Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə87/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   83   84   85   86   87   88   89   90   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
190 
190 
İsgəndər  bəy  Münşi  şahın  Cəlalilərə  ehtiyatlı,  ikili  münasibətini  əsərinin  bir  neçə 
yerində aydın şəkildə qeyd etmişdir. O, Cəlaliləri “özbaşına və hərəkətlərində ardıcıl 
olmayan”  şəxslər  kimi  təqdim  edir.  “Böyük  vəzir”  Hatəm  bəy  Ordubadi  şahın 
göstərişi ilə Təbrizdə olan Cəlaliləri siyahıya aldı. İsgəndər bəy Münşi qeyd edir ki, 
bu  zaman  Təbrizdə  1380  nəfər  Cəlali  vardı  və  onlar  daim  mərkəzi  hakimiyyətin 
nəzarəti  altında  saxlanılırdılar.  Səfəvi  sarayı  Azərbaycanda  yenicə  məskunlaşmış 
Şərqi  Anadolu  Cəlalilərinin  yerli  Cəlalilərlə  birləşməsindən  qorxurdu.  Lakin 
Anadolu Cəlalilərinin öz daxilində vahid fikir və əməl birliyi  yox idi [11, 65-57; 4, 
248-249].    İsgəndər  bəy  Münşinin  verdiyi  məlumata  görə,  Türkiyədən    İrəvan 
bölgəsinə gələn Cəlalilər ilk gündən bir-biri ilə rəqabət aparan üç dəstəyə ayrılmışdı 
[8, 543; 11, 57]. Ərzurum  yaxınlığında İbrahim paşaya məğlub olan Qələndər oğlu 
Məhəmməd paşa Şah I Abbasın himayəsinə qəbul edilmişdi. Səfəvi sarayı Anadolu 
Cəlalilərinin  qüvvələrini  Həsən  Ustaclının  rəhbərliyi  altında  Səfəvi  ordusu  ilə 
birləşdirərək  Marağa  istiqamətində  yürüş  edərək  Kürdüstana  yiyələnmək,  Türkiyə 
ərazisi  ilə  Diyarbəkrə  kimi  irəliləyərək  Çuxursəd  hakimi  Əmirgünə  xan  Qacarın 
dəstəsi ilə cəbhəni birləşdirmək fikrində idi [11, 58]. Hadisələrin gedişi göstərir ki, 
iki ilədək Şah I Abbasa xidmət edən Anadolu Cəlaliləri hökmdarın münasibətindən 
narazı  qalmışdılar.  Osmanlı  hakim  dairələrinin  təbliğatı,  üsyançıların  bağışlanması 
haqqındakı  vədlər,  vətənə  qayıtmaq  çağırışları  da  öz  nəticəsini  verdi.  1610-cu  ilin 
ortalarına  doğru  500  nəfərlik  dəstə  istisna  olunmaqla  bütün  Anadolu  Cəlaliləri 
Osmanlı  imperiyasına  qayıtdılar.  Qara  Səidin  və  Hacı  Məhəmmədin  rəhbərliyi 
altında  Cəlalilər  Şah  I  Abbasa  sədaqətli  qalaraq  Ali  Divanın  şəxsi  xidmətçiləri 
sırasına daxil olundular [11, 58]. 
Cəlalilər hərəkatına başçılıq edən rəhbərlər arasında Koroğlu xüsusilə seçilirdi. 
Koroğlu  şəxsiyyəti  və  onunla  əlaqədar  hadisələr  Azərbaycan  folklorunda  özünün 
geniş əksini tapmışdır. Tarixi ədəbiyyatda Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk 
dəfə  qeyd  edən  P.H.Boratav  olmuşdur.  O,  Türkiyə  Cümhuriyyəti  Başbakanlıq  Os-
manlı  Arxivində  saxlanılan  Mühimmə  dəftərlərindən  istifadə  edərək  Köroğlu  ilə 
bağlı  4  sənəd  aşkara  çıxarmışdır  [6].  Sovet  tarixşünaslığında  Koroğlunun  tarixi 
şəxsiyyət  olduğunu  ilk  dəfə  qeyd  edən  İ.P.Petruşevski  olmuşdur  [10,  326;  11,  58]. 
Arakel  Təbrizli  Koroğlu  barədə  yazır  ki,  “bu  o  Koroğludur  ki,  hazırda  aşıqlar 
tərəfindən oxunan çoxlu nəğmələr bəstələmişdir” [3, 94; 11, 61].  
Yadelli işğalçılara, feodal zülmünə qarşı barışmaz mövqeyi və mübarizliyi xalq 
kütlələrində Koroğluya sonsuz hörmət və sevgi qazandırmışdı. Real tarixi şəxsiyyət 
olan  Koroğlu  ədalətli  xalq  müdriki,  yenilməz  qəhrəman,  mahir  aşıq  kimi  xalqın 
sevimlisinə  çevrilmişdi.  Xalqın  qəhrəmanlıq  və  ədalətli  hakim  idealları  Koroğlu 
obrazında  əksini  tapmışdır.  Türkiyə  tarixçisi  Faruq  Sümer  Başbakanlıq  Osmanlı 
Arxivində Mühimmə Dəftərlərində Koroğlu ilə bağlı saxlanılan 8 ədəd sənədi 1987-
ci ildə nəşr etdirərək onun fəaliyyəti haqqında tarixi gerçəklikləri aşkara çıxardı [12, 
9-46].  1580-ci  il  25  oktyabr  tarixli  sənəddə  Koroğlunun  Bolu  sancağına  bağlı 
Gerede  mahalının  Sayık  kəndindən  olduğu  bildirilir.  Koroğlunun  evlər  basıb  iki 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
191 
191 
kişini  yaraladığı  və  bir  oğlanı  apardığı  xəbər  verilir,  onun  ələ  keçirilməsi  üçün 
dəfələrlə təşəbbüs göstərilsə də, bir nəticə vermədiyi bildirilirdi. F.Sümerin fikrincə, 
1578-ci  ildə  Səfəvi  dövlətinə  qarşı  başlanılan  müharibə  davam  etdiyi  üçün 
Koroğlunun  bundan  faydalanaraq  hərəkətə  keçdiyi,  əsgərlərin  əksəriyyəti 
müharibəyə  cəlb  olunduğu  üçün  onun  ələ  keçirilməsi  uğursuz  olmuşdu  [12,  12]. 
1581-ci  il  11  aprel  tarixli  ikinci  sənəd  Anadolu  bəylərbəyinə  yazılmışdır.  Bu 
sənəddə  Kıbrus  qazısının  məktub  göndərib  eyni  mahalda  Çakal  oğlu  Mustafa  ilə 
Gerede  mahalında  Rövşən  adlı  şəxsin  ətrafına  15-20  nəfər  kişi  toplayaraq  “evlər 
basdığını,  adamları  qətl  etdiyini,  Gerede,  Kıbrus,  Bəybazarı  və  Yörük 
mahallarındakı  pis  əməllərini  getdikcə  artırdıqları”,  xalqın  qorxudan  şikayət 
etmədikləri  bildirilir,  Kıbrus  mahalından  Qızılcuk  oğlu  Məhəmməd,  onun  oğlu 
Mustafa,  Əbdürrəhman,  Həmzə,  Gerede  mahalından  Doğançı  Kamal,  Yaralı  oğlu 
Mustafa  onların  yaxın  silahdaşı  olub  Cəlali  olduqları  bildirilirdi.  Kıbrus  qazısı  bu 
Cəlalilərin  ortadan  qaldırılması  üçün  hərbi  qüvvə  göndərilməsini  xahiş  edirdi  [12, 
13;  2,  298].  Bu  sənəddə  Koroğlu  Rövşən  adı  ilə  təqdim  olunur  ki,  dastanda  da 
belədir. Mühimmə dəftərlərindəki 3 iyun 1581, 29 noyabr 1581 və 29 yanvar 1582-
ci il tarixli sənədlərdə Koroğlu Rövşənin və Kıbrus mahalından olan silahdaşı Çakal 
oğlu  Qara  Mustafanın  hələ  ələ  keçmədikləri,  beş-altı  mahalı  qorxu  içərisində 
saxladıqları, yaratdıqları qorxu nəticəsində heç kimin şikayət etməyə cürət etmədiyi 
bildirilirdi [12, 14-15]. Mühimmə dəftərindəki 20 iyul 1583 və 16 avqust 1584-cü il 
tarixli sənədlərdən aydın olur ki, Koroğlu dörd ildən çox Bolu bölgəsində fəaliyyət 
göstərmişdi  [12,  15].  F.Sümerin  fikrincə,  Osmanlı  ordusu  Səfəvilərlə  müharibəyə 
cəlb olunduğu üçün Koroğlunun  fəaliyyəti üçün geniş imkanlar açılmışdı. Bununla 
yanaşı,  Koroğlunun  yaratmış  olduğu  qorxu  nəticəsində  bəylər  və  qazılar  ondan 
şikayət  etməyə  cürət  etməmişdilər.  Lakin  bütün  bunlara  baxmayaraq,  o,  müxtəlif 
istiqamətdən  sıxışdırıldığı  üçün  fəaliyyət  göstərdiyi  bölgəni  tərk  etmək  məcburiy-
yətində  qalmışdı  [12,  17].  F.Sümerin  qənaətinə  görə,  Koroğlu  bu  zaman  Çənlibelə 
(Çamlıbelə) gəlmişdi. Çənlibel dastanda adı xatırlanan Bolu ətrafında deyil, Sivas-
Tokat  karvan  yolu  üzərindədir  [12,  18].  Çənlibel  Koroğlunun  əsas  istinadgahı 
olmuşdu.  Şərqi  Anadoluda  və  Azərbaycanın  qərb  bölgəsində  Çənlibel  adlı  qalalar 
vardır. XIX əsrə aid mənbələrdə Çənlibel qalasının adı çəkilir. A.A.Bakıxanov Xoy 
hakimi  Cəfərqulu  xan  Dünbulinin  bir  müddət  Naxçıvan  yaxınlığındakı  “Koroğlu 
Çənlibelində”  yaşadığını  göstərmişdir  [5,191].  Koroğlu  Tokatdan  keçən 
karvanlardan  “yol  bacı”  almışdı.  Dastanda  onun  karvanbaşı  ilə  deyişməsi  də  bunu 
təsdiq  edir.  Koroğlu  Çənlibeldə  də  sıxışdırıldığı  zaman  Azərbaycana  gedərək  Şah 
Abbasın xidmətinə girmişdi [12, 18, 19-20]. Bunu dövrün mənbələri də təsdiq edir. 
1602-ci ildə Cəlali Qara Yazıcını məğlub etdikdən sonra qışı keçirmək üçün Tokatda 
qalan  vəzir  Sokolluzadə  Həsən  paşa  Cəlali  Qara  Yazıcının  qardaşı  Dəli  Həsən 
tərəfindən  mühasirəyə  alınmış  və  atılan  tüfəng  atəşi  nəticəsində  öldürülmüşdü  [12, 
46]. XVII əsrin əvvəllərində Şah I Abbas dövründə yazılmış tarixi mənbənin verdiyi 
məlumata  görə,  “Həzrəti  şah  Abbas  Naxçıvanı  Osmanlılardan  geri  aldığı  zaman 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə