Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə64/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   60   61   62   63   64   65   66   67   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
140 
140 
Mətanət Abbasova, f.ü.f.d 
AMEA Folklor İnstitutu, elmi işçi 
 
XALQ BAYATILARINDA TARİXİ QARABAĞ OBRAZI 
 
Özət 
Məqalədə  Qarabağla  bağlı  bayatıların  ideya-məzmun,  poetik  özünəməxsus-
luqlarına  toxunulmuş,  Qarabağ  tarixi  həqiqətlərinin  bayatılarda  ifadə  olunma 
xüsusiyyətləri diqqət mərkəzində saxlanılmışdır. “Qarabağ” toponiminin yaranması, 
ərazinin  mübarizə  və  mücadilə  tarixinin  lirik  mətnlərdə  qorunması  faktları  təhlil 
edilmişdir. 
Açar sözlər: Qarabağ, tarix, mübarizə, toponim, qala, milli, bayatı 
 
Резюме 
Статья  пронизана  поэтическим  своеобразием  идей,  содержанием  баяты 
связанные  с  Карабахом.  История  карабахской  действительности  в  этих 
лирических  строках,  находятся  в  центре  внимания.  Анализируются  факты 
появления топонима «Карабах», историческая борьба за территорию, которые 
нашли свое отражение в баяты. 
Ключевые  слова:  Карабах,  история,  борьба,  топоним,  крепость,  на-
циональное, баяты 
 
Summary 
In  the  article  the  idea-thematic,  poetic  features  of  bayaties  dealing  with 
Garabag were touched upon, the peculiarities of expressing Garabag historical truths 
in these lyric texts were kept in the focus of attention. The origin of toponym “Gara-
bagh”,  the  facts  dealing  the  regions  history  of  fight  preserving  in  bayaties  were 
analysed. 
Key words: Garabag, history, fight, toponym, castle, national, bayati  
 
*  *  * 
Azərbaycan folklorunun zəngin janrlarından olan bayatılar öz tarixi kökləri ilə 
daha qədim zamanlardan baş alaraq  xalqın arzusunu, mübarizəsini, dünyagörüşünü 
və s. müasir mədəniyyətimizə bağlamaqdadır. Yığcam mətn strukturu, dərin lirizmlə 
yüklənən bu nümunələr insanların daxili düşüncə və ovqatının dili kimi tarixi, sosial, 
ictimai  həyatın  həqiqətlərini  obrazlaşdırmaqdadır.  Xalqın  folkloru  onun  tarixidir. 
Əgər  tarixçinin  mühakimələri  məlum  faktlar,  sənədlərə  əsaslanırsa  xalq  yaradıcılı-
ğının  obrazlı  təfəkküründə  bu  bilik  həm  də  bədii-fəlsəfi  məntiq,  dünyaduyumla 
birləşərək tarixin mahiyyətini üzə çıxarır. Başqa sözlə desək, bayatılar nə qədər lirik 
düşüncə və duyğularla, hiss və həyəcanlarla yoğrulsalar da onlarda tarixi hadisələrin 
izlərini də görmək mümkündür. Təsadüfi deyildir ki, Azərbaycanın ikiyə bölünməsi, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
141 
141 
Araz  və  Təbriz  ünvanlı  bayatılarda  tariximizin  konkret  bir  dövründə  baş  vermiş 
hadisələr öz ifadəsini tapmışdır. Bu qəbildən olan bayatılar Azərbaycan folklorunda 
ayrıca bir mərhələ təşkil etməkdədir. 
Azərbaycan  mədəniyyətinin,  musiqisinin  beşiyi  hesab  edilən  Qarabağ 
torpağının  da  tarixi,  mənəvi  sərvəti  onun  zəngin  folklorunda  qorunmaqdadır. 
Zaman-zaman  tarixi  qəhrəmanlıqla  yazılan  bu  torpaq  yaşamaq  və  yaşatmaq 
mücadiləsini digər janrlarda olduğu kimi bayatılara da yansıtmışdır. 
Azərbaycanın  digər  bölgələri  kimi,  Qarabağ  da  tarixən  güclü-hərbi-siyasi 
təcavüzlərə məruz qalmış, ərasizi, füsunkar torpağı qədər də milli-mənəvi dəyərləri 
–  musiqisi,  söz  sənəti,  sənətkarlıq  nümunələri  talanmış,  məhv  edilmişdir.  Tarixi 
həqiqətlərin  ən  qiymətli  mənbəyinə  çevrilən  Qarabağ  bayatıları  bu  baxımdan 
regional  mövcudluqda  daha  fərqli  mənaya,  poetik  tutuma  malikdir.  Özünəməxsus 
poetik  sistemini  formalaşdıran  regional  bayatıların  struktur  semantikası,  estetik 
bütövlüyü  qeyd  olunduğu  kimi  yaşanan  tarixin  izinə  bağlıdır.  Qarabağın  tarixi 
keçmişi,  mübarizə,  mücadilə  taleyi  bu  bayatılarda  əsasən  aşağıdakı  motiv,  bədii 
qəlib və formada ifadə olunmaqdadır: 
1.Etnik-coğrafi ərazinin tarixi-əfsanəvi adının simvollaşdırılması. 
2. Qarabağın azadlıq mücadiləsinə bağlı tarixi həqiqətlərinin bədiiləşməsi. 
Hər  bir  xalqın  dili  həm  də  onun  tarixi  yaddaşının  özülüdür,  eyni  zamanda 
“dildə ən böyük qaynaq xalq yaradıcılığı, xalq düşüncə tərzidir” (9, 177). Ayrıca dil 
onomastikası,  toponimlərin  sabitliyi,  yaxud  yeniləşməsi  müəyyən  mənada  tarixin 
zaman dəyişmələrinin irəliləyişinə bağlıdır. Yazıçı Anar vaxtilə “Gecə düşüncələri” 
adlı  ədəbi  essesində  İslamdan  qabaqkı  türk  adlarının  “məğrurluq”,  “igidlik”, 
“möhkəmliyi” ifadə etməsini daha sonrakı köləlik şüurunun yaratdığı şəxs adları ilə 
müqaisədə  verərkən  əslində  burada  xalqın  taleyi,  mənəvi  əsarətinin  tarixini 
göstərməyə çalışmışdır. (3, 54) Bu baxımdan hər bir xalqın etnik-tarixi müəyyənliyi 
onun onomastikası, xüsusilə toponimlərində qorunmaqdadır.  
Qarabağın  əfsanə  və  rəvayətlərdə  qorunan,  eləcə  də  tarixi  fakta  çevrilən 
toponimliliyi  də  regional  bayatıları  səciyyələndirən  və  fərqləndirən  ayrıca 
xüsusiyyətdir.  Folklorumuzda  Qarabağın  yer,  ərazi  adının  formalaşması  əsasən 
Zərdüşt  peyğəmbərlə  əlaqəli  rəvayətlərə  bağlanılır.  Bir  rəvayətə  görə,  atını  yolüstü 
rastlaşdığı bir kənddə saxlayıb yoluna davam edən peyğəmbər geri dönərkən həmin 
kəndi  tapa  bilmir.  Camaat  Zərdüştdən  hansı  kəndi  axtardığını,  o  kəndin  necəliyini 
soruşduqda  Zərdüşt:  “qara  bağı  –  yəni  böyük  bağı  var  idi”  –  deyə  söyləyir.  O 
zamandan  da  “Qara  bağ”  (“Böyük  bağ”)  kimi  əfsanələşən  bu  ərazi  məşhur 
Oğuznaməmiz  “Kitabi-Dədə-Qorqud”  abidəsində  əksini  tapan  ən  qədim  yaşayış 
məskənlərindən biridir. Ayrı-ayrı tarixçi, türkoloqlar (prof. Y. Qarayev, F.Qırzıoğlu, 
S.Əliyarov,  S.Cəmşidov  və  s.)  alim,  mütəxəssislərin  elmi  qənaətlərində  abidənin 
toponim  və  şəxs  adları  məhz  bu  tarixi  məkanla  təsbit  olunmaqdadır.  Kitabın 
Qaragünə, Qara Budaq, Qaraca Çoban, Qara xan və s. obrazlarının igidliyi, şücaəti 
“qara”  –  “güclü”  təyinedicisində  ifadə  olunur.  “Kitabi-Dədə-Qorqud”un  onomas-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə