Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə88/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   84   85   86   87   88   89   90   91   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
192 
192 
(1603)  Koroğlu  Osmanlı  sultanının  xidmətinə  girən  və  Pasində  oturan  Sədlu  tayfa 
başçısı  Əliqulu  bəyi,  oğlunu    və  anasını  ələ  keçirərək  Şaha  göndərdi”  [12,  19]. 
Cəlalədin  Münəccim  Yəzdi  “Tarix-i  Abbasi”  əsərində  yazır:  “Bu  xanədanın  çörəyi 
və  duzu  ilə  özünün  və  atalarının  sümüklərini  bəsləmiş  olan  Sədlu  tayfa  başçısı 
Əliqulu bəy nankorluq edərək Osmanlıların xidmətinə girərək çaşnigir (süfrəçibaşı) 
vəzifəsini əldə etmişdi. Koroğlu Pasin ətrafında onu, oğlunu və anasını  tutub şahın 
hüzuruna göndərmişdi” [12, 46]. Bu bir daha sübut edir ki, Koroğlu Səfəvi şahının 
xidmətinə  girmişdir.  Lakin  digər  Cəlali  rəhbərləri  kimi  Koroğlunun  da  Səfəvi  şahı 
ilə  münasibətləri  son  nəticədə  kəskinləşmişdi.  Səfəvi-Osmanlı  müharibəsinin  başa 
çatması,  Azərbaycan  torpaqlarının  Osmanlı  işğalından  azad  edilməsindən  sonra 
Koroğlu  və  dəlilərinin  fəaliyyəti  Şah  I  Abbası  narahat  etmişdi.  Şərqi  Anadolu  və 
Azərbaycan  rəvayətlərində  dastan  qəhrəmanımızın  aqibəti  barədə  deyilir:  “Səfəvi 
hökmdarı  Şah  Abbas  Koroğlunun  igidliyindən  xəbər  tutaraq  ondan  komandanları 
arasında  yer  almasını  istəyir.  Ancaq  Koroğlu  “şahlar  insan  dəyərini  bilməzlər” 
söyləyərək şahın təklifini qəbul etmir. Səfəvi hökmdarı təklifinin mənfi qarşılanma-
sına qəzəblənərək Koroğlunun başını gətirənə “sərdarlıq” verəcəyini elan etdirir. Şah 
Abbasın bu qərarından xəbərdar olmayan Koroğlu  yaşlandığını anlamış, buna görə 
Şaha  hörmətini  çatdırdıqdan  sonra  Məkkə  ziyarətinə  getməyə  qərar  verir.  O, 
dəlilərini  çağıraraq  qərarını  onlara  bildirir,  Eyvazı  yerinə  xələf  təyin  edir.  Dəliləri 
Qazlı gölə kimi gələrək onu yola salırlar. Onlardan ayrılmadan öncə Koroğlu üzünü 
Çənlibelə çevirərək dağlara xitabən bir misra oxuyaraq həyatında ilk dəfə ağlamışdı. 
Sonra  Şahın  hüzuruna  yollanan  Koroğlu  yolda  İlyas  və  Bəhram  xana  rast  gəlir. 
Onlar  şahın  gözündən  düşərək  vəzifədən  uzaqlaşdırılmışdılar.  Buna  görə  də,  şahın 
diqqətini  cəlb  etmək  üçün  Koroğlunu  öldürməyə  qərar  verdilər.  Onlar  öncə  Qıratı 
öldürürlər. Koroğlu bu iki adamın hücumu qarşısında Qıratsız heç nə edə bilməyə-
cəyini bilərək boynunu vurmaları üçün onlara uzadır. Onlar Koroğlunun başını Şaha 
aparırlar. Şah Abbas qəhrəmanın başına baxan zaman ətəyinə bir damcı qan damır. 
Buna görə o, “bu məsum qanıdır, siz onu igidcəsinə öldürmədiniz” deyir və Çənli-
beldən  gətirtdiyi  üç  “dəli”nin  sözlərindən  həqiqəti  öyrənir.  Dəlilər  və  onu  sevən 
insanlar  Koroğlunun  ölümünə  ağlayırlar.  Şah  Abbas  İlyas  və  Bəhram  xanı  İsfahan 
xalqına  parçalatdırır  və  Eyvazın  Çənlibeldəki  hakimiyyətini  təsdiq  edir”  [7,  15-16; 
12, 17-18].  
Koroğlu  öldükdən  sonra  dastan  qəhrəmanına  çevrilmiş  və  bunda  da  başlıca 
rolu  aşıqlar,  saz  şairləri  oynamışlar.  XVII  əsrin  ortalarında  o  artıq  bir  dastan 
qəhrəmanı  idi.  F.Sümer  yazır  ki,  mən  Koroğlunun  dastanlarda  yazıldığı  kimi  saz 
şairi  olduğuna  inanır  və  bilavasitə  Bolu  bəyi,  dağlar,  Qırat  və  Eyvaz  ilə  bağlı 
mahnıların  onun  tərəfindən  söyləndiyini  qəbul  edirəm.  Mənaları  təsirli,  həyəcan 
verici  olan  bu  mahnıları  bəstələyən  və  oxuyan  bir  insan  şübhəsiz  cani  ruhlu  ola 
bilməz.  Müharibə  dövründə  olsa  da,  bütün  təbəəsini  bir  anda  hərəkətə  keçirməyi 
bacaran  mükəmməl  bir  təşkilata  sahib  olan  dövlətin  hökumət  mərkəzinə  yaxın 
ərazilərdə  fəaliyyət  göstərməsi  onun  cəsur  olmaqla  yanaşı,  tədbirli  bir  insan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
193 
193 
olduğunu  göstərir.  Çətinliklərə  çarə  tapması,  təhlükələrdən  xilas  olması  dastan 
qəhrəmanı olmasında mühüm amil olmuşdur. Koroğlunun ağıllı olduğu qədər mərd 
ruhlu bir insan olduğunu, silahdaşlarına qarşı şəfqətli hərəkət etdiyini söyləmək olar 
[12,  21].  Həm  igid  döyüşçü,  mahir  sərkərdə,  həm  də  istedadlı  aşıq  olan  Koroğlu 
şəxsi  xoşbəxtlik  deyil,  xalq  səadəti  uğrunda  mübarizə  apardığı  üçün  xalqın 
yaddaşında  dastan  qəhrəmanına  çevrilmişdir.  Koroğlunun  yaxın  silahdaşları  Dəli 
Həsən,  Giziroğlu  Mustafa  bəy,  Kosa  Səfər  və  Tanrıtanımaz  tarixi  qaynaqlarda 
Cəlalilərin geniş şöhrətə malik rəhbərləri arasında yad edilir. Giziroğlu Mustafa bəy 
dastanda  Koroğlunun  ən  yaxın  silahdaşı  kimi  təqdim  olunur.  Arakel  Təbrizli 
müstəqil  surətdə  fəaliyyət  göstərən  Cəlali  dəstələrinin  25  rəhbəri  arasında 
Koroğludan sonra onun adını  ehtiramla  yad edir. F.Sümerin Mühimmə dəftərindən 
onunla bağlı əldə etdiyi 4 sənəd onun tarixi şəxsiyyət olduğunu bir daha təsdiq edir 
[12,  21-22,  36-40].  Giziroğlu  Mustafa  bəylə  bağlı  arxiv  sənədləri  1588-1591-ci 
illərdə onun fəaliyyətinə aydınlıq gətirir. 1588-ci il 25 may tarixli ilk sənəd Ərəbgir 
sancaqbəyi Ömərə ünvanlanmış hökmdə sancaqbəyi, alay bəyləri və sipahilər səfərə 
getdikləri  üçün  Giziroğlu  Mustafa  bəyin  ətrafına  topladığı  250  nəfərlik  dəstə  ilə 
Diyarbəkr,  Ərzurum,  Sivas,  Hələb  və  Maraş  yollarından  keçən  karvanları  qarət 
etdiyi,  bölgədə  üç-dörd  ildir  fəaliyyət  göstərdiyi  üçün  onun  cəzalandırılması  tələb 
edilirdi  [12,  21-22,  36-37].  Sənəddə  Giziroğlu  Mustafa  bəyin  3-4  ildir  fəaliyyət 
göstərdiyinin  qeyd  edilməsi  onun  1584-cü  ildən  fəaliyyətdə  olduğunu  söyləməyə 
imkan verir. F.Sümer yazır ki, Ömər bəy əmr edilən işi bacarmadığı üçün 1588-ci il 
sentyabrın 22-də Sivas bəylərbəyinə göndərilən hökmdə Giziroğlu Mustafa bəyin öz 
fəaliyyətini  durmadan  genişləndirdiyini  xəbər  verilməklə  yanaşı,  onun  mütləq  ələ 
keçirilməsi üçün lazımi tədbir görülməsi tələb olunurdu [12, 22, 37-38]. 1589-cu il 
27  yanvar  tarixli  sənəddə  Giziroğlu  Mustafa  bəyin  on  nəfər  silahdaşı  ilə  ələ 
keçirildiyi və İstanbula sultanın sarayına göndərilməsi əmr edilir [12, 22, 38]. 1591-
ci  il  6  dekabr  tarixli  növbəti  sənəddə  Giziroğlu  Mustafa  bəyin  həyatına  son 
qoyulduğunun bildirilməsi göstərir ki, o, İstanbula gətirildiyi zaman edam edilmişdir 
[12, 39-40]. 
Koroğlunun  yaxın  silahdaşları  arasında  Dəli  Həsən  önəmli  yer  tutur.  Onun 
tarixi  şəxsiyyət  olduğunu  dövrün  arxiv  sənədləri  və  digər  qaynaqları  təsdiq  edir. 
Qardaşı  Qara  Yazıcının  əməlini  davam  etdirən  Dəli  Həsən  1602-ci  ilin  fevralında 
Şərqi Anadoluda Cəlalilər hərəkatına rəhbərlik etməyə başlayır. Dəli Həsən qardaşı-
nın qisasını almaq üçün Sokolluzadə Həsən paşa üzərinə  yürüş etdi. Tokat  yaxınlı-
ğında  Cəlalilərə  məğlub  olan  Həsən  Paşa  Tokat  qalasına  sığındı.  O,  Dəli  Həsənin 
adamları tərəfindən öldürüldü. Diyarbəkr bəylərbəyi Xosrov paşa  vəzir təyin edilə-
rək  Cəlalilər  üzərinə  göndərildi.  Tokata  göndərilən  Hafiz  Əhməd  paşa  da  Dəli 
Həsənlə  bacarmadı  [9,  102].  Lakin  Dəli  Həsən  1603-cü  ilin  iyulunda  Osmanlı  sul-
tanının  tərəfinə  keçərək  Bosniya  bəylərbəyi  təyin  olundu.  O,  sərdar  Lələ  Mehmed 
paşanın qüvvələri ilə birləşmək üçün on min nəfər Cəlaliləri ilə Mcarıstana hərəkət 
etdi  [13,  75-77;  9,  104].  Mustafa  Ağdağ  yazır  ki,  Peçt  yaxınlığında  Avstriyalılarla 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə