Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə69/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   65   66   67   68   69   70   71   72   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
151 
151 
qılınc sahibi kimi, Eyvazla ağıl-kamal, mərifət və qorxmazlıq keyfiyyətləri olan sadə 
bir qəssab oğlu kimi, Dəmirçioğlu ilə heç kimdən çəkinməyən, gücünə güvənən bir 
nalbənd  oğlu  kimi  tanış  olur.  Yəni  Koroğlu  dəlilərinin  bioqrafiyasında  fərqli 
məqamlarla,  bir-birinə  bənzəməyən  epizodlarla  qarşılaşırıq  və  bunu  tamamilə  təbii 
hal kimi qiymətləndiririk. Bununla yanaşı, belə hesab edirik ki, fərqli avtobioqrafik 
epizodlar  eposda  fərqli  dəli  obrazlarının  ortaya  çıxmasına  səbəb  ola  bilmir.  Dəli 
Həsən,  Eyvaz,  Dəmirçioğlu,  Bəlli  Əhməd,  Kosa  Səfər  və  s.  kimi  müxtəlif  adlar 
altında  və  müxtəlif  bioqrafik  epizodlar  əsasında  vahid  qəhrəman  tipinin  təqdim 
edildiyinin  şahidi  oluruq.  Bəli,  Koroğlu  dəliləri  kimi  tanıdıqlarımız  sayından  və 
bioqrafiyasından asılı olmayaraq, vahid obrazın ifadəsinə çevrilirlər.  Vahid obrazın 
ifadəsinə çevrilmək Koroğlu dəlilərini ayrı-ayrı tarixi şəxsiyyətlərə aparıb çıxaracaq 
yolların  qarşısını  alır.  «Eyvazın  prototipi  varmı?»  sualına  qayıtsaq,  qeyd  etməliyik 
ki,  Eyvaz  adlı  bir  üsyançı  həmin  adda  obrazın  mənbəyi  olduğu  qədər  bütövlükdə 
Koroğlu  dəlilərinin  mənbəyidir.  Bu  sözləri  eynilə  digər  dəlilər  və  onların 
“prototip”ləri  barədə  də  söyləmək  olar.  Məsələn,  belə  söyləmək  olar  ki,  XVII  əsr 
salnaməçilərinin  xatırlatdığı  Həsən  adlı  bir  üsyançı  Dəli  Həsən  obrazının 
mənbəyidirsə, deməli, Koroğlu dəlisi kimi tanıdığımız qəhrəman tipinə impuls verən 
mənbələrdən  biridir.  Koroğlu  dəlilərinin  vahid  qəhrəman  tipini  ifadə  etməsi  öz 
analoqunu dünya eposunda, o cümlədən «Dədə Qorqud» eposunda da tapır. Təsadüfi 
deyil  ki,  Y.Lotman  skandinav  eposunda  dəlini  səciyyəvi  bir  obraz  sayır  (10,  41), 
«Dədə  Qorqud»  qəhrəmanlarından  danışan  araşdırıcılar  həmin  eposdakı  dəli 
obrazına xüsusi diqqət yetirməli olurlar (8, 84; 9, 87; 6, 170). Aydın olur ki, Koroğlu 
dəlisi  dünya  epos  ənənəsindən,  ilk  növbədə  isə  «Dədə  Qorqud»  eposundan  gələn 
obrazdır. «Dədə Qorqud»dakı Dəli Domrul, Dəli Qarcar, Dəli Dondar, Dəli Budaq, 
Dəli Uran kimdirsə, «Koroğlu»dakı Dəli Həsən, Eyvaz, Dəmirçioğlu, Bəlli Əhməd, 
Kosa  Səfər,  Tanrıtanımaz  da  odur.  Başqa  sözlə  desək,  «Koroğlu»dakı  dəli  adlı 
qəhrəman tipi «Dədə Qorqud»dakı eyni adlı qəhrəman tipinin davamıdır. Qeyri-adi 
hərəkətləri  ilə  başqalarından  seçilən,  ölçü-biçi  bilməyən,  normalara  sığmayan 
dəlilərin (hətta Dəli Domrul və Dəli Qarcarın) «Dədə Qorqud»da başlıca funksiyası 
Oğuz  elini  qorumaqdan  ibarət  olduğu  kimi,  «Koroğlu»da  da  onların  başlıca 
funksiyası  vətən  rəmzi  olan  Çənlibeli  qorumaqdan  ibarətdir.  Belə  bir  funksiya 
eposdakı dəli obrazını üsyankarlığı və el-oba təəssübkeşliyi ilə yaddaşlarda müəyyən 
iz  buraxan  tarixi  şəxsiyyətlərə  yaxınlaşdırsa  da,  epos  qəhrəmanı  epos  qəhrəmanı 
olaraq qalır və onu konkret bir «prototip» çərçivəsinə sığışdırmaq mümkün olmur. 
Qəhrəman  və  «prototip»  əlaqələrinin  oxşar  mənzərəsini  məhəbbət  dastan-
larında  da  görürük.  Oxşar  mənzərə  ilk  növbədə  baş  qəhrəman  və  tarixi  şəxsiyyət 
müstəvisində özünü göstərir. Bu müstəvidə yanaşdıqda məhəbbət dastanlarının tarixi 
şəxsiyyətlə  səsləşən  baş  qəhrəmanları  içərisində  aşıq-aşiq  obrazı  diqqətimizi  daha 
çox  cəlb  edir.  Təsadüfi  deyil  ki,  bizim  ən  məşhur  məhəbbət  dastanlarımızdan  olan 
“Qurbani” və “Abbas-Gülgəz”in baş qəhrəmanları aşıq şerinin iki nəhəng simasının 
adı  ilə  bağlıdır.  Bir  ehtimala  görə,  həmin  dastanların  ilk  variantlarını  Qurbani  və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
152 
152 
Aşıq  Abbas  Tufarqanlı  yaradıb.  Başqa  bir  ehtimala  görə,  adı  çəkilən  dastanları 
Qurbani  və  Aşıq  Abbas  Tufarqanlının  şeirləri  əsasında  başqa  aşıqlar  yaradıblar. 
Ehtimallardan hansının daha ağlabatan olduğunu aydınlaşdırmağa lüzum görmədən 
diqqəti  bir  məsələyə  yönəltmək  istəyirik:  necə  və  kimin  yaratmasından  asılı  olma-
yaraq,  «Qurbani»  və  «Abbas-Gülgəz»  dastanlarının Qurbani  və Aşıq Abbas  Tufar-
qanlı  yaradıcılığı  ilə  əlaqəsi  danılmazdır.  Həmin  dastanlardan  gördüyümüz  (yaxud 
eşitdiyimiz)  şeirlərin  böyük  bir  qismi  Qurbani  və  Aşıq  Abbas  Tufarqanlınındırsa, 
onda dastan şeirləri və real tarixi şəxsiyyət əlaqəsinə heç bir şübhə qalmır. Bununla 
yanaşı, Qurbani və Abbas obrazları ilə (qeyd olunan dastanlardakı baş qəhrəmanlar-
la)  Aşıq  Qurbani  və  Aşıq  Abbas  Tufarqanlı  şəxsiyyətləri  arasındakı  əlaqə  tipinə 
aydınlıq gətirməyə ehtiyac  yaranır. Ehtiyac  yaranır qeyd edilsin ki, bu əlaqə dolayı 
əlaqədir. Necə ki, Dədə Qorqud adlı real şəxsiyyətlə eposdakı Dədə Qorqud obrazı, 
Koroğlu  adlı  real  şəxsiyyətlə  eposdakı  Koroğlu  obrazı  arasında  əlaqə  birbaşa  yox, 
məhz  dolayıdır.  Bu  dolayı  əlaqəyə  B.N.Putilovun  sözləri  ilə  aydınlıq  gətirmək 
istəyirik:  epik  obraz  tarixi  şəxsiyyətə  qədər  də  mövcud  olur,  tarixi  şəxsiyyət  bu 
obraza ad və bir az da «bioqrafik» material verir (12, 178). Bu, o deməkdir ki, xalq 
təsəvvüründə  müdrik  qoca  arxetipi  var,  Dədə  Qorqud  adlı  tarixi  şəxsiyyət  bu 
arxetipin  eposda  ifadəsinə  impuls  verir.  Yaxud  xalq  təsəvvüründə  yenilməz 
qəhrəman  arxetipi  var,  Koroğlu  adlı  tarixi  şəxsiyyət  bu  arxetipin  eposda  ifadəsinə 
impuls  verir.  Bir  əlində  qılınc,  bir  əlində  saz  tutması  heç  də  Koroğlu  obrazı  ilə 
yenilməz  qəhrəman  arxetipi  arasında  ziddiyyət  yaratmır.  «Dədə  Qorqud»  qəhrə-
manlarındakı qopuz-qılınc vəhdətindən də göründüyü kimi, söz kultu ilə qılınc kultu 
eyni arxetipin tərkib hissəsinə çevrilə bilir. Və Koroğlu obrazı hər iki kultun ifadəsi 
kimi meydana çıxır. 
Söhbəti  məhəbbət  dastanlarının  baş  qəhrəmanları  üzərinə  gətirsək,  qeyd 
etməliyik ki, bu dastanlar haqq aşığı – haqq aşiqi təsəvvürü ilə sıx bağlıdır. Haqdan 
aşıqlıq və aşiqlik vergisi almaq inamından doğan bu təsəvvürün tarixini Qurbaninin, 
yaxud  Aşıq  Abbas  Tufarqanlının  şəxsiyyəti  və  həyatı  ilə  əlaqələndirmək,  əlbəttə, 
doğru  olmazdı.  Qurbaninin,  yaxud  Aşıq  Abbas  Tufarqanlının  şəxsiyyəti  və  həyatı 
xalq  sufizmindən  gələn  təsəvvürü  ifadə  etməkdə  bir  vasitədir.  Parlaq  istedadı  ilə 
xalq  arasında  böyük  şan-şöhrət  qazanan  Qurbani  və  Aşıq  Abbas  Tufarqanlı  kimi 
sənətkarların “bioqrafiyası” “Qurbani” və “Abbas-Gülgəz” dastanlarında haqq aşığı 
obrazının  münasib  bir  vəsiləsidir.  Amma  həmin  sənətkarların  yaşadığı  dövrə  aid, 
doğulub  boya-başa  çatdığı,  səfər  etdiyi  ayrı-ayrı  yerlərə  aid,  həmçinin  ünsiyyətdə 
olduğu tarixi şəxsiyyətlərə aid “bioqrafik” məqamlar heç də Qurbani və Aşıq Abbas 
Tufarqanlını  “Qurbani”  və  “Abbas-Gülgəz”  dastanlarındakı  baş  qəhrəmanların 
prototipi adlandırmağa əsas vermir. 
Tarixi  hadisələri  və  tarixi  şəxsiyyətləri  əks  etdirməkdən  daha  çox  xalq 
təsəvvüründəki  arxetipləri  əks  etdirmək  bütövlükdə  folklorun  səciyyəvi  xü-
susiyyətlərindən biri kimi özünü göstərir. Təbii ki, bu xüsusiyyət folklorun ayrı-ayrı 
janrlarının, o cümlədən eposun daxili poetik sistemi çərçivəsində ortaya çıxır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə