Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə53/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   49   50   51   52   53   54   55   56   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
117 
117 
Könül Əliyeva 
AMEA Folklor İnstitutu,  kiçik elmi işçisi 
konulqabilqizi@mail.ru 
 
AŞIQ YARADICILIĞINDA TARİXİ HADİSƏLƏRİN BƏDİİ ƏKSİ 
 
Özət 
Məqalədə  aşıq  poeziyasının  xalq  həyatını  əks  etdirməsi,  dastanların 
mövzusunun  bilavasitə  real  həyat  hadisələrindən  götürülməsi  haqqında  fikirlər 
araşdırılmışdır.  Müəllif  aşıq  yaradıcılığında  xalqımızın  gündəlik  yaşam 
mücadiləsinin,  zülmə  və  haqsızlığa  qarşı  etirazının,  ədalətli  cəmiyyət  yaradılması 
arzusunun folklor, xalq danışıq dili nümunələrindən geniş istifadə edilməklə yüksək 
səviyyədə,  özünəməxsus  bədii  üslubda  əks  olunduğunu  konkret  nümunələrlə 
əsaslandırmışdır.  
Açar sözlər: Aşıq, ozan, şeir, dastan, xalq, həyat, dil, bədii  təsvir, ədəbiyyat, 
realizm, ədalət, cəmiyyət, zülm, haqsızlıq, qəhrəmanlıq, ictimai vəzifə 
 
Rезюме 
В  статье  анализируется  отражение  жизни  народа  в  ашугской  поэзии, 
заимствование  в  дастанах  сюжетов  из  реальной  жизни.  Автор  на  основе 
конкретных  примеров  раскрывает  факт  отражения  в  ашугском  творчестве  на 
своеобразно художественном  уровне повседневной жизни нашего народа, его 
борьбы  против  угнетения,  несправедливости,  мечты  об  установлении 
справедливого общества. 
Ключевые слова: ашуг, озан, стихотворение, народ, жизнь, литературное 
описание,  литература,  реализм,  справедливость,  общество,  жестокость, 
несправедливость, героизм, общественный долг    
 
Summary 
In the article  the  reflection of people  life  in ashug rhyme, about  loan  in epos 
plots  from  a  real  life  are  analyzed.  The  author  on  the  basis  of  concrete  examples 
shows the facts of reflection in ashug creativity in originally art level of a daily life 
of our people, it’s struggle against oppression, injustice, dreams of an establishment 
of a fair society. 
Key  worlds:  ashug,  ozan,  poem,  epos,  people,  life,  language,  realism,  justice, 
society, tyranny, injustice, heroism, social task. 
 
*  *  * 
Ozan  –  aşıq  yaradıcılığı  çox  qədim  çağlardan  Azərbaycan  xalqının  mənəvi 
mədəniyyətində mühüm  yer tutmuş, gündəlik  yaşam tərzinin ayrılmaz bir hissəsinə 
çevrilmişdir.  Aşıq  musiqisi  və  poeziyası  uzun  əsrlər  boyu  xalqımızın  mədəni 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
118 
118 
həyatında  önəmli  rol  oynamış,  xoş  ovqatı,  nikbinliyi,  həyatsevərliyi  özünəməxsus 
tərzdə təlqin etməklə, həm də çox mühüm əxlaqi və xeyli dərəcədə ictimai vəzifəni 
yerinə yetirmişdir. 
Aşıq  şeiri  və  musiqisi  haqqında,  aşıq  yaradıcılığının  xalqımızın  mədəni 
həyatında  oynadığı  mühüm  rol  haqqında,  ayrı-ayrı  aşıqların  həyat  və  yaradıcılığı 
haqqında  görkəmli  mütəfəkkirlərimiz  qiymətli  fikir  və  mülahizələr  söyləmiş,    yeri 
gəldikcə bu ulu sənətin nailiyyətlərindən bəhrələnmişlər. Həsən bəy Zərdabi 1905-ci 
ildə dərc etdirdiyi “Bizim nəğmələrimiz” adlı məqaləsində aşıq sənətinin xalqa güclü 
təsirini,  aşıq  nəğmələrinə  toy  məclislərində  böyük  yer  verilməsini  xüsusi  qeyd 
etmişdir  (8,  240).  Cəlil  Məmmədquluzadə,  Əbdürrəhim  bəy  Haqverdiyev,  Nəriman 
Nərimanov  da  aşıq  yaradıcılığının  xalq  həyatı  ilə,  zəmanədə  baş  verənlərlə  çox  sıx 
şəkildə bağlı olmasını, aşıq dilinin sadəliyini yüksək qiymətləndirmişlər. XX əsrin 20-
30-cu  illərində  aşıqların  şeir  və  dastanlarının  toplanıb  çap  edilməsi,  araşdırılması 
istiqamətində ilk addımlar atılmışdır. Bu sahədə Salman Mümtazın önəmli xidmətləri 
olmuşdur. Sonrakı dövrdə bu mövzunun öyrənilməsində Həmid Araslının 1960-cı ildə 
nəşr  etdirdiyi  “Aşıq  yaradıcılığı”  monoqrafiyası  (7)  xüsusi  yer  tutur.  Bu  əsərdə aşıq 
sənətinin  uzun  əsrlik  tarixi  inkişafı  ilk  dəfə  əsaslı  şəkildə  araşdırılmışdır.  Azad 
Nəbiyev də Azərbaycan folkloru, xalq ədəbiyyatı haqqında tədqiqatlarında aşıq sənəti, 
görkəmli aşıqlar, aşıq məktəbləri haqqında qiymətli məlumat vermişdir. Onun əsər və 
dərsliklərində  aşıq  yaradıcılığının  bütün  dövrlərdə  real  həyatı,  gerçəklikləri  bədii 
şəkildə  ifadə  etməsi  xüsusi  qeyd  edilmişdir.  Müəllifin  fikrincə,  “aşıq  yaradıcılığı  ... 
daim dövrün və zamanın ən ümdə problemlərini əks etdirmişdir” (4, 39).  
Bunlarla bərabər qeyd etmək lazımdır ki, aşıq poeziyasının, dastanların sistemli 
və  ardıcıl  tədqiq  edilməsi  sahəsində  Mirzə  İbrahimovun  fəaliyyəti  daha  böyük 
əhəmiyyətə malikdir. Xüsusən də onun “Aşıq poeziyasında realizm” adlı əsəri (10, 
450-529)  bu  baxımdan  səciyyəvidir.  Bu  əsərdə  aşıq  şeirlərinin  xalq  həyatı  ilə  üzvi 
şəkildə  bağlı  olması  konkret  nümunələrlə  araşdırılmışdır.  Yüzilliklərin 
dərinliklərindən zəmanəmizə kimi böyük inkişaf  yolu keçmiş aşıq  yaradıcılığı həm 
də  zülmə,  haqsızlığa,  sosial  ədalətsizliyə  qarşı  xalqın  etirazını,  yaxşı  gün-güzaran, 
firavan həyat, ədalətli cəmiyyət arzusunu özündə bədii şəkildə əks etdirmişdir. Ona 
görə  də,  xalqımız  el  aşıqlarına  dərin  hörmətlə  yanaşmış,  onların  ən  müdriklərini, 
kamil  sənət  zirvəsinə  yüksələnlərini  “Haqq  aşığı”  deyə  ucaltmış,  həmişə  onlara 
hörmət və ehtiram bildirmişdir. 
 
Görkəmli  xalq  yazıçısı  Mirzə  İbrahimov  aşıq  yaradıcılığında  bu  məsələyə 
xüsusi diqqət yetirmiş, “Kitabi Dədə Qorqud” dastanında ozana – aşığa cəmiyyətdə, 
xalq  məclislərində  böyük  ehtiram  göstərilməsini  bu  baxımdan  ibrətamiz  örnək 
saymış,  nümunə  göstərmişdir.  Doğrudan  da,  dastanın  boylarında  ozan  Oğuz  elində 
sayılan,  məclislərdə,  el  şənliklərində  ağırlanan,  hamının  hesablaşdığı  şəxsiyyətdir, 
nüfuz sahibidir (9, 162). 
Mirzə  İbrahimov  “Aşıq  poeziyasında  realizm”  adlı  əsərində  şifahi  xalq 
yaradıcılığının bu çox mühüm sahəsinin xalqın real həyatını, məişət qayğılarını, arzu 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə