Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə60/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   56   57   58   59   60   61   62   63   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
132 
132 
«Qaçaq  Nəbinin  İranda  öldürülməsi  tədbirləri.  Zəngəzur  naçalniki  Səlim  bəy  və 
Naxçıvan  naçalniki  Slovenski»,  «Əmir  Bahadır  Cəng  Paşa  xan  Qaçaq  Nəbini 
öldürmək işində» başlıqlı bölmələrində verir. Xüsusi olaraq vurğulayır ki, Slovenski 
özünün  yaxın  adamı  olan  və  İranda  alver  edən  Paşa  bəy  vasitəsilə  bu  işi 
reallaşdıracaq.  Yəni  Paşa  bəy  Qaçaq  Nəbinin  silahdaşı  Şahhüseyni  Qaçaq  Nəbini 
öldürməyə  razı  salacaq.  B.Behcət  həmin  hadisəni  belə  təsvir  edir:  «1896-cı  il  may 
ayının  12-də  Məşədi  Paşa  Nəbi  ilə  Şahhüseyni  Dəhvardəyirman  kəndindəki  evinə 
qonaq çağırır. Onları gecə çox gec  vaxta kimi  evində saxlayır… Gegənin bir  vaxtı 
onlar  qonaqlıqdan  çıxıb  Larni  kəndinə  yolalnırlar.  Şahhüseyn  fürsət  vaxtını 
gözləyirdi.  Bu  qonaqlıq  da  həmin  vaxt  üçün  idi…  Gecə  evə  qayıdarkən  yolda 
Şahhüseyn  Nəbini  arxadan  vurur»  (1,  225).  Qaçaq  Nəbi  ilə  bağlı  söylənilənlər 
içərisində bizə daha dəqiqliyi və aydınlığı ilə görünən məhz B.Behcətin qənaətləridi. 
Bunun isə ən başlıca faktı B.Behcətin Zəngəzur qəzasında dünyaya gəlməsi, sonralar 
həmin  qəzanın  qazisi  olması  və  hadisələrə  bələdliyidir.  «Həcərin  Nəbidən  sonra 
Qarabağa  öz  evinə  qayıtması»  başlıqlı  yazıda  isə  bir  başqa  mübahisəli  məsələyə, 
Nəbinin  Həcərdən  övladı  olması,  sonra  kiminlə  ailə  qurması  məsələsinə  aydınlıq 
gətirilir. Son dövr arenada mübahisə  yaradan məsələlərdən biri məhz budu. Və özü 
də  müəyyən  mənada  düşünülmüş  dolaşıqlıq  yaratmaq,  xalq  qəhrəmanı  haqqında 
səhv fikirlər arenaya ötürmək məqsədi daşıyır. B.Behcət isə bunları öz əsərində qeyd 
edərək  yazır:  «Həcərin  Nəbidən  övladı  yox  idi.  O  bir  müddət  qaldıqdan  sonra  öz 
qohumlarından  Həmzə  adlı  bir  çobana  ərə  getdi.  Həcər  Həmzə  ilə  Aşağı  Molu 
kəndində  çox  yaşadı.  Onun  Həmzədən  bir  neçə  övladı  oldu»  (1,  227).  B.Behcət 
Nəbinin və Həcərin ailəsi haqqında da müfəssəl məlumat verir: «Nəbinin anası çox 
tez  vəfat  etmişdi.  Ondan  sonra  da  atası  ölmüşdü.  Nəbinin  ancaq  özündən  kiçik 
qardaşı  Mehdi  və  bacısı  Zeynəb  qalmışdı.  Bir  də  qabaqca  ölən  qardaşının  oğlu 
Məmiş qalmışdı ki, indi də yaşayır. 
Nəbi ata və anası öldükdən sonra evlənmişdi. Onun aldığı qız Molla Xanalının 
qızı  idi…  Həcər  Nəbi  İranda  öldürüldükdən  sonra  Nəbinin  qohumlarından  olan 
Həmzə adlı bir kişiyə  ərə getmişdi  və çox zaman Həmzə ilə öz kəndlərində  (Molu 
kəndində)  yaşamışdı» (1, 141-142). Bütün bunlar Nəbi haqqında həqiqətlərin bədii 
düşüncədən  fərqli  olaraq  sırf  tarixi  həqiqət  kimi  aşkarlanması  sahəsində  ən  tutarlı 
dəlillərdi.  Burada  olan  maraqlı  məqamlardan  biri  Nəbinin  qardaşı  oğlunun  indi  də 
yaşaması  hadisəsidir.  Düzdü,  bədii  düşüncə,  xalq  qəhrəmanına  olan  sevgi  həmişə 
yeni  əhvalatlara,  əlavələrə  yol  açır.  Məhz  bir  istiqamətdə  mübahisəli  məqamların 
yaranması  təbii  prosesdə  görünür.  Bu  olandı.  Digər  istiqamətdə  narahatlıq  və 
narazılıq  yaradan  düşünülmüş  əlavələrdi  ki,  Nəbi  ilə  bağlı  söyləmələrdə,  yazılarda 
bunun şahidi oluruq. Mənbə kimi B.Behcətin «Qaçaq Nəbinin tarixi» kitabı bunlara 
tam  aydınlığı  və  təfərrüatı  ilə  cavab  verir.  Tarixi  fakt,  sənədlərə,  eləcə  də  canlı 
şahidlərin,  Nəbinin  özünün  yaxınlarının,  onunla  silahdaş  olanların  söylədiklərinə 
əsaslanaraq yazılmış bu əsərin dəyəri əvəzsizdi. Bəhlul Behcət Qaçaq Nəbi ilə bağlı 
olanlara  da  özünün  kəskin  münasibətini  bildirir  və  bu  belə  təəssürat  yaradır  ki, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
133 
133 
həmin  vaxtlar da el qəhrəmanı haqqında  müxtəlif səpkili söhbətlər dolaşmaqda idi. 
Elə  əsər  də  məhz  bu  dolaşıqlıqlara  aydınlıq  gətirmək  anlamında  sırf  tarixi  səpkidə 
yazılmışdı.  Yazımızı  da  B.Behcətin  həmin  qənaətləri  ilə  qurtarırıq:  «Biz  Qaçaq 
Nəbinin  tarixini  nə  əfsanələrlə  dolu  qeyri-təbii  hadisələrin  bir-birinə  quraşdırılmış 
macəralar  yığını  hesab  edirik,  nə  də  Qaçaq  Nəbini  «olmayan  sərgüzəştlər»  qəh-
rəmanı  Kürd  Hüseyn  və  ya  xalqı  əyləndirici  hekayələr  sahibi  «Don  Kixot»  kimi 
tanıyırıq. Bəlkə biz Nəbinin həyatını ziddiyyətlərilə mübarizədə şöhrət qazanmış bir 
amil  hesab  edirik  və  onun  həyat  və  mübarizə  tarixinə  də  bu  baxımdan  yanaşmağı 
lazım bilirik» (1, 138). Gəlin bu qəhrəmanlığı yaşadaq. 
«Qaçaq  Nəbi»  dastanı  bütün  tərəfləri  ilə  tarixiliklə  bağlanır.  Burada 
Azərbaycan xalqının tarixinin mühüm bir tərəfi qaçaqlıqla bağlı olan hissəsi özünün 
əksini  tapır.  Ona  görə  də  dastan  nümunəsi  kimi  «Qaçaq  Nəbi»  tarixi  faktların 
zənginliyi və daşınışı ilə səciyyələnir.  
Dastanlar, eləcə də qaçaq hərəkatı  ilə bağlı  yaranan nümunələr özlüyündə bir 
istiqamətdə  tarixi  faktları  daşıması,  qoruyub  saxlaması  ilə  mühüm  dəyər  qazanır. 
Qaçaq Nəbi» dastanı bunun bariz nümunəsidi. 
 
Qaynaqlar 
1. Behcət B. Qaçaq Nəbinin tarixi. Bakı: Çıraq, 2011, 296 s. 
2. Behcət B. Sarı Aşığın bayatıları. Bakı: Səda, 2006, 96 s. 
3. Qaçaq Nəbi (toplayıb tərtib edəni Ə.H.Tahirov). Bakı: Azərbaycan Yazıçılar 
İttifaqı, 1938, 49 s.  
4. Qaçaq Nəbi (toplayıb tərtib edəni: Ə.Axundov). Bakı: EA AZF nəşri, 1941, 
246 s.  
5. Aşıq Abdulla (toplayıb tərtib edəni: S.Mümtaz). Bakı: Azərnəşr, 1927, 71 s. 
6. Sarı Aşıq (toplayıb tərtib edəni: S.Mümtaz). Bakı: Azərnəşr, 1935, 215 s.  
 
 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə