Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə58/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   54   55   56   57   58   59   60   61   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
128 
128 
məlumat  vermişik  ki,  bu  da  onun  Camal  qalası  adlanan  bina  və  təmir  etdiyi 
münasibətlə  idi.  Çünki  Nəbi  həmin  Camal  qalasında  bir  zaman  sığınaq  etmiş  və 
orada  böyük  davalarda  olmuşdu»  (1,  232).  B.Behcət  bir  məqamı  da  vurğulayır  ki, 
Xocik  kəndi  Mollu  kəndinin  lap  qonşuluğundadır.  Mollu  kəndi  Həkəri  çayının  sağ 
sahilində, Xocik isə sol sahilindədir. Burada bir fakt da xüsusi əhəmiyyət kəsb edir: 
«Dövlət  arxivində  Zubarovun  general  Paskeviçə  təqdim  etdiyi  müfəssəl  bir  raport 
var.  911  nömrədə  olan  bu  raportun  8-ci  bəndində  deyilir:  «Qarabağda  oğurluq, 
quldurluq  hökmfərmandır.  Buna  da  səbəb  yeni  hakimlər  və  nayiblər,  xüsusən  də 
Adıgözəl bəydir» (1, 235). B.Behcət bunları sadalamaqla, eyni zamanda aralarındakı 
fərqliliklərə  də  diqqət  yetirir.  «Onun  (Camal  bəyin  və  bu  tip  hərəkatla)  qaçaqlıq 
hərəkatı  ilə  Nəbinin  qaçaqlıq  hərəkatı  arasında  məqsəd  və  səbəb  etibarilə  çox  fərq 
var» qənaətini irəli sürür. Və xüsusi olaraq vurğulayır ki, «Nəbi öz hərəkatının bütün 
mənəvi  məfkurəvi  mahiyyətini  Əbdülkərimdən  almışdır».  Və  xüsusi  olaraq 
vurğulayır  ki,  «Əbdülkərim  Qarabağda  çar  üsuli-idarəsinə  və  yerli  mülkədarlıq 
qəhrlərinə qarşı ortaya çıxan yoxsul kəndlilərin üsyançı nümayəndələrindəndir. 
Əbdülkərim 1822-ci ildə o zaman  Qazax-Şəmsəddin adlanan Qazax mahalında 
anadan olmuşdur» (1, 237). Bütün bunlar və bu kimi faktlar həmin dövrdəki ictimai, 
siyasi  mənzərəni  ifadə  edir  və  ümumilikdə  Qaçaq  Nəbi  hərəkatının  mahiyyətinə, 
genetikasına işıq tutur. Biz bu faktların yazıya gətirilməsi və günümüzə çatdırılması 
üçün  B.Behcətə  minnətdar  olmalıyıq.  O,  bütün  olayları  tarixi  sənədlər,  ayrı  -  ayrı 
canlı  şahidlərin  söylədikləri,  inandırıcı  faktlar  əsasında  böyük  məsuliyyət  və 
vətəndaşlıq  hissi  ilə  yazıya  alır.  Gələcəyə,  sabaha  məhz  bu  tariximizlə  gedirik. 
Təkrar  qeyd  edək  ki,  gələcək  nəsli  məhz  bu  ruhda,  olanlarımız  əsasında  tərbiyə 
etmək  vətəndaşlıq  borcudur.  Onu  da  qeyd  edək  ki,  bizə  başqaları  kimi  qondarma, 
fantastik  hekayətlər  düzəltmək  lazım  deyil.  Olanlarımız  bəsimizdi.  Olanlarımıza 
sahib dursaq və dura bilsək, bu, böyük işdir. Azərbaycanın ağrılarla dolu olan tarixi, 
faciələr, ölüm-itimlər, torpaq itkiləri, müharibələr belə nümunələrin  yaranmasını və 
qəhrəmanlığın ümumiləşməsini zəruri edir. Bu qəhrəmanlığın tipik dastan nümunə-
sində  ümumiləşməsi  gözləniləndi.  «Kitabi-Dədə  Qorqud»un,  «Alpamış»ın, 
«Manas»ın,  «Edige»nin,  «Canqar»ın,  «Koroğlu»nun  və  bu  silsilədən  digər  türk 
dastanlarının  spesifikası  məhz  bu  barədə  düşünməni  aktuallaşdırır.  Bu,  təbii  axarlı 
bir  prosesdir.  Təkrar  qeyd  edək  ki,  Azərbaycanımızın  çözülməz  problemləri, 
bütünlükdə  ictimai,  siyasi  mühiti  belə  dastan  nümunələrinin  yaranışını  düşünməyə 
əsas verir. Bu, ola bilsin ki, tarixi axarda böyük zamanlara da hesablana bilər. Ancaq 
bizim  ümdə  vəzifəmiz  məhz  bu  xətləri  –  həm  tarixi,  həm  də  bədii  düşüncədəkiləri 
gələcəyə  çatdırmaqdır.  Bu,  işin  isə  Qaçaq  Nəbi  timsalında  nümunəsini  B.Behcət 
qoymuşdu.  Məhəmməd  Əmin  Rəsulzadə  «Azərbaycan  tarixində  qaçaq  hərəkatı» 
məqaləsində  bir  məqamı  xüsusi  olaraq  vurğulayır:  «Azərbaycanda  qaçaq  hərəkatı 
əsasən  rus  çar  rejiminə  və  yerli  zülmkarlara  qarşı  mübarizə  prosesində  meydana 
gəlmişdir.  Azəri  xalqı  öz  gördükləri  işlərə  igidlik  və  yenilməz  qəhrəmanlıq 
dastanlarını  yaradan  qaçaqları  sevmiş,  tərifləmiş  və  qorumuşdur.  Çünki  qaçaqlar 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
129 
129 
Azərbaycanın  zülmdən  qurtarması  uğrunda  mübarizə  aparmışlar»  (1,  284).  Qaçaq 
Nəbinin  qəhrəmanlığı,  ailəsi,  yaşadığı  region,  həyat  yoldaşı  Həcər  xanım,  baldızı 
Mehri  xanım,  qardaşı  Mehdi  və  başqaları  haqqında  olan  informasiyalar,  aparılan 
təhlillər  həmin  dövrdə  ictimai,  siyasi,  mədəni  arenada  qaçaq  hərəkatının  kifayət 
qədər  geniş  yer  aldığını  düşünməyə  əsas  verir.  Məhz  Muradxan  Cahangirovun, 
Ə.H.Tahirovun,  B.Behcətin,  Ə.Axundovun  gördükləri,  eləcə  də  Qaçaq  Nəbi 
haqqında  olan  rəvayətləri,  nəğmələri  toplamaq  üçün  təşkil  edilən  xüsusi 
ekspedisiyalar bu istiqamətdə ardıcıl işlərin görülmə məqsədindən xəbər verir. 
Bəhlul  Behcətin  yaradıcılığı  bir  neçə  istiqamətdə  maraq  doğurur.  O,  tarixçi, 
islamşünas, ədəbiyyatşünas, folklorçu kimi diqqəti cəlb edir. Folklorşünas İ.Abbaslı 
da  bu  əhatəliliyi  vurğulayaraq  yazır:  «Bəhlul  Behcət  barədə  yazılmış  əksər 
məqalələrdə  o,  əsasən,  ədəbiyyatşünas,  ədəbiyyat  tarixçisi,  folklorçu,  din  xadimi 
kimi  təqdim  edilmişdir.  Onun  irsi  ilə  tanışlıq  göstərir  ki,  bütün  bunlarla  yanaşı, 
B.Behcət  həm  də  islamşünas  və  tarixçi  kimi  də  fəaliyyət  göstərmişdir.  «Qaçaq 
Nəbinin tarixi» əsəri bunu bir daha təsdiq etməkdədir» (1, 8-9). Onu da əlavə edək 
ki,  B.Behcətin  belə  bir  əsəri  yazması  zərurətdən  yaranmışdır.  Çünki  özü  həmin 
ərazidə  yaşamış,  müxtəlif  faktlara,  tarixi  hadisələrə  bələd  olmuş,  Qaçaq  Nəbi  ilə 
bağlı  söylənən  rəvayətlərin  şahidləri  ilə  belə  təmas  qurmuşdu.  Bütün  bunlar  son 
olaraq  «Qaçaq  Nəbinin  tarixi»  adlı  əsərin  yazılmasına  gətirib  çıxarmışdı.  «1885-ci 
ildə Zəngəzur qəzası Qubadlı rayonunun Dondarlı kəndində doğulan Bəhlul Əfəndi 
(Behcət) 15 mart 1938-ci ildə NKVD üçlüyünün qərarı ilə güllələnmişdir. O, 1934-
1937-ci  illərdə  öncə  Azərbaycan  Dövlət  Nəşriyyatında  (Azərnəşr),  sonra  isə 
Az.RAİ-nin  Ədəbiyyat  bölməsində  çalışmışdır.  B.Behcətin  folklor  toplayıcısı  və 
naşiri  kimi  fəaliyyəti  də  əsasən  bu  illərə  təsadüf  etmişdir»  (1,  7).  Bir  məqamı  da 
qeyd  edək  ki,  keçən  əsrin  30-cu  illərində  B.Behcət  ədəbi-mədəni  mühitdə  fəallığı, 
prosesə  fəal  münasibəti  ilə  seçilir.  Onun  folklorşünas  S.Mümtazın  «Aşıq  Abdulla» 
(Bakı,  Azərnəşr,  1927,  71  səh.)  kitabının  ikinci  dəfə  «Sarı  Aşıq»  (Bakı,  Azərnəşr, 
1935, 215 səh.) nəşri ilə bağlı  yazdığı məqalələr (Sarı Aşıq. «Ədəbiyyat qəzeti» 26 
fevral  1936  və  Sarı  Aşıq.  «Ədəbiyyat  qəzeti»,  21  mart  1936)  geniş  müzakirələrə 
səbəb  olmuşdu.  Bu  müzakirələr  Yazıçılar  ittifaqında  dörd  gün  davam  etmiş, 
Ə.Nazim,  H.Araslı,  A.Dəmirçizadə,  Ə.Qarabağlı,  Salman  Mümtaz  mülahizələrinə 
bəraət  qazandırmış,  digərləri  başda  H.Zeynallı  olmaqla  tənqidi  mövqedən  çıxış 
etmişlər. Burada bir sıra məsələlər qaldırılırdı, əsas tezislərdən biri Sarı Aşıq adı ilə 
kitabın yenidən buraxılmasına nə üçün izah yazılmaması ilə bağlı idi. Bunlar hamısı 
bir  istiqamətdə  ədəbi  mühitin  qaynarlığını,  ciddi  məsuliyyət  hissi  ilə  yanaşmaları 
düşünməyi zəruri edir. Bütün bunlar, eləcə də B.Behcətin özünün toplamaları (Sarı 
Aşığın bayatıları ilə bağlı toplamalar nəzərdə tutulur. Həmin toplamalar «Sarı Aşığın 
bayatıları». Bakı, Səda, 2007, 96 səh. (transliterasiya, ön sözün müəllifi Rza Xəlilov, 
elmi  redaktoru  İsrafil  Abbaslı)  onun  bir  folklorşünas  kimi  gərəkli  işlərindən  və 
araşdırılma  ehtiyacında  olmasından  xəbər  verir.  Bizim  marağımızda  olan  və 
yazımızın  mahiyyətində  duran  B.Behcətin  Qaçaq  Nəbi  ilə  bağlı  mülahizələridir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə