Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə56/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   52   53   54   55   56   57   58   59   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
123 
123 
5. Azərbaycan aşıqları və el şairləri. I c., Bakı: “Elm”, 1983, 375 səh. 
6. Azərbaycan dastanları.I cild, təkmilləşdirilmiş II nəşri. Bakı: “Çıraq”, 2005, 
424 səh. 
7. Həmid Araslı. Aşıq yaradıcılığı. Bakı: Birləşmiş nəşriyyat, 1960, 121 səh. 
8. Həsən bəy Zərdabi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 475 səh. 
9. Kitabi Dədə Qorqud. Bakı: Yazıçı, 1988, 265 səh. 
10. Mirzə İbrahimov. Aşıq poeziyasında realizm. / Əsərləri, Xc., Bakı:Yazıçı, 
1982, səh.450-528, 
11. Qara Namazov. Aşıqlar. Bakı, “Səda” nəşriyyatı, 2004, 444 səh. 
12. Qurbani (tərtibçi, ön söz, qeyd və izahların müəllifi prof. Q. Kazımov) – Bakı: 
Bakı Universiteti nəşriyyatı, 1990, 280 səh. 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
124 
124 
Mahmud Allahmanlı, professor 
Azərbaycan Dövlət Pedaqoji Universiteti,  
m.allahmanli@mail. ru  
 
 “QAÇAQ NƏBİ” DASTANI TARİXİLİK  
VƏ BƏDİİ DÜŞÜNCƏ MÜSTƏVİSİNDƏ 
 
Özət 
Qaçaq  dastanları  şifahi  ədəbiyyatımızın  mühüm  bir  hissəsidir,  onlar  
xalqımızın  qəhrəmanlıq  dastanlarındandır.  «Qaçaq  Nəbi»  dastanı  ilə  bağlı  folk-
lorşünaslar  müxtəlif  fikirlər  söyləmişlər.  Bəhlul  Behcətin  araşdırmaları  daha 
inandırıcı və reallığa bağlanandır. 
Açar  sözlər:  Qaçaq  dastanları,  xalq  yaradıcılığı,  Qaçaq  Nəbi,  Həcər  xanım, 
Bəhlul Behcət  
 
Резюме 
Дaстaны  гачагов  занимают  важное  место  в  нашем  народном  творчестве, 
они героические дастаны нашего народа. Фольклористы высказали различные 
мнения,  связанные  с  дастаном  «Гачаг  Наби».  Исследования  Бахлул  Бехчета 
более убедительны и связаны с реальностью. 
Ключевые  слова:  Дастаны  гачагов,  народное  творчество,  Гачаг  Наби, 
Хаджар ханум, Бахлул Бехчет 
  
Summary 
 
Brigand eposes are  the important part of the oral folklore, they are the heroic 
eposes  of  our  nation.  The  folklorists  have  told  different  thoughts  about  the  epos 
“Gachag Nabi”.  The  opinions by Bahlul Behjat are  more convincing and real  than 
the others. 
Key  words:  brigand  eposes,  folklore,  Gachag  Nabi,  Hajar  khanum,  Bahlul 
Behjat. 
 
*  *  * 
 «Qaçaq  Nəbi»  dastanında  tarixiliyin  hansı  səviyyədə  qorunuşunu  müəy-
yənləşdirmək,  dastan  və  tarix  problemini  aydınlaşdırmaq  məqsəd  olaraq  qarşıya 
qoyulur. 
Xalqın qəhrəmanlıq,  mübarizə  tarixinin öyrənilməsi zamanından,  məkanından 
asılı olmayaraq ən ümdə  məsələlərdəndir. Bəlkə də, birmənalı olaraq deməliyik ki, 
ən  şərəfli  və  gərəkli  işdi.  Kiçik  yaşlarından,  ailədən,  bağçadan,  ibtidai  sinifdən  ta 
bütün  orta  məktəb  boyu  bu  düşüncəni  formalaşdırmaq  hər  bir  kəsin  qarşısında 
vətəndaşlıq  borcu  kimi  dayanmalıdır.  Bunu  son  dövrün  olayları,  tariximizə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
125 
125 
mədəniyyətimizə  yanaşmalar  və  dünyanın,  daha  doğrusu,  böyük  güc  sahiblərinin 
kiçik xalqlara olan münasibəti tam aydınlığı ilə göstərir. Başlıca məsələ bundadır ki, 
milli düşüncəyə köklü müasir mühiti yaratmalıyıq. Bu Azərbaycanımızın qarşısında 
duran başlıca vəzifədir. Belə bir işin aparılması keçən əsrin əvvəllərində sürətlənən 
istiqamətdə  başlamışdı.  Sovetlər  imperiyasının  gəlişi  və  onun  otuz  yeddinci  ildə 
başladığı  repressiya  bu  düşüncəyə  birmənalı  olaraq  son  qoymaq  yolunu  tutdu. 
Demək olar, həmin nəsli heç nəyə əhəmiyyət vermədən sıradan çıxardı. Bu gün isə 
biz onun haqqında təfərrüatları, gördükləri işin böyüklüyünü lazımınca ortaya qoya 
bilmirik.  Ancaq  uğurlu  olan  odur  ki,  Azərbaycan  mədəni  mühitində  bu  tip  işıqlı 
şəxslərin böyük işləri ilə bağlı araşdırmalara rəvac verilmişdi. Gizlinlərin, uzun illər 
arxivlərdə qalan əlyazmalarının geniş ictimaiyyətə çatdırılması işinin başlanğıcı qo-
yulmuşdu.  Bəhlul  Behcətin  də  ədəbi  irsi  məhz  bu  sırada  olan  işlərdəndir.  Artıq  bu 
istiqamətdə  sovetlər imperiyasının dağılmasından sonra xeyli  işlər görülmüşdü. Bu 
yaxınlarda  işıq  üzü  görən  B.Behcətin  «Qaçaq  Nəbinin  tarixi»  (Bakı,  Çıraq,  2011) 
kitabı da buna nümunədir. Mətni çapa hazırlayan folklorşünas alimimiz prof. İsrafil 
Abbaslıdır.  
B.Behcətin  «Qaçaq  Nəbinin  tarixi»  (1)  əsəri  ilə  bağlı  qənaətlərimə 
keçməmişdən  öncə  yaddaşımda  olan  bəzi  məqamları  xatırladım.  Bunlar  qaçaq 
hərəkatı,  qaçaqlar  və  Qaçaq  Nəbi  ilə  bağlı  uşaqlığımda  böyüklərimizdən 
eşitdiklərimdir. Uşaqlığımda, demək olar, kəndimizdə yaşlı qocalar arasında ən çox 
eşitdiklərim  və  yadımda  daha  çox  qalan  qaçaqlarla  bağlı  idi.  Kəndimiz, 
kəndimizdəki  meşələr  qaçaqların  zaman-zaman  məskəni  olub.  Onlar  kəndə 
sığınıblar,  kənd  də  onlara.  Bir-birinə  arxa,  kömək  olmaqla  çətinliklərini  yola 
veriblər. Məhz «qaçağı el saxlar» ifadəsi də təsadüfi deyil, həmin reallıqdan yaranıb. 
Yaşlıların söhbətinin mühüm bir hissəsi dediyim kimi, qaçaqlarla bağlı idi. Onların 
nə  səbəbdən  qaçaq  düşməsi,  harada  çar  məmurları  ilə  vuruşması,  kimlərin  necə 
öldürülməsi  yerinə  və  ünvanına  qədər  deyilərdi.  Hətta  ayrı-ayrı  dəstələr,  onlarda 
kimlərin  olması  və  hansı  gün  kənddən  kimlərin  çörək  verməsi  də  çox  dəqiqliklə 
qeyd  edilərdi.  Çünki  yaşlı  nəsil,  kəndin  ağsaqqalları  hamısı  onların  canlı  şahidi 
idilər.  Biz  uşaqlar  isə  həmin  söhbətlərə  diqqətlə  qulaq  asardıq.  Qaçaqlarla  bağlı 
danışıqlarda  mühüm  bir  hissəni  isə  Qaçaq  Kərəmlə,  Qaçaq  İsmayılla,  Qaçaq 
İsaxanla  bağlı  hekayətlər  tutardı.  Onlar  biz  uşaqların  düşüncəsinə,  dünyagörüşünə 
çox  böyük  təsir  edərdi.  Uzun  qış  gecələrində  isə  mühüm  bir  hissəni  qəhrəmanlıq 
dastanlarımızdan «Koroğlu», «Qaçaq Nəbi» kitablarının oxunması təşkil edərdi. Bir 
nəfər  səlis,  rəvan  oxuyardı,  hamı  böyükdən-kiçiyə  diqqət  kəsilərdi.  O  günlər,  o 
söhbətlər  indi  mənim  yaddaşımda  bir  ərmağan  kimi  qalmaqdadır.  Nədənsə, 
dastanlarla  bağlı  kitabları  əlimə  alanda  həmin  xatirələr  yadıma  düşür.  Elə  zaman-
zaman gizlin qalmış B.Behcətin «Qaçaq Nəbinin tarixi» əsərini oxuyanda da həmin 
keçmiş gözlərim qarşısında canlandı. İlk öncə mən bu kitabın üzə çıxmasında əməyi 
olan  hər  bir  kəsə  öz  minnətdarlığımı  bildirirəm.  Çünki  Qaçaq  Nəbi  və  bu  sıradan 
olan qəhərəmanlar bizim qəhrəmanlıq tariximizdir. Yüz illər, min illər boyu yaşanan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə