Kitab-konfrans doc



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə47/97
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55128
1   ...   43   44   45   46   47   48   49   50   ...   97

 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
105 
105 
dalıyca gələn Yəmən padşahının oğlu Əmiri Heydərlə rastlaşması, onların bir yerdə 
yerli  padşahın  qoşunu  ilə  vuruşmaları,  padşahın  sorğularına  cavab  olaraq  özünün 
Rum  vilayətinin  Əmiri  Heydərin  isə  Hindistan  padşahının  oğlu  kimi  qələmə 
verilməsi  göstərilir  [25,107].
 
Aydındır  ki,  göstərilən  nağılda  İranın  (İsfahanın), 
Rumun,  Çinin,  Yəmənin,  Hindistanın  adlarının  çəkilməsi  yuxarıda  Z.Bünyadovun 
adı  çəkilən  əsərindən  göründüyü  kimi  Azərbaycanın  bu  ölkələrlə  olmuş  maddi 
əlaqələrinin təzahürüdür. Məlum olduğu kimi, orta əsrlərdə də Azərbaycan  Avropa 
ölkələriylə  geniş  miqyasda  əlaqələr  saxlamışdır.  Orta  əsrlər  dövründə  isə  bütün 
Avropa  yuxarıda  qeyd  olunduğu  kimi  Firəngistan  adı  ilə  tanınırmış.  Azərbaycanın 
orta  əsrlər  dövründə  Avropa  ölkələriylə,  Firəngistanla  əlaqələrinin  əks  olunduğu 
nağıllardan biri də  «Paslı qılınc» nağılıdır. Burada göstərilir ki,  İsfahan  vilayətində 
bir padşahın üç oğlu varmış [26,51].
 
Padşah öləndə vəsiyyət edir ki, oğlanları uzaq 
yerlərə  gedəndə  bu  paslı  qılıncı  vursunlar.  Günlərin  bir  günü  padşah  ölür.  Onun 
böyük  oğlu  Əhməd  padşah  olur.  Bir  gün  təzə  padşah  əyaləti  gəzmək  üçün  səfərə 
çıxmaq  istəyir.  Bu  vaxt  ən  kiçik  qardaş  Həsən  Əhmədə  məsləhət  görür  ki,  paslı 
qılıncı  belinə  vursun.  Lakin  Əhməd  paslı  qılıncı  bəyənməyərək  belinə  vurmur. 
Qoşunla bir qədər gedəndən sonra bir qalaçaya rast gəlir. Buraya tək girib, həyətdə 
böyük  bir  hovuz  görür.  Soyunub  çimmək  istəyir.  Bu  vaxt  bir  pəhləvan  yel  atın 
üstündə  peyda  olub  onu  öldürür.  Sonra  isə  onun  yerinə  Məmməd  padşah  olur.  Bir 
qədərdən sonra isə Məmməd öz  vilayətini gəzməyə çıxır. Əhmədin başına gələnlər 
eynilə  Məmmədin  də  başına  gəlir.  Onu  da  yel  qanadlı  atın  belində  gələn  pəhləvan 
öldürür.  Sonra  isə  Həsən  padşah  olur.  O  da  padşah  olandan  sonra  ölkəni  gəzməyə 
çıxır. Amma əvvəlcə paslı qılıncı belinə vurur. O da böyük qardaşlarının rast gəldik-
ləri qalaçaya gəlib çıxır. Onun da üstünə yel qanadlı atın belində bir pəhləvan hücum 
çəkir. Çox gərgin bir vuruşma başlanır. Uzun çəkən döyüşdən sonra Həsən qalib gəlir. 
Öldürmək istədikdə məlum olur ki, bu, qadın imiş. Qız Firəng padşahının qızı oldu-
ğunu  bildirir.  Atası  onu  ərə  vermək  istəyib,  o  isə  istəməyib.  Söz  verib  ki,  kim  ona 
qalib gəlsə, ona ərə gedəcək. Həsən qızı almaq üçün Firəngistana yollanır. Yolda bir 
divə rast gəlib, onu ölümdən qurtarır. Ona görə də div ondan əl çəkməyib, Firəngis-
tana  yola  düşür.  Çox  çətinliklərdən  sonra,  nəhayət  ki,  o,  Firəng  hökmdarının  qızını 
alır.  Şübhəsiz  ki,  bu  nağılda  qəhramanın  Firəngistana  səfərinin  təsviri,  burada 
Firəngistanın  adının  çəkilməsi  orta  əsrlərdə  Azərbaycanın  Avropa  ölkələriylə  olmuş 
əlaqələrinin təzahürüdür. 
 
Qaynaqlar 
1. Vəlixanlı N. Ərəb xilafəti və Azərbaycan. Bakı: Azərnəşr, 1993, 157 s. 
2. Nəbiyev A. Azərbaycan-Özbək folklor əlaqələri. Bakı: Yazıçı, 1978, 133 s. 
3. Atalar sözü:/ İ. Abbaslının redaktəsi ilə. Bakı: Öndər. 2004, 264 s. 
4.Atalar sözü:/ B. Tahirbəyovun redaktəsi ilə. Bakı:Yazıçı, 1985, 690 s. 
5. El sözü, xalq lətifələri, atalar sözü, bayatılar, Bakı: Azərnəşr, 1965, 63s.  
6. Atalar sözü: Bakı: Azərnəşr, 1993, 227 s.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
AMEA FOLKLOR İNSTİTUTU 
 
AMEA  A.A.BAKIXANOV adına  TARİX İNSTİTUTU 
 
 
FOLKLOR VƏ TARİXİMİZ 
Respublika Elmi Konfransı 
 
106 
106 
7.Atalar  sözü  və  məsəllər:/B.Tahirbəyovun  redaktəsi  ilə.Bakı:  Azərnəşr, 
1971,151s. 
8. Rzayev X. Atalar sözü. 2 cilddə, I c, Bakı:Nurlan, 2004,583 s. 
9. Atalar sözü:/ Ə. Ziyatayın redaktəsi ilə. Bakı: Azərnəşr, 1956, 279 s. 
10. Rzayev X.Atalar sözü. Bakı: Təbib, 1992, 119 s. 
11. Atalar sözü:/ H. Qasımzadənin redaktəsi ilə. Bakı: Yazıçı, 1982, 366 s. 
12.  Пахомов  Е.А.  Монетные  находки  в  Аз.ССР  в  1924  г,  Баку: 
Издательство  
Азерб.археолог. Ком. вып. 1, 1925, с 71-85 
13.  Azərbaycan  bayatıları:/  T.Fərzəliyev  və  İ.Abbasovun  redaktəsi  ilə.  Bakı: 
Elm, 1984,260s.  
14. Bayatılar: Red.-ru O. Sarıvəlli. Bakı: Azərnəşr, 1956, 581 s. 
15.  Bayatılar:  Red.-ru  A.  Vəfalı.  Bakı:  Yazıçı,  1985,  198  .  16.Xalqımızın 
deyimləri və duyumları./P.Ş. Əfəndiyev.  
Bakı: Maarif, 1986, 392 s. 
17.  Bayatılar:  Red-ru  M.N.Təhmasib  və  C.V.  Qəhrəmanov.  Bakı:  Elm,  1977, 
328 s. 
18. Bayatılar: Bakı: Azərnəşr, 1960, 256 s. 
19.  Azərbaycan  aşıq  şerindən  seçmələr:  2  cilddə,  I  c,  Bakı:  Şərq-Qərb,  2005, 
376 s. 
20. Bayatılar: Red.-ru Ə. Abbasov. Bakı: Az .SSR E A nəşriyyatı, Az.F nəşri, 
1943, 267s. 21. Azərbaycan aşıqları: 2 cilddə, II c, Bakı: Azərnəşr, 1930, 276 s. 
22.  Azərbaycan  bayatıları:/  T.Fərzəliyev  və  İ.Abbasovun  redaktəsi  ilə.  Bakı: 
Elm, 1984, 260 s. 
23. Bünyadov Z.M. Azərbaycan Atabəylər dövləti. Bakı: Elm, 1985. 267 s. 
24. Mahmudov Y.M. Səyyahlar, kəşflər, Azərbaycan. Bakı: Gənclik, 1985, 186 
s. 
25. Azərbaycan nağılları, Red-ru T. Məmmədov. Bakı: Azərnəşr, 1982, 403 s. 
26. Azərbaycan nağılları: Bakı: Azərnəşr, 1976, 256 s. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə