Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə66/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   62   63   64   65   66   67   68   69   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
144 
144 
kimi qorumaqdadır. Bu qrup bayatılarda isə Qarabağ həqiqətləri dəfələrlə sınaqdan 
keçmiş, təcrübə halında ifadə olunur: 
Getdi arxa dolandı,  
 
Dövran çox qarışıqdı 
Sular çarxa dolandı,  
 
Yad gəlib barışıqdı, 
Düşmən elin gücündən.   
Ayıq, sayıq dolanmaq 
Qorxa-qorxa dolandı. (4, 327)   İgidə yaraşıqdı. (4, 329) 
Milli-mənəvi  oyanışa  səsləyən  Qarabağla  bağlı  bayatıların  əsasında  verilən 
təhlillər bir daha sübut edir ki, folklor tarixin özü, yaddaşıdır. Xalqın mənəvi dünya 
görşü,  psixologiyası  ilə  yanaşı  onun  tarixi,  mübarizə  salnaməsidir.  Xalq  zaman-
zaman üzləşdiyi tale yüklü hadisələri lirik-bədii biçimdə, bayatı dililə söz abidəsinə 
çevirmiş,  tarixini  bu  yolla  yaşatmaq  istəmişdir.  Güman  edirik  ki,  bu  gün  folklorda 
yatan  tariximizin  oyadılması  və  öyrənilməsi  daha  geniş,  yeni  tədqiqatların 
aparılmasına istiqamət verəcəkdir.  
 
Qaynaqlar 
1.  B.Abdulla.  “Kitabi-Dədə-Qorqud”da  rəng  simvolikası.  Bakı,  Çaşıoğlu, 
2004. 
2. B.Abdullayev. R. Xəlilov. Tükənməz xəzinə. (Folklor ekspedisiyası zamanı 
toplanmış materiallar əsasında) Az. SSR. EA. Xəbərləri, 1976, I seriya, səh.28-36 
3.Anar. Gecə düşüncələri. Azərbaycan jurnalı, 2001. №3. 
4.  Azərbaycan  Folkloru  Antologiyası.  Qarabağ  folkloru  -V.  Bakı.  Nurlan, 
2009. 
5. Bayatılar. (Toplayıb, tərtib edəni Həsən Qasımov) Bakı, Azərbaycan Dövlət 
Nəşriyyatı, 1960. 
6.  Əzizinəm  Qarabağ...  (Tərtib  edəni  və  ön  sözün  müəllifi  İnqilab  Quliyev) 
Bakı, Gənclik, 1993. 
7. Qarabulaq (Füzuli) Folkloru Antologiyası. Bakı, Zərdabi LTD, 2010. 
8. Mirzə Camal Cavanşir Qarabaği. “Qarabağ tarixi”. Bakı, Azərbaycan Dövlət 
Nəşriyyatı, 1962. 
9. B. Vahabzadə. Sənətkar və zaman. Bakı, Gənclik, 1978. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
145 
145 
Muxtar Kazımoğlu, f.ü.e.d., 
AMEA Folklor İnstitutunun direktoru 
mukhtarkazimoglu@gmail.com 
 
EPOSDA TARİXİLİK 
 
Özət 
Folklorda  tarixilik  məsələsində  folklor  janrlarının  özünəməxsusluğunu  nəzərə 
almaq lazımdır. Folklor tarixi heç də olduğu kimi əks etdirmir - tarixi hadisələri və 
tarixi şəxsiyyətləri daha çox xalq təsəvvüründəki arxetiplər əsasında əks etdirir. Bu 
xüsusiyyət  folklorun  ayrı-ayrı  janrlarının,  o  cümlədən  eposun  daxili  poetik  sistemi 
çərçivəsində ortaya çıxır. 
Açar  sözlər:  tarix, folklor, folklor janrları, arxetip 
 
Резюме 
В  вопросе  историзма  в  фольклоре  необходимо  учитывать  своеобразные 
особенности  фольклорных  жанров.  Фольклор  не  отражает  историю  как  она 
есть – исторические события и личности в соответствии с действительностью, 
а  скорее  отражает  архетипы,  сформированные  в  народном  представлении.  И 
эта  характерная  черта  выражается  в  рамках  поэтической  системы  отдельных 
фольклорных жанров, в том числе эпоса. 
Ключевые слова: история, фольклор, фольклорные жанры, архетип 
 
Summary 
It is necessary to learn the peculiar features of folklore genres in the question 
of  historicism  in  folklore.  Folklore  doesn’t  reflect  the  history  as  it  contains  - 
historical  events  and  personalities  suitable  to  truth,  it  rather  reflects  archetypes 
forming in the folk conception. This characteristic feature is expressed in the frame 
of poetics system of different folklore genres, including epos. 
Keywords: history, folklore, folklore genres, archetype. 
 
*  *  * 
Folklorda tarixilikdən danışarkən unutmaq olmaz ki, folklorşünaslıq məktəbləri 
sırasında bir tarixi məktəb də var və adından göründüyü kimi, bu məktəbin başlıca 
ideya istiqamətlərindən biri şifahi xalq ədəbiyyatının tarixi hadisələri əks etdirməsi 
məsələsi  üzərində  qurulub.  Əlbəttə,  şifahi  xalq  ədəbiyyatının  tarixi  hadisələri  əks 
etdirməsinə  heç  kim  şübhə  ilə  yanaşmır.  Ancaq  “xalq  ədəbiyyatı  tarixi  hadisələri 
necə,  hansı  formada  əks  etdirir  və  tarixi  hadisələri  əks  etdirməkdə  folklor  janrları 
arasında fərqlər varmı?” sualına heç də hamı eyni cavabı vermir. Tarixi hadisələrin 
hansı səviyyə və formalarda əks olunması tarixi məktəb nümayəndələrini o qədər də 
maraqlandırmır,  onlar  janrların  özünəməxsusluğunu  xüsusi  nəzərə  almağı  vacib 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
146 
146 
bilmədən tarixi hadisələrin ifadəsini epik növ janrlarında axtardıqları səviyyədə lirik 
növ  janrlarında  da  axtarırlar.  Tarixilik  məsələsində  folklor  janrlarının  özünəməx-
susluğunu  nəzərə  almamaq  folklorşünaslıqda  tarixi  məktəbin  nöqsanı  kimi  qiy-
mətləndirilir,  belə  hesab  edilir  ki,  tarixilik  rəvayət,  epos,  nağıl  və  s.  kimi  janrlarda 
özünü  daha  qabarıq  şəkildə  göstərir,  amma  bu  qabarıqlıq  həmin  janrların  poetik 
sistemini  dəyişdirə  bilmir,  əksinə,  tarixi  hadisələrin  və  tarixi  şəxsiyyətlərin  təsviri 
janrın  poetikasına  tabe  olur.  Tarixiliyin  qabarıq  hiss  olunduğu  epos  janrından 
danışmaq istəsək, qeyd etməliyik ki, bizdə həm «Dədə Qorqud», həm də «Koroğlu» 
eposlarının tarixi hadisə və tarixi şəxsiyyətlərlə səsləşməsinə aid kifayət qədər elmi 
fikir  və  mülahizələr  irəli  sürülüb.  «Dədə  Qorqud»  eposu  və  tarixilik  məsələsi  ilə 
bağlı  maraqlı  mülahizələr  irəli  sürən  müəlliflərdən  biri  X.  Koroğludur.  Onun 
fikrincə,  “Dədə  Qorqud”  boylarının  çoxunda  əksini  tapmış  tarixi  mərhələ  Səlcuq-
ların  yürüşləri  dövrü  (XI  əsr)  ilə  səsləşir  (4,  161).  «Şəcəreyi-tərakimə»  müəllifi 
Əbülqazinin:  “Qazan  alp  peyğəmbərimizdən  üç  yüz  il  sonra  yaşadı.  Qoca  yaşında 
Məkkəni ziyarət etdi və hacı olub qayıtdı… Salur Qazan Qayı [elindən] Qorqud ata 
ilə bir zamanda  yaşayıb”  sözlərinə istinad edən X. Koroğlu Dədə Qorqud  və Salur 
Qazanı  tarixi  şəxsiyyətlər  sayır.  “Dədə  Qorqud”  eposunda  əksini  tapan  hadisələrin 
çoxu  səlcuq  yürüşləri  dövrünü  əhatə  edirsə,  Dədə  Qorqud  və  Salur  Qazanın 
Məhəmməd  peyğəmbərdən  üç  yüz  il  sonra  yaşadıqları  güman  edilirsə,  onda  belə 
çıxır  ki,  biz  həmin  tarixi  şəxsiyyətlərin  eposda  təsvir  olunan  fəaliyyətini  X-XI 
əsrlərlə  məhdudlaşdırmalıyıq.  Amma  məhdudlaşdıra  bilirikmi?  Dədə  Qorqudun 
fəaliyyətini  X-XI  əsr  hadisələri  ilə  necə  məhdudlaşdıra  bilərik  ki,  dastanın  ilk 
cümləsindəncə ozan Qorqud Ata adlı “ər”in Məhəmməd peyğəmbər zamanına yaxın 
bir  vaxtda  yaşamasından  bəhs  edir.  Eposda  Salur  Qazan  barədə  söylənilənlər  də 
onun  fəaliyyətini  eynilə  Dədə  Qorqudun  fəaliyyəti  kimi  konkret  bir  dövrə  aid 
etməyə  imkan  vermir.  Məsələn,  eposda  Qazan  xanın  epitetlərindən  biri  -  “Amit 
soyunun  aslanı”  epiteti  Ağqoyunluların  Amidi  (Diyarbəkr)  tutması  kimi  tarixi 
hadisəyə işarə edir ki, həmin hadisə heç də X-XI əsrlərdə  yox, XV əsrdə baş verib. 
Eposda  bəzən  Qazan  xanın  X-XI  əsrlərdən  xeyli  qabaqkı  hadisələrlə  əlaqələndi-
rildiyi  məqamlarla  da  qarşılaşırıq.  Məsələn,  Qazan  xanın  silahdaşlarından  olan 
Bükdüz  Əmənin  “varıban  peyğəmbərin  üzünü  görməsi”ndən  danışılması  Qazan 
xanın  da  “Dədə  Qorqud”  kimi  peyğəmbər  dövründə  yaşamasından  danışmaq  de-
məkdir. Xatırlatdığımız bu kimi faktlar göstərir ki, eposdakı Qazan xanı Hülakülərin 
yeddinci  hökmdarı  olan  Qazan  xanla  da  (XIII-XIV  əsrlər)  məhdudlaşdırmaq 
mümkün  deyil.  Epos  qəhrəmanı  ilə  tarixi  şəxsiyyət  arasındakı  ziddiyyətin,  daha 
doğrusu,  tarixi  şəxsiyyətdən  fərqli  olaraq,  epos  qəhrəmanının  neçə-neçə  əsri  əhatə 
edən  tarixi  hadisələrlə  əlaqələndirilməsinin  çox  sadə  səbəbi  var.  Səbəb  budur  ki, 
epos tarix kitabı yox, eposdur. Eposun, bütövlükdə folklorun öz qayda-qanunları var 
və heç bir tarix və tarix kitabı bu qayda-qanunları dəyişdirə bilmir. Ən möhtəşəm, ən 
təsirli  tarixi  hadisə  belə  folklorda  məhz  folklorun  öz  tələblərinə  uyğun  şəkildə  əks 
olunur. Folklorun aparıcı janrlarından olan eposda tarixilik baxımından başlıca tələb 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə