Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə86/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   82   83   84   85   86   87   88   89   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
188 
188 
hərəkat  adını  1518-1519-cu  illərdə  Tokatda  üsyan  başçısı  olmuş  Şeyx  Cəlaldan 
almışdır.  Sonralar  Osmanlı  imperiyasının  müxtəlif  vilayətlərində  genişlənən  kəndli 
hərəkatları  Osmanlı  tarixlərində  “Cəlali  fitrəti”  adı  altında  yad  edilmişdir  [4,  246; 
13,  38].  1590-cı  il  Osmanlı-Səfəvi  sülh  müqaviləsinə  əsasən  Osmanlı  imperiyası 
tərkibinə  qatılmış  Azərbaycan  torpaqlarında  işğalçı  hakimiyyət  orqanlarına  qarşı 
üsyanlar  Cəlalilər  hərəkatı  adı  ilə  məşhur  olmuşdur.  Ə.Ə.Rəhmaninin  qeyd  etdiyi 
kimi, XVI əsrin sonu – XVII əsrin əvvəllərində Şərqi Anadoluda baş verən Cəlalilər 
hərəkatı uzun müddət tarixi ədəbiyyatda “Türkiyə” amili kimi qeyd olunmuş, onun 
digər  ölkələrdə  yayılmadığı  göstərilmişdir  [11,  52].  Bu  hərəkatın  Azərbaycana  və 
qonşu  ölkələrə  yayılması  ilk  dəfə  İ.P.Petruşevski  tərəfindən  qeyd  edilmişdir  [10, 
326].  Şərqi  Anadoluda  Cəlalilər  hərəkatı  Türkiyə  tarixçisi  M.Ağdağ  tərəfindən 
tədqiq  olunmuşdur  [1].  Qara  Yazıcı-  Dəli  Həsənin  başçılığı  altında  üsyan  isə 
A.Tveritinova  tərəfindən  araşdırılmışdır  [13].  1591-ci  ildə  Təbriz  əhalisinin  üsyanı 
Cəlalilər  hərəkatının  növbəti  təzahürü  idi.  Bu  üsyanda  şəhərdə  yerləşdirilmiş 
Osmanlı qarnizonunun bir hissəsi də iştirak edirdi. Osmanlı əsgərlərinin bu üsyanın 
fəal iştirakçısı kimi çıxış etməsi onların uzun müddət ərzində məvacib almaması ilə 
əlaqədar  idi.  Osmanlı  əsgərlərinin  təbrizlilərin  üsyanına  qoşulması  onların 
Azərbaycandakı  hökmranlığı  üçün  böyük  təhlükə  törədirdi.  Üsyançılar  öncə 
cəbbəxananı  ələ  keçirdilər.  Lakin  üsyan  rəhbərləri  aydın  məqsəd  və  qətiyyət 
nümayiş  etdirmədilər.  Təbriz  hakimi  Cəfər  paşa  bundan  istifadə  edərək  üsyanı 
amansızcasına yatırdı [11, 53; 4, 247]. 
Təbriz  üsyanının  məğlubiyyəti  Azərbaycanda  Cəlalilər  hərəkatının  hələ  sonu 
demək deyildi. İsgəndər bəy Münşi Osmanlı-Səfəvi müharibələrinin növbəti mərhə-
ləsi  (1603-1607)  ərəfəsində  Səfəvi  dövləti  ilə  həmsərhəd  Osmanlı  ərazisində 
Cəlalilər  hərəkatının  genişlənməsini  Şah  I  Abbasın  Azərbaycanı,  Cənubi  Qafqazı 
azad  etmək  məqsədilə  hərbi  yürüşə  çıxmaq  qərarı  ilə  əlaqələndirir.  Onun  fikrincə, 
Osmanlı  dövlətinə  qarşı  müharibəyə  başlamaq  qərarına  gələn  Şah  I  Abbas  belə 
hesab edirdi ki, “irsən bizim müqəddəs nəslimizə məxsus olan Azərbaycan və Şirvan 
ölkələrini  sayca  az  olan  və  öz  padşahına  qarşı  mübarizə  aparan  Cəlalilərin 
hakimiyyəti altında saxlamaq, həmin ölkələrin fəth olunması üçün yaranmış əlverişli 
məqamı əldən vermək ağıllı şəxslərə xas olmayan hərəkətdir” [8, 441; 11, 53].  
Səfəvi  qoşunlarının  Azərbaycana  və  qonşu  ölkələrə  müdaxiləsi  Cəlalilər 
hərəkatının  zəifləməsinə  səbəb  olmadı.  Əksinə,  Şah  I  Abbasın  həyata  keçirdiyi 
siyasət, xüsusilə böyük əhali kütləsinin vətəndən zorla köçürülməsi Cəlalilər hərəka-
tının genişlənməsi üçün əlverişli şərait yaratdı. Arakel Təbrizlinin verdiyi məlumata 
görə,  Cəlalilər  hərəkatı  “İstanbuldan  İrəvana,  Bağdaddan  Dəmirqapıyadək  olan 
torpaqları”  əhatə  etmişdi  [3,  95].  Şərqi  Anadoluda  və  Azərbaycanda  genişlənən 
Cəlalilər  hərəkatı  mürəkkəb  hadisə  idi.  Bu  hərəkatda  həmin  tarixi  dövrün  müxtəlif 
ictimai  təbəqələrindən  çıxmış  şəxslər  iştirak  edirdilər.  Səfəvi-Osmanlı 
müharibəsində  Səfəvi  ordusunun  osmanlılara  qarşı  hərbi  əməliyyatları  gedişində 
xarabazarlığa çevrilmiş ərazilərdə hər bir istehsal fəaliyyəti qadağan edilirdi. Arakel 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
189 
189 
Təbrizli  yazır  ki,  “bu  səbəbdən  torpaq  sahibləri  və  əkinçilər  qorxu  və  dəhşətlə  öz 
yerlərini  tərk  edir,  qalalarda,  qəsrlərdə,  mağaralarda  möhkəmlənir,  əkinçiliklə 
məşğul ola bilmirdilər” [3, 95; 11, 55; 4, 248]. 
Arakel Təbrizlinin verdiyi məlumatdan aydın olur ki, Səfəvi-Osmanlı mühari-
bəsinin  gedişində  Osmanlı  və  Səfəvi  ordularının  yürüşlərindən  sonra  Cənubi 
Qafqazda  Cəlalilər  hərəkatı  daha  da  fəallaşırdı.  Bu  hərəkatda  qarət  olunmuş 
ərazilərdə  yaşayan  yerli  kəndlilər  və  şəhər  yoxsulları  yaxından  iştirak  edirdilər. 
Onlar yerli feodallara və varlılara hücum edərək onların əmlakını müsadirə edirdilər 
[11, 54].  
Arakel Təbrizlinin  verdiyi məlumata görə, Şərqi Anadoluda  və Azərbaycanda 
Qarayazıcı  Dəli  Həsənin,  Kosa  Səfərin,  Canpolad  oğlu  Əli  paşanın,  Tanrıtanımaz, 
Göyəbaxan  Çılpağın,  Qara  Səidin,  Kəsəkəsin,  İncəxanın,  Ağacan  Pirinin,  Manoğ-
lunun,  Yolasığmazın,  Dəli  Nəsibin,  Gizir  oğlu  Mustafa  bəyin,  Əhməd  paşanın, 
Koroğlunun  rəhbərliyi  altında  Cəlali  dəstələri  fəaliyyət  göstərmişdi  [3,  94-95;  11, 
54].  
Arakel Təbrizli baş  vermiş hərəkata kilsə-feodal mövqeyindən  yanaşır, həmin 
hərəkatın  tezliklə  yatırılmasını  arzulayırdı.  Lakin  hərəkata  düşmən  mövqeyində 
durmuş  salnaməçi  Cəlalilərin  “əsilzadə,  hər  şeyə  qalib  döyüşçü,  əyilməz  cəngavər 
olduqlarını” etiraf edirdi [3, 93-94; 11, 55]. Arakel Təbrizli Cəlalilər hərəkatını sırf 
islam hadisəsi kimi təqdim etməyə can atmış, onun xristianlar, o cümlədən ermənilər 
əleyhinə  yönəldiyini  sübut  etməyə  çalışmışdır.  Lakin  tarixi  faktlar  erməni 
müəllifinin bu fikrini təkzib edir [11, 55; 4, 248]. 
Arakel  Təbrizlinin  verdiyi  məlumata  görə,  Azərbaycanın  İrəvan  bölgəsində 
Cəlalilər hərəkatına Məhəmməd Kənakerli rəhbərlik etmişdi. Qırxbulaq yaxınlığında 
Topal Osman paşanın dəstəsi ilə toqquşmadan sonra Məhəmməd Kənakerli bölgəni 
tərk  etməyə  məcbur  olmuşdu.  Topal  Osman  paşanın  rəhbərliyi  altında  Cəlalilər 
Qərbi  kəndini  özünə  mərkəz  seçərək  qışı  orada  keçirmişdi.  Kiçik  qruplara  ayrılan 
Topal  Osman  paşanın  dəstəsi  bir  ilə  yaxın  Arazın  hər  iki  sahilində  fəaliyyət 
göstərmişdi  [3,  89;  11,  54].  Arakel  Təbrizlinin  verdiyi  məlumata  görə,  İrəvan 
bölgəsində  Əbdürrəhman  Müsəllimin  rəhbərliyi  altında  digər  Cəlali  dəstəsi  də 
fəaliyyət göstərmişdir [3, 90; 11, 54]. 
Cənubi  Qafqazda  Səfəvi-Osmanlı  hərbi  əməliyyatlarının  gedişində  Cəlalilər 
hərəkatının arealı daha da genişlənmişdi. Osmanlıların Cənubi Qafqazdakı hakimiy-
yəti möhkəmləndikcə Cəlalilər mübarizə meydanından sıxışdırılmış və xalq kütlələ-
rinin  azadlıq  hərəkatı  yeni  formalar  almışdı.  Osmanlı  ordusunun  məğlub  etdiyi 
Cəlalilərin bir qismi Səfəvi hökmdarı Şah I Abbasın himayəsinə sığınmışdı. 1608-ci 
ildə  Ərzurum  ətrafında  20  minlik  Osmanlı  qoşununa  qarşı  son  döyüşdən  sonra 
Cəlalilər qızılbaşlar ölkəsinə pənah gətirmiş, Çuxursəd hakimi Əmirgünə xan Qacar 
onların Azərbaycanda  yerləşməsinə  razılıq  vermişdi. Səfəvi şahı cəsur  və cəngavər 
Cəlalilərin böyük dəstəsindən həm tabe olmaq istəməyən kürd feodallarına, həm də 
Osmanlı  dövlətinə  qarşı  istifadə  etmək  istəyirdi.  Lakin  o,  Cəlalilərdən  qorxurdu. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə