Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə59/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   55   56   57   58   59   60   61   62   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
130 
130 
Çünki bu mülahizələr son dövrlərdə xalq qəhrəmanı haqqında dolaşan mübahisələrə 
son  qoymaq,  düşünülmüş  və  düşünülməmiş  mədəni  arenaya  gətirilmiş  yazıları 
sonuclamaq üçün əvəzsiz mənbədir. Müəllif burada daha çox tarixçi, tarixi faktlara 
bələd bir ziyalı kimi görünür. Onun təhlilləri, gəldiyi qənaətlər özlüyündə son dövr 
tarixi araşdırmalar üçün də gərəkli ola bilər. «Qaçaq Nəbinin dövrü», «Azərbaycan 
məmləkətində  torpaq  xüsusiyyəti  olubmu»,  «Xanlığın  zühuru»,  «Xan  olmaq 
uğrunda cinayətlər», «Qarabağ xanlığının mənşəyi və təşkili», «Ağalar, bəylər və bu 
kimilərin zühuru» başlıqları altında verilənlər tariximizin mühüm bir hissəsini, onun 
bir  sıra  maraqlı  tərəflərini  öyrənmək  baxımından  mənbə  kimi  diqqəti  cəlb  edir. 
«Azərbaycanın  iqtisadi  coğrafiyası»nı  yazmış  iqtisadçı  Məhəmməd  Həsən  Baharlı 
ilə  torpaq  mülkiyyəti  barədə  fikir  ayrılıqları  özü  maraqlı  problemlərə  yol  açır. 
B.Behcət bu məsələlər fonunda  yazır: «Nadir şah istədiyi adamlara torpaq və mülk 
bağışlamaqda  çox  səxavətli  olmuşdur.  Buna  bir  şahid  olaraq  onun  bir  fərmanını 
qeyd etmək lazımdır. Farsca  yazılmış bu fərmanı mən şəxsən oxumuşam, fərman o 
zaman  Nadir  şahın  sərkərdələrindən  biri  olan  Fətəli  xan  Çərxçibaşıya  verilmişdir. 
Fərmanın  məzmunundan  aydın  olur  ki,  Nadir  şah  Staypanı,  Püsyanı,  Bərgüşadı  və 
Qapanatı Fətəli xan Çərxçibaşıya «at arpası» olaraq vermişdir. 
Fətəli  xan  Çərxçibaşıya  «at  arpası»  müqabilində  verilən  bu  yerlər  Qarabağda 
sabiq Zəngəzur qəzasının bütün hissələri, Sisyan, Zəngəzurda Qara Kilsə rayonunun 
bütün torpağı aiddir. Bu Sisyan Şura Azərbaycanında Qubadlı və Laçın rayonlarının 
əhalisinin  yaşadığı  hissəsidir.  Bərgüşad  Qubadlı  rayonu  içərisindən  axmaqda  olan 
böyük  Bərgüşad  çayı  boyunca  yaşayan  türk  kəndlərinin  yerləridir»  (1,  29).  Bunlar 
Azərbaycandakı mülkiyyət məsələsinin bir istiqamətdə ümumi mənzərəsini səciyyə-
ləndirirsə, digər istiqamətdə hökmdarların müqtədirliyinin faktı kimi təsir bağışlayır. 
Və son olaraq etirazlara, narazılıqlara gətirib çıxarır. Elə üsyanlar, qarşıdurmalar da 
məhz bu cür vəziyyətlərin nəticəsi idi ki, davamlı olaraq yaşanırdı. Burada vurğulan-
malı  bir  başqa  məqam  Bərgüşad  çayı  boyu  kəndlərin  türklərdən  ibarət  olması  ilə 
bağlıdır. Son dövrdə Azərbaycanın başının üstünü bürüyən bir ağrılı məsələ var, bu 
da  yerliçilik,  tayfaçılıq,  regionçuluq,  etnik  problemlərin  qabardılmasıdır.  Bunların 
bəzisi sırf siyasi məqsəd –Azərbaycanı qatmaq, problemlər burulğanında  yaşatmaq 
səciyyəsi  daşıyır.  Xaricdən  əlavə,  heç  şübhəsiz,  daxildə  hakimiyyətin  yuxarı 
eşalonuna  qədər  bu  tendensiya  məqsədli  şəkildə  işlənir.  Və  lazım  olanda  həyata 
keçirmək,  bu  problemdən  istifadə  etmək  istəyinə  xidmət  edir.  Ancaq  onu  da  etiraf 
edək  ki,  aşağı  kütlə  bir  qismət  çörək  hayındadır  və  onlara  bunlar  yaddır.  Xüsusi 
olaraq vurğulanır ki, «burasını da qeyd etmək lazımdır ki, bir ölkə Azərbaycan qədər 
misli  görünməmiş  tarixi  hadisə  və  vaqelərinin  mürəkkəb  və  müxtəlif  hallarına  rast 
gəlməmişdir və heç bir məmləkət Azərbaycan qədər ayrı-ayrı cahangirlərin işğalına 
uğramamışdır.  Onun  coğrafi  mövqeyi,  ticari  əhəmiyyəti  və  tarixə  malik  olması  bu 
işğal hallarına əsas olmuşdur» (1, 33). Bəli, doğurdan da belədir. Azərbaycanın tari-
xinə diqqət  yetirdikdə ağrılarla, qan-qada, müharibələrlə doludur. Həmin ağrılar bu 
gün də davam edir. Dünyanın böyük dövlətlərinin Azərbaycana marağı məhz həmin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
131 
131 
sərvətə, torpağının zənginliyinə sahib olma istəyi ilə bağlıdır. Savaşlar, problemlərin 
çözülməzliyinin ən böyük səbəbi də buradan irəli gəlir. Bunları B.Behcət keçən əsrin 
əvvəllərində  görüb  yaşamışdısa,  eyni  tendensiya  yenə  də  yaşanmaqdadır.  Tarixi 
torpaqlarımızın,  Qərbi  Azərbaycanda  təmizləmə  siyasəti,  Qarabağ  işğalı,  erməni 
məsələsi,  Rusiyanın  ölkəmizə  yönəlikli  mənfi  siyasəti,  fars  şovinizmi  məhz 
günümüzdə  həmin  prosesin  davamıdır.  Burada  müasir  Avropanın  ikibaşlı  məkrli 
oyunları da var.  
B.Behcət  Qarabağın  tarixini,  on  səkkizinci  yüzillikdən  bu  yana  olan 
vəziyyətini,  oradakı  ictimai-siyasi  mühitin  ümumi  mənzərəsini,  İbrahim  xanın 
dövrünü,  Mehdiqulu  xanın  zamanında  baş  verənləri,  ağaların,  bəylərin  bir  təbəqə 
kimi  meydana  gəldiyi  şəraiti  ətraflı  şəkildə  şərh  edir  və  bundan  sonra  «Qaçaq 
Nəbinin yurdu» haqqında müfəssəl şəkildə söhbət açır: «Qaçaq Nəbi sabiq Zəngəzur 
qəzasının  üçüncü  hissəsində  məşhur  Həkəri  çayı  üzərində  olan  Aşağı  Mollu  adlı 
kənddə  anadan  olmuşdur  (Mollu  kəndi  ikidir:  biri  Aşağı  Mollu  və  digəri  Yuxarı 
Mollu adlanır). Aşağı və yuxarı, hər iki Mollu türk qövmünə mənsubdur. Bu ətrafda 
bir  neçə  kürd  kəndləri  və  oymaqları  da  var»  (1,  87).  Qaçaq  Nəbi  haqqında  son 
dövrlərdə mübahisəyə çevrilən və dəqiqləşməli olan məsələlərdən biri budur. Bunu 
da  tarixçi,  islamşünas,  folklorşünas  B.Behcət  bütün  tərəfləri  ilə  göstərir.  Və 
dolaşıqlığı  yaradanlara,  bu  fikirdə  olanlara  bu,  ən  tutarlı  cavabdır.  Kitabda 
Məhəmməd  Həsən  Baharlının  bir  fikri  də  xüsusi  olaraq  vurğulanır:  «Baharlı 
yuxarıdakı bəyanatı verdikdən sonra yazır ki: «Hal-hazırda Azərbaycanda kürdlərin 
sayı  azalmış,  ancaq  dağ  kəndlərində  kürdlər  qalmışlar  (Zəngəzurda  Buzluca,  Ağaz 
kəndi, Qaraqışlaq, Əliyanlı, Qazıkürdlü, Cəbrayıl qəzasında Kürd mahruz, Naxçıvan 
qəzasında  Pesiyanlı,  Kevik  bozlu  və  s.)»  (1,  88).  Bütün  bunlar  və  bu  kimi  faktlar 
qaranlıqlara  aydınlıq  gətirmək,  o  dövrün  ümumi  mənzərəsi  haqda  tam  təsəvvür 
yaratmaq  baxımından  əvəzsizdir.  Bu  təfərrüatlardan  sonra  B.Behcət  xüsusi  olaraq 
bir məqamı – «xalqın arasında bu qədər şöhrət tapmış bu böyük şəxsiyyət haqqında 
yazan  olmamışdır»  fikrini  söyləyir.  Bunun  səbəbini  isə  daha  çox  həmin  dövrün 
mühitinin kəndli üsyanına  münasibəti ilə əsaslandırır. Ancaq onu da etiraf edək ki, 
bu  qəhrəmanlıq  ciddi  yazıların  probleminə  çevrilməsə  də,  xalq  arasında  kifayət 
qədər nəğmə, rəvayət, hekayətlərin yaranmasına səbəb olmuşdu. Bir yaşarlıq qazan-
mışdı.  Qaçaq  Nəbi  haqqında  yazanlardan  İsmayıl  Hikmətlə  bağlı  münasibət  də 
burada  yer  alır  və  B.Behcət  xüsusi  olaraq  vurğulayır  ki,  bu  cür  «böyük  və  ciddi 
tarixi hadisəni gəlişi gözəl və qeyri-təbii təsvir etmək düzgün deyildir». Qaçaq Nəbi 
ilə  bağlı  mübahisələrə  səbəb  olan  məsələlərdən  biri  onun  öldürülməsi  məsələsidir. 
İsmayıl  Hikmət  vurğulayır  ki,  «Nəbini  öz  yoldaşı  Mahmud  öldürmüş  və  Həcər  də 
tüfənglə  Mahmudu  öldürmüşdür».  M.Ə.Rəsulzadə  «Azərbaycan  tarixində  qaçaq 
hərəkatı»  məqaləsində  yazır:  «1896-cı  ilin  mart  ayında  Nəbi  Kərbəladan  dönərkən 
Türkiyə  ilə  İran  sərhəddi  arasında  olan  Larni  kəndində  rus  casusları  tərəfindən 
əvvəlcədən  hazırlanmış  pusqunun  qurbanı  olur».  Xalq  qəhrəmanı  Qaçaq  Nəbinin 
öldürülməsinin  təfsilatını  isə  daha  dəqiqliyi  və  inandırıcılığı  ilə  B.Behcət  kitabın 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə