış  regional  lətifələrə  nəzər 
salınmışdır.  Adları  ilə  bağlı  yaranmış  lətifələrin  səciyyəvi  xüsusiyyətləri  müəy- 
yənləşdirilmişdir. 
Açar sözlər: lətifə, tarixi, şəxsiyyət, regional, real  
 
Резюме 
Статья посвящена региональным анекдотам, связанным с историческими 
личностями. Определены характерные особенности, связанные с именами этих 
личностей. 
Ключевые слова: анекдот, исторический, личность, региональный, реальный 
 
Summary 
The article dedicates the regional jokes dealing with the historical personalities. 
The characteristic features dealing with their names are determined. 
Key words: joke, historical, personality, regional, real 
 
*  *  * 
Regional  lətifələr  mövzu  və  mündəricə  etibarilə  zəngin  olub  ictimai  həyatın 
müxtəlif  sahələrini əhatə edir.  Tarixi hadisə  və tanınmış kimsələrin həyatı  ilə bağlı 
məlumatlar da lətifələrin ana xəttini müəyyənləşdirir.  
Ayrı-ayrı tarixi hadisələr və real tarixi şəxsiyyətlərin başlarına gələn macəralar 
əsasında  da  onlarla  regional  lətifələr  yaranmışdır.  Lətifələri,  həmçinin  regional 
gülməcələri zahiri əlamətlərinə görə iki qrupa ayıran T.Fərzəliyev birinci qrupa “... 
müəyyən  tarixi  hadisə  və  ya  şəxsiyyət  (istər  mifik,  istərsə  də  tarixi  olsun)  adı  ilə 
əlaqələndirilən,  daha  dəqiq  desək,  avtorlaşdırılan  lətifələr”i  daxil  etmiş,  onları  isə 
məzmun və səciyyələrinə görə dörd bölməyə ayırmışdır (8, 243). 
Bəllidir ki, lətifə istilahını əvəz edən və beynəlxalq terminlə “anekdot” adlanan 
sözün yunanca olub “nəşr olunmamış” mənasını daşıdığı bildirilir. Eyni zamanda bu 
istilah  (anekdot)  altında  tarixi  şəxsiyyətlər  haqqında  dolaşan  xarakterik  əhvalat-
lardan  ibarət  qısa  hekayətlər  nəzərdə  tutulur.  Sonralar  isə  kəskin  siyasi  məzmun 
daşıyan gülüş səciyyəli ədəbi janr anekdot adlan- dırılmışdır (11, 28). 
Göründüyü  kimi  formalaşdığı  tarixi  kəsimdə  anekdotlar  yazılı  ədəbiyyatın  janrı 
sayılmış və ilk tarixi əsərlər də bu janrda yazılmışdır. Bizans tarixçisi Prokopiyanın (VI 
əsr) imperator Yustinianın və onun saray əyanlarının həyatından bəhs açan “Gizli tarix” 
əsəri ilk dəfə olaraq anekdot adlandırılmışdır (12 , 13). 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə